Axtarış

The search found 105849 results in 0.029 seconds.

Search results

  1. "ÖLKƏDƏ ACINACAQLI VƏZİYYƏT YARANDIĞINI DEDİM" - Cəmil Həsənli Dövlət Departamenti rəsmiləri ilə Azərbaycandakı vəziyyəti müzakirə edib

    Azərbaycanda növbədənkənar parlament seçkiləri və ölkədəki hazırkı ictimai-siyasi durum ətrafında vəziyyət cümə günü Vaşinqtonda Azərbaycan Demokratik Qüvvələrin Milli Şurasının sədri professor Cəmil Həsənli ilə Dövlət Departamenti rəsmiləri arasında müzakirə edilib. Bu barədə Turan-a C.Həsənli özü məlumat verib.

    Muxalifet4 - 14-12-2019

  2. Hacı Muradın nəşi Dağıstana aparılıbmı? - VİDEO

    Bəzi iddialara görə, Rusiya hökuməti Azərbaycan hökumətindən Hacı Muradın nəşini istəyib. Azərbaycan tərəfi isə bununla razılaşıb. 2019-cu ilin yayında bəzi Dağıstan saytları yazdı ki, Hacı Muradın nəşi Azərbaycandan çıxarılaraq onun doğma Xunzaq kəndində dəfn olunub. Lakin bütün bunlar iddialardır. Qaxın Tanqıt kəndinin sakinləri Hacı Muradın nəşinin məzarından çıxarılıb aparıldığına inanır və bundan təəssüfləndiklərini bildirirlər. Əslən avar olan Hacı Muradın həyatı çox mübahisəlidir. Rusiya imperiyasına qarşı vuruşmuş qəhrəmanı Hacı Murad haqqında əfsanələr dolaşır.

    Muxalifet4 - 14-12-2019

  3. "Nə Qarabağın qaytarılmasından söhbət gedir, nə də sülhməramlılardan..."

    Dekabrın 4-də ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın Bratislavada baş tutan görüşündən sonra ictimaiyyətdə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəzi ehtimallar yaranıb. Belə düşüncə formalaşıb ki, Rusiya Qarabağ münaqişəsi ilə bağlı, “Kazan formulu”nun "rus versiyası" hesab olunan “Lavrov planı”nı işə salacaq.
    Aydındır ki, rus əsgərlər bölgəyə daxil olsalar, bir daha oranı tərk etməyəcəklər. Nəticədə Azərbaycan heç vaxt Qarabağı əldə edə bilməyəcək.

    Muxalifet3 - 14-12-2019

  4. Tbilisidə İrəvan xanlığı haqqında kitabın təqdimatı

    Cümə günü Tbilisidə Gürcüstan Milli Muzeyində Gürcüstan tarixçisi, professor Eldar Nadirzadənin "İrəvan xanlığı" adlı monoqrafiyasının təqdimatı keçirilib.
    Muxalifet.az bu barədə Gürcüstan KİV-lərinə istinadla bildirir. Məlumata görə, Nadirzadə kitab üzərində işin 3 il davam etdiyini bildirib. Kitabda xanlığın siyasi həyatı, hökmdarları, qonşularla münasibətləri, milli tərkibi və s. haqqında danışılıb.
    Monoqrafiyada xanlığın Rusiya tərəfindən ələ keçirilməsi və sonradan milli tərkibinin dəyişdirilməsi mərhələsi tədqiq edilib.

    Muxalifet3 - 14-12-2019

  5. 200 il yaşamağın sirrini kəşf edən 83 yaşlı kişi - MÖCÜZƏLƏR YARADIR

    Dağıstanlı Payzulla İsayev Rusiya və Dağıstanda "İnsan uzun ömür üçün yaradılıb" kitabları ilə tanınan, tibbi məsləhətçi, mühəndis, sağlam və uzun ömrün eliksirini kəşf edən məşhur insanlardan biridir.

    Hazırda 83 yaşı olan Payzulla kişi 200 il yaşamağı qarşısına məqsəd qoyub. O, çox yaxşı fiziki formadadır, hər gün idman edir, kitablar yazır, çəkilişlərə gedir, yaxşı eşidir, aydın danışır, gözləri 100% görür, sonuncu övladı 68 yaşında olanda doğulub. 11 dəfə Həcc ziyarətində olub və hər il də getməyə hazırlaşır.

