Axtarış

The search found 105849 results in 0.027 seconds.

Search results

  1. Prezident Administrasiyasında yeni təyinat

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə Nüsrət Süleyman oğlu Süleymanov Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.

    Muxalifet4 - 11-12-2019

  2. Mixeil Saakaşvilidən Gürcüstan prezidenti Salome Zurabişviliyə ağır sözlər: "Bu qadın ya dili bilmir, ya da dəlidir"

    Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili dövlət başçısı Salome Zurabişvilinin dünənki çıxışına sərt münasibət bildirib Muxalifet.az "24News.ge" saytına istinadla xəbər verir ki, Mixeil Saakaşvili Salome Zurabişvilinin bu bəyanatının Gürcüstan hərbiçiləri üçün böyük bir təhqir olduğunu ifadə edib. "Salome Zurabişvilinin dünən tədbirdəki açıqlaması on minlərlə Gürcüstan hərbiçisi və veteranı üçün təhqirdir. Bu Giorgi Andzuxelidzeyə, Tatunaşviliyə və Şindisi qəhrəmanlarına bir təhqirdir.

    Muxalifet3 - 11-12-2019

  3. Vaqif Əsədovdan maraqlı təklif: "Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər"

    Dekabrın 10-da Bakıda bir gün ərzində 4 piyada vurularaq öldürülüb. Son zamanlar bu cür halların artmasına görə Daxili İşlər Nazirliyi sürücülərə və piyadalara müraciət edib.
    Muxalifet.az
    xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “qafqazinfo”ya açıqlama verib.
    O, bildirib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq lazımdır:

    Muxalifet - 11-12-2019

  4. SON DƏQİQƏ: Bəxtiyar Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

    SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub. Muxalifet.az-a SOCAR-dan verilən məlumata görə, Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlamış, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışmışdır.

    Muxalifet - 11-12-2019

  5. David Bakradze: "Xanım Zurabişvilinin Gürcüstan Silahlı Qüvvələrindən üzr istəməsini tələb edirik"

    "Xanım Salome Zurabişvilinin silahlı qüvvələrdən üzr istəməsini tələb edirik". Muxalifet.az xəbər verir ki, bunu müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan David Bakradze ötən gün Prezident Salome Zurabişvilinin verdiyi açıqlamanı dəyərləndirərkən deyib. O, Salome Zurabişvilinin açıqlamasını "ölkənin ən hörmətli və dəstəklənən dövlət qurumuna təhqir və hücum" olaraq qiymətləndirib. “Gürcüstanın Ali Baş Komandanı deyib ki, 'Gürcüstanın ordusu yoxdur və olmayacaq da". Hesab edirik ki, bu ölkənin ən hörmətli və dəstəklənən dövlət qurumuna təhqir və hücumdur.

    Muxalifet3 - 11-12-2019

  6. İCRA HAKİMİYYƏTİ ORQANLARININ “ÖTÜR-ÖTÜR” OYUNU – Və yaxud elektron müraciət nə vaxtdan anonim sayılır...

    Qarabağ Qaziləri Müşfiq İsmayılov, Güloğlan Süleymanov, Eldar Hüseynov və başqaları tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:
    “Hər bir vətəndaşın sağlam, təhlükəsiz ətraf mühitdə yaşamaq hüququ ölkədə ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın tələbidir. İstənilən şəxsin hansısa pozuntu haqqında dövlət orqanlarını xəbərdar etməsi, hər şeydən öncə vətəndaşlıq borcudur.

    Muxalifet4 - 11-12-2019

  7. Tanınmış telejurnalistin həyat yoldaşı vəfat etdi

    "Space" telekanalının Xəbərlər departamentinin əməkdaşı Bəturə Nəbiyevanın həyat yoldaşı vəfat edib. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, jurnalistin həyat yoldaşı Nəriman insult nəticəsində dünyasını dəyişib. Allah rəhmət eləsin!

    Muxalifet - 11-12-2019

  8. Parlament seçkiləri ilə bağlı 7 nəfərin namizədliyi təsdiq olundu

    Bələdiyyə seçkiləri ilə bağlı fəallıq adətən aşağı olur. Ancaq biz istərdik ki, fəallıq yüksək olsun.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
    O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenlərinə 41 mindən artıq namizədin adı daxil edilib: “Bir yer uğrunda 3 namizəd mübarizə aparır. Bu, yaxşı haldır”.

    Muxalifet - 11-12-2019

  9. Bakıda evdən kişi meyiti tapılıb

    Bakıda evdən kişi meyiti tapılıb.
    APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayonun Zabrat qəsəbə sakini, 1954-cü il təvəllüdlü Əliyoldaş Zeynalovun yaşadığı ünvanda meyiti tapılıb. Onun meyitini qonşuları aşkar edib.
    Meyitin ilkin müayinəsi zamanı Zabrat sakininin təxminən 4-5 gün əvvəl öldüyü bildirilib.
    Ə. Zeynalovun ölüm səbəbi araşdırılır.

    Muxalifet - 11-12-2019

  10. Türkiyə ordusuna qarşı ŞOK ƏMR: Bütün gəmilərini batırın!

    “Haftardan “vur” əmri aldım. Türkiyənin axtarış gəmilərini batıracağam”. Muxalifet.az pubika.az-a istinadən xəbər verir ki, bu sözləri Liviyada inqilabçı Haftarın ordusuna bağlı donanmanın komandanı Fərəc əl-Məhdəvi deyib. Türkiyə ilə Liviya arasında Aralıq dənizində enerji axtarışlarına dair əldə olunan razılaşmadan hiddətlənən komandan bu barədə Yunanıstan mediasına danışıb. O, Türkiyəni təhdid edərək bildirib ki, bölgəyə yaxınlaşacaq türk gəmisini batırmaq üçün əmr alıb.

