Axtarış

The search found 105849 results in 0.084 seconds.

Search results

  1. Bakıda avtomobil gölməçədə batdı, sürücü...

    Bakıda avtomobil gölməçədə batıb. Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin gölməçədə batması və içərisində olan sürücünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

    Muxalifet - 9-12-2019

  2. ABŞ-dan Ermənistana ZƏRBƏ - Kütləvi şəkildə...

    ABŞ Dövlət Departamenti 2019-cu ildə Amerikaya turist və iş səyahətləri ilə əlaqəli qeyri-immiqrant vizalarından imtina ilə bağlı məlumatları açıqlayıb.

    Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə,

    Ermənistan vətəndaşlarına 51,65% halda belə vizaların verilməsi rədd edilib. Bu göstəriciyə görə, ermənilər keçmiş Sovet İttifaqı ölkələrinin reytinqinin ortalarında yer alır.

    Muxalifet - 9-12-2019

  3. ​Azərbaycanla sərhəddə “donuz qripi” TƏHLÜKƏSİ

    Gürcüstanda qış mövsümündə “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxma ilə bağlı ilk hal qeydə alınıb. Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, virusa yoluxma halı ötən həftə Batumi şəhərində qeydə alınıb. Virusa yoluxan yeniyetmə olub. Yeniyetmənin xəstəxanaya yerləşdirildiyi və artıq müalicə olunduğu bildirilib. Milli Mərkəzdən ölkədə mövsümi qripə yoluxma hallarının illik müqayisədə artdığı qeyd olunub.

    Muxalifet - 9-12-2019

  4. Ərdoğan: “Suriyada 1 milyon qaçqının məskunlaşması üçün hazırlıq görülür”

    “İndiyə qədər Türkiyədən 370 min nəfər qaçqın könüllü şəkildə Suriyada yaradılmış təhlükəsiz zonaya qayıdıb”.
    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının nazirlər toplantısında çıxış edərkən deyib.
    Ərdoğan bildirib ki, Suriyanın Rəsulayn və Telabyad bölgələrində 1 milyon nəfərin məskunlaşması üçün tikintiyə başlamaq üçün hazırlıqlar görülür.

    Muxalifet - 9-12-2019

  5. Mikroavtobus 4 yaşlı uşağı əzərək öldürdü

    Türkiyədə dəhşətli hadisə yaşanıb.

    Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, servis mikroavtobusu 4 yaşlı suriyalı uşağı əzib. Mikroavtobusun altında qalan uşaq dünyasını dəyişib. 

    Servisin sürücüsü və işçi qadın polis tərəfindən saxlanılıb.

    Muxalifet - 9-12-2019

  6. Xoşqədəm ANS, ATV və Xəzər TV-də aldığı maaşı açıqlayıb

    Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı aylıq gəlirindən danışıb. Muxalifet.az "Ölkə.Az"a istinadən xəbər verir ki, o, aparıcısı olduğu "Səni axtarıram" verilişində bildirib ki, 3 il öncəyə qədər min manat məvacib alırmış: "İşlədiyim telekanallara milyonlar qazandırmışam. Amma aparıcı kimi məvacibim əvvəlcə 500, sonra 600, ardınca isə 1000 manat olub. Yalnız "Xəzər" televiziyasına gəldikdən sonra daha yüksək maaş almağa başladım. Halbuki müəllifi olduğum layihəni telekanallara satsaydım, milyonlar qazanardım".

    Muxalifet - 9-12-2019

  7. Rusiyanın Gürcüstandakı xain "TROYA ATI" - MOSKVANIN 4 ŞƏRTİ... - TƏHLİL

    "Vahid Gürcüstan- demokratik Gürcüstan" partiyasının sədri Nino Burcanadzenin Moskvaya səfəri barədə ekspert Qoça Qvaramia müsahibəsini Muxalifet.az oxucularına təqdim edir.
    -Sizin fikrinizcə, Burjanadzenin Moskva səfəri vahid müxalifətdə açıq-aşkar Rusiya əleyhinə fikirlərin olduğunu nəzərə alaraq,hansı məqsədi güdür? .

