Axtarış

The search found 105844 results in 0.086 seconds.

Search results

  1. Omba əməliyyatı keçirən Xatun: Oturub-durmağımda... - FOTO

    Əməliyyatlara normal baxıram. Əməliyyatların nə dərəcədə uğurlu alınması, gözəl bədən quruluşuna sahib olmağına baxmayaraq, fəsadları da çox olur. Bunu müğənni Xatun Əliyeva oxu.az-ın əməkdaşı ilə söhbətində deyib. Sənətçi keçirdiyi omba əməliyyatından danışıb, gizlinləri ortalığa çıxarıb: "Bu əməliyyat "kontur plastika" adlandırılır, yəni "bədən şəkilləndirməsi". Saatlarla idman zalında gedib, tər töksəm də, bir nəticə əldə edə bilmədim. Heç buna zamanım da yoxdur. Masajlara da gedə bilmədim.

    Muxalifet - 7-12-2019

  2. Bakıda bu metrostansiya BAĞLANACAQ: Uça bilər…

    Gələn il Bakı metrosunun “Həzi Aslanov” stansiyası müvəqqəti olaraq fəaliyyətini dayandıracaq. Buna səbəb metrostansiyasının əsaslı təmirə ehtiyacının olmasıdır”.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə AYNA-ya “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hidayət Məmmədov açıqlama verib.
    Onun sözlərinə görə, stansiyanın platformasında, tunelində ciddi təmir işlərinə ehtiyac var:

    Muxalifet - 7-12-2019

  3. Bakının təqdim etdiyi sənəd İrəvanda qorxu yaratdı – MÜHARİBƏYƏ HAZIRLIQ

    Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Bratislavada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında rəsmi Bakının münaqişəyə dair təqdim etdiyi mövqeyi Ermənistanda müharibə qorxusunu artırıb. Muxalifet.az xəbər verir ki, erməni ekspert Stepan Qriqoryan Azərbaycanın bu sənədi dövriyyəyə salmasının təsadüfi olmadığını və mesaj xarakteri daşıdığını bildirib. “Azərbaycan əvvəlki mövqeyindən imtina etmir. İndi bizim nə edəcəyimiz maraqlıdır. Hesab edirəm ki, “Miatsum” ideyası üzərindən hərəkət etməli və Qarabağın Ermənistana rəsmi birləşdirilməsinə çalışmalıyıq.

    Muxalifet - 7-12-2019

  4. ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyanı Rusiya hərbi bazasına niyə yaxınlaşır? - X-55 RAKETLƏRİ İLƏ BATIRA BİLƏRLƏR...

    ABŞ Hərbi Dəniz Qüvvələri Suriya sahillərinə özünün nəhəng “USS Harry Truman” təyyarədaşıyan gəmisini göndərib.

    Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarədaşıyanın başçılıq etdiyi zərbə qruplaşması Hibraltar boğazını keçib və birbaşa Suriya sahillərinə, Rusiyanın hərbi bazasının yerləşdiyi Tartusa tərəf istiqamətlənib.

    Hərbi ekspertlər təyyarədaşıyanın regiona İran və Suriyaya qarşı hansısa missiya ilə göndərildiyini istisna etmirlər.

    Muxalifet - 7-12-2019

  5. Çin imperatoru hərəmxanın ən gözəl qızını niyə hunlara vermişdi? – FOTO

    Çində bu qızla bağlı bir çox əfsanə və hekayə var. Ancaq onların hamısında Van Çjao Çzyun ən gözəl qadınlardan biri olaraq tarixə düşüb. Düzdür, əvvəlcə heç kim belə düşünmürdü.
    Publika.az xəbər verir ki, hələ eramızdan əvvəl, Çin imperatoru öz hərəmxanasında kənizlər saxlayırdı. Bildiyiniz kimi, bütün qızlar gözəl və təhsilli olmalı idilər. Hər kəs hərəmə qəbul edilmirdi.

