Axtarış

The search found 105849 results in 0.08 seconds.

Search results

  1. SON DƏQİQƏ: Türkiyəyə daha bir MÜHARİBƏ ELANI

    Türkiyənin Şərqi Aralıq dənizində Liviya ilə razılaşmasından sonra bölgədə balanslar nisbəti dəyişib.
    Muxalifet.az
    publika.az-a istinadƏn xəbər verir ki, böyük güclər Yunanıstandan vasitə kimi istifadə edərək Türkiyəyə qarşı hücum mövqeyinə keçib.
    Bu durum Aralıq dənizində Türkiyə və Yunanıstanın tez-tez qarşı-qarşıya gəlməsinə səbəb olub. Yunanıstan ABŞ, İsrail və Qərbin əmri ilə rəsmi Ankaraya qarşı həddini aşan işlər görməyə başlayıb.

    Muxalifet - 10-12-2019

  2. Kamran Quliyev: "Neftçi" klubu hər brendlə işləyə bilməz"

    "Son qələbənin ardından hamının əhvalı yaxşıdır. Klubumuzu tanıtmağa ehtiyac yoxdur. Ölkənin ən titullu, ən çox azarkeşə sahib komandasıyıq. Tarix boyu klubumuz nəinki Bakını, bütün ölkəni təmsil edib. Türkiyədə böyük “dördlük” varsa, Azərbaycanı təmsil edən klubların başında həmişə "Neftçi" gəlib. Türkiyə yığması Avropa çempionatında oyunlarını Bakıda keçirəcək. Onlara uğurlar arzulayıram".

    Muxalifet - 10-12-2019

  3. Dəhşətli yanğının səbəbi bilindi – Rəsmi AÇIQLAMA

    “Həmin ərazidə kafel-metlax dükanı var, yanğın oradakı kabellərin alışması ilə başlayıb”. Bu sözləri Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva bu gün Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının başvermə səbəbilə bağlı açıqlama verərkən deyib. Qeyd edək ki, bu gün Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın meydana gəlib. Sürətlə böyüyən yanğını nəzarətə götürmək üçün FHN əraziyə canlı qövvə ilə yanaşı, təyyarə və helikopterlər də cəlb edib.

    Muxalifet - 10-12-2019

  4. Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutuldu

    Dekabrın 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 10 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 10-12-2019

  5. 4 nəfər tüstüdən zəhərlənib, 13 nəfərə yardım göstərilib - RƏSMİ

    Bu gün baş verən yanğında bağlı Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb. Muxalifet.az-a daxil olan məlumatda deyilir: "Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub. Saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var".

    Muxalifet - 10-12-2019

  6. TÜRKİYƏ BOYKOT ETDİ! - Ərdoğan: “Nobel mükafatının irqçi bir şəxsə verilməsi...”

    Türkiyə prezidenti R.T.Ərdoğan 10 Dekabr İnsan Hüquqları Günü ilə bağlı çıxışında builki Nobel mükafatı laureatından da danışıb: “10 Dekabr İnsan Hüquqları Günündə Nobel Ədəbiyyat Mükafatının Bosniya-Hersoqovinada baş vermiş soyqırımı inkar edən və hərbi cinayətkarları müdafiə edn irqçi bir şəxsə verilməsi insan hüquqlarının pozulmasının mükafatlandırılmasından başqa məna daşımayacaqdır”.

    Muxalifet - 10-12-2019

  7. İlham Əliyev Mədət Quliyevə daha bir VƏZİFƏ VERDİ - SƏRƏNCAM

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 dekabr tarixli 1835 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet - 10-12-2019

  8. Belorusiya Rusiya üçün Krım deyil - "Anşlyusa yox"

    Aleksandr Lukaşenko, ölkəsinin Rusiyanın əlinə keçməsini istəmir, çünki bu onun və ailəsinin hakimiyətdən getməsi ilə nəticələnəcək, deyə Roman Popkov bildirdi. Amma Belorusun Krımın “anşlyus” taleyini yaşamasını xalq istəmir və müstəqil Belorusiya dövlətindən imtina etmək istəmirlər. Muxalifet.az xəbər verir ki, bu barədə politoloq Pol Qobl mövqeyini bildirib. "Müstəqil Belorusun bu tərəfdarlarının heç də hamısı müxalifət nümayəndələri deyil", - rus müxalifətinin köşə yazarı deyir. Onların hamısı ağ-qırmızı bayrağı özlərininki bilmirlər.

    Muxalifet3 - 10-12-2019

  9. BAKIDA AVTOBUSA HÜCUM: Sürücünü döydü, şüşələri sındırdı

    Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.
    Muxalifet.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.
    Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.
    Hadisə vaxtı “Mercedes”in sürücüsü avtobusun sürücüsünü döyüb, avtobusun isə şüşəsini təpiklə sındırıb.

    Muxalifet - 10-12-2019

  10. Türkiyə bu ölkəyə ORDU YERİDƏ BİLƏR - Ərdoğan AÇIQLADI

    “Qarşımızda bütünləşmiş biriləri var. Yunanıstan, Misir, İsrail, Cənubi Kipr. Biz isə Liviya ilə bərabər olduq. Əslində, Qəddafi dövründə başlamış proses idi bu. Onun ölümü ilə pouzlmuşdu. Bundan sonra bu yolu davam etdirəcəyik”.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İnsan Haqları Günü çərçivəsində təşkil edilən "Hər İnsan Bir Dünya" tədbirində səsləndirib.

    Muxalifet - 10-12-2019

  11. Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Muxalifet.az-ın xəbərinə görə, sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram: 1. Ordubad rayonunda icbari tibbi sığorta tətbiq edilsin. 2.

