Axtarış
The search found 105849 results in 0.062 seconds.
Search results
Bakıda yolu keçən qadını maşın belə vurdu – REAL VİDEO
Bakıda piyadavurma hadisəsi kameraya düşüb.
Muxalifet.az "avtosfer.az”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. "Hyndai” markalı avtomobilin sürücüsü yola çıxmaq istəyir.
Bu zaman sağdan maşın gəlib-gəlməməsinə baxır. Sürücünün fikri sağda olan zaman əlində çörək, orta yaşlı bir qadın yolu keçir.
Qəfildən hərəkətə gələn sürücü avtomobili düz qadının üstünə sürərək onu vurur.
Hadisə nəticəsində qadın xəsarət alır.
Sürücü isə avtomobili saxlamaq əvəzinə bir az da irəliyə gedir.Muxalifet - 9-12-2019
Ərdoğan Fransa prezidentini tənqid edib: "Qarşımda susur"
“Fransa prezidenti Emmanuel Makron hələ də “İslam terroru” ifadəsini işlədir”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının dekabrın 9-da İstanbulda keçirilən Sosial işlər nazirlərinin zirvə toplantısında bildirib.
“NATO toplantısında ona bir daha dedim ki, “İslam” sözünün mənası barış deməkdir. Sən barışla terroru bir yerdə necə ifadə edə bilirsən? Bunu soruşanda susur. Ancaq sammitdə yenə təkrarlayıb”, - deyə R.T.Ərdoğan vurğulayıb.
Muxalifet - 9-12-2019
Bu şəxslərin ibadəti qəbul olunmur - Hacı Şahin AÇIQLADI/VİDEO
Azərbaycan teleməkanının ən baxımlı, ən reytinqli dini proqramı olan SPACE-də canlı yayımlanan "İnam" verilişinin ötənhəftəki buraxılışında "İslamda israf" mövzusu müzakirəyə çıxarılıb. Publika.az-ın informasiya dəstəyi verdiyi verilişin ideya müəllifi və aparıcısı Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylidir. Hacı Şahin Həsənli qonaq olduğu verilişdə biri-birindən faydalı fikirlər səsləndirilib.
Muxalifet - 9-12-2019
İlham Əliyev sərəncam imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Muxalifet.az sərəncamın mətnini təqdim edir:Muxalifet - 9-12-2019
WADA-dan Rusiyaya şok qadağa - BÜTÜN YARIŞLARDAN KƏNARLAŞDIRILDI
Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub.
Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb.
Bunu Rusiya Antidopinq Agentliyinin (RusADA) rəhbəri Yuri Qanus da təsdiqləyb.
Qərar 4 il ərzində qüvvədə olacaq.
Muxalifet - 9-12-2019
17 min 800 nəfərə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Bakı şəhəri Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon manat ayrılsın.
Muxalifet - 9-12-2019
Baş prokuror azyaşlı qardaşlara işgəncə faktının araşdırılmasını xüsusi nəzarətə götürdü
Baş prokuror Zakir Qaralov Bakının Sabunçu rayonunda azyaşlıların valideynləri tərəfindən işgəncələrə məruz qalması barədə yayılan məlumatları nəzarətə götürüb.
Muxalifet - 9-12-2019
Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında dekabrın 9-da Sərəncam imzalayıb.
Muxalifet - 9-12-2019
Əliyev Zelenskiyə başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.
Muxalifet.az-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".Muxalifet - 9-12-2019
Azərbaycanda GÜCLÜ PARTLAYIŞ - Yaralı var - VİDEO
Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 9-12-2019
Yeni “qaz müharibəsi” başladı, “timsahlar” hücuma keçdi, Türkiyə və Azərbaycan...
Türkiyə ilə Liviyanın Milli Barışıq Hökuməti arasında imzalanan memorandumla Aralıq dənizinin şərqində güc balansının Ankaranın xeyrinə dəyişməsi bölgədə “suları isidib”. Liviya Milli Barışıq Hökuməti Prezident Şurasının sədri Fəyaz Əl Sərracla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan memorandumda Aralıq dənizinin şərqində Türkiyə və Liviyanın su sərhədləri müəyyən edilib. Beləliklə, Liviya Türkiyənin dəniz qonşusu olub. Bu, Türkiyənin Aralıq dənizinin şərqində güclənməsi, bu bölgədə planlaşdırılan oyunun pozulması deməkdir. Su üzərində döyüş, yaxud Aralıqda nə baş verir?