    Muxalifet - 7-12-2019

  6. Şahin Mustafayevə yeni vəzifə verildi

    Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib. Muxalifet.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarla Baş Nazirin müavini Şahi Mustafayev Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası sədri təyin edilib.

    Muxalifet - 7-12-2019

  7. SON DƏQİQƏ: Magistraturaya qəbul qaydaları dəyişdi - Baş nazirdən qərar

    Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib. Muxalifet.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

    Muxalifet - 7-12-2019

  8. Azərbaycanda zavod direktoru həbs olundu - Mənimsəmə, dələduzluq...

    "İşıq inşaat" MMC-nin və eyni adlı MTK-nın təsisçisi olmaqla bu müəssisələrə faktiki rəhbərlik edən Şirəliyev Cavanşir Qardaş oğlu özgə əmlakını külli miqdarda mənimsəməklə dələduzluq cinayətini törətməkdə şübhəli bilinərək həbs olunub. Muxalifet.az xəbər verir ki, Bakı Şəhər Prokurorluğunda istintaq olunan cinayət işində elan olunan ittihama əsasən, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurulması ilə nəticələnən dələduzluq əməlini törətmişdir.

    Muxalifet - 7-12-2019

  9. Mövlud Çavuşoğludan Qarabağ AÇIQLAMASI

    Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, ərazi bütovlüyü prinsipi əsasında həll olunmalıdır.

    Bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən 26-cı iclasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    O, münaqişənin hələ də həll olunmadığını, Azərbaycan torpaqlarının işğal altında qalmaqda davam etdiyini deyib.

    Muxalifet - 7-12-2019

  10. Putinlə Lukaşenkonun görüşündə işıq söndü

    Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putun arasında keçirilən görüş zamanı işıq qəfildən sönüb.
    Elektrik enerjisinin kəsilməsi iki liderin giriş nitqi bitən ana təsadüf edib.
    "Elektrik bitdi”, - deyə V. Putin zarafat edib.
    Lukaşenko isə zarafatla “Bunun hamısı Dima Peskovun (Rusiya liderinin mətbuat katibi) işidir, mən bilirəm”, - söyləyib.
    Nümayəndə heyətləri gülüşüb və danışıqları davam etdirib.

    Muxalifet - 7-12-2019

  11. Rusiya və Türkiyə birgə əməliyyata başladı - FOTO

    Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrul xidmətinə başlayıblar.
    Muxalifet.az
    xəbər verir ki, iki ölkənin hərbi polisi Suriyanın Qamışlı yaşayış məntəqəsi yaxınlığında növbəti birgə patrul xidməti həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, birgə patrul Suriya-Türkiyə sərhədindəki Deyrun-Ağa keçid məntəqəsindən sərhədboyu ərazidə aparılır. Hava patrulunu Rusiya Hərbi Kosmik Qüvvələri Ordu Aviasiyasının helikopterləri təmin edirlər. Patrulun tərkibinə 8 adda hərbi texnika, 50-yə yaxın hərbçi daxildir.

    Muxalifet - 7-12-2019

  12. ​SON DƏQİQƏ: Yanacaq doldurma məntəqəsində dəhşətli partlayış - VİDEO

    Səudiyyə Ərəbistanda yanacaq doldurma məntəqəsində partlayış baş verib. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik kamerası ilə lentə alınan görüntülərdə partlayış nəticəsində asfaltın qırıldığı və alovların da qırılan hissəələrdən yüksəldiyi görülür. Xoşbəxtlikdən hadisə nəticəsində yaralanan olmayıb. Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Muxalifet - 7-12-2019

  13. Qubalı milyarder Rusiyanın ən sərt rejimli həbsxanalarından birinə “etap” olundu - İŞGƏNCƏLƏRLƏ AD ÇIXARIB...

    Moskvada iri ticarət mərkəzlərinin sahibi, Azərbaycanın Quba rayonundan olan yəhudi əsilli milyarder Gennadi (Roman) Manaşirov cəzasını çəkmək üçün Rusiyanın ən sərt rejimli həbsxanalarından birinə göndərilib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Manaşirov həbs cəzasını Mordoviyanın Petrozavodsk şəhərindəki 9 saylı islah-əmək düşərgəsində çəkəcək. Bu, Rusiyada məhbuslara qarşı sistemli işgəncələrin tətbiq edilməsi ilə tanınan həbsxanadır. Xəbər verilir ki, milyarderi noyabrın sonlarında həbsxanaya köçürüblər. O, 12 il həbs cəzası alıb.

