Axtarış
The search found 105849 results in 0.088 seconds.
Search results
Amerikada doğulan terrorçu, Əl-Qaidə"nin rəhbərlərindən biri: Ənvər - DOSYE
Ənvər əl-Avlaki radikal islam təbliğatçısı idi, "Əl-Qaidə" də daxil olmaqla radikal islamçı qrupların hərəkətlərini dəstəkləyən xütbələri ilə məşhur idi. Ərəbistan yarımadasında "Əl-Qaidə"nin ideoloji lideri hesab olunurdu. Muxalifet.az teleqraf.com-a istinadən 30 sentyabr 2011-ci ildə öldürülən 40 yaşlı terrorçunun dosyesini təqdim edir. 1971-ci ilin 22 aprelində ABŞ-da, Nyu Mexikoda doğulub. ABŞ vətəndaşlığını alan Şimali Yəmənli ailənin övladı olub. 7 yaşında atasının kənd təsərrüfatı naziri olduğu Yəmənə qayıdıb. Kolorado universitetinin mühəndislik fakultəsini bitirib.
Muxalifet4 - 15-12-2019
Ermənilər gürcü səfirin avtomobilini qarət etdi
Gürcüstanın Ermənistandakı səfirliyinin avtomobili qarət edilib. APA-nın xəbərinə görə, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb. “Mercedes” markalı “14 D 001 AM” diplomatik nömrə nişanlı avtomobil dekabrın 13-dən 14-nə keçən gecə İrəvanın Tumanyan küçəsində park edilib. Oğrular gecə avtomobilin bahalı yan şüşələrini söküblər. Hadisə ilə bağlı Ermənistan polisi və Gürcüstan səfirliyi açıqlama verməyib.
Muxalifet4 - 15-12-2019
Bu içkilər zəhərlənməyə səbəb ola bilər - Qida Təhlükəsizliyi Agentliyindən AÇIQLAMA
Enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilir.
Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara əsasən, enerji içkilərinin istehsalında istifadə olunan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.
Muxalifet4 - 15-12-2019
"Lavrovun ABŞ-a səfəri heç nəyi dəyişmədi" - PESKOV
Rusiya-ABŞ münasibətləri elə bir dərin böhran vəziyyətindədir ki, hətta Xarici İşlər naziri Sergey Lavrovun səfəri belə vəziyyəti dəyişməyə və müsbətə doğru yönəlməyə kömək etmədi. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Putinin mətbuat katıbı Dmitri Peskov deyib. "Optimizm üçün hər hansısa bir səbəbin olduğunu düşünmürəm", - deyə Peskov bildirib. Xatırladaq ki, Sergey Lavrov dekabrın 10-da Vaşinqtona səfər edərək ABŞ Dövlət katibi Mayk Pompeo və Prezident Donald Trampla görüşüb.
Muxalifet4 - 15-12-2019
"Azərbaycanda “qanuni oğru” və ya “avtoritet”lər fəaliyyət göstərə bilməz" - DİN-dən AÇIQLAMA
Son vaxtlar ölkədə baş verən cinayətlərdə adı hallanan şəxslərin bəziləri kriminal avtoritet və ya kriminal aləmin tanınmış üzvü kimi təqdim edilir. Bəs hazırda Azərbaycanda “qanuni oğru” və ya “avtoritet”lər varmı? Bu suala cavab tapmaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlamasında bildirdi ki, ölkədə bunun üçün real şərait yoxdur.
Muxalifet4 - 15-12-2019
ABŞ-ın MÜƏMMALI TÜRKİYƏ SİYASƏTİ - Vaşinqtonda siyasi ağıl tutulması yaşanır
Türkiyə əleyhinə əhval-ruhiyyənin aşıb-daşan ABŞ Konqresi yeni dağıdıcı - bəsirətsiz addımlar atdı. Oktyabrın 29-da Türkiyəyə qarşı sanksiyalar haqqında qanun layihəsi ən çox dəstək aldığı Nümayəndələr Palatasında qəbul edildi. Bunun ardınca isə 11 dekabr çərşənbə günü Senatın Xarici Əlaqələr Komitəsi sanksiya layihəsini qəbul etdi. Vaşinqtonda, qanun layihəsinin yaxın günlərdə Senatdan keçəcəyi və Prezident Trampın masasına qoyulacağı gözlənilir. Hesab olunur ki, qanun Senatın gündəliyinə daxil edilərsə, səs çoxluğu ilə təsdiqlənəcək və bu, prezidentin veto etməsinə mane olacaq.
Muxalifet3 - 15-12-2019
ABŞ-ın Türkiyədəki hərbi bazaları bağlanır - ƏRDOĞAN MESAJ VERDİ
“ABŞ Senatının “Erməni soyqırımı” ilə bağlı qərarının heç bir hüquqi əsası və bizim üçün dəyəri yoxdur. Çünki bu qərar siyasidir”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin bir neçə televiziya və radiosuna verdiyi müsahibədə bu fikirləri bildirib.
