Axtarış

The search found 105849 results in 0.039 seconds.

Search results

  1. Fransalı kolleksiyaçı 120 min dollara banan aldı, GÜRCÜ RƏSSAM ONU YEDİ

    Gürcüstan əsilli amerikalı rəssam David Datuna Miami şəhərində Perroten qalereyasında keçirilən "Art Basel" müasir incəsənt sərgisində sərgilənən italiyalı sənətçi Maurizio Cattelan-ın "Komik" adlı və tək bir banandan ibarət olan əsərini yeyib.

    İtaliyalı sənətçinin əsəri divara skotç lentiylə yapışdırılmış bir ədəd banandan ibarət olub. Banan, qabığı artıq qaralmağa başlamış vəziyyətdə idi.

    Hadisədən bir qədər əvvəl həmin banan incəsənət əsəri qismində Fransadan olan bir kolleksiyaçıya $120 000 qiymətə satılmışdı.

    Muxalifet4 - 9-12-2019

  2. Özünü asan keçmiş məmur haqda rəsmi açıqlama: “İcra başçısına heç bir bağlığı yoxdur”

    ““Azərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asdı” başlıqlı yazıda Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri barəsində qeyd olunanların heç bir fakta əsaslanılmadan yazıldığını və tamamilə həqiqətə uyğun olmadığını bildiririk”. Bu açıqlama “Yeni Sabah”a Laçın Rayon İcra Hakimiyyətindən verilib.

    Muxalifet - 9-12-2019

  3. SON DƏQİQƏ: Abşeronda toyda qan töküldü - BIÇAQLANAN VAR

    Abşeronda bıçaqlanma hadisəsi baş verib.

    “Report” bildirir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

    Belə ki, qəsəbədəki şadlıq saraylarından birində əslən iranlı olan Şamaxı sakini Məmmədşuri Hüseyn Sübhektar oğlu ilə naməlum şəxs arasında mübahisə olub. Mübahisə dava ilə nəticələnib. Dava zamanı həmin şəxs H.Məmmədşuriyə bıçaq zərbəsi endirib.

    Yaralı həyat yoldaşının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat edilib.

    Muxalifet - 9-12-2019

  4. Paytaxtın ucuz və təhlükəli dönərxanaları: əhaliyə sabun yağı yedirdilir?

    Qardaş Türkiyədə dönərə sabun yağı qatıldığı üzə çıxıb; əməkdaşımız Bakıda araşdırma aparıb; tanınmış həkim xəbərdarlıq edir: “Bizdə hazırlanan dönərlər birmənalı ziyandır, çünki...”

    Muxalifet - 9-12-2019

  5. Messi ilə Qvardiola eyni klubda - İDDİA

    Dünyanın ən varlı 3 şəxsindən biri hesab olunan Bernard Arnaultun "Milan" klubunu alacağı iddia olunur.
    Muxalifet.az
    xəbər verir ki, milayarder "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı və "Barselona"nın kapitanı Lionel Messini komandaya gətirmək niyyətindədir.

    Muxalifet - 9-12-2019

  6. SON DƏQİQƏ: Azərbaycanda “sovet maşınları” kəskin bahalaşacaq — SƏBƏB

    Rusiyanın avtomobil bazarında 2020-ci ildə kəskin bahalaşma proqnozlaşdırılır. Azərbaycana avtomobil idxal edən ölkələr sırasında mühüm yerlərdən birini qonşu Rusiya tutur. Qiymətlərin uyğun olması və texniki təmirinin az xərc tələb etməsi əsasən gənclər arasında “sovet maşınları”na marağın azalmasına imkan vermir. Görəsən, bu nəhəng avtomobil istehsal və idxalçısında baş verən bahalaşmalar Azərbaycan maşın bazarına da təsir edə bilərmi?

    Muxalifet - 9-12-2019

  7. ​Gəncədə DƏHŞƏT: Bir ailənin 4 üzvü...

    Gəncədə zəhərlənmə hadisəsi baş verib. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü Şirin Qasımov, 1988-ci il təvəllüdlü Qasımova Jalə Rizvan qızı, ailənin övladları - 7 yaşlı Nigar Qazımzadə və 5 yaşlı Elçin Qasımzadə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə 31 yaşlı qadın təcili tibbi yardım xidməti gələnə qədər dünyasını dəyişib. Digərləri isə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin hazırda normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 9-12-2019

  8. Komitə Azərbaycandakı dəhşətlə bağlı HƏRƏKƏTƏ KEÇDİ

    Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb. Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. O bildirib ki, faktla bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir: “Bu məlumatdan xəbərdarıq. Bununla bağlı Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb.

