Axtarış

The search found 105849 results in 0.052 seconds.

Search results

  1. Qabil Əsədov özbək qadını ələ keçirmək üçün onun ərinin qətlini sifariş verdi - ZİLOLA ƏRİNİ BASDIRIB QAYITDI, ƏSƏDOVLA YAŞAMAĞA BAŞLADI...

    Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsinə 50 yaşlı Azərbaycan vətəndaşı Qabil Əsədovun barəsindəki cinayət işi yenidən baxılmaq üçün geri göndərilib. Bir neçə cinayətlərə görə artıq həbs edilmiş, barəsində 11 il həbs cəzası verilmiş Qabil Əsədov qətl sifariş verməkdə ittiham olunur. O, Sankt-Peterburqda “Volna” adlı kafenin sahibi olub və bu şəhərdə fəaliyyət göstərən iri azərbaycanlı biznesmen-mafioz, “Tülpan İlham” kimi tanınan milyarder İlham Əliyevin (hazırda həbsdədir) qruplaşmasının üzvüdür.

    Muxalifet - 12-12-2019

  2. Futbol üzrə millimizin sabiq futbolçusu həbs edildi - FOTO

    2007/2009-cu illərdə futbol üzrə Azərbaycan millisinin formasını geyinmiş Cəmşid Məhərrəmov həbs edilib. Muxalifet.az “sportinfo.az”a istinadən xəbər verir ki, karyerasını həvəskar futbolda davam etdirən 36 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Yığmamızın heyətində 6 oyun keçirmiş Məhərrəmovun həbsinin detalları barədə ətraflı məlumat verəcəyik. Xatırladaq ki, AFFA veteran futbolçunu 2017-ci ilin əvvəlində - formasını geyindiyi "Rəvan"la birlikdə danışlmış oyunlarda iştirak etməsi iddiası ilə peşəkar futboldan kənarlaşdırmışdı.

    Muxalifet - 12-12-2019

  3. SON DƏQİQƏ: Uşaq bağçasında güclü yanğın oldu - VİDEO

    Ukraynanın Odessa şəhərində yerləşən uşaq bağçalarından birində yanğın olub. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, generatorun partlamasından qaynaqlanan hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürənlər hadisə yerindədir. Qeyd edək ki, Odessa kolleclərindən birində baş verən yanğın nəticəsində 16 nəfər ölmüş, 30 nəfər isə xəsarət almışdı.

    Muxalifet - 12-12-2019

  4. Siyasi Büro üzvü Yakovlev Yerevanda dedi: “Dərhal Dağlıq Qarabağı Azərbaycandan götürün…” - SERGEY BABURİN SSRİ-Nİ DAĞIDANLAR HAQDA

    Dekabrın 10-da 11-nə keçən gecə “Rossiya 1” telekanalında “SSRİ-siz 28 il, SSRİ-nin dağıdılması necə hazırlanırdı” mövzusunda tok-şou olub. Virtualaz.org xəbər verir ki, 1990-cı ildə o vaxtkı sovet Rusiyasının Ali Sovetinin deputatı seçilmiş rusiyalı tanınmış siyasətçi və ictimai xadim Sergey Baburin SSRİ-nin qəsdən, Mixail Qorbaçov tərəfindən dağıdıldığını bildirib. Və bu məqsədlə Dağlıq Qarabağ münaqişəsinin bilərəkdən qızışdırıldığını açıqlayıb. Baburin deyib: “Keçmiş sovet respublikalarındakı bütün o separatçı hərəkatları, xalq cəbhələrini kim yaratmışdı?

    Muxalifet - 12-12-2019

  5. OBA marketdən işdən çıxarılan 4 nəfər HƏBS EDİLDİ

    OBA marketlər şəbəkəsinin 4 keçmiş əməkdaşı həbs edilib.

    Marketlər şəbəkəsinin Sabuncu rayonu, Nardaran qəsəbəsində yerləşən mağazasında ərzaq məhsullarını sataraq pulları mənimsəyən keçmiş əməkdaşları saxlanılıblar.

    Polis tərəfindən keçirilən əməliyyat zamanı mağazanın işdən çıxarılmış keçmiş işçiləri Ramiz Hüseynov, Hüseyn Rzayev, Əli Cavadov və Fazil Tağıyev saxlanılıblar.

    Onların barəsində cinayət işi açılıb.//Report

    Muxalifet - 12-12-2019

  6. ​UEFA Türkiyə millisi ilə bağlı qərarını açıqladı

    UEFA-nın Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarı bəlli olub.
    Muxalifet.az
    xəbər verir ki, Avropa ali futbol qurumu bunun üçün yığmaya hər hansı bir cəza tətbiq etməyib.
    Qeyd edək ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə oyunda (1:1) və evdə Albaniyanı məğlub etdikləri görüşdə (1:0) vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. UEFA bundan sonra yığmaya qarşı intizam işi başlatdığını açıqlayıb.//Report 

    Muxalifet - 12-12-2019

  7. “Qarabağ” Bakıda məğlubiyyətdən son anda xilas oldu - YENİLƏNİB

    UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” - “Düdelanj” oyunu başa çatıb. Virtualaz.org bildirir ki, görüş 1:1 hesabı ilə heç-heçə yekunlaşıb. Oyunun 63-cü dəqiqəsində Buqren Ağdam təmsilçisinin qapısına yol tapıb. 90+1-ci dəqiqədə isə Qeye bərabərlik qolunu vurub. Beləliklə, “Qarabağ” qrup mərhələsini 5 xalla üçüncü yerdə başa vurub. A qrupun digər oyununda Kiprin APOEL klubu öz meydanında İspaniyanın “Sevilya” komandasını 1:0 hesabı ilə məğlub edib.