Muxalifet4 - 15-12-2019
Korrupsioner məmurlar haqda SƏRT QƏRAR - Onlar heç bir halda əfv edilmyəcək
Türkmənistan hökuməti korrupsiya cinayətlərinə görə məhkum edilmiş şəxslərin əfv edilməsini qadağan edən qərar verib. “Azadlıq” radiosunun türkmən xidməti xəbər verir ki, müvafiq qərar rəsmi qəzetdə dərc edilib. Prezident Qurbanqulu Berdıməhəmmədovun qanunu hələ noyabrın 30-da imzaladığı bildirilir, amma nədənsə onu iki həftə sonra dərc ediblər. Qanunun qüvvəyə minməsi keçmiş daxili işlər naziri İsgəndər Mulikovun korrupsiya cinayətlərinə görə mühakimə edilməsindən 10 gün sonraya təsadüf edib. Qanunvericiliyə edilmiş yeni dəyişikliklərə əsasən “korrupsiya” anlayışının da tərifi verilir.
Muxalifet4 - 16-12-2019
Kəramət Böyükçöl deputatlığa namizədliyini verdi - "Demirəm, yüz faiz deputat olacağam..."
Tanınmış yazıçı Kəramət Böyükçöl də deputat olmaq fikrinə düşüb. Muxalifet.az xəbər verir ki, o, 80 saylı İmişli - Beyləqan seçki dairəsindən namizəd olacaq. Kəramət Böyükçöl hər kəsdən dəstək istədiyini bildirib: "Sabahdan işlərə başlayıram. Demirəm, yüz faiz deputat olacağam. O qədər sadəlövh deyiləm. Sadəcə, həm bəxtimi, həm də ölkəmi sınayım, görüm fikirlərimdə yanılmamışam ki? Bütün hallarda mənim gözümdə Azərbaycan xalqı yalnız soğan əkməyə, Azərbaycan müəllimi fəhlə işləməyə layiq deyil. Sevgilər! İnanıram ki, dəstəkləyənlər çox olacaq.
Muxalifet4 - 16-12-2019
Əvəz Zeynallı 50 yaşını təmtəraqlı şəkildə qeyd etdi - FOTOLAR
Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı bu gün 50 yaşını qeyd etdi.
Musavat.com xəbər verir ki, Bakıdakı restoranlardan birində qeyd olunan yubiley tədbirində ölkənin tanımış siyasət və media adamları iştirak edirdi.
Muxalifet4 - 16-12-2019
“Aygünü problem, Röyanı gizli sevgi, Faiqi vəzifə, Nadiri fəxri ad gözləyir” – ZİRƏDDİNDƏN PROQNOZ / Video
“ATV Maqazin 10larla” proqramının bu həftə qonağı Rusiyada yaşayıb, orada fəaliyyət göstərən məşhur ekstasens və öncəgörücü Zirəddin Rzayev olub. Muxalifet.az xəbər verir ki, sözügedən verilişdə Zirəddin yerli ulduzları 2020-ci ildə nələr gözləyir sualına 6-cı hissini işə salaraq məşhurlar haqqında proqnozlar verib: Xalq artisti Aygün Kazımova: 2020-ci ildə sənətində yüksəlişlər olacaq. Uğura nail olacaq. 2020-ci il Aygün üçün uğurlu ildir. 2020-ci ildə sağlamlığında problemlər olacaq. Bunu mən sizə deyirəm. Məsləhət görürəm ki, sağlamlığını nəzarətdə saxlasın.
Muxalifet4 - 16-12-2019
Türkiyəli iş adamı Azərbaycan yol polisi haqda status paylaşdı - FOTO
Azərbaycanda yaşayan Türkiyəli iş adamı Yusuf Ziya Dəmir yol polisinə təşəkkür edib. Muxalifet.az xəbər verir ki, bu barədə o, öz “Facebook” hesabında yazıb. Yusuf bəy deyir ki, Bakıdan İsmayıllı-Gəncə-Qazax istiqamətində səyahət edərkən çətin anlar yaşayıb. “İsmayıllıda bir az qar var idi, havanın temperaturu -1 dərəcəydi, axşam 23.00-a yaxın idi. Maşınımın təkəri boşalmışdı. Ehtiyat təkəri dəyişmək istəyirdim. Bu zaman qan təzyiqimin yüksəldiyini hiss etdim və bir az düşməyini gözlədim. Həmin baxt ərazidə xidmət aparan bir yol polisi mənə yaxınlaşıb problemin nə olduğunu soruşdu.
