Axtarış

The search found 105849 results in 0.029 seconds.

Search results

  1. "Ramiz Əzizbəylini bağışlayıram" - Afaq Bəşirqızı

    Xalq artisti Afaq Bəşirqızı "Səhər-səhər" verilişinin qonağı olub. Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa həmkarı Ramiz Əzizbəyli ilə aralarında illərdir davam edən qalmaqaldan bəhs edib. A.Bəşirqızı bildirib ki, Əzizbəylini dediklərinə görə bağışlayıb: "Bəxt üzüyü"ndə iştirakçıların, Ramiz Əzizbəylinin böyük rolu var idi. İdeyanı yazan insana böyük hörmətim var, bir sənət əsəri qoydu getdi. Onu da Ramiz Əzizbəyli çəkdi. Bir aktrisayla teatr, tamaşa, film olmaz. Burada hamının zəhməti var idi. Jurnalist Ramiz Əzizbəyliyə sual verib, o da kobud cavablandırıb.

    Muxalifet - 9-12-2019

  2. Bakıya yeni gəldi, köklü islahatlara başlayır - “Qara siyahı”da 6 nəfər var

    Bakının "Sabah" klubunda qış fasiləsində əsaslı dəyişikliklər olacağı gözlənilir. "Yeni Sabah"a daxil olan məlumata görə, komandaya ötən ay baş məşqçi gətirilən xorvatiyalı Jelko Sopiç köklü islahatlara başlayır. O bir çox futbolçunun çıxışından narazıdır və onların içində həm əcnəbi, həm də azərbaycanlılar var. Belə ki, çalışdırıcı Təmkin Xəlilzadə, Məhhəmməd Mirzəbəyov, Kərim Diniyevin çıxışından narazıdır. Əcnəbilərə gəlincə, Rocer Roxas, Kökcü Ozan Can, Ekşteyn Hendrik də qış fasiləsində klubdan göndərilə bilər.

    Muxalifet - 9-12-2019

  3. Tanınmış futbolçunun bacısının intiharı ilə bağlı cinayət işi başlandı

    Bakıda tanınmış futbolçunun bacısının intihar etməsi ilə bağlı cinayət işi başlanıb. Muxalifet.az-ın məlumatına görə, dekabrın 8-də Yasamal rayonu, Əhəd Əhmədov küçəsində kirayədə yaşayan 1992-ci il təvəllüdlü Sevinc Qırtımova yaşadığı binanın 18-ci mərtəbəsində özünü ataraq intihar edib. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, S. Qırtımova Azərbaycan millisinin sabiq, “Keşlə”nin hazırkı futbolçusu İlkin Qırtımovun bacısıdır.

    Muxalifet - 9-12-2019

  4. Bakıda ən çox yağış bu əraziyə yağıb - FAKTİKİ HAVA

    Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a bildirilib ki dekabrın 9-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

    Muxalifet - 9-12-2019

  5. İran ABŞ sanksiyalarına qarşı "müqavimət büdcəsini" açıqladı - 39 milyard dollar ​

    Qanlı etirazlara səbəb olmuş yanacaq qiymətləri artımından sonra İran Prezidenti Həsən Ruhani ABŞ sanksiyaları ilə mübarizə aparmaq məqsədilə 39 milyard dollarlıq büdcə açıqlayıb.

    Bazar günü Ruhani elan edib ki, İran kəskin iqtisadi tənəzzülldən, 40%-lik inflyasiyadan və qiymətlərin bahalaşmasından əziyyət çəkir. May ayında ABŞ-ın neft sənayesi daxil olmaqla, İran iqtisadiyyatına tətbiq etdiyi sanksiyaların səbəbi kimi İranın nüvə proqramı göstərilir. “Maksimum təzyiq” adlandırılan tədbirlər planında niyyət satışları sıfıra salmaqdır.

