Axtarış

The search found 105849 results in 0.027 seconds.

Search results

  1. "ŞƏRURLU İSFƏNDİYAR" HAKİM QARŞISINDA - "Heç kimi də aldatmamışam..."

    72 nəfəri aldatmaqda ittiham edilən türkiyəli iş adamı növbəti dəfə hakim qarşısına çıxarılıb. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində iş adamı "Şərurlu İsfəndiyar" kimi tanınan ola adamı İsfəndiyar Axundov ifadə verib. İsfəndiyar Axundov şahid kimi dindirilən zaman Hikmət Yiğitdöl onu da ittiham edib.

    Muxalifet4 - 13-12-2019

  2. SON DƏQİQƏ: Novruz Məmmədovun oğlu yüksək vəzifəyə TƏYİN EDİLDİ

    Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq baş nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verib. Vilayət Eyvazovun əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad olunub. Nazirin digər əmri ilə, İ.Məmmədov DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub. Xəbəri DİN-dən təsdiqləyiblər./unikal.org

    Muxalifet - 13-12-2019

  3. "O dərmanlardan sonra qızım iki gün şoka düşdü” - SƏHİYYƏ NAZİRLİYİNƏ QARŞI ŞOK İTTİHAM

    9 yaşlı Nərmin Cəfərovaya apreldə qaraciyər transplantasiyası olunub. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, son 4 aydır qəbul etdiyi dərmanlara görə isə onun səhhəti pisləşib. Anası Şəlalə Cəfərovanın sözlərinə görə, övladı Səhiyyə Nazirliyinin verdiyi dərmanlardan sonra belə olub. O bildirir ki, dərmanların üzərində qeyd olunan ştrix kodları yoxladıqda heç bir ölkəyə aid olmadığı müəyyən olunub. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etdikdə isə “Onlar bizi yola verdilər. Dedilər ola bilsin gələn ildən bu dərmanlar dəyişdirilsin. Boş sözlər verib yola saldılar.

    Muxalifet4 - 13-12-2019

  4. "EuroHome"da mağazası yanan sahibkarlardan NÖVBƏTİ AKSİYA - FOTOLAR

    "EuroHome" tikinti materialları bazarında baş verən yanğında zərərçəkən sahibkarlar yenidən aksiya keçirir. Muxalifet.az "qaynarinfo"ya istinadla xəbər verir ki, sahibkarlar zərərçəkənlərə heç bir qurumun dəstək olmadığını bildirir. Sahibkarlar onlara konpensasiya ödənilməsini, biznes üçün götürdükləri kreditlərin bağlanmasını və şirkətlərə borcların qarşılanması üçün dəstəyin göstərilməsini istəyir. Aksiya iştirakçıları ilə görüşən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hadisənin araşdırıldığını, sığortanın olmadığı halda ödənişin çətin olacağını bildirib.

    Muxalifet4 - 13-12-2019

  5. Sabah hava daha da pisləşəcək - Çiskinli yağış...

    Bakıda və Abşeron yarımadasında dekabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən muxalifet.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

    Cənub küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

    Muxalifet - 13-12-2019

  6. Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - Qadın özünü qatarın altına atdı

    Dekabrın 12-si saat 19:20-də dəmir yolunun Dəllər-Zəyəm mənzilində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Muxalifet.az “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şəmkir rayonunun Sabirkənd kənd sakini, 1984-cü il təvəllüdlü Xəyalə Zakir qızı Orucova dəmir yolunun Dəllər-Zəyəm mənzilinin 137-ci kilometrində hərəkət edən yük qatarı yaxınlaşarkən relslərin üzərinə çıxıb. Hadisə yerinə dərhal təcili yardım çağrılıb və ağır bədən xəsarətləri alan X.Orucova Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Muxalifet - 13-12-2019

  7. Üsyançı general Haftar paytaxt üzərinə hücuma keçdi - Türkiyə Tripoliyə köməyə gələcəkmi?

    "Rai Al Youm" nəşri, Liviya Milli Ordusunun Baş Komandanı general Xəlifə Xaftarın Tripoliyə hücum təşkil etdiyini, döyüşçüləri döyüş qaydalarına əməl etməyə çağırdığını söylədi.
    Haftar dedi: "X saat gəldi, paytaxtın ürəyinə gedirik".
    Muxalifet.az
    bu barədə "inosmi.ru" ya istinadla bildirir.
    General çıxışında “ Tripolidə hərbçilərin silahı yerə qoyacağı və təslim olacağı qarşılığında onlara toxunulmayacağına" söz verdi və öz əsgərlərini "sakinlərin evlərinin toxunulmazlığına hörmətlə yanaşmağa" çağırdı.