    Muxalifet4 - 13-12-2019

  8. Zelenski Azərbaycana rəsmi səfərə gələcək

    Dekabrın 12-də Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının görüşü çərçivəsində Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədovla Ukraynanın Baş Naziri Aleksey Qonçaruk arasında görüş keçirilib.

    Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

    Muxalifet4 - 13-12-2019

  9. ABŞ Senatından ŞOK QƏRAR - Qondarma "erməni soyqırımı" layihəsi qəbul edildi

    ABŞ Senatı qondarma erməni soyqırımı adlı qətnamə layihəsini qəbul edib.

    Muxalifet.az bildirir ki, qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim ediblər.

    Qanun layihəsi ilə bağlı Senatın Baş Məclisində keçirilən iclasda iştirak edən senatorlardan etiraz edən olmayıb.

    Qeyd edək ki, bundan əvvəl respublikaçı senatorlar Lindsey Graham və daha sonra David Perdue səsvermənin qarşısını almışdılar.

    Muxalifet4 - 13-12-2019

  10. “Qarabağ” 3 milyon 870 min avro əldə etdi

    Avropa Liqasının qrup mərhələsinin VI turu Azərbaycan çempionu “Qarabağ”ın büdcəsini daha da zənginləşdirib. Muxalifet.az xəbər verir ki, Bakıda keçirilən matçda Lüksemburq təmsilçisi “Düdelanj”a qalib gələn Ağdam klubu 190 min avro əldə edib. Qrup mərhələsini 1 qələbə və 2 heç-heçə ilə başa vuran “Qarabağ” 950 min qazanc götürüb. Bu mərhələyə vəsiqə qazanmaqla komanda 2 milyon 920 min avro qabağa düşüb. Bu isə o deməkdir ki, qrup mərhələsində iştirakdan başlayaraq komanda 3 milyon 870 min avro əldə edib.

    Muxalifet4 - 13-12-2019

  11. “Tarqovı”da həyəcanlı anlar: Köynəyini çıxarıb, bıçaqla hücum etdi - VİDEO

    Bakının Səbail rayonunda iki nəfər bıçaqlı şəxs insanlara hücum edib. "Yeni Sabah" xəbər verir ki, hadisə Nizami küçəsində baş verib. Həmin şəxslər insident zamanı yarıçılpaq vəziyyətdə olublar. Onlar ətrafdakıları bıçaqla təhdid etsələr də, başqa insanlara deyil, özlərinə xəsarət yetiriblər. Əraziyə polis əməkdaşları cəlb olunub. Polis onların saxlanılması üçün əməliyyat keçirib və hər iki şəxs saxlanılaraq polis orqanına aparılıb. Hadisənin təfərrüatları araşdırılır.

    Muxalifet4 - 13-12-2019

  12. Deputatlar silahlarını da təhvil verib? - “Bir güllə belə istifadə etmədim”

    Azərbaycanda deputatlar xidməti silah gəzdirmək hüququna malik olsalar da, V çağırış Milli Məclisin üzvləri bu imtiyazdan istifadə etməyiblər. Muxalifet.az xəbər verir ki, Milli Məclis üzvlərinə xidməti silahın verilməsi ilk dəfə 1997-ci il dekabrın 30-da qəbul edilən “Xidməti və mülki silah haqqında” Qanunla tənzimlənib. 2001-ci ilin oktyabrında isə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əlavələr edilib.

    Muxalifet4 - 13-12-2019

  13. İrəvanda Azərbaycandan olan qaçqınların həyatı - VİDEO

    Ermənistan Hökuməti Azərbaycandan olan qaçqın ailələrinə mənzil əldə etmək üçün sertifikatlar təqdim etmək qərarı qəbul edib. Qərara əsasən, ilk mərhələdə sertifikatlarla 1988-1992-ci illərdə Azərbaycan Ermənistana köçmüş və müvəqqəti olaraq mehmanxana, yataqxana və internat-məktəb ərazilərində məskunlaşan 112 qaçqın ailəsinə veriləcək. Qərar layihəsini Hökumət kabinetinə təqdim edən Ermənistan ərazi idarəetmə və infrastrukturlar nazirinin müavini Baqrat Badalyan ilk mərhələdə sertifikatların yaşayış şəraitlərinin yaxşılaşdırılmasına daha çox ehtiyac olan ailələrə veriləcəyini bildirib.