    Muxalifet3 - 10-12-2019

  8. Putinlə Zelenski arasında ikitərəfli görüş keçirilir - İLK DƏFƏ

    Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb. Buna qədər Putin və Zelenski heç vaxt görüşməyib, yalnız bir neçə dəfə telefonla danışıblar. Protokola əsasən görüş təxminən 45 dəqiqə davam etməlidir. Lakin, Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar vaxtla məhdudlaşmır. Onun fikrincə, əsas məsələ iclasda Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə etməkdir.

    Muxalifet4 - 10-12-2019

  9. SON DƏQİQƏ: Bakıda ticarət mərkəzi yanır

    Bakıda ticarət mərkəzində yanğın başlayıb. Trend-in məlumatına görə, hadsə paytaxtın Binəqədi rayonu ərazisində "Eurohome" tikinti materiallarının topdan satış bazarında baş verib. Bazardakı tikinti materialları mağazalarından birində başlanan güclü yanğın başqa mağazalara da keçib. Hazırda yanğının qarşısının alınmasını istiqamətində tədbirlər görülür

    Muxalifet - 10-12-2019

  10. “Norman Dördlüyü” liderləri mətbuat konfransı keçiriblər

    Fransanın paytaxtı Parisdə “Norman Dördlüyü” liderləri - Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski keçirdikləri görüşün nəticələri barədə mətbuat konfransı keçiriblər.

    Muxalifet - 10-12-2019

  11. Ziya Məmmədovun qardaşı danışdı: “...İnşallah, seçkiyə qoşularıq”

    Bu günlərdə akademik Ramiz Mehdiyevin əmri ilə Azərbaycan Texniki Universitetinin prorektoru, keçmiş deputat, sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru təyin edildi. E.Məmmədovla söhbətimizdə yeni təyinatı, ölkədə gedən dəyişikliklər, yüksək vəzifələrə gənc kadrların irəli çəkilməsi, növbədənkənar parlament seçkiləri və digər aktual məsələlərə toxunmuşuq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik: - Elton müəllim, yeni vəzifəyə təyinatınızı gözləyirdinizmi və prorektor fəaliyyətinizlə vidalaşmısınızmı?

    Muxalifet - 10-12-2019

  12. Yanğın olan əraziyə 4 Təcili Tibbi Yardım briqadası göndərildi

    Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlikdən muxalifet.az-a verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

    Muxalifet - 10-12-2019

  13. Ağ Evdə KRİTİK GÖRÜŞ: dünyanın gözü ora dikildi

    Bu gün Ağ Evdə kritik görüş keçiriləcək.
    Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın qonağı olacaq.
    ABŞ mətbuatının ali səlahiyyətli rəsmilərə istinadən verdiyi məlumata görə, görüşə Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da qatılacaq.
    Toplantının gündəmi ölkələrarası münasibətlər olacaq.
    Qeyd edək ki, Donald Trampın impiçmenti hələ tamamlanmayıb. Belə vəziyyətdə Lavrovun Vaşinqtona səfəri diqqət çəkir.

    Muxalifet - 10-12-2019

  14. Rusiya donanmasının kədərli gələcəyi haqqında "qarışıq siqnallar"

    Vladimir Putin, Rusiya donanmasının NATO-nun təhdidinə qarşısını almaq üçün böyük ölçüdə yenidən qurulduğunu qeyd etmişdi. O, donanmanın 23 yeni yerüstü gəmi, iki sualtı qayıq, üç təyyarə, dörd sahil raket kompleksi və 480 yeni silah əldə etdiyini söylədi (kremlin.ru/events/president/news/62228). Politoloq Pol Qobl bu barədə öz Facebook səhifəsində yazdı. Moskva rəsmiləri, müdafiə sənayesi məmurları və təhlükəsizlik şərhçiləri bunların hamısını Rusiya donanmasının Arktikada və ya başqa yerdə hər hansı bir rəqibin öhdəsindən gəlməyə hazır olmasının sübutu kimi göstərdilər.

