Axtarış

The search found 105849 results in 0.058 seconds.

Search results

  1. "Polkovnik Qadir Vəlişov polis nəzarətinə verilib" - DİN-dən AÇIQLAMA

    Beyləqanda həbs edilən Qarabağ qazisi azadlığa buraxılıb. Muxalifet.az xəbər verir ki, bu barədə apa-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov xuliqanlıq ittihamı ilə həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişova qarşı humanist addım atıb. Belə ki, V.Eyvazovun göstərişi ilə Q.Vəlişov torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdəki iştirakı nəzərə alınaraq həbsdən azad edilib və istintaq müddətində polisin nəzarətinə verilib.

    Muxalifet4 - 16-12-2019

  2. Rusiyanın Afrikadakı "qanlı almaz" ticarəti, "Vaqner" muzdlu ordusu

    Rusiya, ABŞ və Avropanın müqavimətinə baxmayaraq, son zamanlar Moskva ilə hərbi və ticari əlaqələrə girən keçmiş Fransa koloniyası Mərkəzi Afrika Respublikasından “qanlı brilyantlar”ın satışına qoyulan qadağanın ləğv edilməsi istiqamətində tədbirlər görməyi təklif edir.
    Vətəndaş müharibəsində olan Mərkəzi Afrika Respublikası almazların qanunsuz satışının dayandırılması üçün atılmalı olan addımların açıqlandığı "yol xəritəsi" almalıdır, deyə Rusiya Maliyyə nazirinin müavini Aleksey Moiseev Moskvada verdiyi müsahibədə söylədi.

    Muxalifet3 - 16-12-2019

  3. Ukrayna Prezidenti Vladimir Zelenski Bakıya gəldi - FOTO

    Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

    Muxalifet4 - 16-12-2019

  4. Ərdoğan Türk ordusunun gəmilərinin Liviyaya girməsi planı barədə danışdı

    “Fayez Sarraj Liviya dövlətinin qanuni rəhbəridir. Haftar qanuni deyil və qeyri-qanuni mövqe tutur. O, beynəlxalq ictimaiyyət tərəfindən tanınmır”.

    Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya kanallarına müsahibəsində deyib.

    Onun sözlərinə görə, Türkiyə Liviya ilə beynəlxalq hüquqa əsaslanaraq müqavilələr imzalayıb.

    Muxalifet4 - 16-12-2019

  5. İrəvan imza atıb: 7 rayon azad edilməlidir, sonra… - RUSİYADAN AÇIQLAMA

    Azərbaycanın əlində Ermənistana qarşı tutarlı əsas var və Dağlıq Qarabağ münaqişəsinin həllini məhz ondan başlamaq lazımdır: birinci növbədə mübahisə predmeti olmayan Azərbaycanın yeddi rayonunun işğaldan azad edilməsi məsələsini qaldırmaq lazımdır. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vətənpərvər" verilişinin efirində Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya zabitləri" Ekspert Şurasının üzvü Aleksandr Perenciyev deyib.

    Muxalifet4 - 16-12-2019

  6. Orxan Mansurzadə yeni vəzifəyə təyin edildi

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Muxalifet.az apa-ya istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi təyin edilib. 

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

    Muxalifet4 - 16-12-2019

  7. “Səhlənkarlığa yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırıldı” - PREZİDENT

    Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edib. Ölkəmizdə elektrik enerjisinin istehsalının, istehsal güclərinin artdığını bildirən Prezident İlham Əliyev deyib: -Son illərdə bir çox yeni elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir və eyni zamanda, bizdə ixrac imkanları yaradılmışdır. Bu il biz önəmli addımların atılması nəticəsində yeni istehsal güclərini işə saldıq. İlk növbədə, “Şimal-2” Elektrik Stansiyasının fəaliyyətə başlaması önəmli hadisədir.

    Muxalifet4 - 16-12-2019

  8. UKRAYNA-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞI: Rusiyanın kölgəsində əlaqələr?

    Ukrayna Prezidenti Validimir Zelenski az əvvəl Azərbaycana rəsmi səfərə gəldi. Məlumatlara görə, Vladimir Zelenskinin Cənubi Qafqaz ölkələrinə, Yerevan və Tbilisiyə baş çəkəcəyi planlaşdırılırdı. Amma daha sonra ixtisara məruz qalan proqramda yalnız Bakı qaldı. Səfərin dəyişməsinin rəsmi səbəbləri məlum deyil. Hərçənd ki, turne siyahısında yalnız Bakının qalması Azərbaycana verilən əhəmiyyətin göstəricisidir, Kiyevdəki Qlobal strategiyalar İnstitutunun direktoru Vadim Karasev bildirir. "Ermənistan, bir o qədər də müstəqil deyil, o, Moskvadan çox asılıdır.

