Axtarış
The search found 105849 results in 0.028 seconds.
Search results
VASİF TALIBOV DA NAXÇIVAN ALİ MƏCLİSİNİ BURAXDI - Yeni seçkilər təyin edildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 9-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet4 - 9-12-2019
Fazil Məmmədovdan yeni xəbər var
Uzun müddətdir xəstəliyilə gündəmdə olan, hətta bu ilin fevralında “öldü” xəbəri yayılan sabiq Vergilər naziri Fazil Məmmədov sözün əsl mənasında əzrayıla “qalib” gəlib. Bu mənada ki, aparılan çoxsaylı müayinə və müalicələr öz effektini verib, keçmiş nazir əvvəlki həyatını öz axarı ilə yaşamaqda davam edir.
Muxalifet.az xəbər verir ki, Gəncədəki mənbənin Modern.az-a bildirdiyinə görə, F.Məmmədov mütəmadi olaraq Gəncə Beynəlxalq Xəstəxanasında olur, müayinələrdən keçir. Amma hazırda sağlamlığı tam olaraq yaxşıdır, Bakıda öz biznesilə məşğuldur.
Muxalifet - 9-12-2019
Telman İsmayılovun əmlakları satışa çıxarıldı
"Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılova məxsus kotteclər, mənzillər və qolf meydançası açıq hərraca qoyulub. Mülkiyyətin ümumi dəyəri 400 milyon rubldan (11 milyon AZN) çoxdur.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi daşınmaz əmlakın satılması qaydasını təsdiqləyib.
Maliyyə meneceri bazar dəyəri təxminən 404 milyon rubl olan əmlakı müəyyən edib. Hərraca dörd lot çıxarılıb.Muxalifet - 9-12-2019
Dünya ŞOKDA: ard-arda güclü partalayışlar baş verdi, ölü, yaralı və itkin sayı artır - FOTO/VİDEO / YENİLƏNDİ
Uakaari vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb. 20 nəfər yaralıdır. İtkinlər var. Vulkanın külü 3 min 658 metrə yüksəlib. Partlayışdan əvvəl Bəyaz adada 50-dən çox turistin olduğu ehtimal edilir. *** 12:40 Yeni Zelandiyanın Baş naziri Yakinda Ardern sosial media hesabından yayımladığı canlı mətbuat konfransında Uakaari vulkanının püskürdüyü əsnada Bəyaz adada 50 nəfərə yaxın insan olduğunu deyib. Baş nazir hadisə zamanı 23 nəfərin xəsarət aldığını, 5 nəfərin öldüyünü açıqlayıb. Yaralılardan 7-nin vəziyyəti kritikdir.
Muxalifet - 9-12-2019
"Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi planda yoxdur" - Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi (MN) Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə Nazirliyin məlumatının bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ilk olaraq səsləndirilib.
Muxalifet - 9-12-2019
VASİF TALIBOVUN “MUXTAR VARİS” PLANI - Naxçıvan MR Ali Məclisinin sədri öz yerinə kiçik oğlunu gətirmək istəyir?
Naxçıvan MR dəfevralın 9-da seçkiyə getmək barədə qərar verib. Bu barədə Sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb.
Muxalifet4 - 9-12-2019
Qatı erməni təbliğatçısı Zatulini qanlı nasist Njdeyə nə bağlayır... - DETALLAR
Rusiya siyasətçiləri arasında Konstantin Zatulin kimi erməni lobbisi üçün bu qədər “cani-dildən” xidmət edən və bu günə qədər Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması sədrinin MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla münasibətlər üzrə birinci müavin vəzifəsində “israrla qalan” sima tapmaq çətindir. Üstəlik, "soydaşlar" məfhumu Konstantin Zatulin üçün yalnız ermənilər və separatçılar (qondarma "Dağlıq Qarabağ", Abxaz, Tsxinvali və s.) deməkdir.