    Muxalifet3 - 10-12-2019

  15. Rusiyada sürətlə "gettolar" yarana bilər

    Sürətli urbanizasiya və yaşayış icazəsi sisteminin dağılması ona gətirib çixarıb ki, indi Rusiyada şəhərlərdə aşağı gəlirli insanların yaşadığı gecəqondu məhəllələri əmələ gəlib və bu proses müxtəlf etnik qrupa mənsub insanların yaşadığı “gettolar”ın yaranması ilə nəticələnə bilər, deyə “квартирабезрисков.рф” onlayn servis fondunun təsisçisi Kirill Manaenkov bildirir.
    Tanınmış politoloq Pol Qobl bu barədə yazır (Russian Cities Already have Slums and May Eventually have Ghettos, Manayenkov Says).

    Muxalifet3 - 10-12-2019

  16. SON DƏQİQƏ: Azərbaycanda Xalq artisti VƏFAT ETDİ - FOTO

    Azərbaycan kinorejissoru, Xalq artisti Yalçın Əfəndiyev vəfat edib. Mərhumla vida mərasimi Təzə pir məscidində keçiriləcək. Mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq. Qeyd edək ki, Yalçın Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Bakıdakı 6 nömrəli rus məktəbini bitirib. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib. "Nə yaxşı ki, dünyada Səməd Vurğun var" filmi uğurlu işlərindəndir.

    Muxalifet - 10-12-2019

  17. Yanğında xəsarət alanların sayı 9-a yüksəldi

    Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerində 6 nəfərə yerində yardım göstərilib.

    Myxalofet.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyindən sbildirilib.

    2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

    Muxalifet - 10-12-2019

  18. Yanan ticarət mərkəzinin sahibi haqda MARAQLI MƏLUMATLAR

    Binəqədi ərazisində yerləşən və hazırda yanan "EuroHome” ticarət mərkəzi “AF Holqinq”ə daxildir. Muxalifet.az yenisabah.az-a istinadən xəbər verir ki, holdinqin rəhbəri Azay Möhnətovdur. Holdinq 1991-ci ildən fəaliyyət göstərir. Holdinq haqqında açıq mənbələrdəki məlumata görə, bura 16 şirkət daxildir: 1.“AF Bank” - VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur. 2. Everton 3. Uğur 97 4. Muradlı 5. AFSAN Plastik 6. AF Pen 7. AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq. 8. AF Business House 9. AF Euro Home 10. Aqua Park Baku 11.

    Muxalifet - 10-12-2019

  19. Ekspertdən HƏYƏCAN SİQNALI - Rusiyada neçə potensial Çernobıl - "RUS RULETKASI" var?

    Rusiyanın nüvə təhlükəsizliyi üzrə sosial-ekoloji şurasının eksperti Andrey Ojarovskinin sözlərinə görə, Rusiyadakı hər bir AES və ya “Rosatom”un qonşu ölkələrdə tikdiyi AES-lər potensial Çernobıl deməkdir. Muxalifet.az bildirir ki, bu barədə politoloq Pol Qobl Facebook səhifəsində məlumat verir. O, bildirir ki, bu stansiyaların çoxunun köhnəlib bağlanması ciddi problemlərdən xəbər verir; onarın nüvə tullantılarının utilizasiyası bir problem, həmçinin onlardan vəsait əldə etmək üçün başqa ölkələrə satılması başqa problemdir.

    Muxalifet3 - 10-12-2019

  20. SON DƏQİQƏ: ABŞ-dan Türkiyəyə qarşı ŞOK QƏRAR

    ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatın Silahlı Xidmətlər Komitələri aylarla davam edən müzakirələrdən sonra Milli Müdafiə Səlahiyyəti Qanunu (NDAA) üzərində razılaşıb.
    Muxalifet.az “Röyters”ə istinadən xəbər verir ki, qanun Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə sisteminə görə sanksiya çağırışının da verildiyi 738 milyard dollarlıq Müdafiə Nazirliyi büdcəsini ehtiva edir.

    Muxalifet - 10-12-2019

Pages