Muxalifet - 9-12-2019
Erməni televiziyası İğdırı “Qərbi Ermənistan şəhəri” adlandırdı - ÜSTƏLİK İĞDIRIN ORTASINDA...
Ermənistanda türkcə yayımlanan “Western Armenian” telekanalı Türkiyənin İğdır vilayətini Qərbi Ermənistan şəhəri kimi təqdim edib. Üstəlik həmin telekanalın yayımının İğdırı da əhatə etdiyi üzə çıxıb. İğdırda yaşayan əhalinin böyük hiddətinə səbəb olan bu hadisəyə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyi tərəfindən sərt reaksiya gəlib.
Muxalifet - 9-12-2019
Azərbaycanda telefon qiymətinə mağaza satılır - FOTOFAKT
Sabah - 10 dekabr 2019-cu il tarixində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçiriləcək.
Muxalifet.az xəbər verir ki, hərraca çıxarılan obyektlərdən ikisi Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşir.
Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 55A ünvanında yerləşən 33,1 kv. metrlik 52 saylı mağazaya 750 manat qiymət qoyulub.
Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 57 ünvanında yerləşən 20,1 kv. metrlik 54 saylı mağazaya isə cəmi 450 manat qiymət qoyulub.Muxalifet - 9-12-2019
Prezidentdən Əlişir Musayevlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Əlişir Musayevin 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əlişir Veys oğlu Musayev 3 cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
Muxalifet - 9-12-2019
Bakıda mənzildə naməlum meyit aşkarlandı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Muxalifet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.
Muxalifet - 9-12-2019
Putinin yanından ayırmadığı çantasının sirri açıldı - İstədiyi vaxt nüvə... - FOTO/VİDEO
Rusiya prezidenti Vladimir Putinin gizli çantası ilk dəfə görüntüləndi. Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, Putinin yanından ayırmadığı çantasında hər an müharibənin başlaması ehtimalına qarşı xüsusi düymələr yerləşdirilib. Həmin düymələr vasitəsilə Putin istənilən vaxt olduğu yerdən nüvə silahını aktiv hala gətirə bilir. "Çeqet" adlı çantanın xüsusiyyətlərini izah edən mütəxəssislər bəhs edilən çantanı Putinin bütün xarici və Rusiyanın uzaq bölgələrinə edilən səyahətlərdə özü ilə apardığını deyib. Həmin çantanı Putinin yanında olan xüsusi hazırlanmış əsgər daşıyır.
Muxalifet - 9-12-2019
Baş nazirdən dövlət bayrağı ilə bağlı SƏRƏNCAM
Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 8 oktyabr tarixli qanunun tətbiqi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Muxalifet - 9-12-2019
MÜHARİBƏ, YOXSA KAPİTULYASİYA? – Ukrayna prezidenti çətin seçim qarşısında
Dekabrın 9-u Ukrayna prezidenti - uşaq simalı bu keçmiş komediya aktyoru ilk dəfə şəxsən Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Müharibəyə son qoymaq cəhdləri əsas müzakirə mövzusu olacaq. Bu barədə Robin Dikson və Devid Stern “The Washington Post”-da yazırlar.
Muxalifet - 9-12-2019
Trampa müharibə elan etdilər - Çox sərt sözlər
Dünyanın nəfəsini tutaraq izlədiyi ABŞ-Şimali Koreya gərginliyində yeni gəlişmə yaşanıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “düşmənliyini davam etdirsə, hər şeyini ititməklə qarşı-qarşıya qalacaq” tvitinə rəsmi Pxençandan açıqlama gəlib. Şimali Koreya lideri Kim Çün Inın sağ qolu olan Kim Çen Çol Trampı “səbrsiz” və “qoca” adlandırıb və son sözlərinin onlarda dərin kədər doğurduğunu deyib.
Muxalifet - 9-12-2019
"Rusiya düşmənimiz deyil, münasibətləri düzəltməyə çalışırıq"
Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya NATO-nun düşməni deyil.
Bu barədə CNN məlumat verib.
Onun sözlərinə görə, NATO ölkələri düşmən və dostlara bölməyə qarşıdır: "Buna görə Rusiya, Ukraynaya qarşı hərbi güc tətbiq etməsinə baxmayaraq, NATO-nun düşməni deyil. Biz həmişə münasibətləri düzəltməyə çalışırıq".
Muxalifet - 9-12-2019