    Muxalifet - 9-12-2019

  9. "Rusiya ilə sərhəddə divar tikin..." - Poroşenko

    Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko Donbasla yox, Rusiya ilə sərhəddə divar tikməyi təklif edib. «Rusiya Federasiyası ilə sərhəddə divar tikin, o, sizə lazım olacaq» - deyə, Poroşenko fəaliyyətdə olan Ukrayna hakimiyyətinə «Pryamoy» telekanalının efirindən tövsiyə edib. Eks-prezident əlavə edib ki, Donbasla sərhəddə divar tikintisi Rusiya sanksiyalarının ləğvinə gətirib çıxara bilər. «Normand formatı» üzrə danışıqlarda uğurun əldə olmamayacağı təqdirdə, «Ukraynaya qayıdın, milləti birləşdirib, ordunu qurun, dövləti qurun», deyə, Poroşenko qeyd edib.

    Muxalifet - 9-12-2019

  10. Dünyanın ƏN TƏHLÜKƏLİ vulkanlarından biri püskürdü: yaralılar var - FOTO

    Yeni Zelandiyanın Bəyaz adasındakı Uakaari vulkanı püskürüb.
    Publika.az xəbər verir ki, ilkin məlumata görə, 20 nəfər xəsarət alıb. Onların turist ola biləcəyi ehtimal edilir.
    Yerli vaxtla 14:30-da vulkandan kül buludları qalxmağa başlayıb. Adaya xilasedici helikopterlər göndərilib. Yerli əhaliyə pəncərələrini açmamaları və evdən çıxmamaları barədə tövsiyələr verilib.
    Qeyd edək ki, Uakaari son dəfə 2001-ci ildə püskürmüşdü.
    Xatırladaq ki, Uakaari dünyanın ən təhlükəli 12 vulkanı siyahısında 5-ci yerdədir.

    Muxalifet - 9-12-2019

  11. Azərbaycanda tələbə 4-cü mərtəbədən yıxıldı

    Lənkəranda gənc qız binanın 4-cü mərtəbənin pəncərəsindən yıxılaraq xəsarət alıb. Muxalifet.az report-a istinadən xəbər veir ki, hadisə dekabrın 7-də rayonun P.Təhməzov küçəsi, bina 4-də baş verib. Belə ki, rayonun Şağlaküçə kənd sakini, 2001-ci il təvəlldlü, Lənkəran Dövlət Universitetinin I kurs tələbəsi Qönçə Əbilzadə babasının evində olarkən həmin mənzilin pəncərəsindən yıxılaraq xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əbilzadənin reanimasiya şöbəsində stasionar müalicəsi davam etdirilir.

    Muxalifet - 9-12-2019

  12. Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Kişini öldürüb evlə birgə yandırdılar

    Ötən gün Astara rayonunun Şiyəkəran kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanması və oradan 1962-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun yanmış meyitinin yanğınsöndürənlər tərəfindən aşkar edilməsi barədə məlumat vermişdik. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ilkin raşdırmalar zamanı Cabir Əıiyevin öldürüldüyü və daha sonra evin yandırıldığı üzə çıxıb. Belə ki, ev sahibi Əliyev Sadiq Novruz oğlu ilə Cabir Əliyev arasında dekabrın 7-də evin yataq otağında münaqişə baş verib.

    Muxalifet - 9-12-2019

  13. "Bərabər şərait – başqa heç nə lazım deyil" - Lukaşenko

    «AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Belarus prezidenti Aleksandr Lukaşenko İttifaq dövlətinin yaradılması barədə bağlanmış müqavilənin 20 illiyi ərəfəsində Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

    Görüş zamanı Lukaşenko qeyd edib ki, Belarusun gələcək inteqrasiyası preferensiyalar yox, bərabər şərait, o cümlədən, neft və qaz satışı zamanı bərabərlik tələb edəcək.

    Muxalifet - 9-12-2019

  14. RUSİYADA DOPINQ QALMAQALI: Atletlərə beynəlxalq tədbirlərdə iştirak qadağan edilə bilər

    Rusiyanın laboratoriyada dopinq məlumatlarını saxtalaşdırmaq ittihamına görə beynəlxalq yarışlarda iştirakına dörd illik qadağa qoyula bilər. Rusiya barədə qərar Dünya Anti-Dopinq (Wada) Təşkilatının İsveçrənin Lausanne şəhərində keçiriləcək tədbirində veriləcək. Rusiya 2020 Tokyo Olimpiya oyunlarından və 2022 Pekin Qış Olimpiya oyunlarından kənarlaşdırıla bilər. Ölkə Qətərdə keçiriləcək 2022 Futbol Dünya Kubokundan da uzaqlaşdırla bilər. Rusiyanın idman naziri gözlənilən qərar barədə şərh verməyi rədd edib.