    Muxalifet3 - 13-12-2019

  8. Şəhid sənin, şəhid mənim, şəhid heç kimin!

    Doğma yurdunda girovluqda, əsirlikdə qalan ANA qəbrini ziyarətə gedən Dilqəm Əsgərov ilə Şahbaz Quliyevin özlərinin öz yurdlarında əsir – girov edilmələrindən 5 il 5 ay keçdi. İşğalçı hərbi rejim “məhkəməsi” öldürdüyü şəhid Həsən Həsənovu girovluqdan “azad etsə” də, canlı şəhidlər Dilqəm ömürlük, Şahbaz 22 illik əsirliyini çəkməkdədir. Bizimsə heç umurumuzda da deyil! Heç yadımıza da düşmür! Yaddan çıxmaz Qarabağdan yad da çıxmaz? Əlbəttə, dədələrimiz demiş, ölünü öz kefinə qoysan, kəfəni yırtar. Biz niyə yadelli işğalçıları öz kefinə qoymalıyıq?

    Muxalifet4 - 13-12-2019

  9. Azərbaycanda dəmiryolu taksisi fəaliyyət göstərəcək

    Azərbaycan dəmiryolunda yeni sərnişin daşıma taksisi xidmət göstərəcək. Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, bu xidmətin pilot olaraq 2020-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur: "Bildiyiniz kimi, dəmiryolu şəbəkəsində sərnişin və yükdaşıma müəyyən interval əsasında həyata keçirilir.

    Muxalifet - 13-12-2019

  10. Ramiz Mehdiyevin kürəkəni seçkiyə qatılır? - Özü AÇIQLADI

    Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!
    Muxalifet.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı İlham Əliyev deyib.
    O bildirib ki, yalnız etimad göstəriləcəyi halda seçkilərə qatıla bilər:
    "Mən YAP-çıyam. Partiyamızın sədri var. Partiyamızın sədri, hörmətli cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləcəksə, mən də seçkilərə qatılacam. Etimad göstərilməyəcəksə, qatılmayacam”.

    Muxalifet - 13-12-2019

  11. Bu şəxslərə təqaüd veriləcək – Qərar açıqlandı

    Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
    Muxalifet.az xəbər verir ki, toplantıda bir sıra qərarlar qəbul olunub. Onlardan biri də təqaüdlə bağlıdır.

    Ölkəmizin ali futbol qurumundan bildirlir ki, AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq aşağıda adı göstərilmiş şəxslərə müvafiq təqaüd verilməsi qərara alınıb.

    Sizə həmin şəxslərin siyahısını təqdim edirik:

    Elbrus Abbasov

    Rafiq Əlizadə

    Səmədağa Şıxlarov

    Novil İsmayılov

    Vahid Abbasov

    Çingiz Haşımov

    Muxalifet - 13-12-2019

  12. Heydər Əliyev prospektində DƏHŞƏTLİ QƏZA - Ölən və yaralananlar var

    Dekabrın 12-də saat 20 radələrində İmişli şəhərində ağır yol qəzası baş verib. Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, İmişli şəhəri Heydər Əliyev prospektində K.Mirzəzadənin idarə etdiyi “QAZ-33021” və Beyləqan rayon sakini Emin Quliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə E.Quliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər. İmişli RPŞ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 13-12-2019

  13. ​“Bir başıpapaqlı kişi yoxdur ki, söhbət edə biləsən…” - Barəsində Prezidentə müraciət edilən “JEK” müdiri

    811 saylı Laçın alayının sabiq komandiri, polkovnik Arif Paşa Bakı şəhəri H.Aslanov qəsəbəsi İ.Abbasov-17 ünvanında yaşadığı evin qonşuluğunda təhlükləli tikinti işlərinin aparılması ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib.
    Arif Paşa müraciətində bildirib ki, əlaqədar qurumlar təhlükəyə göz yumur. Ərazidən çəkilən fotoları da təqdim edən Arif Paşa tikintidə bir neçə ay əvvəl yanğın baş verdiyini xatırladıb.