    Muxalifet - 7-12-2019

  14. Nazir şəhid övladlarının əllərindən öpdü - VİDEO

    “Bakutel 2019” 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə şəhid ailələrinin övladları ilə görüşüb. 
    Muxalifet.az
    qafqazinfo-ya istinadən xəbər verir ki, şəhid övladları ilə söhbət edən nazir onların əlindən öpüb.
    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 7-12-2019

  15. Metroda azyaşlıların oğurlanması ilə bağlı nazirlikdən AÇIQLAMA

    Daxili İşlər Nazirliyinin sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, uşaqların oğurlanması xəbəri həqiqəti əks etdirmir. “Qara Qarayev metrostansiyası yaxınlığında bir kişi mağazadan yağ oğurlayıb. Daha sonra həmin mağazanın satıcısı onun arxası ilə qaçıb. Yağ oğurlayan şəxs Qara Qarayev metrostansiyasının platforması istiqamətinə qaçıb. Orada da onun aşyaşlı uşaqları olub. Sonra əraziyə polis əməkdaşları gəlib.

    Muxalifet - 7-12-2019

  16. Sumqayıtdakı dələduzluq planı - Radio rabitə vasitəsi və tapançaya bənzər alışqan...

    Özünü DTX zabiti kimi təqdim edərək dələduzluq edən şəxs məhkəmə önünə çıxarılıb. O, birinci instansiya məhkəməsinin hökmündən narazı qalıb.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Elxan Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. O, bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsində hakim qarşısına çıxarılıb.

    Muxalifet - 7-12-2019

  17. Bərdədə iki avtomobil toqquşub: Ölən var

    Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Belə ki, 09-BX-278 dövlət nömrə nişanlı "Mercedes" markalı yük maşını 90-RM-177 nömrə nişanlı "VAZ 21015" markalı maşınla toqquşub. Nəticədə "VAZ 21015"in sürücüsü, 40 yaşlı Abdullayev Musviq Mikayıl oğlu hadisə yerində ölüb.
    Faktla bağlı cinayət işi başlanıb.//APA

    Muxalifet - 7-12-2019

  18. Rəhbərlik dəyişibmi? - Xəzər TV-dən AÇIQLAMA

    “Son günlər Xəzər TV MMC barədə mətbuatda həqiqətə, heç bir real fakta söykənməyən əsassız məlumatlar yayılmaqdadır”.
    Bu barədə Xəzər TV MMC-dən daxil olan açıqlamada bildirilir.

    Muxalifet - 7-12-2019

  19. Prezident 500-dən çox məhkumu əfv edib

    Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Beynəlxalq Neytrallıq Günü ərəfəsində 528 məhkumu əfv edib. Muxalifet.az "İnterfaks"a istinadən xəbər verir ki, əfv sərəncamı Türkmənistan dövlət başçısı tərəfindən dünən keçirilmiş hökumətin genişləndirilmiş iclasında imzalanıb.

    Muxalifet - 7-12-2019

  20. Ziya Bünyadovun oğlu vəfat etdi

    Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun oğlu vəfat edib.

    Muxalifet.az xəbər verir ki, mərhum akademikin oğlu Heydər Bünyadovun bu gün Heydər məscidində üç mərasimi keçirilib.

    Qeyd edək ki, Heydər Bünyadov müəyyən müddət Xarici İşlər Nazirliyində çalışıb. /bakupost

    Muxalifet - 7-12-2019

Pages