Axtarış
The search found 105849 results in 0.081 seconds.
Search results
Britaniya qırıcısı Rusiya aviabazasına yaxınlaşdı, S-400 işə salındı
Bir neçə həftə əvvəl Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” qırıcısı Rusiyanın Suriyadakı Hmeymim aviabazasına “yolverilməz həddə” yaxınlaşıb. Nəticədə Rusiya bazanı qoruyan S-400 “Triumf” zenit-raket kompleksini döyüşə ən yüksək hazırlıq vəziyyətiə gətirib. Bu o deməkdir ki, hər an təyyarəyə atəş açıla bilərdi. Virtualaz.org xəbər verir ki, insident haqda İsrailin “Nziv” nəşri yazır. Bildirilir ki, S-400 komplekslərinin adətən pasiv rejimdə işləyən radarları qəfildən aktivləşib və həmin vaxt İsrailin radioelektron kəşfiyyat təyyarəsi bunu qeydə alıb.
Muxalifet - 13-12-2019
Baş nazirdən mühüm SƏRƏNCAM
Baş nazir Əli Əsədov Prezidentin “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanununun tətbiqi barədə” 795 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” fərmanının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.
Muxalifet - 13-12-2019
Yanvarın 1-dən 50 manat ödəməlisiz, əks halda 30 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ
Bakıda mənzilin birinin sığortalanması illik 50 manatdır, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır. 2020-ci il yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması ciddi nəzarətə götürüləcək. Bunu iqtisadçı Əli Əhmədov Sputnik Azərbaycan-a deyib. O bildirib ki, "İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və bura obyektlər, inzibati binalar, yaşayış sahələri aiddir. Onun sözlərinə görə, obyektlərə və inzibati binalara Fövqəladə Hallar Nazirliyi nəzarət edir və onlar sığortalanır.
Muxalifet - 13-12-2019
DAHA BİR MÜƏMMALI “TENDER KRALI” - “Azərtranss”...
20 manat nizamnamə kapitalı ilə 1 milyon 300 minə icra hakimiyyəti binasının təmiri, 800 minə abadlıq işləri… Təəssüf ki, Azərbaycanda çox zaman böyük miqyaslı tenderlərin və dövlət satınalmalarının cəmiyyət üçün tanış olmayan, müəmmalı şirkətlər tərəfindən qazanılması adi hala çevrilib. Adətən belə şirkətlərin çoxu ilə internet üzərindən əlaqə yaratmaq, yaxud hansısa formada fəaliyyəti barədə ətraflı məlumat almaq mümkünsüz olur.
Muxalifet - 13-12-2019
ABŞ-Türkiyə əlaqələrinə ağır zərbə vuruldu
ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiqləməsi gözlənilən idi.
Muxalifet.az xəbər verir ki, bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, ötən gün qətnamənin qəbul edilməsinin iki əsas səbəbi olduğunu bildirib:Muxalifet - 13-12-2019
ÇİNƏ RUSİYA, YOXSA ABŞ LAZIMDIR? – "Sibirin gücü" Pekin-Moskva münasibətlərində yeni səhifə açır - TƏHLİL
Ötən həftə Rusiya və Çin iddialı layihəni – “Sibirin gücü” qaz kəmərini istismara verməyi bayram etdilər. 2900 km uzunluğunda və 55 milyard dollar dəyərində olan bu layihə iki ölkə və iki lider arasındakı münasibətlərin möhkəmləndirilməsinin simvoludur. Prezident Vladimir Putin bu qaz kəmərinin istismara verilməsini “həqiqi tarixi hadisə” adlandırdı, ÇXR Sədri Si Cinpin isə onu “əməkdaşlığın yeni mərhələsinin başlanğıcı” kimi səciyyələndirdi. Sonra bəyan etdi ki, “rus-çin münasibətlərinin inkişafı bizim ölkələrimizin xarici siyasətinin öncəliyidir və daima belə olacaq”.
Muxalifet - 13-12-2019
İcra başçısı “EuroHome”un sahibkarları ilə görüşdü - Konpensasiya necə hesablanır?