    Muxalifet - 11-12-2019

  11. Agentlik: "7-8 min manat maaş alan həkimlər olub"

    “Yaxın 7-10 gün ərzində icbari tibbi sığorta tətbiq ediləcək tibb müəssisələrində işləyən həkimlərin maaşı və maaşa əlavələrlə bağlı məlumatlar veriləcək”.
    Muxalifet.az
    APA-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib. 

    Muxalifet - 11-12-2019

  12. İsveçrə yeni prezidentini seçdi

    İsveçrədə yeni prezident seçilib.
    Muxalifet.az
    xəbər verir ki, Federal Nəqliyyat Departamentinin rəhbəri Simonetta Sommaruqa parlament tərəfindən dövlət başçısı təyin olunub.
    S.Sommaruqa 2020-ci ildən etibarən vəzifəsinin icrasına başlayacaq.

    Muxalifet - 11-12-2019

  13. “Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi

    Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Şərur” MTK-ya daxil olan “Universal Servis” MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunmuş və 10 ildən artıqdır ki, sakinlərin faktiki istifadəsində olan, hər biri 128 mənzildən ibarət, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini adından mediaya müraciət edib.

    Muxalifet - 11-12-2019

  14. Ərdoğan: "Türkiyə lazım gəlsə ordusunu Liviyaya göndərəcək"

    Prezident Ərdoğan, beynəlxalq birliyin rəsmi Liviya hökuməti kimi tanıdığı Tripolidəki Milli Saziş Hökumətinin tələbi ilə Liviyaya hərbi kontingent göndərməyə hazır olduğunu açıqladı. O, tezliklə rusiyalı həmkarı Vladimir Putinlə Moskvanın istefada olan general Xəlifə Haftarın ordusunu dəstəkləməsi məsələsini müzakirə edəcəyini vurğuladı. Muxalifet.az bu barədə "Al Jazeera"-ya istinadla xəbər verir.

    Muxalifet3 - 11-12-2019

  15. ​“Oba” marketin xidməti də malları kimi keyfiyyətsizdir - Pos-terminal yoxdur, müştərilərə ayrı-seçkilik edilir

    Təxminən üç gün öncə Nizami rayonu, Çobanzadə küçəsi , “Real” şadlıq sarayının yanındakı “Oba” marketdən alış-veriş edən Qarabağ əlilinin təqaüd kartı ilə ödəniş etmək istəyi pos-terminalın olmaması səbəbindən mümkün olmayıb. 50 manatlıq əskinası isə kassir oğlan xırdası olmaması bəhanəsilə götürməyəcəyini bildirib. Halbuki digər müştərilərə belə ayrı-seçkilik sərgilənməyib.

    Muxalifet4 - 11-12-2019

  16. Fransanın baş naziri minimum təqaüdün 1000 AVRO OLACAĞINI VƏD ETDİ

    Fransanın baş naziri Eduar Filipp 2022-ci ildən etibarən ölkədə minimal təqaüdün məbləğinin min avroya yüksələcəyini bildirərək deyib: “Lakin bunun üçün tam əmək stajı lazım olacaq”. Hazırda Fransada minimal təqaüdün məbləği 636,56 avroya bərabərdir.

    Muxalifet - 11-12-2019

  17. Həbib Məkkə ziyarətində - FOTO

    UFC-nin yüngül çəki dərəcəsində mütləq çempionu Həbib Nurmaqomedov Məkkə şəhərinə yollanıb. Muxalifet.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, 31 yaşlı idmançı bu barədə "İnstagram" hesabından paylaşım edib. Kəbə evinin şəklini paylaşan idmançı bu sözləri yazıb: "Hər şeyi verdiyi üçün Allaha həmd olsun". Şəkilləri təqdim edirik:

    Muxalifet - 11-12-2019

  18. Qroznı şəhərinin polis rəisi ABŞ-ın “qara siyahı”sına düşdü

    ABŞ Rusiya Daxili İşlər Nazirliyinin Qroznı şəhər İdarəsinin rəhbəri Aslan İrasxanova qarşı sanksiya tətbiq edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Məlumata görə, İrasxanov insan haqlarının pozulmasında günahkar bilinib. Onun 27 kişinin edamına görə məsuliyyət daşıdığı vurğulanıb.

    Muxalifet - 11-12-2019

  19. “EuroHome” sahibkarlarına kompensasiya ödəniləcək

    "EuroHome” ticarət mərkəzində baş vermiş yanğına görə sahibkarlar tərəfindən Bakı-Sumqayıt yolunda hərəkətin dayandırılması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı "EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla hadisə yerində görüşüb.
    Muxalifet.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, görüş zamanı icra hakimiyyətinin başçısına "EuroHome” ticarət mərkəzinin rəhbəri tərəfindən sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparıldığı barədə məlumat verilib.

    Muxalifet - 11-12-2019

  20. Uşağın doğulmasına görə birdəfəlik müavinət bu üsulla veriləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri çərçivəsində uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb. DOST Agentliyində keçirilən mətbuat konfransında Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov yeni sistemin təqdimatını edib.

    Muxalifet - 11-12-2019

Pages