Axtarış

The search found 105849 results in 0.04 seconds.

Search results

  1. İki şagirdin öldüyü qəzanın bəzi TƏFƏRRÜATILARI MƏLUM OLDU

    Ötən axşam Bakıda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Muxalifet.az trend-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda baş verən qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural Cabbarlı və Dilarə Sultanlıdır. Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş. Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük avtomobili sola dönərkən iki piyadanın üzərindən keçib. Hadisə nəticəsində hər iki şəxs aldıqları xəsarətlərdən dünyasını dəyişiblər.

    Muxalifet - 11-12-2019

  2. "O vəziyyətdə nəfəs alan 7-30 dəqiqəyə ölər" - Məsuliyyətsizliyimiz ucbatından yaşanan faciələr

    Hər il qışda Azərbaycanda, xüsusilə də Bakıda dəm qazından boğulma halları yaşanır. Statistikaya nəzər yetirsək, görərik ki, ilin əvvəlindən bu günə kimi dəm qazından zəhərlənmə ilə bağlı 152 nəfər qəbul olunub. Bəs görəsn, dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilməli, cəmiyyəti bu ucuz ölüm hallarından qorumaq üçün hansı məhdudlaşdırıcı və maarifləndirici qərarlar qəbul edilməlidir? Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımovla əlaqə saxladıq. "Yeni Sabah"a danışan N.

    Muxalifet - 11-12-2019

  3. "Paşinyanın Qarabağla bağlı heç bir planı yoxdur" — Köçəryan

    Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasının bütün tərəfləri qane etməsi barədə açıqlamaları Yerevanın bu məsələdə öz mövqeyinin olmadığını göstərir.

    Bunu konstitusiyanı devirmək ittihamı ilə həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Köçəryan jurnalistlərə deyib.

    Muxalifet - 11-12-2019

  4. Sürücülər cərimədən yayınmaq üçün görün hansı üsula əl atırlarmış - VİDEO

    Hərəkət zamanı radar və kameralardan yayınmaq istəyən bəzi sürücülər fərqli yola əl atıblar. İnstagram sosial şəbəkəsində açıq satılan xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlətmək mümkün olur. Bəzi sürücülər radarlardan yayınmaq üçün bu yola əl atırlar. Elə səhifədə paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür. Paylaşılan videolarda artıq bu nömərlərdən istifadə edənlərin olduğu da görünür. Hərçənd ki, satışla məşğul olanlar bu əməlin qanunsuz olduğunu etiraf etmək istəmirlər.

    Muxalifet - 11-12-2019

  5. “Facebook” polisin bu məlumatlardan istifadəsinə icazə VERMƏDİ

    Facebook" sosial şəbəkəsi hüquq-mühafizə orqanlarına "WhatsApp" və "Facebook Messenger" istifadəçilərinin yazışmalarına çıxış üçün imkan yaratmaqdan imtina edib. Unikal.org "ictnews"a istinadla xəbər verir ki, bu barədə qeyd edilən servislərin rəhbərləri tərəfindən ABŞ Baş Pprokuroruna, o cümlədən ABŞ, Böyük Britaniya və Avstraliyanın Daxili İşlər nazirlərinə ünvanlanan məktubda qeyd edilib.

    Muxalifet - 11-12-2019

  6. ABŞ Rusiyanı "ŞİMAL AXINI-2"- ilə VURACAQ

    Ətrafında çoxlu mübahisələrin yaşandığı qaz kəmərinin tikintisi başa çatmaq üzrədir. Yeni qanun, faktiki olaraq, ABŞ bu qaz kəməri layihəsində iştirak edən törəmə şirkətlərin fəaliyyətlərini əngəlləyir. «Şimal axını - 2” qaz kəmərinin tikintisinin bitməsinə az qalmış ABŞ-ın sanksiyalarının təhdidi altına düşür. Muxalifet.az bu barədə "inosmi.ru" -ya istinadla bildirir. Hər iki tərəfin senatorları yayda təklif olunan sanksiya layihəsini ABŞ-ın müdafiə büdcəsini tənzimləyən Milli Müdafiə Büdcəsi Maliyyələşdirmə Qanun layihəsinə daxil edə bildilər. İndi qanunun qəbul olunacağına şübhə yoxdur.

    Muxalifet3 - 11-12-2019

  7. Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...

    Azərbaycanda elan edilmiş növbədənkənar parlament seçkiləri bir neçə gün sonra-dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini kölgədə qoyub. Lakin ictimaiyyətin yeni parlamentin mümkün gələcək tərkibini müzakirə etdiyi bir vaxtda Bakıda bir ailə var ki, bütün diqqətini bələdiyyə seçkilərinə yönəldib və həmin seçkilərə hazırlaşmaqdadır. Üstəlik bütün ailə üzvləri ilə birlikdə, əsaslı şəkildə... Sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 namizəd irəli sürüb.

    Muxalifet - 11-12-2019

  8. Zelenskidən Avropa Şurasına ÇAĞIRIŞ - "Rusiyaya qarşı..."

    Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa Şurasının (AŞ) prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
    Muxalifet.a
    z publika.az-a istinadən xəbər verir ki, söhbət əsnasında Ukrayna lideri Avropa Şurasının bundan sonra da Ukraynanın ərazi bütövlüyünün bərpasına dair Minsk razılaşmalarına əməl edənədək Rusiyaya sanksiya təzyiqlərini davam etdirəcəklərinə ümidvar olduqlarını ifadə edib.
    Həmçinin V.Zelenski Ş.Mişelə üçtərəfli təbii qazla bağlı danışıqlarda göstərdikləri dəstəyə görə təşəkkür edib və onu Ukraynaya səfərə dəvət edib.