    Muxalifet4 - 16-12-2019

  9. Deputatlığa namizədlər büdcədən nə qədər pul alacaqlar? - MƏBLƏĞ AÇIQLANDI

    Xəbər verdiyimiz kimi, dekabr ayının 6-dan başlayaraq Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar namizədlərin irəli sürülməsi prosesinə start verilib. Muxalifet.az xəbər verir ki, növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.

    Muxalifet4 - 16-12-2019

  10. ABŞ-Vəhşi Qərb Liviyanı əlaltısı Haftara vermək üçün "YENİ İŞİD" ocağı yaradır; bəs sən orada nə axtarırsan, PUTİN?

    Əlbəttə, cənab Putin, biraz daha nəzakətli ola bilərəm və soruşa bilərəm: "Nə kimi cəfəngiyyatı sübut etməyə çalışırsınız?" Lakin ABŞ-ın kuklası Xalifa Haftarın yaxınlaşan hücumuna hazırlaşan beynəlxalq birliyin tanıdığı Liviya hökumətinin razılığını eşidərkən, nəzakətini saxlamaq çətindir. Deyin görək Liviyada nə işlər qarışdırırsınız cənab Putin? Uzun illər özünüzü müşahidəçi kimi apardınız, Liviyaya “maliyyə kapitalizminin” nə etdiyini yaxından izlədiniz. Elə davrandınız sanki, Rusiya Odessa yaxınlığındakı bağ evində təqaüdə çıxan qərəzsiz bir müşahidəçidir.

    Muxalifet3 - 16-12-2019

  11. Prezident 2020-ci il dövlət büdcəsini təsdiqlədi

    Prezidenti İlham Əliyev 2020-ci il dövlət büdcəsini təsdiqləyib.

    Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 134 500,0 min manat, xərcləri 26 894 700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 336 950,0 min manat, yerli gəlirləri 797 550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 044 596,0 min manat, yerli xərcləri 850 104,0 min manat) məbləğində təsdiq edilib.

    Muxalifet4 - 16-12-2019

  12. Evi olmayanlara ŞAD XƏBƏR - İlham Əliyev fərman imzaladı

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barə

    Muxalifet4 - 16-12-2019

  13. Türkiyə Liviyaya xüsusi təyinatlılar göndərdi - ƏRƏB MƏTBUATI

    Türkiyə Tripolidə Liviyanın Milli Razılıq Hökumətinə xüsusi təyinatlı dəstə, hərbi müşavirlər və hərbi texnika göndərib. Bu barədə "Al-Arabiya" telekanalı xəbər verib. Kanalın mənbələrinə görə, "Milli Razılıq Hökuməti Türkiyədən hərbi texnika istəyib və sonuncu göndərib". Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın bu ölkəyə öz hərbçilərini göndərmək də daxil olmaqla, Liviyanın Milli Razılıq Hökumətinə istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirmişdi./Virtualaz.org

    Muxalifet4 - 16-12-2019

  14. Bakıda daha bir süpürgəçini maşın vurub öldürdü - FOTO

    Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, dekabrın 16-ı səhər saatlarında paytaxtın Heydər Əliyev prospektində hərəkət edən "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolda xidmət aparan süpürgəçi qadını vurub. Qəza nəticəsində piyada yerindəcə keçinib. Hadisə şahidlərinin sözlərinə görə prospektəki işıq dirəkləri sönülü vəziyyətdə olub.

    Muxalifet4 - 16-12-2019

  15. AFFA RƏHBƏRLİYİ DƏYİŞİR? - Növbədənkənar konfrans qərarının pərdəarxası

    Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin son iclasında 8 yanvar 2020-ci ildə növbədənkənar konfransın çağırılması barədə qərar qəbul olunub. Burada “Növbədənkənar” sözü diqqət çəkir. Mətbuatda dərc olunmuş məlumatlara əsaslanaraq deyə bilərik ki, AFFA-nın bu günə qədər növbədənkənar iclası keçirilməyib.

