Axtarış

The search found 105844 results in 0.109 seconds.

Search results

  1. Həkim tapa bilməyən mer sakinlərə ölməyi qadağan etdi

    Fransanın Qrell şəhərinin meri yeni sərəncam imzalayıb.

    Unikal.org Fransa mətbuatına istinadən xəbər verir ki, sərəncama görə həftə sonu və tətil günlərində evdə ölmək qadağan edilib. Sərəncamın cəmiyyətdə həkim çatışmamazlığına diqqət cəlb etmək üçün imzalandığı bildirilib. Mütəxəssis çatışmamazlığı probleminin qısa müddət ərzində aradan qaldırılması nəzərdə tutulur.

    Mer keçən bazar günü sakinlərdən birinin ölümünü təsdiqləyəcək həkim tapa bilmədiyindən sonra bu barədə sərəncam imzalayıb.

    Muxalifet - 7-12-2019

  2. Rusiyadan Ərdoğana dəvət - "QƏBUL EDƏRSƏ, BİR İLK YAŞANACAQ"

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin mayın 9-da Moskvada qələbənin 75 illiyi münasibəti ilə keçirilməsi planlaşdırılan paradda iştirak edə bilər.

    Muxalifet.az rus mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı Rusiyanın Ankaradakı attaşesi İrina Qasımova deyib. O bildirib ki, Qızıl meydanda keçiriləcək tədbir üçün Ərdoğana dəvətnamə göndərilib: "Türkiyə Prezidentinə dəvətnamə göndərildi. Qərarı gözləyirik, Türkiyə tərəfindən hələlik bir cavab gəlməyib".

    Muxalifet - 7-12-2019

  3. ABŞ Talibanla sülh danışıqlarını bərpa edib - İrana qarşı Əfqanıstanla əməkdaşlıq olunacaqmı?

    Birləşmiş Ştatlar Talibanla sülh danışıqlarını bərpa edib. Prezident Donald Tramp üç ay öncə qiyamçı qrupla siyasi həll yolu tapıb, Əfqanıstandakı müharibəyə son qoymaq məqsədilə bir il boyu aparılan danışıqları birdən dayandırmışdı.
    Muxalifet.az 
    bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir.
    Əslən əfqanıstanlı olan ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad şənbə günü qiyamçıların qərargahlandığı Qatarın paytaxtı Dohada keçiriləcək danışıqlara başçılıq edir.

    Muxalifet3 - 7-12-2019

  4. Qorxunc qətl - Otaq yoldaşlarının başını kəsib polisə təslim oldu

    Türkiyənin Dənizli şəhərində dəhşətli qətl törədilib.
    Muxalifet.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, şəhər mərkəzindəki evlərdən birində kirayə yaşayan Əfqanıstan vətəndaşı Daşmurad Nazari bir otaqda qaldığı həmyerlilərinin boğazını kəsərək qətlə yetirib. O, daha sonra polis bölməsinə gedərək təslim olub.
    Əfqanıstanlı şəxsin dostlarını hansı səbəbdən öldürməsi məlum deyil.
    Polis öldürülən 2 nəfərin şəxsiyyətini, sənədlərini və cinayətin motivini araşdırır.

    Muxalifet - 7-12-2019

  5. İran ABŞ-da saxlanılan iranlı alimin müqabilində amerikalı tələbəni azadlığa buraxıb

    İran və ABŞ şənbə günü məhbus mübadiləsi aparıb. Nəticədə Princeton Universitetinin alimi Amerikada həbsdə olan iranlı alimin azadlığa buraxılması müqabilində sərbəst buraxılıb. Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir. Bu, Tehranla Vaşinqton arasında aylardır davam edən gərginlikdən sonra ilk diplomati irəliləyişdir. İsveçrədə baş tutan mübadilə nəticəsinə İran rəsmiləri Corciya ştatında federal məhkəmə tərəfindən mühakimə olunan alim Məsud Süleymani müqabilində 2016-cı ildəb bəri Tehranda həbsdə olan çinli-amerikalı magistr tələbəsi Şiyue Vanqı azadlığa buraxıb.