Muxalifet3 - 9-12-2019
Xarici pasportlarla bağlı YENİ QANUN
Avropa ölkələrinə vizasız səyahət imkanı verən yaşıl və boz pasportlara məhdudiyyət qoyulub. Bu pasportlardan birinə sahib olan insanlar əvvəldən qeydiyyatdan keçməlidir. Qərar 2021-ci ildən etibarən qüvvəyə minəcək. Qeydiyyatdan keçən şəxslər giriş icazəsi ala bilmək üçün 7 avro ödəməlidir. 18 yaşdan aşağı, 70 yaşdan yuxarı şəxslərə bu qərar tətbiq edilməyəcək. Avropa Parlamenti bu qərarı sərhəd nəzarətinin təmin edilməsi, epidemiya təhlükəsi, qanunsuz miqrasiya, təhlükəsizlik təhdidi və öz ölkələrinin vətəndaşlarını qorumaq üçün qəbul etdiyini bildirib.
Muxalifet - 9-12-2019
“Qəbələ”dən imtina edən Heydərovlar “Neftçi”ni “ələ keçirir”? - Sabah müqavilə imzalanacaq
Bakının "Neftçi" klubu daha bir yeni sponsorla müqavilə imzalayır.
Muxalifet.az xəbər verir ki, klub sabah - dekabrın 10-da saat 12:00-da “Bakcell Arena” stadionunun mətbuat konfransı zalında yeni sponsorla əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirəcəyini rəsmən açıqlayıb. Əldə etdiyimiz məlumata görə, klub "Unibank"la müqavilə imzalayacaq.
Muxalifet - 9-12-2019
Tanınmış reper hava limanında öldü
Tanınmış reper Juise Wrld vəfat edib.
Muxalifet.az xəbər verir ki, sənətçi Çikaqo hava limanında anidən yerə yıxılıb. 21 yaşlı gənc ulduz həkimlər gələnə qədər həyatını itirib.
Onun yüksək dozada narkotik qəbul etdiyi iddia olunur.Muxalifet - 9-12-2019
ABŞ-a hansı ölkənin vətəndaşlarına viza verməkdən daha çox imtina edir? - SİYAHI
Turist kimi ABŞ-a getmək istəyən Azərbaycan vətəndaşlarının 25,4%-nin müraciətinə "yox" cavabı verilib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Məlumatda bildirilir ki, keçmiş SSRİ ölkələri arasında viza müraciətlərinə ən çox "yox" cavabı verilənlər Özbəkistan vətəndaşları olub. ABŞ ölkəyə gəlmək üçün müraciət edən Özbəkistan vətəndaşlarının 68,06% -nə viza verməkdən imtina edib.Muxalifet - 9-12-2019
Bakıdan Avstraliyaya narkotik göndərmək istədilər - NARKOMAFİYANIN HƏMİN KANALI HƏLƏ İŞLƏYİR?
Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən virtualaz.org-a verilən məlumata görə, Bakı Karqo Terminalında Azərbaycan Respublikasından Avstraliyaya ünvanlanan poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda təkrar yoxlanılıb.
Muxalifet - 9-12-2019
Bu görüntülər Azərbaycanda çəkilib? - FOTO/VİDEO
Sosial şəbəkələrdə azyaşlı uşağa qadın tərəfindən işgəncə verilməsiylə bağlı daha bir video yayılıb. Muxalifet.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, sözügedən video azərbaycanlı məşhurları da ayağa qaldırıb. Belə ki, müğənni Nazəninlə Mətanət İsgəndərli instaqram hesablarında paylaşım edərək azyaşlıya işgəncə verən qadının tapıb cəzalandırılmasını istəyiblər. Lakin araşdırmalar nəticəsinə məlum olub ki, həmin görüntülər Azərbaycanda deyil, Meksikada çəkilib. Sözügedən video ilə bağlı xarici KiV-lərdə də məlumatlar yer alıb.
Muxalifet - 9-12-2019
İRAN DAHA NƏ QƏDƏR TAB GƏTİRƏ BİLƏCƏK? - İqtisadiyyatının zəifləməsinin səbəbləri
ABŞ-la İran arasında gərginlik artıq qırx ildir davam edir. Amerikanın İrana hərbi müdaxilə edəcəyi mövzusu dəfələrlə aktuallaşıb. Ən kritik an 2006-cı ildə yaşanmışdı və analitiklər ABŞ ordusunun nə zaman həmlə edəcəyinin vaxtını da proqnozlaşdırmağa çalışırdılar.
Nə üçün 2006-cı ili yada saldıq?
