Axtarış
The search found 105844 results in 0.087 seconds.
Search results
Seeya da Azərbaycan deputatı olmaq istəyir - FOTO
Tanınmış müğənni Seeya etdiyi paylaşımla diqqətləri öz üzərinə toplayıb.
Muxalifet.az xəbər verir ki, "Papito” mahnısı ilə məşhurlaşan ruminiyalı müğənni Bakıda Milli Məclisin önündə foto çəkdirib.
Fotoya isə "İ want enter New Azerbaijan Parliament. What do you think? (Mən yeni Azərbaycan Parlamentinə daxil olmaq istəyirəm. Siz necə düşünürsüz?” sözlərini yazıb.
Müğənninin bu addımı geniş müzakirələrə səbəb olub.
Muxalifet4 - 8-12-2019
“Sən nə edirsən?! Sonun çatıb, anladın?!...” - OLİQARXIN OĞLUNUN KOMANDASI UDUZDU, HAKİMİ BELƏ HƏDƏLƏDİ
Ukraynada biznesmen-oliqarx İqor Kolmoyski oğlunun oynadığı basketbol klubunun uduzmasından sonra hakimi “yox etməklə” hədələyib.
Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Kolomoyskinin 20 yaşlı oğlu Qriqori “Dnepr” basketbol klubunda müdafiəçidir və komanda “Kiyev” klubu ilə oyunda uduzub. Bundan sonra oliqarx məşqçiyə yaxınlaşaraq onu təhdid edib.
Muxalifet - 8-12-2019
"Neftin qiymətinin 60-65 dollar səviyyəsində qalmasının səbəbi..." - EKSPERTDƏN AÇIQLAMA
OPEC və OPEC+ ölkələrinin günlük neft hasilatının 500 min barel azaldılması qərarından sonra neft qiymətləri sürətlə yüksəlməyə başlayıb. Belə ki, sözügedən qərarın qəbulundan yarım saat sonra brent markalı neftin 1 barelinin qiyməti 2,5 faiz artaraq, 65 dollara qədər yüksəlib. Qərar 2020-ci ilin martına qədər qüvvədə qalacaq. Lakin bunun inkişafda olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcəyi deyilir. Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli neft bazarındakı vəziyyəti şərh edib.
Muxalifet4 - 8-12-2019
Yağış, qar olacaq, yollar buz bağlayacaq… - PROQNOZ
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Muxalifet.az xəbər verir ki, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Muxalifet4 - 8-12-2019
Hadisə yerini təmizləyərkən oğlunun meyitini gördü – AİLƏ FACİƏSİ - FOTO
Türkiyədə bələdiyyə işçisi baş vermiş ağır yol qəzasından sonra hadisə yerini təmizləyərkən oğlunun meyiti ilə qarşılaşıb. Kütahya-Afyon yolunun 3-cü kilometrliyində minik avtomobilinin əvvəlcə beton maneəyə, sonra isə ağaca çırpılması nəticəsində 3 nəfər həlak olub. Hadisədən dərhal sonra polis bələdiyyəni olay yerini təmizləməyə dəvət edib. Bu zaman Enver Harman adlı işçi elektrik mişarı ilə qırılmış ağacı kəsib, ərazidəki budaqları yığışdırılıb. Lakin onun üstünün örtüldüyü meyitlərdən birinin oğluna məxsus olmasından xəbəri olmayıb.
Muxalifet - 8-12-2019
SON DƏQİQƏ: Azərbaycanda məmur AĞIR QƏZA TÖRƏTDİ - həyat yoldaşı həlak oldu...
Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb. Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Muxalifet - 8-12-2019
Azərbaycanda 8-9 ballıq zəlzələlər baş verə bilər
Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahələrdə yerləşir.