    Muxalifet4 - 14-12-2019

  6. "Bəşər Əsəd Suriyanı birləşdirə bilməyəcək" - TÜRKİYƏDƏN AÇIQLAMA

    Suriyada 500 mindən çox insanı öldürən şəxs ölkəni birləşdirə bilməz.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Suriya lideri Bəşər Əsədlə bağlı münasibəti barədə danışarkən deyib.

    Muxalifet4 - 14-12-2019

  7. Nəhəng qayalar hər gün 200 metr hərəkət edir - FOTO

    Təxminən 350 kiloqram ağırlığında olan qaya parçaları öz-özünə hərəkət edə bilərmi? ABŞ-ın "Ölüm vadisi"ndə nəhəng qayalar hər gün öz-özünə 200 metr məsafə qət edirlər. "Qaynarinfo" xəbər verir ki, Birləşmiş Ştatların Nevada və Kaliforniya ştatlarının sərhəddində yerləşən vadidə yaşanan bu ilginc olay görənləri heyrətləndirir. Quruyan göl yatağındakı daş parçalarının necə yeridiyinin isə uzun illərdir açıqlana bilməməsi qayaları yadplanetlilərin və ya ilahi bir gücün tərpətdiyi ilə bağlı əfsanələrin yaranmasına səbəb olub.

    Muxalifet4 - 14-12-2019

  8. Yevlaxda qadını aldadaraq pulunu alan "polis" saxlanıldı - RƏSMİ AÇIQLAMA

    Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Vasif Haqverdiyev saxlanılıb.

    Muxalifet4 - 14-12-2019

  9. "Futbolunuz yalnız addım-addım inkişaf edə bilər" - YURÇEVİÇ

    "Niyə insanlar Azərbaycan millisində işimin alınmadığını düşünürlər? Açığı, futbolu bilməyən adamlara görə burada qalmağa tərəddüd edirdim".

    Bu sözləri Sportinfo.az-a açıqlamasında Nikola Yurçeviç deyib. Dünən millimizin sükanı arxasından istefaya göndərilən xorvatiyalı mütəxəssis AFFA İcraiyyə Komitəsinin qərarına münasibət bildirib:

    Muxalifet4 - 14-12-2019

  10. Meyxanaçılar arasında qalmaqal - ƏLƏKBƏR AQŞİNİ SÖHBƏTƏ ÇAĞIRDI / Video

    Meyxanaçılar arasında yaşanan qalmaqal davam edir. Muxalifet.az "Yeni Sabah"a istinadən xəbər verir ki, məşhur söz ustadı Ələkbər Yasamallı həmkarı Aqşin Fateh haqda xoşagəlməz və təhqiramiz ifadələr işlədib. O, hətta A.Fatehi söhbətə də çağırıb. Qeyd edək ki, Ə.Yasamallının əsəbləşməsinə səbəb Aqşin Fatehin “Hər şey daxil” verilişinin canlı yayımında etdiyi açıqlamalar olub.

    Muxalifet4 - 14-12-2019

  11. Cümə günü Ali Məhkəmə Trampla bağlı qərar verəcək - SEÇKİYƏ QATILMAQDAN MƏHRUM EDİLƏ BİLƏR

    Ali Məhkəmə cümə günü prezident Donald Trampın vergi, bank və maliyyə məlumatlarını gizli tutması üçün müraciətini nəzərdən keçirəcək. Bu məsələ, prezidentlə Konqres arasında böyük mübahisə mövzusudur və 2020-ci il preziden seçki kampaniyasına təsir göstərə bilər.

    Muxalifet4 - 14-12-2019

  12. Türkiyə hərəkətə keçdi - ABŞ-a SORĞU GÖNDƏRİLDİ

    Türkiyə “Patriot” hava hücumundan müdafiə sistemləri almaq üçün ABŞ-a göndərdiyi sorğunun cavabını gözləyir. Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə keçirilən Doha forumunda deyib. “Türkiyə ABŞ-ın hələ də onun müttəfiqi olduğuna inanır. Heç kim S-400 zenit-raket komplekslərinin alınmasına dair Rusiya ilə əldə olunan sazişi ləğv edə bilməz, bu, artıq baş tutub. Rusiyanın təklifi daha sərfəli idi və biz onu qəbul etdik.