    Muxalifet3 - 7-12-2019

  6. İcra başçısı tərəfindən təhdid olunan təhsil işçisi ÖZÜNÜ ASDI - Şok iddia

    Bakı şəhərində yaşayan, Laçın rayonunun Şeylani kənd sakini olmuş məcburi köçkün Müqabil Baxışov Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Təhsil Şöbəsinin müdiri Nicat Həsənovanın təhdidləri ilə üzləşdikdən sonra özünü asıb. Bu haqda mərhumun qardaşı Yusif Baxışov məlumat verib. Y.Baxışov İddia edib ki, qardaşı uzun müddətdir işləmək üçün müstəlif strukturlara müraciət edib, həmçinin icra başçısını, eləcə də təhsil şöbəsini dəfələrlə sosial şəbəkələrdəki səhifələrdə tənqid edib. “Ancaq qardaşım işə götürülmədi.

    Muxalifet4 - 8-12-2019

  7. Deputatlığa namizədlərin və onların nümayəndələrinin NƏZƏRİNƏ - MSK dəyişiklik etdi

    Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 iyun 2004-cü il tarixli 06/45 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”na aşağıdakı dəyişiklik edilib.

    Publika.az xəbər verir ki, qərarın 1.2-ci bəninə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

    Muxalifet4 - 8-12-2019

  8. Britaniya kral ailəsinin başı bəlalı oğlu - 17 YAŞLI QIZLA...

    Britaniya şahzadəsi, York hersoqu Andrew-nun başı bəladadır. Buna səbəb, seks trafikinqində ittiham olunmuş, mərhum maliyyəçi Jeffrey Epstein-lə əlaqədar qalmaqallı açıqlamalar olub.

    59 yaşlı şahzadə, 18 il əvvəl, Epstein-in vasitəsilə yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olmaqda təqsirləndirilir.

    Muxalifet4 - 8-12-2019

  9. 9 YAŞLI VUNDERKİND - O, məşhur universitetin elektrik mühəndisliyi məzunu oldu

    O, ibtidai məktəbdə oxumağa başlayanda 4 yaşında idi. Onun sinif yoldaşları hələ ki, orta təhsil üzrə tədrisə başlamayıblar. Laurent Simons isə artıq Universitet diplomunu almağa hazırlaşır. Və onun cəmi doqquz yaşı var. Belçika əsilli Laurent Simons başqa şagirdlər kimi, ibtidai məktəbin birinci sinfini bir ilə tamamladı. Növbəti il ərzində isə o, sürət yığaraq, artıq altıncı sinfi bitirdi. 6 yaşında ikən ali məktəbə daxil oldu və nəzərdə tutulan 6 illik tədris proqramını cəmi 18 ay içində başa vurdu. Daha sonra o, dincəlməyə qərar verdi. Hərçənd ki, istirahət qısa idi.

    Muxalifet4 - 8-12-2019

  10. “Həkimlər Oqtayın Bakıya aparılmasını mümkün saymırlar” - HÜQUQ MÜDAFİƏÇİSİNİN XANIMI

    “Oqtayın səhhətində hər hansı yenilik yoxdur, koma vəziyyəti hələ ki, davam edir”. Bunu İstanbulda “Amerika Xəstəxanası”nda müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun sözlərinə görə, artıq 2-3 gündür ki, O.Gülalıyevə antibiotiklərin vurulması da dayandırılıb: “Antibiotiklər ağ ciyərində və qanda infeksiya aşkar edilməsinə qarşı olaraq vurulurdu. Amma son günlərdə qaraciyərində yaranan problemlə bağlı antibiotiklərin vurulması dayandırıldı”. F.Gülalıyeva deyir ki, dekabrın 6-da həkimlər O.

    Muxalifet4 - 8-12-2019

  11. Ukraynada matəm elan edildi - BU SƏBƏBDƏN

    Odessada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb.

    Bu barədə Odessa vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, dekabrın 4-də baş verən yanğının söndürülməsi zamanı xəsarət alan 1976-cı il təvəllüdlü xilasedicinin həyatını qurtarmaq mümkün olmayıb.

    Daha səkkiz nəfərin taleyi isə naməlum olaraq qalır. Yanğın baş verən kollecdə itkin düşənlərin axtarışları davam edir. Yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb.

    Muxalifet - 8-12-2019

  12. Baş nazir məzuniyyətin hesablanma qaydasını təsdiq etdi

    Nazirlər Kabineti “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nı təsdiq edib.

    Muxalıfet.az xəbər verir ki, yeni qaydalar “Məhkəmələr və hakimlər haqqında” qanuna uyğun olaraq hazırlanıb və hakimlərə məzuniyyət haqqının hesablanması qaydasını müəyyən edir və məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası hakimə istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.