    Muxalifet4 - 13-12-2019

  14. "Bəzən çox məyus oluram, amma özümü tez ələ alıram" - QURBAN QURBANOV

    "Mövsümü hamımız üçün yaxşı olmayan nəticə ilə başa vurduq. Amma bizimlə olan hər kəsə təşəkkür edirəm". Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda "Düdelanj"la keçirilən oyundan sonra deyib. Tofiq Bəhramov adına Respublika Stadionunda Lüksemburq klubunu qəbul edən Azərbaycan çempionu 1:1 hesablı heç-heçə sayəsində qrupu üçüncü pillədə tamamlayıb. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov bildirib ki, matç maraqlı alınıb: "Bu gün meydanda həm qol, həm qırmızı vərəqə var idi.

    Muxalifet4 - 13-12-2019

  15. Partiya sədrindən "Eurohome" yanğını ilə bağlı ŞOK AÇIQLAMALAR / VİDEO

    Məlum olduğu kimi “Eurohome” tikinti bazarında yanğının səbələri ilə bağlı qəsd ehtimalları da istisna edilmir. Belə ki, sosial şəbəkələrdə ticarət mərkəzinin yüksək ranqlı məmurlardan birinə məxsus olduğu və yanğının hökümətdaxili çəkişmələrin nəticəsi olaraq qisas məqsədilə törədilyi haqqında xəbərlər yayılır. ADP sədri Sərdar Cəlaloğlu da “Yeni Müsavat”a danışarkən bildirdi ki, parlament seçkiləri ərəfəsində bu hadisənin təxribat olması istisna edilməməlidir. O hesab edir ki, istintaq orqanları bu cür hadisələri araşdırarkən hər ehtmalı nəzərə almalıdır.

    Muxalifet4 - 13-12-2019

  16. Tramp: "Türkiyə haqlıdır" dedi

    Bildiyimiz kimi, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinə səs verdi. Səsvermədən dərhal sonra Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib. Səsvermədə 18 senator "lehinə", dörd senat üzvü "əleyhinə" səs veriblər. Muxalifet.az bu barədə "inosmi.ru"-ya istinadla xəbər verir. Qanun layihəsi nə vaxt qüvvəyə minəcək? Senat “Türkiyəyə qarşı sanksiya qanun layihəsini” təsdiqləsə, sənəd Nümayəndələr Palatasına göndəriləcəkdir.

    Muxalifet3 - 13-12-2019

  17. Ərdoğan bu ölkəni türkləşdirir – SENSASİON İDDİA

    Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatlar bu bölgənin türkləşməsinə səbəb olub.
    Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri deyib.
    Suriyalı diplomat Astanada (Qazaxıstan) Suriyanın şimalındakı türkləşmə prosesi barədə müzakirə aparıldığını bildirib:
    “Bölgədə türk bayraqları asırlar, məktəblərə türkləri cəlb edirlər. Bu beynəlxalq hüquq normalarına ziddir”.
    Bəşər Cəfəri baş verənlərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ittiham edib:

    Muxalifet - 13-12-2019

  18. Azərbaycanın Əməkdar artistinin ailəsində faciə - BACISI ÖLDÜ - FOTO

    Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti İntiqam Soltana ağır itki üz verib. Publika.az xəbər verir ki, tanınmış aktyorun bacısı Arzu Həsənova dünyasını dəyişib. Allah rəhmət eləsin.

    Muxalifet - 13-12-2019

  19. Alışanovun qızı bir ayda 5 şirkət təsis etdi

    Azərbaycan Hesablama Palatasının auditorunun 32 yaşlı qızı Aynur Alışanova bu ilin noyabr ayında Bakıda 5 şirkət təsis edib. Muxalifet.az “Turan”a istinadən bildirir ki, kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətlər (“TPDN”, “Oyuncaq Dünyası”, “H2A Studio”, “Dinamo-Qarabağ” və “The Toy Story”) eyni ünvanda qeydiyyata alınıb. Qeyd edək ki, Aynur Alışanova həm də AzTV-nin sabiq sədri Arif Alışanovun qızıdır.

    Muxalifet - 13-12-2019

  20. Bakının mərkəzində QORXULU ANLAR: Bıçaqlı şəxslər insanlara hücum etdi - FOTO/VİDEO

    Bakının mərkəzində, Nizami küçəsində, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc dekabr ayı, soyuq olmasına baxmayaraq geyimlərini soyunaraq əllərində bıçaqla özlərinə xəsarət yetiriblər.
    Muxalifet.az
    REAL-a istinadən xəbər verir ki, onların bu hərəkətindən çəkindirməyə çalışan ətrafdakı insanları da bıçaqla təhdid ediblər. Polisin xəbərdarlığına məhəl qoymayan xuliqanlar, tabe ol əmrindən boyun qaçırıblar. Soyuq silahı əlindən buraxmayan iki gənc hətta polisə də yaxınlaşacağı təqdirdə xəsarət yetirəcəyini bildiriblər.

    Muxalifet - 13-12-2019

Pages