    Muxalifet4 - 14-12-2019

  13. ​ŞOK: Lələtəpəyə bayraq sancan polkovnik həbs edildi

    Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun məşhur polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib. Muxalifet.az xəbər verir ki, bu barədə Gununsesi.org-a polkovnikin yaxınları bildirib. Məlumata görə, Qadir Vəlişov onunla konfilikt yaşayan yerli dairə seçki komissiyasının sədrinin istəyi ilə qurama ittihamla tutulub. Yaxınları bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edib: “Azər Abbasəliyev və Zakir açıq şəkildə bəyan edirdi ki, onu şərlədəcəklər. Bunu çox adam bilir.

    Muxalifet4 - 14-12-2019

  14. "Azərbaycan üçün ölümə gedərəm" - Bir erməninin etirafları - VİDEO

    "Müharibənin əleyhinəyəm, Qarabağ Azərbaycan torpağı idi və belə də qalmalıdır"

    Muxalifet3 - 14-12-2019

  15. Velosipedlər üçün ölkəyə gətirilən ehtiyat hissələr idxal gömrük rüsumundan - AZAD EDİLDİ

    Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr 15 faiz idxal gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Muxalifet.az

    Muxalifet3 - 14-12-2019

  16. Türkiyədə tibb təhsili alan azərbaycanlı gənc öldü - BƏDBƏXT HADİSƏ

    Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb. "Report"un məlumatına görə, Azərbaycan vətəndaşı, 1998-ci il təvəllüdlü İsmayıl Əmrahov binadan yıxılaraq ağır xəsarət alıb. İ.Əmrahov xəstəxanada koma vəziyyətində qalsa da, bu gün dünyasını dəyişib. Məlumata görə, mərhum Türkiyənin Çanaqqala şəhərində ali tibb təhsili alırmış.

    Muxalifet4 - 14-12-2019

  17. Kак общаться с нарциссами и эгоистами - "Spektrum"

    Kак Меланья терпит такого нарцисса, как Дональд Трамп? Как такой эгоман, как Клаус Кински, сумел найти себе целых трех жен? Почему самовлюбленные люди на первый взгляд кажутся не такими уж отталкивающими? Профессор психологии Митя Бак (Mitja Back) из Университета Мюнстера с коллегами выяснили, почему многие ярко выраженные нарциссы вызывают восхищение — и почему как партнеры в долгосрочной перспективе они все-таки неприятны. Бак и его коллеги связывают это с двумя характерными чертами. Первая — сильная потребность в признании и самоутверждении.

    Muxalifet4 - 15-12-2019

  18. Xaçmazda evlərdən qızıl oğurlayanlar saxlanıldı

    Xaçmazda evlərdən qızıl oğurlayan şəxslər saxlanılıb. Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz rayonu Mirzəmməd kənd sakini H.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək evindən 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib. Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elnur Quliyev saxlanılıb.

    Muxalifet4 - 15-12-2019

  19. SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! - Avtomobili daha rahat idarə etmək üçün sükanı belə tutun...

    Yapon alimləri sükan çarxının ideal tutuşunu müəyyən etmək üçün qeyri-adi bir araşdırma aparıblar. Adətən, sürücülük kurslarında iki üsuldan birini seçməyi təklif edirlər. Göz önünə saatın siferblatını gətirsək, sükanı saat 9 və 15 və ya saat 10 və 14-də tutmaq tövsiyyə olunur. İndi isə yapon tədqiqatçılarının aşkar etdikləri nəticələrlə tanış olar. Alimlər sükanı döndərmək üçün tələb olunan gücün tutuş yerlərindən asılı olduğuna diqqət yetiriblər, çünki, əllərin vəziyyəti əzələlərin çalışmasına birbaşa təsir göstərir.

    Muxalifet4 - 15-12-2019

  20. Ankara ABŞ-a sorğu göndərdi - “PATRİOT” SİSTEMLƏRİ ALMAQ ÜÇÜN

    Türkiyə “Patriot” hava hücumundan müdafiə sistemləri almaq üçün ABŞ-a göndərdiyi sorğunun cavabını gözləyir. Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qətərdə keçirilən Doha forumunda deyib. “Türkiyə ABŞ-ın hələ də onun müttəfiqi olduğuna inanır. Heç kim S-400 zenit-raket komplekslərinin alınmasına dair Rusiya ilə əldə olunan sazişi ləğv edə bilməz, bu, artıq baş tutub. Rusiyanın təklifi daha sərfəli idi və biz onu qəbul etdik. İndi isə biz ABŞ-dan “Patriot” sistemlərini almağa hazırıq və onların cavabını gözləyirik”, - deyə Çavuşoğlu bildirib.

    Muxalifet4 - 15-12-2019

Pages