    Muxalifet - 10-12-2019

  12. “Hamı buna hazır olmalıdır” – “Qapımızı döyən” fəlakət

    Ümumdünya Meteoroloji Təşkilatının (WMO) Madriddə keçirilən iqlim sammitində açıqladığı ilkin məlumatlarda 2015-2019-cu illər meteoroloji müşahidələrin bütün dövrləri üçün ən isti beş il kimi qeyd olunub. 

    Muxalifet - 10-12-2019

  13. Çexiya Sarkisyanın qardaşı oğlunu Yerevana təhvil verəcək

    Çexiya keçmiş prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı Ermənistana ekstradisiya edəcək. Virtualaz.org “Sputinik Ermənistan”a istinadən bildirir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan öz "Facebook" səhifəsində məlumat yayıb. O qeyd edib ki, Çexiya hüquq-mühafizə orqanları Ermənistanın Baş Prokurorluğunun axtarışda olan Narek Sarkisyanın cinayət təqibi məqsədi ilə Ermənistan hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

    Muxalifet - 10-12-2019

  14. “WhatsApp” 2020-ci ildən etibarən bu telefonlarda işləməyəcək

    “WhatsApp” mesajlaşma platforması 2020-ci ildən etibarən dünyada milyonlarla cihaz tərəfindən dəstəklənməyəcək. Muxalifet.az “Dail Mail”ə istinadən xəbər verir ki, bu qayda xüsusi ilə iOS 8 versiyalı “İphone” telefonlarına, 2.3.7 versiyalı Android cihazlarına aiddir. Məlumata görə, bu cihazlara sahib olan istifadəçilər “WhatsApp”da yeni hesablar yarada bilməyəcəklər. Sözügedən qayda 1 fevral 2020-ci il tarixindən qüvvəyə minəcək.

    Muxalifet - 10-12-2019

  15. Yeni vəzifəyə təyin olunan Elmira Süleymanova DANIŞDI: “Əhvalım yaxşıdır”

    Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili olmuş (sabiq Ombudsman) Elmira Süleymanova Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb.
    Muxalifet.az
    xəbər verir ki, yeni işi barədə Modern.az-a danışan Elmira Süleymanova əslində AMEA-da uzun illərdir ki, çalışdığını deyib:

    Muxalifet - 10-12-2019

  16. “SİZCƏ, PUTİNİN ƏLİNİ SIXMAQ OLARMI?...” - Rusiya Qarabağla Donbasda eyni taktikadan istifadə edir

    Dekabrın 9-da Ukrayna prezidenti Vladimir Zelenski ilə Vladimir Putin arasında “Normand dördlüyü” çərçivəsində və təkbətək baş tutan görüşlər dünya gündəminin ən başlıca mövzularından biri, bəlkə də birincisi oldu. Görüşü şərh edən V.Zelenski onun nəticəsini “heç-heçə” kimi qiymətləndirib. Belə ki, əsas müzakirə mövzusu olan Ukraynanın işğal olunmuş Donbas bölgəsində qoşunların geri çəkilməsi, seçki keçirilməsi və Ukrayna-Rusiya sərhədinin Ukrayna hissəsinə nəzarətin rəsmi Kiyevə verilməsi kimi məsələlərdə hər hansı ciddi irəliləyiş əldə olunmayıb.

    Muxalifet - 10-12-2019

  17. ABŞ-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: "Geri qayıtmaq istəyirsə..."

    Türkiyə F-35 proqramına geri qayıtmaq istəyirsə, S-400-dən imtina etməlidir. Muxalifet.az xəbər verir ki, bunu ABŞ Avropa Qüvvələri (EUCOM) və NATO Müttəfiq Qüvvələr Ali Komandanlığının (SECEUR) komandiri Tod Uolters deyib. Paytaxt Vaşinqtonda jurnalistlərə açıqlama verən general bildirib ki, S-400 sistemlərini istifadəyə verməmək və ya depoda saxlamaq belə F-35-lər üçün kifayət deyil. Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 müdafiə kompleksi aldığına görə ABŞ tərəfindən müxtəlif sanksiyalara məruz qalıb.//Publika

    Muxalifet - 10-12-2019

  18. ​“Düşmən ümid edir ki, Azərbaycanda qorxaq bir nəsil formalaşacaq və Qarabağı...

    Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək…

    Muxalifet - 10-12-2019

  19. ​Azərbaycanda ŞOK HADİSƏ: Polis saxladığı şəxs özünü bıçaqladı, maşınından isə...

    Ağcabədi rayonunda yol polisinin saxladığı şəxs özünə xəsarət yetirib. Muxalifet.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı S.Xanalıyevin sənədlərinin də olmaması müəyyən edildiyindən avtomobilin müvəqqəti duracağa aparılması bildirilib.

    Muxalifet - 10-12-2019

  20. Saakaşvili: Beş dəqiqəyə islahatlar - Epizod 1: Uğurlu islahatların prinsipləri

    Azərbaycan rəhbərliyi hərtərəfli islahatlara doğru getdiyini və bu kursun dönməz olduğunu bəyan edir. Postsovet məkanında ilk dərin və uğurlu islahatların müəllifi Mixail Saakaşvilidir. Hamımız şahidiyik ki, Gürcüstan prezidenti yol və cibkəsənlərlə dolu ölkəsini qısa müddətdə necə dəyişdi, təhsildə, səhiyyədə illərlə yığışıb qalmış problemlərin əksəriyyətini necə sürətlə həll etdi, hüquq-mühafizə sisteminə, kadr siyasətinə köklü yeniliklər gətirdi.
    Muxalifet.az
    bu barədə "Pressklub.az"-a istinadla xəbər verir.  

    Muxalifet3 - 10-12-2019

Pages