Axtarış
The search found 105849 results in 0.028 seconds.
Search results
ZƏRDAB SAKİNLƏRİ PAY TORPAQLARINDAN VƏ AZƏRBAYCAN VƏTƏNDAŞLIĞINDAN İMTİNA ETDİ - Əhməd Əhmədzadənin işçiləri sakinləri su üzünə həsrət qoyub...
Zərdab rayonu, Gödəkqobu kənd sakinləri Əhədov Abdulhəmid Abduləhəd oğlu, 2-ci qrup Qarabağ müharibəsi əlili Seyidov Mahir Xidmət oğlu və Zeynalov Ramil İsmayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayıtçilər yazırlar: “Biz Zərdab rayon Gödəkqobu kənd sakinləri - üzləşdiyimiz məmur özbaşınalığı, qanunsuzluqlar barədə şikayət ərizəsi ilə Sizə birgə müraciət etməyi qərara aldıq. Zərdab rayonu Gödəkqobu kəndində bizə və ailə üzvlərimizə məxsus torpaq sahələri var. Başqa iş yerimiz yoxdur, əlacımız ancaq həmin torpaq sahələrini əkib-becərməkdir.
Muxalifet4 - 18-12-2019
Bərdədə 3 uşaq anası 10 aylıq körpəsi ilə itkin düşdü
Bərdə rayonunda ailəli qadın itkin düşüb Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İmanqulubəyli kəndində qeydə alınıb. kənd sakini, 1993-ci il təvəllüdlü Xalidə Məmmədova yaşadığı evdən 10 aylıq körpəsi ilə çıxıb və bir daha geri qayıtmayıb. X. Məmmədova üç uşaq anasıdır. Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.
Muxalifet4 - 18-12-2019
"Ermənistan üçün pul yığan və lobbiçilik edən Tramp əleyhdarları ikiüzlüdürlər!" - ABŞ mediasında demokratların ifşası
Konqresdə (demokrat) Adam Şiffin rəhbərlik etdiyi impiçment araşdırmaçıları qrupunun korrupsiya və xarici müdaxilə ilə bağlı tədqiqatı davam edir. Ancaq bəlkə də Şiff və həmkarları əvvəlcə öz evlərində təmizlik işləri aparmalıdırlar. İmpiçment qəzəbinin radarına onlarla birlikdə “Hayastan” Erməni Fondu (“Ermənistan Fondu”) da düşüb. Direktoru Ara Vardanyanın mənimsəmə və vəsaitdən sui-istifadə ittihamları ilə həbsindən 1 il sonra bu fond illik telemarafonda 10 milyon dollar vəsait toplayıb.
Muxalifet4 - 18-12-2019
ABŞ GENERALINDAN ŞOK AÇIQLAMA - "İsrailin F-35 Adir qırıcıları Suriyada S-400 sistemlərinə qalib gəldi”
İsrail Hərbi Hava Qüvvələrinin F-35 Adir qırıcıları Suriya, İraq və Livan səmalarında İsrail Müdafiə ordusunun üstünlüyünü təmin edir. ABŞ ordusunun istefada olan generalı Harri Hort belə deyib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, keçmiş hərbçinin sözlərinə görə, Moskvanın prezident Putinin göstərişi əsasənda Suriyaya göndərdiyi S-300 və S-400 zenit-raket kompleksləri “stels” texnologiyasına əsaslanan bu qırıcıların hərəkətini izləyə bilmir.
Muxalifet4 - 18-12-2019
Eyni dairələrdə “toqquşan” müxalif namizədlər: Onlar bir-birilərinə qarşı “döyüşəcəklər”
Müxalifət partiyalarının ölkənin seçki dairələri üzrə namizədlərini razılaşdıracaqları haqda bəyanatları öz aktuallığını itirib.
Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun ardınca Müsavat başqanı Arif Hacılının da 15 saylı Yasamal ikinci Seçki Dairəsindən öz namizədliyini irəli sürməsi müxalifət təmsilçilərinin siyasi rəqiblərindən çox bir-birilərinə qarşı mübarizəyə üstünlük verdiyini göstərir.
