Axtarış
The search found 105844 results in 0.031 seconds.
Search results
"Qalatasaray"da gərginlik - Babellə Belhanda dalaşdı
"Qalatasaray"ın futbolçuları Rayan Babel və Younis Belhanda arasında gərginlik yaşanıb.
Muxalifet.az xəbər verir ki, hadisə məşqlərin birində baş verib. Son vaxtlar zəif çıxışları ilə tənqid olunan lehionerlərin dalaşdığı bildirilir. Ancaq davanın səbəbi haqda məlumat verilməyib.
Qeyd edək ki, Belhanda bir müddət əvvəl yanvar ayında "Qalatasaray"dan ayrılacağını və uzun müddətdir təklif aldığı ərəb klubuna "hə" deyəcəyini açıqlamışdı.
Muxalifet - 6-12-2019
Bakıda bu işçilərin maaşları artdı
2019-cu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 833,6 manat təşkil edib.
Muxalifet - 6-12-2019
Livandan ölkələrə yardım çağırışı
Livanda Gələcək Hərəkat lideri və hazırki baş nazir Saad əl-Həriri, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa, Rusiya, ABŞ, Çin və Misirdən qida və xammal köməyi üçün müraciət etdi. İqtisadi böhrana və hökumətin vergi siyasətinə qarşı etiraz aksiyaları, hökumətin rabitə və xüsusən də Livandakı WhatsApp sosial şəbəkəsinə vergi tətbiqinə cavab olaraq 17 oktyabrda başladı. 13 gündür nümayişlərə müqavimət göstərən Baş nazir Saad əl-Həriri, istefasını oktyabrın 29-da təqdim etməli idi. Muxalifet.az
Muxalifet3 - 6-12-2019
Azərbaycanda ağır yol qəzası: İki nəfər öldü
Xaçmaz rayonunda iki avtomobil toqquşub, ölənlər var. Muxalifet.az xəbər verir ki, hadisə Xaçmaz rayonunun Çarxı kəndi ərazisində baş verib. Gəndob-Yalama yolunda hərəkətdə olan yük avtomobili ilə minik maşını toqquşub. Qəza 2 nəfərim ölümü ilə nəticələnib. Onlar Xaçmaz rayonu Çarxı kənd sakini 32 yaşlı Əliyev Rəşid Elşad oğlu və 42 yaşlı Hüseynov Fariz Balazahid oğludur. Dünyasını dəyişənlərin minik avtomobilinin sürcüsü və sərnişini olduğu bildirilir. Fakt araşdırılır. /oxu.az
Muxalifet - 6-12-2019
Facebook İrannın ali dini lideri Ayətullah Əli Xamneyinin hesabını bağladı
Facebook, İranın dini lideri Ayətullah Əli Xamneyinin ərəb dilindəki hesabını bağladı. Twitter ve İnstagram kimi sosial şəbəkələrdə də Xamneyinin hesabları bağladılmışdı. Onun Facebookdakı hesabının 100 mindən çox izləyicisi var idi.
Muxalifet.azMuxalifet3 - 6-12-2019
Hulusi Akar: "Türkiyə terrorla mübarizədə yalnız buraxıldı"
"Türkiyə terrorla mübarizədə yalnız buraxıldı". APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib. Müdafiə naziri bildirib ki, NATO müttəfiqləri bu həftə Londonda keçirilən sammitdə razılığa gələ bilməyib. "Milli təhlükəsizliyimiz üçün atdığımız addımların bəzi dairələr tərəfindən NATO-ya etinasızlıq kimi göstərilməsi məntiqsizdir. Sonda razılıq əldə olunmadı. Terrorla mübarizədə yalnız buraxıldıq", - deyə Türkiyənin Müdafiə naziri bildirib.
Muxalifet - 6-12-2019
Aynur Dadaşovanın açıq-saçıq fotoları ilə diqqət çəkən bacısından PİS XƏBƏR
Müğənni Aynur Dadaşova açıq-saçıq fotoları ilə diqqət çəkən bacısı Günelin xərçəng xəstəsi olduğunu açıqlayıb. Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, ifaçı bu barədə "Şou ATV" proqramında danışıb: "Mənim bacım 2 ildir onkoloji xəstədir. Son vaxtlar səhhəti yenidən pisləşib, ağrıları çoxalıb. Buna görə hər gün, hər dəqiqə yanımdadır. Heç kim onun xəstə olduğuna inanmır. Bacım xəstəliyi üstünə götürmür, qəbul etmir. Həyata çox bağlıdır. Deyir ki, mənə heç nə olmayacaq. Əməliyyatdan sonra 7 kimya terapiya yazılmışdı, heç birini etmədi. Saçlarını tökülməsini istəmir".
