Axtarış

The search found 105849 results in 0.064 seconds.

Search results

  1. ​DEPUTATIN İDDİASI RƏDD OLUNDU - Adı hallanan cinayətlər araşdırıla bilər

    Binəqədi Rayon Məhkəməsində hakim İlkin Əliyevin sədrliyi ilə deputat Elmira Axundova və oğlu Həbib Axundovun iddiasına baxılıb. Hakim deputat xanımın və oğlunun şikayətini araşdıraraq hesab edib ki, verdikləri şikayət qanuni və əsaslı deyil. Ona görə də şikayəti təmin etməyib. Bu iddianın meydana çıxmasına səbəb olan hadisələr 2013-cü ildə cərəyan edib. Həmin il Elmira Axundova və oğlunun adı mətbuatın gündəminə 8 milyon manatlıq dələduzluq işinə görə gəlib.

    Muxalifet - 11-12-2019

  2. Ukraynadan Qarabağda MÜHARİBƏ ANONSU: Azərbaycan bu tarixdə əməliyyatlara başlayacaq

    Azərbaycan 2020-ci ildə antiterror əməliyyatına başlayacaq. Bunu artıq dəqiq demək olar. Amma bu çoxşaxəli hərbi əməliyyat Ermənistan ərazisində olmayacaq. Çoxları burda səhvə yol verir. Antiterror əməliyyatları Azərbaycanın bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən tanınmış sərhədləri çərçivəsidə, Qarabağda baş tutacaq. Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a ukraynalı politoloq Nataliya Belous deyib.

    Muxalifet - 11-12-2019

  3. ​SON DƏQİQƏ: "EuroHome"da mağazaları yanan sahibkarlar aksiya keçirir - VİDEO

    "EuroHome" tikinti malları bazarında mağazaları yanan sahibkarlar aksiya keçirirlər. Muxalifet.az xəbər verir ki, Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərin kompensasiya edilməsini istəyirlər. Mağazası yananlardan biri ona 100 min manatdan yuxarı zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib. Məsələ barədə daha ətraflı məlumat verməyə çalışacağıq. Qeyd edək ki, ötən gün Binəqədi rayonu ərazisinsə yerləşən bazar alışıb. Çox sayda mağaza içərisində mallarla birgə yanıb./ Qaynarinfo

    Muxalifet - 11-12-2019

  4. Sabah bəzi yollar bağlanacaq - Sürücülərin DİQQƏTİNƏ!

    Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

    Muxalifet - 11-12-2019

  5. Yevlaxda xəstəxana YANDI - Xəstələr təxliyə olundu

    Yevlaxda xəstəxanada yanğın baş verib.
    Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.
    Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 11-12-2019

  6. Sahibkarlar yolu bağladı, İcra başçısı "EuroHome"a gəldi - FOTOLAR

    Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev "EuroHome"da sahibkarlarla görüşür.
    Muxalifet.az
    yeniavaz.com-a istinadən xəbər verir ki, "EuroHome" tikinti materialları bazarında malları yanan sahibkarlar Bakı-Sumqayıt  yolunu bağlamağa cəhd ediblər. Polisin müdaxiləsi ilə sahibkarlar sakitləşdirilib. Daha sonra isə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hadisə yerinə gəlib. İcra başçısı hazırda zərərçəkən sahibkarların şikayətini dinləyir.

    Muxalifet - 11-12-2019

  7. ABŞ Lavrova "sərt xəbərdarlıq" etdi

    ABŞ prezidenti Donald Tramp Rusiyanın XİN naziri Lavrova ABŞ seçkilərinə müdaxilə cəhdləri ilə bağlı xəbərdarlıq edib və Rusiyanı Ukraynanın şərqindəki münaqişəni həll etməyə çağırıb. Muxalifet.az bu barədə "Azadlıq.org"-a istinadla xəbər verir. Dekabrın 10-da Ağ Evdə keçirilən bu görüşdə Tramp habelə Çinin də daxil olacağı "silahlara qlobal nəzarət" tərəfdarı olduğunu deyib. Tramp görüş zamanı Rusiyanı İranın nüvə silahı əldə etməsinə mane olmağa və Şimali Koreyanın nüvəsizləşdirilməsinə kömək etməyə çağırıb.

    Muxalifet3 - 11-12-2019

  8. Vilayət Eyvazov mayora yeni vəzifə verdi - ƏMR

    Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
    Muxalifet.az
    “Azvision.az”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Samir Qayıbov Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə rəis müavini təyin edilib.
    Qeyd edək ki, S.Qayıbov bundan əvvəl Abşeron rayon Polis İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.

    Muxalifet - 11-12-2019

  9. Britaniya Gürcüstanda neft emalı zavodu tikir?

    Böyük Britaniyanın “Evolve Trading and Investment” şirkəti dünyada müxtəlif layihələr həyata keçirən “SAVM-SABA Group LP” kampaniyası ilə birgə əməkdaşlıq çərçivəsində Gürcüstanda neft emalı zavodu (NEZ) tikmək niyyətindədir.
    Muxalifet.az "24News.ge" saytına istinadla xəbər verir ki, zavod yerli və xarici neft şirkətlərinə xidmət edəcək beynəlxalq zavod olacaq. Zavodda az kükürdlü mazutun istehsalı planlaşdırılır.

    Muxalifet3 - 11-12-2019

  10. AzTV-də sensasion istefa - Xəzər TV-nin keçmiş əməkdaşı dövlət televiziyasına direktor təyin olundu

    Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Texniki İstehsalat Birliyinin direktoru Arzu Abdullayev öz ərizəsi ilə işdən kənarlaşdırılıb. 
    Qeyd edək ki, A.Abdullayev ölkədə televiziyanın texniki parametrlərini yüksək səviyyədə bilən yeganə mütəxəssislərdən sayılır. Onun yerinə isə Xəzər Televiziyasında çalışmış və 4-5 ay idi ki, A.Abdullayevin müavini olan Elnur Əliyev təyin edilib.