Muxalifet.az-ın məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.Muxalifet - 8-12-2019
AZƏRBAYCANDA TOYDA KÜTLƏVİ DAVA - Dostunu ürəyindən bıçaqladı
Göygöl rayonunda kütləvi dava baş verib. Muxalifet.az baku.ws-ə istinadla xəbər verir ki, hadisə rayonun şadlıq saraylarından birində qeydə alınıb. İçkili vəziyyətdə olan gənclər arasında düşən dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Elman Cəfərov ürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ətrafdakı insanların köməkliyi ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. İlkin məlumatlara görə, Elman Cəfərov öz dostu tərəfindən bıçaqlanıb. Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Muxalifet - 8-12-2019
“Cənab general, dostumuzun bir məsələsi var, onu həll etmək lazımdır” - DƏLƏDUZ ƏLİXAN ADAMLARI HARALARA “İŞƏ DÜZƏLDİRDİ”...
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 61 yaşlı Əlixan Abdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Ən müxtəlif, ən ağlasığmaz sxemlərin tətbiq olunduğu dələduzluq əməllərinin baş alıb getdiyi bir vaxtda bu Əlixanın sxemi sadə olub. Onun toruna düşənlər isə müxtəlif dövlət orqanlarında işə düzəlib yaxşı maaş, yaxud “paket” almaq ümidi ilə yaşayanlar idi. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Əlixan Abdiyev vətəndaşları aldadaraq özünü Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edib.
Muxalifet - 8-12-2019
SON DƏQİQƏ: İsraildən İran ordusuna DƏHŞƏTLİ HÜCUM - Çox sayda ölü və...
Suriyanın şimal-şərqində yerləşən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi düşərgəsinə naməlum təyyarələr tərəfindən hava zərbələri endirilib. Trend-in verdiyi məlumata görə, hava zərbələri nəticəsində azı 5 hərbçi həlak olub, bir neçə nəfər yaralanıb. Bildirilir ki, zərbələr İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirilmiş ola bilər. İslam İnqilabı Keşikçiləri Korpusu bu məlumatı hələki şərh etməyib.
Muxalifet - 8-12-2019
Milli futbolçumuzun ailəsində DƏHŞƏT - Bacısı intihar etdi
Futbol üzrə Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısı intihar edib.
Muxalifet.az "Yeni Sabah"-a istinadən xəbər verir ki, Sevinc Qırtımova bu gün Bakının Yasamal rayonunda özünü hündürmərtəbəli binadan atıb. İntihar səbəbi hələki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 8-12-2019
ABŞ sahillərində şübhəli manevrlər edən Rusiya məxfi hərbi gəmisi Panamada bloklandı - “YANTAR” HANSI MİSSİYA İLƏ GÖNDƏRİLİB...
Rusiya Hərbi Dəniz Donanmasının Şimal donanmasına məxsus olan məxfi hərbi gəmi ABŞ sahillərində bir neçə gün ərzində şübhəli manevrlər etdikdən sonra Panama körfəzində bloklanıb.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, gəminin Panama ərazi sularından tranzit keçidinə icazə verilmir.
Muxalifet - 8-12-2019
Sürücülük imtahanlarını DİM keçirəcək? - RƏSMİ CAVAB
“Sürücülük imtahanlarının keçirilməsi DİM-ə verilərsə, təbii ki, icra mexanizmləri də müəyyən olunacaq”.
Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə sürücülük imtahanlarının DİM-ə verilməsi ilə bağlı deyilənlərə aydın gətirən zaman Lent.az-a söyləyib. Qurum rəsmisi bu kimi məsələlərin qanunvericiliklə tənzimləndiyini qeyd edib:Muxalifet - 8-12-2019
Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Azərbaycanda ŞOK HADİSƏ
"Atamla Nuranə yemək yeyəndə qaqamla məni üzü divarda tək ayaqüstə - üzü divara saxlayırdılar. Bir dəfə onlar kabab yeyirdilər Hüseyn dedi ki- mən də kabab istəyirəm, - Nuranə şişi qızdırıb qaqamın belinə və boynuna vurdu..." - azyaşlı Qulu danışır. Bu sözləri, qardaşı ilə birgə öz atası və ögey anası tərəfindən dəhşətli işgəncələrə məruz qalmış Qulu deyir. Jurnalist Elgün Gəncimsoy öz “facebook” səhifəsində bu dəhşətli hadisəni işıqlandırıb və uşaqların məruz qaldığı işgəncələrin fotolarını paylaşıb.