    Muxalifet - 11-12-2019

  9. “Deputat olsam, çörək yeməyəcəm, qapı-qapı gəzib...” – Əməkdar artist

    "Elnarə Abdullayeva çox mərd, saf, gözəl qadındır. Sadəcə olaraq onun danışması "loru" dilində olduğundan fikirləri başqa cür anlaşılır. O, demək istəyir ki, pərdə aradan götürülməmiş gəlin getsin. Əgər, sən həyat yoldaşını sevirsənsə, onun anasına da hörmət qoymalısan". 

    Bu sözləri əməkdar artist Firuzə İbadova həmkarı Elnarə Abdullayevanın "Gəlin qayınananın sözünü yeyə bilmirsə, evdən getsin" fikirlərinə münasibət bildirərkən deyib. 

    Muxalifet - 11-12-2019

  10. Ərdoğan Putinlə görüşəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin Suriyada yaranmış vəziyyəti müzakirə edəcəklər.
    Dövlət başçıları arasında telefon danışığı bu axşam olacaq. Söhbətin təfərrüatı, həmçinin danışığın vaxtı açıqlanmıır.

    Muxalifet - 11-12-2019

  11. ​Bakı metrosunda qorxulu anlar - VİDEO

    Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, naməlum şəxs metronun "Neftçilər" stansiyasında qatar yoluna atılıb. Stansiya yolunda hərəkət edən şəxs yalnız polisin müdaxiləsindən sonra platformya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hadisə 18:26 radələrində qeydə alınıb. Stansiya işçiləri müvafiq təlimat qaydalarına uyğun addım atıb, təmas relsindən gərginlik çıxarılıb. Polis vətəndaşı çıxarıb".

    Muxalifet - 11-12-2019

  12. Millət vəkillərinin qaldığı otelə silahlı hücum - ölən və yaralananlar var

    Somalinin paytaxtı Moqadişoda millət vəkillərinin qaldığı otelə hücum edilib.
    Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Prezident sarayı ilə eyni küçədə yerləşən otelə silahlı hücum edilib. Nəticədə 3 nəfər ölüb, 2 millət vəkili isə yaralanıb. 
    Oteldə qalan digər 100 nəfərin təxliyə edildiyi bildirilib.

    Muxalifet - 11-12-2019

  13. YAP-ın növbədənkənar seçkidəki nümayəndələri onlar oldu - SİYAHI

    9 fevral 2020-ci il tarixinə təyin edilmiş Milli Məclisı növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında təsdiqlənib. MSK Yeni Azərbaycan Partiyasının aşağıdakı səlahiyyətli və maliyyə məsələləri üzrə nümayəndəsi qeydə alıb.

    Muxalifet - 12-12-2019

  14. DİQQƏT! Bakıda bu yollar bağlandı - SİYAHI

    Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

    Muxalifet - 12-12-2019

  15. Komissiya Aprel savaşı ilə bağlı bu sirləri üzə çıxaracaq - Ekspert

    Ermənistan parlamenti Aprel müharibəsinin öyrənilməsi üçün təyin etdiyi deputat-istintaq komissiyasının fəaliyətinin davam etdirilməsinə səs verib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, qərara münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram komissiyanın bu ilin ortalarında işə başladığını, istintaqın 6 ay davam etməli olduğunu diqqətə çatdırıb. “Lakin iş qeyri-müəyyən müddətə uzadıldı. Komissiyanın gələcəyi əsas qənaətlər aşğıdakı cür olmalıdır: 1.

    Muxalifet - 12-12-2019

  16. ​BAKIDA GÖYDƏLƏNDƏ YANĞIN: 70 sakin təxliyə olundu

    Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində 2 otaqlı mənzildə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 12-12-2019

  17. Öldüyü deyilən Niyaməddin Musayev DANIŞDI

    Sosial şəbəkələrdə xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilib. Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Niyaməddin Musayevlə əlaqə saxlayıb. Zəngə cavab verən sənətçi yayılan xəbərlərdən stress və əsəb keçirdiyini bildirib: “Mənim ölüm xəbərimi kim yayıb axı? Utanmırlar, bu cür cəfəng şeylər yazırlar. Maraqlanıram, amma tapa bilmirəm. Saytına baxış sayı artırmaq üçün bu cür şərəfsizlik edirlər. Mən sağ-salamatam. Bu kimi xəbərləri yayanlar şəxsiyyətsiz və şərəfsizdirlər.

    Muxalifet - 12-12-2019

  18. SON DƏQİQƏ: Onlar növbədənkənar seçkidə deputatlığa NAMİZƏD OLMAYACAQ – Dəqiqləşən adlar...

    Xəbər verildiyi kimi, ölkə başçısı dekabrın 5-də "Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. 
    Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. 

    Muxalifet - 12-12-2019

  19. Rusiyada Zelenskinin çəkildiyi serialın efir yayımı dayandırıldı

    Rusiyanın “TNT” telekanalı Ukrayna Prezidenti Vladimir Zelenskinin baş rolda çəkildiyi “Xalqın xidmətçisi” serialının yayımını dayandırıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Vedomosti” qəzeti xəbər verib.

    Muxalifet - 12-12-2019

  20. “Qalatasaray” darmadağın oldu, "Real"dan səfər qələbəsi - Yenilənib

    Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunlarına yekun vurulub.
    Muxalifet.az
    xəbər verir ki, A, B, C və D qruplarında görüşlər keçirilib.

    Muxalifet - 12-12-2019

Pages