Axtarış
The search found 105849 results in 0.044 seconds.
Search results
Qətərin 4 şahzadəsi həbs edildi - Səbəb bu imiş
Pakistan Qətərin 7 vətəndaşını həbs edib. Muxalifet.az xəbər verir ki, onlardan 4-ü Qətər kralının ailə üzvüdür. Bəlucistan əyaləti Vəhşi Təbiət Departamenti rəsmilərinin “Dawn” saytına verdiyi xəbərə görə, qətərlilər Nuşki bölgəsində qanunsuz ovla məşğul olub. Onlar həbs olunmamaq üçün yerli əhali kimi geyinsələr də, bu, işə yaramayıb. Qeyd edək ki, Pakistan hökuməti Körfəz ölkələrindən olan şahzadələrə adambaşına 100 min dollar ödəniş qarşılığında 15 bölgədə ovçuluqla məşğul olmağa icazə verir. Bu məbləğ 10 gün ərzində keçərlidir.//Publika
Muxalifet - 11-12-2019
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır – FOTOLAR
Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin ölkədən qaçan sabiq müdiri Rəfail Abdullayevin milyonluq mülkləri üzə çıxıb. Unikal.org-a daxil olan məlumata görə, Rəfail Abdullayev Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin yaxın adamlarından biri olub. İcra başçısı bu yaxınlığa görə, Rəfail Abdullayevi hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edib. O, Sabunçu rayonu ərazisində qanunsuz torpaq satışı və tikinti işləri ilə məşğul olan şəxslərdən biri olub.
Muxalifet4 - 11-12-2019
“YENİ PARLAMENTDƏN SORUŞARSINIZ” - Deputat incik danışdı
Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə çox az müddət qalmasına baxmayaraq, ölkə gündəmində bələdiyyələrlə bağlı müzakirələrə, açıqlamalara, namizədlərin təbliğat-təşviqat kampaniyasına çox az rast gəlirik. İnsanlar bələdiyyə seçkiləri ilə bağlı prosesin sönük getdiyini, hətta parlamentin buraxılması hadisəsinin bu seçkiləri kölgədə qoyduğunu düşünürlər.
Modern.az-a danışan V çağırış Milli Məclisin deputatları isə bu fikirlə razılaşmayıblar.
Muxalifet - 11-12-2019
Məşhur şahmatçı da deputatlığa namizəd olacaq – FOTO
Tanınmış şahmatçı Zeynəb Məmmədyarova fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edəcək. Muxalifet.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya beynəlxalq qrossmeysterin özü məlumat verib. 36 yaşlı şahmatçımız Sumqayıt şəhərindən deputatlığa namizədliyini irəli sürəcək. Qeyd edək ki, Z. Məmmədyarova şahmatçı Şəhriyar Məmmədyarovun bacısıdır. O, 2013-cü ilin sentyabrında Sumqayıt bələdiyyəsinin sədr müavini seçilib.
Muxalifet - 11-12-2019
Deputatlar parlamentdə bir-birini söydülər - VİDEO
Türkiyə Böyük Millət Məclisində 2020-ci il üçün büdcə müzakirələri zamanı deputatlar arasında dava düşüb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, AK partiya və CHP millət vəkilləri arasında gəginlik yaşanıb. Davaya səbəb CHP-li millətvəkil Süleyman Bülbülün Tank Palet Fabrikinin özəlləşdirilməsinə sərt reaksiya verməsi olub.
Deputatlarbir-birlərini təhqir ediblər. Hər iki partiyanın üzvü olan deputatlar biri-birinin üzərinə gedrək təhqiramiz ifadələr isşlədiblər.
Mübahisənin böyüməsi nəticəsində Parlamentin sədri iclası dayandırıb.Muxalifet - 11-12-2019
“Ölkə başçısının tapşırığı “Azərpambıq” MMC-də qulaqaradına vurulur” – ŞOK İTTİHAMLAR
Ağcabədi rayonu, Qaradolaq kənd sakini, pambıqçı-fermer Sevindik Quliyev tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Müəllif “Azərpambıq” MMC rəhbərliyinin fəaliyyətindən narazıdır: “Hörmətli redaksiya! Bu barədə əvvəlllər də sizə müraciət etmişdik. Çox sağ olun ki, bizim şikayətimizi saytınızda dərc etdiniz. Ondan sonra “Azərpambıq” MMC-də əməlli-başlı təşviş yaranmışdı.