Muxalifet - 9-12-2019
BİABIRÇILIQ: Azərbaycanda gəlin ərinin əmisi oğluna QOŞULUB QAÇDI
Beyləqanda qadın həyat yoldaşının əmisi oğluna qoşulub qaçıb.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində baş verib.
Evli qadın L.Əbilova rayon sakini Elvin Əbilovla qaçıb.
Hadisədən sonra E.Əbilov özünə bıçaq xəsarəti yetirib. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Ailə yaranmış vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı araşdırma aparılır. /oxu.azMuxalifet - 9-12-2019
SON DƏQİQƏ: Tərtərdə DƏHŞƏTLİ HADİSƏ - Ağzından güllələndi
Tərtər rayonunda güllələnmə hadisəsi baş verib. "Report" un verdiyi məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, həmin küçədə yaşayan Behbudov Mənsur Oktay oğlu ağzından güllələnib. Onun kim tərəfindən və hansı səbəbdən güllələndiyi məlum deyil. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.
Muxalifet - 9-12-2019
Çin heç vaxt güclü Rusiya görmək istəmir çünki...
Rusiyanın sənaye quruluşu “natamam”dır və əhali çox azdır. Qərbin sanksiyaları ona gətirib ki, Rusiyanı yalnız Çin xilas edə bilər. Ancaq Çin güclü Rusiya görmək istəmir, ona görə də onun dəstəyi məhduddur və Rusiya çinliləri əraziləri məskunlaşdırmaq üçün Sibirə buraxmaq istəmir. Axı, çinlilər çoxdur və onlar Rusiyaya buraxılsa, yerli əhalini sadəcə"udacaqlar", buna görə də Rusiya vaxtı uzadır. Yalnız neft qiymətləri yüksəldikdə, Rusiya nəhayət özünə gələ bildi.
Muxalifet3 - 9-12-2019
Həcc ziyarətində ölən, əri tərəfindən güllənən, övladlarını öldürən... - İdmançıların ailə faciələri
Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin keçmiş, "Keşlə" klubunun hazırkı futbolçusu İlkin Qırtımovun bacısı Sevinc Qırtımova 8 dekabr 02:00-da intihar edib. Bu gün onun atası, Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımov açıqlama verərək qızının intihar etmədiyini, yıxıldığını deyib. Əsasən yarışlardakı çıxışı ilə tanıdığımız idmançılar bəzən həyatlarında baş verən dəhşətli hadisələrlə də gündəmə gəlir. "Yeni Sabah" yaxınlarını faciəvi şəkildə itirən idmançılarla bağlı kiçik araşdırma edib.
Muxalifet - 9-12-2019
Cəmi 1 gün nazir olan DTK generalı – onun “torba”sını Yeltsin tikib
“Bizə “dünya proletarlarının rəhbəri”nin yalanlarını öyrətdilər, bizi məcbur etdilər ki, az qala yarımallaha çevrilən Stalinə inanaq, daha sonra Nikita Xruşova, “müharibə qəhrəmanı”na çevrilən Brejnevə, ən yazıq siyasi fiqur olan Çernenkoya inanmağa məcbur etdilər. Məgər, Andropov uzaqgörən və hədsiz dərəcədə ağıllı idi? O da özündən asılı omayaraq aldatdı və tabeliyində olanları da inanmağa və aldanmağa məcbur etdi...” General-leytenant Leonid Şebarşin O, cəmisi bir gün SSRİ Dövlət Təhlüksizlik Komitəsinin sədri olub.
Muxalifet - 9-12-2019
Repçilərimiz Rusiyada silahlı hücuma məruz qaldı
Rusiyada yaşayan azərbaycanlı repçilər onlara atəş açılması ilə bağlı polisə müraciət ediblər.
Muxalifet.az xəbər verir ki, 27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov (HammAli Navai) Moskvadan Lipetskə konsert verməyə gəliblər.
“Meqapolis” mədəniyyət-əyləncə mərkəzinin qarşısında keçirilən konsertin gedişində polisə binada mina olması barədə məlumat daxil olub. Bununla bağlı hadisə yerinə xüsusi-mühafizə, hüquq-mühafizə xidmətinin əməkdaşları və tibb işçiləri cəlb olunub.
Muxalifet - 9-12-2019