    Muxalifet - 8-12-2019

  13. ABŞ-dan Rusiyaya ağır ittiham: “PUA-mızı onlar vurub…”

    ABŞ keçən ay Liviyanın paytaxtı Tripoli yaxınlığında yoxa çıxdığı bildirilən pilotsuz təyyarələrin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib.

    ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) onlara aid olan PUA-nın silahsız olduğunu bildirib.

    AFRICOM komandiri, general Stephen Tovnsend, hava hücumundan müdafiə sistemləri operatorlarının PUA-ya atəş açmamışdan qabaq ABŞ tərəfindən idarə edildiyini bilmədiklərini düşündüyünü söyləyib.

    Muxalifet - 8-12-2019

  14. OLİQARXIN OĞLU HAKİMİ ÖLÜMLƏ HƏDƏLƏDİ - “Sən nə edirsən?! Sonun çatıb, anladın?!...”

    Ukraynada biznesmen-oliqarx İqor Kolmoyski oğlunun oynadığı basketbol klubunun uduzmasından sonra hakimi “yox etməklə” hədələyib.

    Ukrayna KİV-ləri xəbər verir ki, Kolomoyskinin 20 yaşlı oğlu Qriqori “Dnepr” basketbol klubunda müdafiəçidir və komanda “Kiyev” klubu ilə oyunda uduzub. Bundan sonra oliqarx məşqçiyə yaxınlaşaraq onu təhdid edib.

    Muxalifet4 - 8-12-2019

  15. Bakıda avtomobilin banında qadın meyiti tapıldı

    Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan minik avtomobilinin banından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1992-ci il təvəllüdlü Ötümova Sevinc İlham qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet4 - 8-12-2019

  16. Yevda Abramovla vida mərasimi keçirilir - QUBADA

    Milli Məclisin vəfat etmiş deputatı, İnsan hüquqları komitəsinin sabiq sədr müavini Yevda Abramovla vida mərasimi Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçiriləcək.

    "Report"un Şimal bürosunun verdiyi məlumata görə, vida mərasimində iştirak etmək üçün paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimləri Qubaya gəlib.

    Vida mərasimi bu gün saat 12:00-da B.Səfəroğlu adına Quba mədəniyyət evində keçiriləcək.

    Muxalifet4 - 8-12-2019

  17. Seçki dairələrində müşahidə aparmaq üçün MSK-ya müraciətin son tarixi AÇIQLANDI

    Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycanın bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi prosesi 2020-ci il yanvarın 30-dək başa çatacaq.
    Bu, MSK-nın təsdiq etdiyi "Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.

    Muxalifet4 - 8-12-2019

  18. Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi

    Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində “Best Model of The World – 2019” beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub. “Qafqazinfo”nun məlumatına görə, yarışmada azərbaycanlı model Nuru Əhmədov qalib gəlib. O, saytımıza açıqlamasında çox sevincli olduğunu və məqsədinə çatdığı üçün qürur hissi keçirdiyini bildirib. 40 ölkənin qatıldığı müsabiqədə ikinci yeri Belçika, üçüncü yeri isə Türkiyə təmsilçiləri qazanıb. Xatırladaq ki, Azərbaycana sonuncu dəfə bu qalibiyyəti 12 il əvvəl model Rüstəm Cəbrayılov gətirmişdi.

    Muxalifet4 - 8-12-2019

  19. “Qazan, doldur toyxana mafiyasının ciblərini..." - KEÇMİŞ DEPUTAT ETİRAZ ETDİ

    “Heç yerdə Bakının Qobu kəndindəki kimi dadlı küftə- bozbaş yeyə bilməzsiniz. Onun dalınca nəcə başqa bir xörək yemək günahdır”.

    Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sosial mediada bildirib. O fikirlərini belə davam etdirib: 

    Muxalifet4 - 8-12-2019

  20. Türklər niyə özlərini tənha hiss edir? - MARAQLI ARAŞDIRMA

    Türkiyənin Üsküdar Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin "Beynəlxalq Yalnızlıq Simpoziumu"nda İstanbulun yalnızlıq xəritəsi açıqlanıb.

    Tədbirdə çıxış edən fakültə rəhbəri Dr. Əbülfəz Süleymanlı İstanbulun 39 rayonunda 18-55 yaş qrupundan olan 300 min nəfərlə görüş keçirildiyini bildirib:

    Muxalifet - 8-12-2019

Pages