    Muxalifet - 9-12-2019

  15. SON DƏQİQƏ: Daha bir gənc kadr yüksək vəzifəyə təyin olundu - FOTO

    Qaradağ Gənclər Evində direktor dəyişikliyi baş tutub. Muxalifet.az qaynarinfo-a istinadən xəbər verir ki, Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə Qaradağ Gənclər Evinin direktoru Pərvin Qasımov vəzifəsindən azad edilib, digər əmrlə yerinə Natiq İmanov təyin edilib. Qeyd edək ki, Natiq İmanov uzun illər gənclər sektorunun fəal iştirakçısı olub. N. İmanov 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsini fərqlənmə diplomu ilə bitirib.

    Muxalifet - 9-12-2019

  16. ​Azərbaycan təyyarəsi qəzaya uğradı? - RƏSMİ

    Azərbaycan Hava Yollarına məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması barədə məlumat yayılıb.
    Muxalifet.az
    axar.az-a istinadən xəbər verir ki, məlumatı “Aviasiya Herald” tirajlayıb. Bildirilir ki, qəza nəticəsində təyyarədəki yeddi heyət üzvü həlak olub.
    Məlumata görə, An-12 Əfqanıstanın Helmand çayı yaxınlığında, Qarmşir bölgəsindən Əfqanıstanın məlum olmayan digər bir nöqtəsinə yük daşıyırmış.

    Muxalifet - 9-12-2019

  17. İran ÇALXALANIR: Prezidentin baş tutmayan planı, 208 nəfər öldürüldü

    İranda benzindən istifadə azalıb. Muxalifet.az xəbər verir ki, bahalaşmadan əvvəl gündəlik 98 milyon 700 min litr həcmində istehlak olunan benzin bahalaşmadan sonra 76 milyon 600 min litrə düşüb. İran Milli Neft Məhsulları Distribütor Şirkətinin baş meneceri Əmri Vəkilzadə noyabrın 15-dən bu yana benzindən istifadənin 22 faiz azaldığını deyib. Qeyd edək ki, ABŞ-ın maliyyə sanksiyaları ilə iqtisadi baxımdan çətin günlər keçirən İran xalqı noyabrın 15-də benzinin 3 qat bahalaşmasından sonra küçə iğtişaşlarına başlamış, dövlət qurumları, bank və yanacaqdoldurma məntəqələrini yandırmışdı.

    Muxalifet - 9-12-2019

  18. "Bu məsələyə görə Rusiya ilə Azərbaycan arasında heç bir anlaşılmazlıq yoxdur..."

    Rusiya ilə sərhədin demarkasiyası üzrə işlərin 30-40%-i başa çatıb.

    Bu haqda jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.Onun sözlərinə görə, bu məsələdə tərəflər arasında heç bir anlaşılmazlıq yoxdur.

    "İşlərimiz plana uyğun şəkildə davam edir. Bu işi 2-3 il ərzində tamamlayacağımıza ümid edirik", - o bildirib.

    Nazir müavini həmçinin qeyd edib ki, demarkasiya üzrə işçi qrupunun növbəti iclası gələn ilin birinci rübündə keçirilə bilər.//virtualaz

    Muxalifet - 9-12-2019

  19. BBC "Hizbullah"dan müsahibə götürdü - Etiraf edirəm ki İran...

    "Hizbullah" liderinin köməkçisi Naim Qassəm BBC-yə verdiyi müsahibəsində bəzi dünya ölkələrini təhdid edib.

    Muxalifet - 9-12-2019

  20. Bakıda metronun qarşısında 31 yaşlı kişini öldürdülər

    Bakıda 31 yaşlı kişini bıçaqlayaraq öldürən şəxs tutulub. Nizami rayon Prokurorluğundan Muxalifet.az-a verilən məlumata görə, dekabrın 9-da saat 00:30 radələrində Nizami rayon Qara Qarayev prospekti, 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun kəsici-deşici alətlə ürəyi və bədənin digər nahiyyələrinə zərbələr endirilərək öldürülməsi faktı barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında təxirəsalınmadan polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib.

    Muxalifet - 9-12-2019

Pages