Axtarış

The search found 105849 results in 0.028 seconds.

Search results

  1. Bakıda yanan tikinti bazarından son görüntülər - FOTO-VİDEO

    Bakı şəhərinin Binəqədi Районунда “EuroHome” тикинты материальные базары ərazisində yanğın olub. Muxalifet.az -in məlumatına görə, hadisə zamanı tikinti materialları bazarına ciddi ziyan dəyib. Yanğın zamanı xeyli sayda sahibkara ciddi maddi ziyan dəyib. Bəzi sahibkarlar isə yanan bazarın içinə girməyə də cəhd ediblər. Bazarın yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü isşləri aparılır. Yanğın mütəmadi olaraq güclənir. Muxalifet.az

    Muxalifet3 - 10-12-2019

  2. Ombudsman Baş prokurora MÜRACİƏT ETDİ

    Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Qulu və Hüseyn adlı qardaşların valideynləri tərəfindən zorakılığa məruz qalmaları ilə bağlı məsələyə dərhal reaksiya verərək Azərbaycan Respublikasının Baş prokuroruna müraciət edib.

    Muxalifet3 - 10-12-2019

  3. “EuroHome”in sahibi bu şəxsdir

    Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı yanır. Muxalifet.az "Hurriyyet.org"-a istinadla bildirir ki, unikal.org-un əldə etdiyi məlumatına görə, “Eurohome”un rəhbəri Azay Möhnətovdur. Azərbaycanlı iş adamı həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidentidir. “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. “AF Hotel & Aqua Park”ın sahibidir. Muxalifet.az

    Muxalifet3 - 10-12-2019

  4. Qarabağı və Naxçıvanı Ermənistan ərazisi kimi göstərən qlobus məktəblərimizdə - Biabırçılıq

    Qarabağı və Naxçıvanı Ermənistan ərazisi kimi göstərən Çin istehsalı qlobus məktəblərimizə necə yol tapıb? Bu suala Gömrük Komitəsi və Təhsil Nazirliyi cavab verməlidirlər... “Facebook” sosial şəbəkə istifadəçisi Faiq Ömər Sofuoğlu maraqlı və maraqlı olduğu qədər də Azərbaycan adına biabırçı olan bir məlumat paylaşıb. Muxalifet.az xəbər verir ki, Faiq Ömər Sofuoğlu sözü keçən statusunda bildirir ki, məktəblərimizdə şagirdlərə Qarabağı və Naxçıvanı Ermənistan ərazisi kimi göstərən Çin istehsalı qlobusdan istifadə olunur və bu biabırçılığı uşaqlar aşkar ediblər.

    Muxalifet3 - 10-12-2019

  5. "Yanğın baş verən ərazidə hər iki istiqamətdə yol açıqdır" - DYP rəisi

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “EuroHome” tikinti materialları bazarında baş verən yanğın yerinə gəlib. Muxalifet.az xəbər verir ki, jurnalistlərə açıqlama verən R.Zeynalov DYP-nin şəxsi heyətinin, həmçinin Post Patrul Xidmətinin, eləcə də digər əlaqəli qurumların səfərbər olunduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda hər iki istiqamətdə yol açıqdır: “Müəyyən sıxlıq var və bunun da aradan qaldırılması üçün tədbirlər görülür. Hesab edirəm ki, əhali bu işdə bizə kömək edir.

    Muxalifet3 - 10-12-2019

  6. Zelenski-Putin danışıqları - “heç-heçə”

    Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüş barədə açıqlama verib.
    Muxalifet.az "RİA Novosti"-yə istinadla bildirir ki, V.Zelenski danışıqlar zamanı bir sıra güzəştlərin olduğunu deyib.
    “Mən kimin qazanacağını bilmirəm, amma biz müzakirələrə yeni başlamışıq, ona görə də indi ən düzgünü diplomat olmaqdır. Gəlin, hələlik heç-heçə deyək”, - Ukrayna Prezidenti əlavə edib.

    Muxalifet3 - 10-12-2019

  7. Putin: Berlində öldürülən Gürcüstan vətəndaşı Moskva metrosundakı partlayışların təşkilatçısı idi

    Bu ilin avqust ayında Berlində öldürülən Gürcüstan vətəndaşı Moskva metrosunda törədilən partlayışların təşkilatçılarından biri idi. Muxalifet.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Parisdə “Norman Dördlüyü” liderlərinin görüşündən sonra təşkil edilən mətbuat konfransında söyləyib. Putin, onun Qafqazda yaradılan qeyri-qanuni silahlı dəstələrin fəal üzvü olduğunu və polis tərəfindən axtarıldığını xatırladıb. “Onunla nə baş verdiyini bilmirəm. Bu, quldur mühitidir və orada hər şey ola bilər”.

    Muxalifet3 - 10-12-2019

  8. ABŞ-ın gizlətdiyi "CƏHƏNNƏM ODU"

    ABŞ-ın AGM-114R9X “Hellfire” (“Cəhənnəm odu”) məxfi raketi ölkə hüdudlarından kənarda cinayətkarların, terrorçuların dəqiq nöqtə zərbəsi ilə məhv olunması üçün istifadə edilir. Muxalifet.az-ın bildirdiyinə görə bu haqda “The Drive” nəşri yazır. Amerika nəşrinin yazdığına görə, bu raketin sonuncu döyüş tətbiqi bir neçə gün əvvəl-2019-cu ilin dekabr ayında Suriyada olub. Hədəfə bir neçə dəqiq zərbə endirilib və bu zaman mülki əhali ziyan çəkməyib. Qeyd olunur ki, cari ilin yanvarına qədər AGM-114R9X “Hellfire” azı 6 dəfə tətbiq edilmişdi.