Muxalifet4 - 18-12-2019
Peterburqda qulağı və boynu kəsilərək öldürülən Əli kimdir... - MEYİTİ BİR HƏFTƏ DİVANDA QALIB
Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunun Murino şəhərindəki mənzillərdən birində 50 yaşlı Azərbaycan vətəndaşının meyiti tapılıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, ötən gün dekabrın 17-də 35 yaşlı peterburqlu polisə müraciət edib və bir neçə dəqiqə əvvəl Əli adlı tanışının meyitini Murinonun Mərkəz küçəsindəki evdə aşkarlayıb. Dediyinə görə, bir həftədir telefona cavab verməyən tanışına baş çəkmək üçün onun kirayə qaldığı evə baş çəkib. Qapını döysə də cavab verən olmayıb, nəticədə o, pəncərəni sındıraraq içəri girib.
Muxalifet4 - 18-12-2019
ABŞ PUTİNİN YAXIN ÇEVRƏSİNİ HƏDƏFƏ ALIR! – Yeni sanksiyalar müzakirəyə çıxarılır
Bu həftə ABŞ Senatının komitəsi Rusiyaya sərt sanksiyalar nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxaracaq. “Azadlıq” radiosunun müxbiri Todd Prins yazır ki, bu layihənin elə də güclü təsiri olmaya bilər, çünki Moskva iqtisadiyyatını qorumaqdan ötrü bəzi tədbirlər görüb. Dekabrın 18-də Senatın Xarici Əlaqələr Komitəsi Amerikanın Təhlükəsizliyini Kremlin Təcavüzündən Qorumaq Aktını bir düzəlişlə müzakirəyə çıxaracaq. Bu layihəni hazırlayandan biri – respublikaçı senator Lindsey Qraham onu “cəhənnəmdən sanksiyalar layihəsi” adlandırıb.
Muxalifet4 - 18-12-2019
BANK KREDİTLƏRİNİN HƏCMİ KƏSKİN AZALIB – Bankirlər pullarını haralara yatırır?
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanın bank sekotrunda əsas kapitaldakı bank kreditləri ildən-ilə azalır. Məlumatda qeyd olunur ki, 2017-ci ildə əsas kapitala yönəlmiş vəsaitlərin ümumi həcminin 14,16 faizini bank kreditləri (15,550 milyard manat) təşkil edib. 2018-ci ildə bu göstərici azalaraq 13 faiz təşkil edib. 2019-cu ilin yanvar-noyabr aylarının yekunlarına görə, əsas kapitala yönəldilmiş bank kreditləri cəmi 7,7 faiz təşkil edib. Bu rəqəmlər artıq ikiqat azalmadan xəbər verir.
Muxalifet4 - 18-12-2019
“O, binanın nə Zeynəb Xanlarovaya, nə də mənə aidiyyatı var..." - ASLAN İSMAYILOV
Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın ABŞ-da fond (Zeynab Khanlarova Foundation) təsis etməsilə bağlı qalmaqal davam edir. Qalmaqala səbəb olması “Landromat işi”ndə (çirkli pulların yuyulması sxemi) adı keçən “Metastar” şirkətinin fonda 10 min dollar köçürməsidir. Fond 2012-ci ilin may ayında təsis edilib. Yayılan məlumatlarda deyilir ki, fond millət vəkilinin 2013-cü ildə Nyu-York şəhərininin 5 bölgıəsindən biri olan Bruklində, Sheepshead Bay Rd 1629 ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü qatında yerləşir. İkinci qat yerli hüquq firmalarından birinə icarəyə verilib.
Muxalifet4 - 18-12-2019
"Kontakt Home” fırıldaqçılıqda ittiham olunur - “Şeş-Qoşa” atdı, hədiyyəsiz qaldı...