Bir neçə gün öncə Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğından sonra sahibkarlara dəyən külli miqdarda ziyanın taleyi ilə bağlı müzakirələr aparılır.
Muxalifet.az-ın Unikal.org-a istinadən məlumatına görə, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və «Eurohome» ticarət mərkəzinin rəhbəri Azay Möhnətov da iştirak edir.
İcra başçısı və "Eurohome"un rəhbəri yanğında zərərçəkən sahibkarlarla görüşüb, onlara dəyən ziyanın konpensasiyası hesablanır.
Hazırda görüş davam edir.Muxalifet - 13-12-2019
Bakıda AİLƏ DRAMI - Kirayədə yaşayan gənc ər-arvadın meyiti tapıldı
Bakıda evdən gənc ər-arvadın meyiti tapılıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 11-dən 12-nə keçən gecə baş verib.
Binəqədi rayonu, 1-ci mədən yaşayış massivində kirayə yaşayan 1992-ci il təvəllüdlü Qəhrəmanlı Səddam Hüseyn oğlu və onun 20 yaşlı həyat yoldaşı Ramilə Mustafayeva hamam otağından dəm qazından boğulub.
Hər iki şəxsin meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.Muxalifet - 13-12-2019
Bakıda vətəndaşlara bıçaqla hücum edən yarıçılpaq şəxslərin adları bilindi
Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub. Polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur. Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb. Onlar bu zaman üzərlərində olan bıçaqla qarşı tərəfə və küçədə olan vətəndaşlara hədə-qorxu gəlməyə başlayıblar. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlayıblar. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 13-12-2019
AFFA millimizin baş məşqçisi ilə yolları ayırdı - Rəsmi
AFFA milli komandamızın baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırmaq qərarı verib. "Yeni Sabah" xəbər verir ki, bu barədə qərar hazırda davam edən AFFA İcraiyyə Komitəsinin qəbul olub. Qapalı keçirilən yığıncaqda xorvatiyalı məşqçinin hesabatı dinlənilib və onunla başan çatan 1 illik müqavilənin uzadılmaması barədə qərar verilib. Xatırladaq ki, Yurçeviç ötən ilin fevralında millimizə baş məşqçi təyin olunmuşdu. Yığmamız onun rəhbərliyi altında AÇ-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.
Muxalifet - 13-12-2019
Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7.75%-dən 7.5%-ə endirilməsi haqda qərar qəbul edib.
Bankdan Trend-ə verilən məlumata görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilib (9.25% və 5.75%).
İdarə Heyətinin pul siyasətinə dair son toplantısından keçən dövrdə illik inflyasiya proqnozlaşdırılan trayektoriyadan kənara çıxmayıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb.Muxalifet - 13-12-2019
ABŞ-ın Bakıdakı səfiri yeni parlamentdə daha çox qadın görmək istəyir - "AZAD SEÇKİLƏR AZƏRBAYCANIN İRƏLİLƏMƏSİNƏ KÖMƏK EDƏR..."
"Azərbaycan hökumətininin növbədənkənar parlament seçkilərinin gedişatını izləmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının nümayəndələrini dəvət etmək qərarını alqışlayıram".
Belə bəyanatla ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger hökumətin Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə rəsmi Bakının beynəlxalq müşahidəçilər dəvət etmək qərarına münasibət bildirərkən deyib.
Muxalifet - 13-12-2019
Türkiyə ABŞ-ın “İncirlik” və “Kürəcik” bazalarını bağlaya bilər - QONDARMA "SOYQIRIM" QƏRARINA CAVAB...
ABŞ-ın sanksiya təhdidləri iqtisadi bazarlar tərəfindən həssaslıqla izlənilir. Ancaq "erməni soyqırımı" qətnaməsinin Senatdan keçməsi bazara ciddi təsir göstərməyəcək. Bu fikirləri “Xəbər7”nin yazarı Mehmet Acet son köşəsində qeyd edib. “Erməni soyqırımı” qətnaməsinin Senatda səs çoxluğu ilə qəbul edilməsinə Türkiyədən necə cavab verilməsinə toxunan yazar bildirib ki, ABŞ hökumətinin Türkiyə ilə münasibətlərin qopmasına səbəb ola biləcək mövqedən uzaq dayanması Konqresin sanksiya təhdidlərinin bazarlar üzərindəki təsirini zəiflədir: “Bazarlar sanksiya ehtimalını böyük ölçüdə satın alıb.