    Muxalifet - 11-12-2019

  11. Merkel 9 saatlıq danışıqlardan sonra: “Putin, sən qalib gəldin”

    Almaniya kansleri Angela Merkel “Normand dördlüyü”nün yekununda Rusiya prezidenti Vladimir Putini qalib tanıyıb.
    Muxalifet.az
    modern.az-a istinadən xəbər verir ki, o, Fransa, Almaniya, Rusiya və Ukrayna liderlərinin Donasdakı münaqişə ilə bağlı davam edən 9 saatlıq görüşünün yekununda deyib.
    “Bu gün sən qalibsən” – deyə Merkel mətbuat konfransına gedən zaman Putinə deyib. Bu zaman onun narazı halda olduğu gözdən yayınmayıb.

    Muxalifet - 11-12-2019

  12. Həkimlərə inamı itənlərin fikrini onlar dəyişə bilər - Azərbaycan da Türkiyənin yolu ilə gedəcək?

    Hazırda dünyanın bir sıra ölkələrində - Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Çində həkim robotlar fəaliyyət göstərir. Gələn ildən etibarən isə qonşu ölkə Türkiyədə də xəstələri robotlar müalicə edəcək. Bununla bağlı Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, ilk belə müayinə 2020-ci ildə gerçəkləşəcək. Bəs həkimlərə inamın az olduğu ölkəmizdə də sağlamlığımızı robotlara əmanət edəcəyimiz günlər yaxındadırmı?

    Muxalifet - 11-12-2019

  13. ​"EuroHome"un sahibi də bazara gəldi və... - FOTO

    Xəbər verdiyimiz kimi, "EuroHome" tikinti materialları bazarında malları yanan sahibkarlar Bakı-Sumqayıt yolunu bağlamağa cəhd ediblər. Yeniavaz.com-un hazırda "EuroHome"da olan müxbirinin verdiyi məlumata görə, "EuroHome"un sahibi Azay Möhnətov da bazara gəlib, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə görüşür. Qeyd edək ki, FHN-in istintaq komisiyasının rəhbəri də hadisə yerindədir. Əlavə məlumat veriləcək.

    Muxalifet - 11-12-2019

  14. Küçədə Cavadovun meyiti tapıldı

    Bakıda küçədən meyit tapılıb. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayonun küçələrinin birində təxminən 60-65 yaşlarında kişi meyiti aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində meyitin Masallı rayon sakini, 1956-ci il təvəllüdlü Cavadov Mürsəl Qulam oğluna aid olması müəyyən edilib. M. Cavadovun ölüm səbəbi araşdırılır.

    Muxalifet - 11-12-2019

  15. SON DƏQİQƏ: Ağdamda güclü partayış - XƏSARƏT ALAN VAR

    Ağdam rayonunda partlayış baş verib. Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    Muxalifet - 11-12-2019

  16. Zeynəb Xanlarova Amerikaya getdi - Növbədənkənar seçkidə namizəd olacaq?

    “Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir". Muxalifet.az xəbər verir ki, bu fikirləri Modern.az-a Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib. Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: "Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz".

    Muxalifet - 11-12-2019

  17. Şəhid Sahib Rüstəmovun həyat yoldaşı vəfat edib

    Gədəbəy uğrunda gedən döyüşlərdə şəhid olmuş topçu Sahib Rüstəmovun həyat yoldaşı vəfat edib. Publika.az xəbər verir ki, şəhidin həyat yoldaşı Səfurə Rüstəmova xəstəlik səbəbindən dünyasını dəyişib. Allah rəhmət eləsin!

    Muxalifet - 11-12-2019

  18. Bu qərar İran xalqını AYAĞA QALDIRDI: gələn il...

    İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusuna 2020-ci il dövlət büdcəsindən ayrılan vəsait 15 trilyon tüməndən 18 trilyon 315 milyard tümənədək artırılıb. Publika.az xəbər verir ki, 484 trilyon tümənlik dövlət büdcəsinin 2% kəsrə getməsinə rəğmən, orduya ayrılan büdcənin 22% artırılması etiraz doğurub. Qeyd edək ki, İnqilab Keşikçiləri korpusunda 150 min əsgər var. Quru, dəniz və hava hücumundan müdafiə qoşunlarından ibarət İran ordusunda isə ümumilikdə, 400 min əsgər xidmət edir. Xatırladaq ki, 15 noyabrda benzinin 3 qat bahalaşması İran miqyasında etirazlara səbəb olmuşdu.

    Muxalifet - 11-12-2019

  19. Gürcüstan-Azərbaycan sərhədindəki insidentlə bağlı istintaq başladı

    “Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı istintaq aparılır”. Muxalifet.az-ın “Report”a istinadən xəbərinə görə, bunu Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib. O, bu cür halların xoşagəlməz olduğunu deyib: “Hazırda xəsarət alan şəxsin həyatına heç bir təhlükə yoxdur”. Nazir müavini məsələ ilə bağlı indiki mərhələdə əlavə şərhin verilməsinə ehtiyacın olmadığını deyib.

    Muxalifet - 11-12-2019

  20. DİN-dən adam bıçaqlayan polislə bağlı AÇIQLAMA

    Daxili İşlər Nazirliyi və prokurorluq Bərdə rayonunda polis əməkdaşının adam bıçaqlaması haqda yayılan məlumat barədə rəsmi açıqlama verib.

    Muxalifet - 11-12-2019

Pages