Muxalifet - 8-12-2019
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu
Dekabrın 8-də Lənkəranda 3 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 19:33-də Lənkəran stansıyasından 58 km şimal-qərbdə Xəzər dənizində qeydə alınıb.Muxalifet - 8-12-2019
10 və 200 manatlıq pulları ödəmə terminalları niyə götürmür? - Araşdırma
Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılan "10 manat” və "200 manat”lıq əskinazlar bir çox terminallarda hələ də qəbul edilməsində problemlər yaranır. Artıq redaksiyamıza bir neçə dəfə bununla bağlı müraciətlər də daxil olub ki, bir neçə terminalda yeni əskinazlar, hətta yeni 1 manatlıq əskinazları belə qəbul edilmir. Bununla bağlı şəhərin bir çox hissəsində quraşdırılan ödəmə terminallarında rast gəlmək mümkün olur.
Muxalifet - 8-12-2019
"SURİYA NEFTİ BİZİM OLDU" - Trampdan etiraf
Muxalifet.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bəyan edib ki, Suriyanın şimalında əvvəl İSID terror qruplaşmasının ələ keçirmiş olduğu neft-qaz yataqlarını indi ABŞ öz nəzarəti altına alıb.
"Terrorçular neft üzərində nəzarəti saxlamağa cəhd göstərdilər. Indi isə ona tam olaraq biz nəzarət edirik… Neft bizdədir və onunla istədiyimiz kimi rəftar edə bilərik" - deyə, bildirib. («Daily Express »).
Muxalifet - 8-12-2019
Yunan lider İslamı təhqir etdi, türk parlamentari isə...
Yunanıstan parlamentində təmsil olunan “Yunan Həlli” Partiyasının lideri Kiryakos Velopulos yeni vergi qətnamələri ilə bağlı çıxışında İslam dinini təhqir edib. Kiryakos İslamiyyətin din olmadığını, siyasi ideologiyanı ehtiva etdiyini bildirib. Partiya lideri əlavə edib ki, İslam dinində buyurulan yaşam tərzi Qərb həyat normalarına uyğun gəlmir. Buna cavab olaraq, “Dəyişiklik Hərəkatı” Partiyasının türk əsilli təmsilçisi İlhan Əhməd Kiryakosun fikirləri ilə razılaşmadığını, onun bu çıxışla bütün müsəlmanları təhqir etdiyini bildirib.
Muxalifet - 8-12-2019
Minlərlə ukraynalı Rusiya ilə danışıqlara görə Maydana çıxdı - FOTO, VİDEO
Ukrayna müxalifəti “Normand formatı”nda görüşdən əvvəl Kiyevin mərkəzində Prezident Vladimir Zelenski üçün “Qırmızı xətlər” adlı aksiya keçirir. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Maydanda təşkil olunan mitinqə təxminən 15 min nəfər çıxıb. Ukrayna müxalifəti Putinlə danışıqlarda güzəşti yolverilməz hesab edir. Elə aksiyanın əsas məqsədi də Ukrayna Prezidenti Vladimir Zelenskiyə keçilməz qırmızı xətləri göstərməkdir. Son məlumata görə, hazırda Kiyevdə insanlar Bankovaya küçəsindəki Prezident Aparatının qarşısına toplaşırlar.
Muxalifet4 - 9-12-2019
Mitinqdə Poroşenkoya yumurta atdılar - VİDEO
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko yumurta atəşinə məruz qalıb.
RİA Novosti bildirir ki, hadisə müxalifətin mitinqi zamanı baş verib.
Tribunaya çıxan və “Yaşasın Ukrayna!” deyən Poroşenkoya tərəf kütlənin içindən iki yumurta atılıb.
Onlardan biri eks-prezidentin həyat yoldaşına dəyib, digəri isə Ali Radanın deputatı Atyom Çiygöz tərəfindən havada zərərsizləşdirilib.
Poroşenko isə mikrofonda “Onu (yumurta atan adamı - red.) tutun” deyə tələb edib.
Muxalifet4 - 9-12-2019