    Muxalifet4 - 13-12-2019

  14. YAP namizədlər siyahısını niyə açıqlamır? – SƏBƏB

    9 fevarl 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı ictimai diqqət hakim Yeni Azərbaycan Partiyasına (YAP) yönəlib. Daha doğrusu, ictimai-siyasi seqmentin əhəmiyyətli hissəsi YAP-ın namizədlər siyahsını açıqlamasını səbirsizliklə gözləyir. 

    Muxalifet4 - 13-12-2019

  15. Mağazası yananlara nə güzəştlər olacaq? - "Şirkət icarədarlara pul vəsaiti ödəməyəcək"

    Dekabrın 10-da «EuroHome» tikinti materialları bazarında baş vermiş yanğınla bağlı ziyan çəkmiş icarədarlara kömək göstərilməsi nəzərdə tutulur.

    «Turan» agentliyinin xəbərinə görə, bunu həmin şirkətdən bildiriblər.

    Şirkətdən verilən məlumata görə, mərkəzdə A və B sıraları olmaqla 100-dən bir qədər çox mağaza yanıb: «Həmin mağazalar şirkət tərəfindən təmir-bərpa olunacaq».

    Muxalifet - 13-12-2019

  16. Tanınmış ekspertdən sürücülərə XƏBƏRDARLIQ

    "Payızın sonu olduğundan belə yağışda ağacların yarpaqları da islanaraq kütləvi şəkildə yerə tökülür. Yaş asfaltın üstündə çürüməyə hazır çoxlu yarpaqlar isə avtomobilinizin təkərlərinin asfaltla ilişməsini ciddi surətdə pisləşdirir. Ona görə də istər şəhər küçələrində, istərsə də kənar yollarda yarpaq tökülən yerlərdən keçərkən hərəkət sürətinə diqqət edin, sərt tormozlamaya və başqa sərt manevrlərə yol verməyin. Ciddi qəza şəraiti yarana bilər".

    Muxalifet - 13-12-2019

  17. "Ermənistan tərəfi Qarabağ münaqişəsindən çıxmaq üçün ..." - ELMAR MƏMMƏDYAROV

     
    Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü 2020-ci ilin yanvarına planlaşdırılıb.
    Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
    Muxalifet.az 
    bu barədə "armenianreport" saytına istinadla xəbər verir.

    Muxalifet3 - 13-12-2019

  18. Boris Conson: "Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq"

    Birləşmiş Krallıq 2020-ci il yanvarın 31-nə qədər Brexit prosesini həyata keçirərək Avropa İttifaqını tərk edəcək. AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson Londonda seçiciləri qarşısında çıxış edərkən deyib. “Biz Brexit prosesini vaxtında, yanvarın 31-dək həyata keçirəcəyik. Artıq “amma”, “əgər”, “ola bilər” kimi şərtlərə yer yoxdur. Qanunlarımız, sərhədlərimiz, maliyyəmiz, ticarətimiz və miqrasiya sistemimiz üzərində nəzarəti özümüzə qaytaracağıq”, - deyə Boris Conson çıxışı zamanı bildirib.

    Muxalifet - 13-12-2019

  19. Əlillərin məhkəmə təminatı hüququ pozulur - Hakimi Qarabağ əlillərinə “yox” cavabı verib

    Əlillər barəsində ayrı-seçkiliyin qadağan edilməsi BMT konvensiyası və yerli qanunvericilik aktları ilə təsbit olunsa da, gerçəkdə hakimiyyətin heç bir qolu qadağaya əməl etmək istəmir. İcra hakimiyyəti orqanlarını bir yana qoyaq, bəs məhkəmə hakimiyyətinə nə gəlib? Ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan qanunun - Konstitusiyanın 60-cı maddəsi hər kəsin inzibati və məhkəmə təminatı hüququ azadlığını təsbit edir. Di gəl, vətəndaş nə inzibati, nə də məhkəmə yolu ilə hüququnu təmin edə bilmir.

    Muxalifet4 - 13-12-2019

  20. Adnan Oktar məhkəməsində ŞOK QƏRAR: 91 nəfər buraxıldı

    İctimaiyyətə din xadimi kimi təqdim edilən Adnan Oktar və mütəşəkkil cinayətkar dəstəsi haqqında açılan məhkəmə prosesinin 51-ci iclası baş tutub.
    Muxalifet.az xəbər verir ki, 226 nəfərin ittiham olunduğu məhkəmədən 91 nəfərin buraxılmasına dair qərar çıxarılıb.
    Məhkəmə Adnan Oktar da daxil olmaqla, 76 nəfərin həbs cəzasının davam etməsini istəyib.

    Muxalifet - 13-12-2019

Pages