    Muxalifet3 - 10-12-2019

  9. "Bazarın yarısının sığortası yoxdur" - "EuroHome"da malları yanan sahibkar

    "150 minlik ziyana düşdüm".
    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri yanğında ziyan görən sahibkarlardan biri deyib.
    Onun sözlərinə görə, yanğın ilk olaraq kafel-metlax satılan dükanda başlayıb:
    “Səhər saat 9 radələrində bildik ki, kafel-metlax satılan dükanlardan birində yanğın var. Tez Fövqəladə Hallar Nazirliyinə zəng etdik. Burada 100-dən çox mağazaya ziyan dəyib.
    Mənim özümün 150 min manatlıq malım yanıb-kül olub. Bazarın yarısının sığortası yoxdur, eləcə də, mən də sığortalanmadım.

    Muxalifet3 - 10-12-2019

  10. “Böyük yanğın deyil ki, Heydərov ora gəlsin” - Generaldan AÇIQLAMA

    Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev “EuroHome”dakı baş verən yanğından danışıb. Muxalifet.az xəbər verir ki, unikal.org-a açıqlama verən Etibar Mirzəyev bildirib ki, ilkin ehtimala görə hadisə qısa qapanmadan baş verib: "Yağının söndürülməsi üçün 3 helikopter və 1 təyyarə hadisə yerinə cəlb edilib. Hazırda yanğın tam məhdudlaşdırılıb və hadisənin səbəbləri araşdırılır”.

    Muxalifet3 - 10-12-2019

  11. Azərbaycandan 1477 nəfər İŞİD-ə qoşulub, 903 nəfəri öldürülüb

    "2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) nümayəndələri ilə görüş zamanı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terrorçu təşkilatlara qoşulmaq üçün Suriya və İraqa gedən 1477 nəfər (1136 kişi və 341 qadın) Azərbaycan vətəndaşından 903 nəfərinin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir".

    Muxalifet3 - 10-12-2019

  12. Çingiz Mustafayevin radiosuna iki iddiaçı var

    Xəbər verildiyi kimi, Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib.
    Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

    Muxalifet3 - 10-12-2019

  13. Pensiyaçılara ŞAD XƏBƏR: yanvarın 1-dən...

    Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər artırılacaq. Muxalifet.az bildirir ki, bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Onun sözlərinə görə, bu artımın 13-14 faizə yaxın olacağı gözlənilir: “Yanvarın 1-dən pensiyalar orta aylıq əməkhaqlarının artımı qədər - təxminən 13-14 faizə yaxın artırılacaq. Bu, bütün pensiyalara, o cümlədən minimum pensiayalara şamil olunacaq”.

    Muxalifet3 - 10-12-2019

  14. "EuroHome” yanğından sonra - FOTO

    Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir. Muxalifet.az nazirliyə istinadən Ticarət Mərkəzinin yanğından sonrakı fotolarını təqdim edir:

    Muxalifet3 - 10-12-2019

  15. Elmira Süleymanovaya YENİ VƏZİFƏ verildi

    Azərbaycanın İnsan Hüquqları üzrə ilk Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tam ştatla işə götürülüb. İndiyədək E.Süleymanova AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yarımştat baş elmi işçi vəzifəsində çalışıb. Belə ki, Ombudsman kimi səlahiyyət müddəti başa çatdıqdan sonra o, Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi kimi tam ştat işə götürülüb. Neft-Kimya Prosesləri İnstitutundan fakt təsdiqlənib. Qeyd edək ki, E.Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub.

    Muxalifet - 10-12-2019

  16. Nazirlər 4 saatlıq qapalı Qarabağ görüşündə nələrdən danışıb? - Tarasov DETALLARI AÇDI

    “Bratislavada Lavrovun danışıqlarla bağlı təklif etdiyi düstur sıradan çıxarıldı”. Muxalifet.az xəbər verir ki, bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına açıqlamasında deyib. Tarasov Bratislavada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda səfərdə olmasına diqqət çəkib.

    Muxalifet3 - 10-12-2019

  17. YAP növbədənkənar seçkilərlə bağlı qərar qəbul etdi

    Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

    Muxalifet - 10-12-2019

  18. Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər orqanında kadr dəyişikliyi olub.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

    Əmrə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Nizami Paşayev tutduğu vəzifədən azad olunub.

    Nazirin digər əmri ilə N.Paşayev Sumqayıt Şəhər Polis İdarəsində İctimai Təhlükəsizlik Şöbəsinin rəisi təyin edilib. //Oxu.az

    Muxalifet - 10-12-2019

  19. Polisə tabe olmayan şəxs özünü bıçaqladı - Ağcabədidə OLAY

    Dekabrın 9-da saat 20 radələrində Ağcabədi şəhərinin ərazisində Avşar kənd sakini S.Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil üzərində dövlət qeydiyyat nişanları olmadığı üçün DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb.
    Muxalifet.az
    bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı S.Xanalıyevin sənədlərinin də olmaması müəyyən edildiyindən avtomobilin müvəqqəti duracağa aparılması bildirilib.

    Muxalifet - 10-12-2019

  20. Kəmaləddin Heydərov 51 yaşlı generalı işdən çıxardı - FOTO

    Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub. Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib. Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb. Xatırladaq ki, işdən çıxarılan general 06.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

    Muxalifet - 10-12-2019

Pages