Muxalifet - 6-12-2019
Putin yenə alman dilində danışdı - VİDEO
Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniya biznesinin nümayəndələri ilə görüşündə alman dilində danışıb.
Unikal.org xəbər verir ki, bu barədə "Pul №3" teleqram kanalı xəbər verib.
Belə ki, söhbət əsnasında rus dilindən alman dilinə sinxron tərcümədə problem yaşanıb. Bu zaman dövlət başçısı üzünü onlara tutaraq deyib: "Was ist los?" ("Nə baş verib?")
Muxalifet - 6-12-2019
Nəsrin Cavadzadə bunu edən ilk azərbaycanlı aktrisa olacaq
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Berkun Oyanın "Netflix" üçün hazırladığı layihədə rol alacaq. Muxalifet.az xəbər verir ki, ekran işi sosial problemlərdən bəhs edəcək. 8 bölümdən ibarət serialın prodüserləri Ali Farhonde və Nisan Ceren Göçendir. Adı hələlik dəqiqləşməyən ekran işinin önümüzdəki il yayınlanması planlaşdırılır. Qeyd edək ki, layihə gerçəkləşərsə, N.Cavadzadə "Netflix" platformasında yayımlanan serialda rol alan ilk azərbaycanlı aktrisa olacaq.
Muxalifet - 6-12-2019
“Özü etməyib, Hacılara elətdirib” - Nazənin həmkarlarını ifşa etdi - VİDEO
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi ifaçı Nazənin olub.
Muxalifet.az xəbər verir ki, müğənni bəzi həmkarlarını simic adlandırıb:Muxalifet - 6-12-2019
Aybəniz Haşımovadan ŞOK SÖZLƏR: "Ölmək istəyirdim, çünki..."
"Bu, bir bəla idi mənim başımda, mən onu görürdüm, amma xilas ola bilmirdim". Muxalifet.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova instaqramda paylaşdığı videoda deyib. Müğənni uzun müddət köklükdən əziyyət çəkdiyini, sonra qızı Aynişanın təklif etdiyi pəhriz sayəsində arıqladığını etiraf edib: "Sağlam qidalanma sayəsində 97 kq çəkidən 91 kq-a düşmüşəm. Hünərim və güvənim özümə qayıtdı. Əvvəllər çox qəşəng idim, sonra kökəlib çox çirkinləşdim. O qədər narahat olmuşdum ki, güzgüyə baxanda "vayyy, mən nə günə qalmışam" deyirdim.
Muxalifet - 6-12-2019
Türk jurnalist AB komissiyası təmsilçisini susdurdu - "Görünür Fransanı..."
Avropa Birliyi, Fransada davam edən pensiya islahatları etirazlarında polisin zorakılıq etməsini pisləməkdən çəkinərək, etirazçılara qarşı təmkinli olmağa çağırmadı. Muxalifet.az bu barədə "Hurriyet"-ə istinadla xəbər verir. AB Komissiyasının təmsilçisi Eric Mamer, mətbuat konfransında "AA" müxbirinin "Fransadakı prezident Emmanuel Macronun pensiya islahatlarına etiraz edən nümayişçilərə polisin şiddət tətbiq etməsinə münasibət bildirdinizmi? Mustafa Yalçin, nümayişlərdə yaralanan jurnalistlərdən biri idi.
Muxalifet3 - 6-12-2019
BMT komissarı İranda nümayişçilərin necə güllələndiyini nümayiş etdirdi - YENİLƏNİB
BMT-nin insan haqları üzrə ali komissarı İran təhlükəsizlik qüvvələrini etirazçılara qarşı “sərt zorakılıqdan” istifadədə və ötən ay keçirilən kütləvi etirazlarda “atəş açıb öldürməkdə” ittiham edib. Xanım Mişel Baçalet bu gün dekabrın 6-da deyib ki, o kütləvi etirazlardakı tələfat barədə şəffaflığın olmamasından və minlərlə etirazçının həbsi barədə xəbərlərdən narahatdır.
Muxalifet - 6-12-2019
MELANYA TRAMPIN QEYRİ-RƏSMİ BİOQRAFİYASI - “The New York Times” birinci xanımın özəl həyatından yazdı
“Elə ki, söhbət ABŞ-ın birinci xanımı Melanya Trampdan düşür, hamı bu mövzu ilə bağlı fikir bildirir. Televiziyada səhər verilişlərinin aparıcıları, “Twitter”-dəki ekspertlərdən tutmuş etiraz plakatı düzəldənlərə kimi. Xanım Tramp öz evində əsirə çevrilib, yoxsa xanım Tramp hər şeyi idarə edir. Xanım Tramp ərinin işlərinə qarışır, yoxsa onun heç nədən xəbəri yoxdur. O, həyat yoldaşından uzaqlaşıb yaxud, birinci xanım ərinə məsləhətlər verir. O, Vaşinqtonu sevir yoxsa, Melanya Tramp Vaşinqtona nifrət edir. O, sadəcə istəyir ki, ondan əl çəksinlər, onu sakit buraxsınlar.