    Muxalifet - 9-12-2019

  6. İş yerlərində bu qaydalara əməl edilməlidir – Agentlik

    İş ərazisi müvafiq havalandırma qurğuları ilə təmin olunmalıdır. Həmin havalandırma sistemləri duman, qoxu, his və buxarlanmanı aradan qaldırmalı, temperaturu mühafizə etməli, toz, çirk və zərərvericilərin girişinin qarşısını almalıdır.
    Muxalifet.az Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, havalandırma qurğularının hissələrinin (filtrlər və digər hissələrin) mütəmadi təmizləmək və ya dəyişdirmək imkanının olması vacibdir.

    Muxalifet - 9-12-2019

  7. ​Xırdalanda partlayış olub, xəsarət alan var

    Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub. FHN-dən Muxalifet.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    Muxalifet - 9-12-2019

  8. İcra başçısının 1 milyon manatlıq tender “qazanan” qohumu DOST-dan maaş alırmış - SƏNƏD

    Jurnalist Cavanşir Həsənli Qax rayon İcra Hakimiyyəti ilə bağlı şok doğura biləcək məlumat paylaşıb. Muxalifet.az qaynarinfo-a istinadən xəbər verir ki, Cavanşir Həsənli Qax rayonu üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar arasında icra başçısının qohumunun da adının olduğunu bildirib: "Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi "qalib”lərindən biri "RENAT-R” MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi QAX ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev Döngə 2, ev 7.-də qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur.

    Muxalifet - 9-12-2019

  9. Moskvada erməni baş həkim həbs edildi - MƏHKƏMƏ QƏRAR ÇIXARDI

    Moskvada 27 saylı doğum evinin keçmiş rəhbəri Marina Sarmosyan həbs edilib. Virtualaz.org “TASS” agentliyinə istinadən bildirir ki, məhkəmə zərərçəkmişlərin şikayəti əsasında onun barəsində həbs qərarı çıxarıb. Məlumata görə, Sarmosyan guya təbii doğuşu dəstəklədiyini deyərək, rəhbərlik etdiyi klinikada az sayda qeysəriyyə əməliyyatı aparması ilə qürur duyduğunu bildirib. Ancaq sonradan məlum olub ki, ehtiyacı olan insanlarla belə edilməyib. Nəticədə 4 uşaq xəsarət alıb. Onlardan biri ölüb.

    Muxalifet - 9-12-2019

  10. Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb

    Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb.

    APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

    İraqın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan, 1979-cu il təvəllüdlü Məhəmməd Talan Mirani idarə etdiyi İraq Səfirliyinə məxsus "Volkswagen-Passat" markalı 009-T-005 qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində yanğın olub.

    Yanğın Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

    Muxalifet - 9-12-2019

  11. LAÇIN İCRA HAKİMİYYƏTİ ÖZÜNÜ ASAN KEÇMİŞ TƏHSİL İŞÇİSİ HAQDA - “Ona 21 qoyun verilmişdi, amma direktor müavini olmaqda israr edirdi...”

    Laçın rayon İcra Hakimiyyəti (Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşıb) bu rayonun Təhsil Şöbəsinin keçmiş metodisti Müqabil Baxışovun özünü asaraq intihar etməsi barədə açıqlama yayıb. Redaksiyamıza göndərilən açıqlamada deyilir ki, Baxışıvun intihar məktubunda icra başçısı Aqil Nəzərlini və Təhsil Şöbəsinin rəhbəri Nicat Həsənovu günahlandırması barədə deyilənlər “əsassızdır”. Xəbər verdiyimiz kimi, Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kənd sakini olmuş məcburi köçkün Müqabil Baxışov dekabrın 6-da özünü asıb.

    Muxalifet - 9-12-2019

  12. İSRAİLDƏN İRANA ŞOK TƏHDİD - “Suriyanı sizin üçün Vyetnama çevirəcəyik”

    İsrailin müdafiə naziri Naftali Bennet İranın Suriyadakı hərbi varlığı ilə bağlı açıqlama verərək deyib: “Suriyanı sizin üçün Vyetnama çevircəyik”.

    Muxalifet - 9-12-2019

  13. ​Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülərə müraciət edib.