Muxalifet4 - 11-12-2019
Keçmiş bankirin adı yeni sensasion qalmaqalda: ortağının əmlakını ələ keçirir - “ETİBAR ƏLİYEV ŞİRKƏT ÜZƏRİNDƏN “OTKAT” PULLARI YUYURDU...”
Ləğv edilmiş “Texnikabank”ın keçmiş sahibi, adı əvvəllər Eldar Mahmudovun adamı kimi hallanan (bu haqda daha sonra) Etibar Əliyev onunla şərikli biznes qurmuş keçmiş ortağının əmlakını rayon məhkəməsi hakiminin əliylə qəsb etdirir, faktiki olaraq talayır. Qalmaqallı keçmiş bankir barədə yeni qalmaqallı hadisələr isə bu dəfə Quba rayonunda (həmin rayonda Etibar Əliyevin villası var) cərəyan edib. Redaksiyamıza müraciət edən iş adamı Pərviz Hacıyev Etibar Əliyevin onun başına açdığı oyunlardan danışıb, sensasion faktlar açıqlayıb.
Muxalifet - 11-12-2019
Rusiyanın yeni prezidentini "ERMƏNİ LOBBİSİ" təyin edəcək? - DETALLAR
Adətən ölkə rəhbərinin planları haqda ölkənin lideri danışır. Xüsusilə Rusiya kimi ölkədə, xüsusilə söhbət hakimiyyətdən gedirsə.
Əgər liderdən başqa kimsə hakimiyyətin planları barədə məlumat verirsə, bu, liderin müstəqil olmadığını göstərir. Bu hal göstərir ki, ölkə başçısının özündən soruşmadan "onun planları" barədə məlumat verən şəxsdən və ya insanlar qrupundan asılılığı var.Muxalifet3 - 11-12-2019
İcra Hakimiyyətindən sabiq şöbə müdiri ilə bağlı - Açıqlama
Nərimanov rayon İcra Hakimiyyəti keçmiş şöbə müdirinin ölkədən qaçması haqda yayılan məlumata münasibət bildirib.
Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Əli Həsənov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bəzi saytlarda Nərimanov Rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı Rəfail Abdullayevlə bağlı getmiş məlumatlar yanlışdır:
Muxalifet - 11-12-2019
Ali Məclis təsdiqlədi, daha bir müxalif partiya seçkiyə qatılır – FOTOLAR
Bu gün Azərbaycan Demokrat Partiyasının Ali Məclisinin növbəti sessiyası keçirilib.
Muxalifet4 - 11-12-2019
Sahibkarlar mağazalarının sığortalanmadığını, “EuroHome”un sahibi isə əksini deyir - VİDEO
Xəbər verdiyimiz ki, bu gün səhər saatlarında “EuroHome”da zərərçəkmiş sahibkarlar, onların vəziyyəti ilə heç kimin maraqlanmadığını iddia edərək Bakı-Sumqayıt yolunu bağlayıblar. Mağaza sahibləri dəymiş ziyanın qarşılanmasını və ya konpensasiya ödənilməsini tələb edirlər. Onlar həmçinin, dəfələrlə sığorta şirkətlərinə mağazalarını sığortalatmaq üçün müraciət etdiklərini, şirkətlərin bundan boyun qaçırdığını, səbəb kimi isə obyektin təhlükəsizliyinin tam təmin olunmamasını göstərdiklərini bildiriblər.
Muxalifet - 11-12-2019
ABŞ-dan Türkiyəyə qarşı daha bir ŞOK: "Yolun sonuna gəldik"
“Parti bitdi. Artıq yolun sonuna gəldik. S-400-lər Türkiyədə qaldığı müddətdə F-35-lər Amerika sərhədindən çıxmayacaq”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ABŞ Konqresinin respublikaçı senator Cim Riş deyib.