Muxalifet4 - 13-12-2019
DİN Bakıda yarıçılpaq halda insanlara hücum edənlərlə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi ötən gecə Nizami küçəsində baş verən hadisə ilə bağlı məlumat yayıb.
DİN-dən bildirilib ki, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində iki nəfər oğurluğa cəhd göstərib.
Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.
Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.Muxalifet4 - 13-12-2019
ABŞ ermənilərə görə Türkiyəyə hücuma keçərsə, Ankara İsrailin bütün bilgilərini... - ŞOK EHTİMAL
ABŞ-ın sanksiya təhdidləri iqtisadi bazarlar tərəfindən həssaslıqla izlənilir. Ancaq "erməni soyqırımı" qətnaməsinin Senatdan keçməsi bazara ciddi təsir göstərməyəcək.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu fikirləri “Xəbər7”nin yazarı Mehmet Acet son köşəsində qeyd edib.Muxalifet - 13-12-2019
Afrika "sarı müstəmləkəçi" Çinin əlinə keçir - 3-cü Dünya Müharibəsinə meydan olacaq
Tarix boyu yaxşı və pis bir müstəmləkəçilik olmamışdır. Müstəmləkəçi - istər Amerika, istər Avropa, istərsə də Çin olsun - müstəmləkəçidir. Müstəmləkəçilər xeyriyyə təşkilatları deyil, başqasının sərvətinə sahiblənməyə çalışan canavarlardır. Tarixdə hər dəfə bir ölkə hansısa təbii resurslar tapanda dərhal həmin ölkəyə müdaxilə, istismar və müstəmləkə etmək üçün hər şeyi etdi. Çin də istisna deyil.
Muxalifet3 - 13-12-2019
Arif Alışanovun qızı bir ayda 5 şirkət təsis edib
Azərbaycan Hesablama Palatasının auditorunun 32 yaşlı qızı Aynur Alışanova bu ilin noyabr ayında Bakıda 5 şirkət təsis edib.
Muxalifet.az "Turan”a istinadən bildirir ki, kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətlər ("TPDN”, "Oyuncaq Dünyası”, "H2A Studio”, "Dinamo-Qarabağ” və "The Toy Story”) eyni ünvanda qeydiyyata alınıb.
Qeyd edək ki, Aynur Alışanovanın atası AzTV-nin sabiq sədri Arif Alışanovdur.
Muxalifet4 - 13-12-2019
"Təbəssüm göstərməyə gəlmişik" - ƏHMƏD DAVUDOĞLU YENİ PARTİYASINI ELAN ETDİ
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb. “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın tanıtım toplantısı keçirilib. Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı isə “Bizim bir gələcəyimiz var”dır. Partiyanın tanıdılması toplantısında çıxış edən Ə.Davudoğlu deyib: “Keçmişi qaralamağa deyil, ortaq bir gələcək qurmağa, yeni şeylər söyləməyə gəlmişik.
Muxalifet - 13-12-2019
Keçmiş prezidentə qarşı yeni ittiham irəli sürüldü – QƏTL GÖSTƏRİŞİ VERİB...
Qırğızıstanın həbsdə olan keçmiş Prezidenti Almazbek Atambayevə qarşı yeni ittiham irəli sürülüb.
Muxalifet4 - 13-12-2019
Tərtərdə adam güllələdi, BAKIDA ƏLƏ KEÇDİ
Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək Bakıya qaçan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Tərtər rayonunda qəsdən adam öldürməyə cəhd edərək məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində tutulub. Belə ki, dekabrın 9-da Tərtər rayonunda yaşayan Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Muxalifet4 - 13-12-2019