Xəbər verildiyi kimi, “Kontakt Home” mağazalar şəbəkəsi Yeni İl ərəfəsində müştərilərinə “Şeş-Qoşa” kampaniyası keçirir. Muxalifet.az unikal.org-a istinadən bildirir ki, kampaniya “Kontakt Home”un bütün mağazalarında keçirilir. Artıq “Şeş-Qoşa” kampaniyasının “tələsinə” düşənlər də var. Bu “tələyə” düşənlərdən biri də Gəncə şəhər sakini Novruzov Kamran Vilayət oğludur. Belə ki, vətəndaşın istifadə etdiyi “Bakcell” mobil operatorundan olan nömrəsinə bu SMS gəlib.
Muxalifet4 - 18-12-2019
Bakıda TÜRKPA Şurasının IX iclası işə başladı - FOTO,YENİLƏNİB
Dekabrın 18-də Bakıda Milli Məclisin təşkilatçılığı ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının IX iclası işə başlayıb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop türk xalqlarının ortaq tarixi paylaşdığını bildirib. Azərbaycan torpaqlarının bir hissəsinin hələ də işğal altında qalmasını təəssüflə xatırladan Mustafa Şentop bu məsələdə Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.
Muxalifet4 - 18-12-2019
Bakının məşhur restoranındakı siçan görüntüsü ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıdakı restoranlardan baş verən antisanitar şəraitlə bağlı rəsmi dövlət qurumu hərəkətə keçib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, “Sofra” restoranının mətbəxində məişət əşyalarının içində siçanların gəzməsilə bağlı məsələ araşdırılmağa başlanılıb.
“Qida sahəsində baş verən bu kimi neqativ halları ictimailəşdirən və dərhal Agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat verən vətəndaşlara təşəkkürümüzü bildiririk.
Muxalifet4 - 18-12-2019
“Süni zəkanın tam inkişafı bəşəriyyətin sonunu gətirə bilər” - Stiven Hokinqin açıqlaması TƏSDİQİNİ TAPIR...
Ötən il 76 yaşında dünyasını dəyişmiş fizika professoru Stiven Hokinqin bəşəriyyətin sonu barəsində ozünəməxsus fikirləri mövcuddur. O, kosmosdakı qara dəliklərlə bağlı araşdırmaları ilə məşhurdur. Hokinq öz araşdırma sahəsindən kənara çıxaraq qarşıdakı dövrlərdə bəşəriyyəti gözləyən çətinliklər barəsində də yazıb. Onun bu sahədəki açıqlamalarında bəşəriyyətin digər planetlərə köçməsinin lazım olduğu bildirilirdi. Onun fikrincə, insanlığı dünyadan siləcək hadisələrdən qaçmaq mümkün deyil.
Muxalifet4 - 18-12-2019
Alimdən SENSASİON AÇIQLAMA - İsrail müsəlmanların DNT-sini pozmaq üçün bunu edir...
“Peyvənd vurdurmayaq, xəstəliyi keçirərək ona qarşı immunitet qazanaq” mövqeyi böyük risk daşıyır. Bu düşüncə, uşaqlara “rus ruleti” oynatmaqla eynidir. Peyvəndin autizmə yol açdığı iddiasının reallıqla yaxın-uzaq əlaqəsi yoxdur. Peyvəndə qarşı çıxmaq elmlə savaşmaqdır”. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu İstanbul Universiteti Tibb Fakültəsinin Tibbi Mikrobiologiya şöbəsinin professoru Səlim Badur deyib.
Muxalifet4 - 18-12-2019
ABŞ Rusiyaya Qara dənizi "rus gölü"nə çevirməyə imkan verəcəkmi? - Kreml bu səbəbdən Ukrayna və Gürcüstana təzyiq edir
Birləşmiş Ştatlar Qara dənizdə yerləşmək üçün üç cəhd göstərdi, lakin bu günə qədər heç bir nəticə vermədi, çünki Qara dənizin qərb bölgəsi dövlətlərinin NATO üzvü olmasına baxmayaraq, bu bölgə regiona daxil olmayan dövlətlər üçün qapalı qalır. Ancaq Vaşinqton burada lövbər salmaq ümidini itirmir. Bu necə mümkündür? Muxalifet.az "Cumhuriyet"-ə istinadla bu barədə xəbər verir. ABŞ-ın ən vacib məqsədlərindən biri də Qara dənizdə məskunlaşmaqdır və 1936-cı il Montre Konvensiyası bunun qarşısını alır.