“Amerikanın səsi”nin suallarını cavablandıran senator Türkiyənin S-400-lərdən vazkeçməməsini açıqladıqdan sonra Senatın Xarici Əlaqələr Komissiyasına 29 oktyabrda Nümayəndələr Palatasında qəbul edilən sanksiya layihəsinin bənzərinin gətirilməsini istəyib.Muxalifet - 11-12-2019
“Bizim tək öndərimiz sevgili Peyğəmbərimiz Hz.Məhəmməddir” – Ərdoğan
Türkiyə prezidenti Ərdoğan “Hər insan bir dünya” temalı proqramda universitet tələblərinin suallarına cavab verib.
Muxalifet.az xəbər verir ki, tələbələr Ərdoğana “Ən bəyəndiyiniz lider kimdir?” sualı verib.
Ərdoğan “Çox çətin sual verdin. Bunun altında qalxmaq asan deyil. Hər şeydən əvvəl bizim üçün keçmişdən bu günə rəhbər deyə baxdığmız tək öndərimiz, sevgili peyğəmbərimiz Hz.Məhəmməddir”.
Bu cavab salonda böyük alqışa səbəb olub.//Avropa.infoMuxalifet - 11-12-2019
İlham Əliyev SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Muxalifet.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
Muxalifet - 11-12-2019
Bu marketin əməkdaşları 10 min manat mənimsədi
OBA marketlər şəbəkəsinin mağazasından külli məbləğdə vəsait yoxa çıxıb.
Muxalifet.az xəbər verir ki, marketlər şəbəkəsinin Nardaran qəsəbəsində yerləşən mağazasınının əməkdaşları 10 min manatlıq ərzaq məhsullarını sataraq pulunu mənimsəyiblər.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.//reportMuxalifet - 11-12-2019
Seçki komissiyalarında təmsil olunan MÜƏLLİMLƏRDƏN ETİRAZ - “Sumaqayıt Regional Təhsil İdarəsi maaşımızı kəsib”
Sumqayıt şəhər sakini, müəllimə İsaqova Ofelya tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şəhərin seçki komissiyalarında təmsil olunan çoxsaylı müəllimləri adından Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır: “Hər bir sahədə olduğu kimi biz müəllimlər ölkəmizin ictimai, siyasi həyatında da mühüm rol oyanayıb, dövlətimizin inkiaşfına dəstək oluruq.
Muxalifet4 - 11-12-2019
“Nobel”də qətliam etirazı - Məşhur jurnalist mükafatını geri qaytarır
İsveçli məşhur jurnalist Kristina Doctare "Nobel" mükafatını geri qaytaracaq.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, buna səbəb Bosniya-Herseqovinada 1988-ci ildə baş verən qətliamı inkar edən avstriyalı yazıçı Peter Handkeyə "Nobel" ədəbiyyat mükafatının verilməsidir.Muxalifet - 11-12-2019
“Hüseyn Əli Həsənova çox kömək edib...” - Həbsdə olan keçmiş deputatın anası
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevlə birlikdə mühakimə olunan anası Zeynəb Abdullayeva oğlunun xidmətlərinin unudulmasından gileylənir. Yüksək postlarda vəzifədə olmuş şəxslərin adlarını çəkir, deyir ki, H.Abdullayevin onlara köməyi dəymişdi, amma qarşılığında yamanlıqla üzləşdi. H.Abdullayevin 6 il həbs, anasının isə cərimə cəzasına məhkum edilməsi haqda hökmdən verilən şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Dekabrın 10-da məhkəmədə H.Abdullayevin vəkili Cavid Rzazadə sabiq deputata qarşı ittihamların əsassız olduğunu söyləyib, ona bəraət verilməsini istəyib.
Muxalifet4 - 11-12-2019
Övladlarına işgəncə verən ata həbs olundu, ögey ana nəzarət altına alındı
Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Muxalifet4 - 11-12-2019
“Bakı Lift-2”nin sabiq rəisi məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham olunan “Bakı Lift -2” İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İstintaq materiallarına görə, binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb. Ayrılan vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib.
Muxalifet - 11-12-2019