    Muxalifet4 - 16-12-2019

  16. "Bəzi dəyişikliklər ola bilər" - QURBAN QURBANOV

    “Yaxşı oyun alındı. Bu gün yaxşı dinamika da var idi”. "Report"un məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1\4 final mərhələsinin ilk oyununda “Keşlə”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib. 47 yaşlı mütəxəssis futbolçuların son dəqiqələrə qədər tempi saxladığını bildirib: "Qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Qalib gəlsək də, hər şeyə cavab görüşündə aydınlıq gələcək. Bu oyun göstərdi ki, cavab matçında daha diqqətli olmalıyıq”. - Qış fasiləsində gedənlər və gələnlər olacaqmı?

    Muxalifet4 - 16-12-2019

  17. Türkiyə Liviyanı ikinci Suriyaya çevirməyə imkan verməyəcək - TƏCİLİ ORDU GÖNDƏRİLİR

    Liviyada general Haftarın terror təşkilatı tərəfindən hücuma məruz qalan Milli Saziş Hökumətinin köməyinə "ordu göndərməyi" təklif edən Türkiyə, sanki dəvət gəlmiş kimi təcili hazırlıq işlərinə başladı. Hökumət Türkiyə Silahlı Qüvvələrini qoşun göndərmək üçün təcili şəkildə lazım olan gəmiləri və təyyarələri hazırlamağa çağırdı. Türkiyə silahlı qüvvələri Haftar üsyançı silahlı qruplarının hücumuna məruz qalan Liviyanın qanuni hökumətinə kömək etməyə hazırdır. Hərbi mənbələr qoşunların Tripoliyə köçürülməsi ilə bağlı prosedurların başlandığını bildirir.

    Muxalifet3 - 16-12-2019

  18. Zelenski Bakıdan foto paylaşdı - “BAKI! RƏSMİ ZİYARƏT. QEYRİ-RƏSMİ FOTO”

    Azərbaycanda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski Bakıdan paylaşım edib.

    Muxalifet.az bildirir ki, Zelenski şəxsi İnstaqram hesabında “Bakı Ekspo Mərkəzi”nin qarşısından foto paylaşıb. O, “Bakı! Rəsmi ziyarət. Qeyri-rəsmi foto” şərhini yazıb.

    Qeyd edək ki, ötən gün Azərbaycan paytaxtına xanımı Yelena Zelenskaya ilə təşrif buyuran Ukrayna dövlət başçısının səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Baş Nazir Əli Əsədovla görüşləri planlaşdırılıb.

    Muxalifet4 - 17-12-2019

  19. Bakıda ana və qızının öldürülməsi ilə bağlı ŞOK FAKTLAR - QATİL HARADADIR?

    Dekabrın 13-də Bakıda mənzildə ana və qızını amansızlıqla öldürən şəxs ölkədən qaçıb. Publika.az xəbər verir ki, Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadəni çoxsaylı bıçaq zərbəsi ilə öldürən şəxsin ailənin oğlu Murad Niftizadə olması müəyyənləşdirilib. Məlum olub ki, M.Niftizadə Biləsuvar rayonundan Bakıya gələrək ana və bacısının kirayədə yaşadığı evi tapıb. O, hər iki şəxsi evdə bıçaqlayaraq öldürüb və daha sonra mənzilin qapısını bağlayaraq taksi ilə Qusar rayonuna gedib.

    Muxalifet4 - 17-12-2019

  20. BAKIDA MÜƏMMALI OLAY: icranın yüksək vəzifəli bir əməkdaşı qaçdı, digəri intihar etdi...

    Ötən gün 44 yaşını qeyd edən Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Əlizadənin intiharı sözügedən qurumda son bir həftə ərzində baş verən ikinci qəribə hadisədir. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bundan əvvəl sözügedən qurumun Təsərrüfat şöbəsinin müdiri Rafael Abdullayevin dekabrın 11-də Azərbaycanı tərk edərək, Ukraynaya qaçması haqda məlumat yayılıb. Məsələ ilə bağlı icra hakimiyyətindən verilən açıqlamada şöbə müdirinin icra başçısı Abidin Fərzəliyevin müvafiq əmri ilə vəzifəsindən azad olunduğu deyilib.

    Muxalifet4 - 17-12-2019

Pages