    Muxalifet - 9-12-2019

  14. Bakıda metronun yanında DƏHŞƏTLİ QƏTL: 28 yaşlı oğlanı amansızca öldürdülər - FOTOLAR

    Bakıda 31 yaşlı kişini bıçaqlayaraq öldürən şəxs tutulub.

    Muxalifet - 9-12-2019

  15. YAP NAMİZƏDLİK ÜÇÜN KRİTERİYALARI AÇIQLADI - Kimlər uyğun gəlir?

    "Hər bir seçki kampaniyasının öz xüsusiyyətləri var və indiki dövrün səciyyəsindən çıxış etməli olsaq, burada həyata keçirilən islahatlar strategiyası və onun ümumi konteksti mütləq şəkildə nəzərə alınmalıdır. Bu gün aparılan islahatlar həm də kadr dəyişiklikləri formasında özünü göstərir. Belə olan halda, müəyyən dərəcədə parlamentdə də bir dəyişikliyin həyata keçirilməsi ilə bağlı cəmiyyətdə sanki gözlənti var". Muxalifet.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov mətbuata açıqlamasında bildirib.

    Muxalifet - 9-12-2019

  16. Müxalifət lideri sərt danışdı — Etiraz aksiyaları davam edəcək

    "Müxalifətlə razılıq əldə olunmasa etiraz aksiyaları davam edəcək". Muxalifet.az xəbər verir ki, bunu müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan Qiqa Bokeria dünən iqtidarla müxalifətin dialoq görüşündən sonra jurnalistlərə müsahibəsində deyib. Müxalifət lideri vurğulayıb ki, görüşdə beynəlxalq partnyorların səsləndirdikləri fikirlərin və çağırışların böyük önəmi var: "Bu çağırışlardan sonra Bidzina İvanişvilinin komandası, hansı ki, yersiz fikirlər irəli sürdülər. Onlar artıq danışıqlar masasında əyləşiblər".

    Muxalifet3 - 9-12-2019

  17. Mübariz Qurbanlı: “Yas mərasimlərinin keçirilməsində hər hansı qadağadan söhbət gedə bilməz”

    "Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası zamanında fətva verib və çağırış edib ki, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın, o cümlədən israfçılığa yol verilməsin. Bu, tövsiyə xarakterli bir çağırışdır".

    APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

    Muxalifet - 9-12-2019

  18. ABŞ-da oğlanlara verilən adların siyahısında ilk onluğa Məhəmməd adı daxil olub

    Məhəmməd adı ABŞ-da yeni dünyaya gələn oğlanlara ən çox qoyulan adlar siyahısında ilk dəfə olaraq ilk 10-a girib.
    Valideynlər üçün nəzərdə tutulan BabyCenter vebsaytında yer alan məlumata görə, qız adları arasında ilk onluğa Aliya adı daxil olub.
    Məhəmməd və Aliyə 10-cu yerdən Meyson və Layla adlarını çıxarıb.
    Müqayisədə ən ənənəvi kişi adı hesab edilən Con adı 42-ci yerdə gəlir.

    Muxalifet3 - 9-12-2019

  19. Bu ərazilərdə işıq olmayacaq

    Abşeron rayonu Qobu və Masazır qəsəbələri, At-yalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir.
    "Azərişıq" ASC-nin Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq 10.12.2019-cu il tarixindən adıçəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.

    Muxalifet - 9-12-2019

  20. Parisdə tarixi anlar - Putin və Zelenski ilk dəfə...

    Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski təkbətək görüşə bilər.
    Muxalifet.az RİA “Novosti”yə istinadən xəbər verir ki, liderlərin Normandiya Zirvəsindən sonra Eliz sarayında bir araya gələcəyi deyilir.
    Zirvə bu gün saat 18:00-da başlanacaq. Toplantının 2 saat 45 dəqiqə davam edəcəyi planlaşdırılır.
    Rusiya liderinin köməkçisi Yuri Uşakov Putin-Zelenski görüşünün dəqiq vaxtının məlum olmadığını bildirib.

    Muxalifet - 9-12-2019

Pages