Muxalifet3 - 18-12-2019
Bakıda təcili yardımla xəstəxanaya gətirilən xəstə qəbul edilməyib? – Həkimdən AÇIQLAMA - VİDEO
Bir neçə gün öncə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında xəstənin qəbul edilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə, elə həmin videodakı həkim aydınlıq gətirib. Klinikanın 55 yaşlı anestezioloq-reanimatoloqu Səmədov Rauf İdris oğlu yeniavaz.com-a açıqlama verərək bildirib ki, sosial şəbəkələrdə xəstənin qəbul edilməməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: “Təcili tibbi yardım həmin Ağsu vətəndaşını bizim klinikaya gətirmişdi, amma haradan gəldiyindən asılı olmayaraq, o Respublika Klinik Xəstəxanasına aparılımalı idi.
Muxalifet4 - 18-12-2019
TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçdi
Bakıda Milli Məclisin təşkilatçılığı ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 9-cu iclası işə başlayıb.
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop türk xalqlarının ortaq tarixi paylaşdığını bildirib. Azərbaycan torpaqlarının bir hissəsinin hələ də işğal altında qalmasını təəssüflə xatırladan Mustafa Şentop bu məsələdə Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.
Muxalifet4 - 18-12-2019
Ermənilər Batumi Limanını almaq istəyir - Hərraca çıxarıldı / ŞOK DETALLAR
“Jamanak gündəlik” nəşri xəbər verir ki, Gürcüstan hakimiyyəti Batumi limanını hərraca çıxarıb. Hərracın ilkin satış qiyməti 600 milyon dollardır.
Ermənistanın müxtəlif dairələri limanı satın almağa imkan verən və bununla da Ermənistana maneəsiz yük daşınmasını təmin edəcək bir maliyyə dəstəyi təşkil etməyə çalışırlar.
“Səhmdar cəmiyyət yaratmaq ideyası müzakirə olunur. Diaspordan olan iş adamlarının iştirakı gözlənilir, lakin işi yerinə yetirmək üçün hazırda mövcud olmayan böyük bir start-up investisiya qoyulmalıdır”, – deyə müəlliflər qeyd ediblər./Konkret.az
Muxalifet4 - 18-12-2019
Keçmiş nazir müavini Ramiz Mirzəyevin ailəsində müəmmalı ölümlər, üstü açılmayan qətllər - “QOHUMLARIMDAN ŞÜBHƏLƏNİRƏM...”
Energetika nazirinin keçmiş müavini, “Azneftyağ” İstehsalat Birliyinin keçmiş baş direktoru və AFFA prezidenti olmuş mərhum Ramiz Mirzəyevin bacısı ilə yeznəsinin ötən il baş vermiş müəmmalı qətlinin üstü hələ də açılmamış qalır. Qətlin üstündən il yarımdan çox vaxt keçdiyi bir vaxtda qətlə yetirilənlərin övladı istintaqın işindən narazıdır. Deyir ki, həmin qətlə görə öz qohumlarından şübhələnir və onların adlarını istintaqa verib. Amma istintaq bu şəxsləri çağırıb dindirməyib.
Muxalifet4 - 18-12-2019
Əli Həsənov yeni iş yerinin fotolarını yaydı - "Ora ara-sıra gedirəm"
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov paytaxtın Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında özünə yeni qərargah seçməsi barədə ötən gün demokrat.az xəbər portalında gedən yazıya reaksiya verib. Əli Həsənov bu gün sayta yeni iş otağında çəkilən fotolarını göndərərək bildirib ki, o, Beynəlxalq Mətbuat Mərkəzinin binasına ara-sıra gedir: "Mənim təzə iş yerim və kabinetim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındadır.
Muxalifet4 - 18-12-2019