Muxalifet4 - 16-12-2019
Deputatlar tualetin təntənəli açılışında iştirak etdilər - FOTO
Rusiyanın Novosibirsk şəhərində təbəssüm doğuracaq hadisə baş verib. Belə ki, deputatlar bu şəhərdə təntənəli şəkildə “Ağ şeh” kottec qəsəbəsindəki son dayanacaqda ictimai tualetin təntənəli açılışını ediblər. Qeyd edək ki, şəhər hakimiyyəti bu layihənin həyata keçirilməsi üçün dörd milyon milyon rubl ayırıb. Səlahiyyətlilər bu gün ictimai nəqliyyatın son dayanacaqlarının düzəldilməsini yüksək qiymətləndiriblər: asfalt örtük, dayanacaq pavilyonu, isti tualet, dönmə və dayanacaq üçün rahat platforma. Rəhbərlik gələn il də bu layihənin inkişafı üçün müəyyən layihələr həyata keçirəcək.
Muxalifet4 - 16-12-2019
Vladimir Putin: 20 illik yol 20 fotoda
Rusiyada bu ilin sonunda Vladimir Putininhakimiyyətə gəlməsinin 20 ili tamam olur.
Keçmiş KQB agenti ilk dəfə 1999-cu il dekabrın 31-də Rusiya prezidenti olanda Bill Klinton hələ ABŞ prezidenti idi və Ağ Evdə idi. Ötən 20 il ərzində ABŞ-da daha üç prezident, Britaniyada isə beş Baş nazir seçilib.
Muxalifet4 - 16-12-2019
İntihar edən məmur haqqında YENİ FAKTLAR - ÖZÜNÜ AD GÜNÜNDƏ ASIB / Yenilənib
Bakıda Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri ad günündə intihar edib. Unikal.org saytının yaydığı bu xəbəri İcra Hakimiyyətindən təsdiqləyiblər. Bildirilib ki, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq öldürüb. Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Muxalifet4 - 16-12-2019
Zelenski bu gün Bakıya gəlir
Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək. Muxalifet.az bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, səfər iki gün davam edəcək. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir. Xatırladaq ki, bu, Prezident seçildikdən sonra Zelenskinin Bakıya ilk səfəridir. Muxalifet.az
Muxalifet3 - 16-12-2019
Bakı bazarlarında müəmmalı yanğınlar: qəsd, yoxsa...
Son günlər paytaxt bazarında və ticarət mərkəzində baş vermiş yanğınlar çoxlu suallar yaradıb, müəmmalara, şübhələrə və müxtəlif mülahizələrə yol açıb. Bir neçə ay öncə Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzinin yanması, şəhərin şimal istiqamətində “EuroHome” ticarət mərkəzinin kül olması, çox çəkməmiş 3-cü mikrorayon dairəsi yaxınlığındakı bazarın alovlanması bu hadisələrdə qəsd, yoxsa təsadüf olması ehtimallarının irəli sürülməsinə səbəb olub. Ötən gün “Yeni Müsavat” olaraq əvvəlcə 3-cü mikrorayon bazarına baş çəkdik və vəziyyətlə maraqlandıq.
Muxalifet4 - 16-12-2019
Gənc analar körpələrini atıb niyə evdən qaçır? - Mütəxəssislərdən SOS və çıxış yolları
Bir neçə gün öncə Kürdəmir rayonunda iki uşaq anası itkin düşüb. Məlumata görə, Qarabucaq qəsəbənin sakini Leyla Həsənova dekabrın 11-də axşam saatlarında uşaqların paltarlarını yumaq adı ilə evdən çıxıb və geri qayıtmayıb. Ev sakinləri gəlinin gəlmədiyini görüb, onu axtarmağa başlayıb, daha sonra isə polisə müraciət ediblər. Qeyd edək ki, L.Həsənova bir neçə il öncə Mingəçevir şəhərindən Kürdəmir rayonuna gəlin gəlib. Hazırda onun həyat yoldaşı Gürcüstanda həbsdədir. Onların iki azyaşlı uşaqları - 5 yaşlı Əli və 4 yaşlı Həsən isə baba və nənənin himayəsində qalıb.
Muxalifet4 - 16-12-2019
Əri tərəfindən döyülən qadın özünü binadan atdı - BAKIDA
Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də Ü.Tağıyeva özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıb.
Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır./apa/
Muxalifet4 - 16-12-2019
AQTA-nın gizlətdiyi yağ siyahısı: 70 faiz insanı xəstə edir - ŞOK İDDİA
Adətən, bu cür yağlar əmtəə bazarına çox yaxşı bir brend kimi təqdim olunur. Bu yağların ucuzluğu istehlakçı simpatiyası qazanmaya bilməz. Hazırda satışda kərə yağı, eləcə də günəbaxan yağları adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində markası ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır. Əsl yağ təəssüratı yaratsın deyə günəbaxan və kərə dadı qoxusu verilir.
Muxalifet4 - 16-12-2019