Muxalifet - 7-12-2019
Ata Abdullayev də deputat olmaq istəyir: "Məni daha çox tanıyırlar...”
Özünü bloqer kimi təqdim edən Ata Abdullayev keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb. Muxalifet.az-ın xəbərinə görə, bu barədə A.Abdullayev özü məlumat verib. O deyib ki, hər bir səsvermə hüququ olan Azərbaycan vətəndaşı parlament seçkilərində iştirak edə bilər: “Şəhərdə sorğu keçirsəniz, görərsiniz ki, məni deputatlardan çox tanıyırlar. Bunların arasında bəyənənlər də ola bilər, bəyənməyənlər də...”.//Pravda.az
Muxalifet - 7-12-2019
Bakıda axtarışda olan oğru iş başında tutuldu - Bakıda KURYOZ CİNAYƏT
Qaradag rayonunda oğurluğa görə axtarışda olan keçmiş məhkum iş başında yaxalanıb.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşları əməliyyat tədbiri həyata keçirib.
Belə ki, Lökbatan qəsəbəsi ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən T.Mustafayev saxlanılıb.
Saxlanılan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Mustafayevin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 7-12-2019
Çindən ABŞ-a ZƏRBƏ - Bundan sonra...
Çin Xalq Respublikası ölkə ərazisində çalışan ABŞ diplomatlarına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Muxalifet.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunyin dekabrın 6-da keçirdiyi mətbuat konfransında Tramp administrasiyasının Çin diplomatlarının ştat, yerli və bələdiyyə rəsmiləri ilə görüşməzdən əvvəl Dövlət Departamentini mütləq məlumatlandırma ilə bağlı oktyabrdan tətbiq etdiyi məhdudiyyətə cavab olaraq rəsmi Pekinin eyni addımı atdığını deyib. Xua Çunyin artıq bununla bağlı ABŞ-ın Pekindəki səfirliyinin məlumatlandırıldığını bəyan edib.
Muxalifet - 7-12-2019
2020-ci ildə bu bürclər varlanacaq – Ulduzlardan xəbər
Münəccimlər 2020-ci ilin ən şanslı bürclərini elan ediblər. Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, gələn ilin ən şanslı zodiak işarəsi Dolça bürcü seçilib. Dolça düşünüldüyü kimi su deyil, havanın elementlərinə aiddir. Bu bürclər əhval dəyişikliyinə və temperamentə çox meyllidir. Dolça bürclərinin nümayəndələri inkişaf etmiş intuisiya sahibi olan yaradıcı insanlardır. Və bu ilin qışından etibarən Dolçaları ailədə harmoniya, işdə isə uğurlar gözləyir. Onlar hər zaman arzusunda olduğu uğur, sərvət və ən əsası sağlamlığa qovuşacaq.
Muxalifet - 7-12-2019
Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir? - Sirləri öyrənin!
Yol polisi əməkdaşları daha əlində radarla gəzmir. Bu sahədə yeniliklər avtomobillərin sürət həddini aşması haqda tez və operativ məlumat almağa hesablanıb.
Muxalifet.az bizimyol.info-ya istinadən radarlarla bağlı sizə bəzi məlumatları təqdim edir.Muxalifet - 7-12-2019
Onların yerinə kim təyin olunacaq?
Prezident İlham Əliyevin apardığı struktur islahatları çərçivəsində ölkədə bir neçə dövlət qurumu ləğv edilib və ya digərinə birləşdirilib. Lakin birləşdirilən qurumların binalarının üzərində əvvəlki adları hələ də qalmaqdadır. Sosial şəbəkələrdə bu məsələ müzakirə edilir. Deyilir ki, qurumlar birləşdirildiyi halda adlar nə üçün əvvəlki qaydada saxlanılıb. Ekspertlər bildirirlər ki, əsasnaməyə uyğun olaraq bu qurumların birləşdirilməsi prosesi hələ tamamlanmayıb. Bəs qurumların birləşdirilməsi nə zaman başa çatacaq? Qurumların yeni rəhbərlərinin kimlər olacağı gözlənilir?
Muxalifet - 7-12-2019