Axtarış
The search found 105849 results in 0.11 seconds.
Search results
ABŞ-dan İrana MÜHARİBƏ ELANI: 5 gün sonra...
ABŞ İranın, ya da müttəfiqlərinin amerikalılara, onun müttəfiqlərinə və ya mənafeyinə zərər verəcək hər hansı hücumuna qətiyyətli şəkildə qarşılıq verəcək. Bunu iranlı liderlərə xatırlatmaq istəyirəm”.
Muxalifet.az publika.az -a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo deyib.Muxalifet - 14-12-2019
Baş Nazir yeni Fondla bağlı qərar verdi
Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərarı imzalayıb.Nazirlər Kabinetindən bildirilib ki, Aqrar Sığorta Fondunun Nizamnaməsi 11 müddəadan ibarətdir. Nizamnamədə Aqrar Sığorta Fondunun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları, onun idarə edilməsi, nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları, audit, uçot və hesabatların tərtibi və təqdim qaydaları və digər məsələlər öz əksini tapıb.
Muxalifet - 14-12-2019
Gürcülər milyarder İvanişvilidən nələr istəmişdilər? – Maşın, ev, Cessika Alba...
Bir vaxtlar Gürcüstanın ən varlı insanı vətəndaşların arzularını bir yerə yığmışdı. 2012-ci ilin may ayında milyarder-filantrop Bidzina İvanişvilinin “Gürcü arzusu” partiyasının başçılıq etdiyi o vaxtkı müxalifət alyansının seçkiqabağı mitinqinə təşkilatçılar tərəfindən qutular gətirilmişdi. Vətəndaşlara təklif olunmuşdu ki, partiyanın loqotipi əks olunmuş karta “arzularını” yazaraq qutuların içinə atsınlar. Bu barədə “Eurasianet” portalının köşə yazarı Giorgi Lomsadze yazır. Minlərlə insan bu təklifə səs verərək, kartları doldurmuşdu. “Gürcü arzusu” seçkilərdə qələbə qazanmışdı.
Muxalifet - 14-12-2019
Bakıda avtomobillə vurulan piyada öldü
Xətai rayonu Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə hadisə dekabrın 12-də saat 18 radələrində baş verib.
Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 13-də orada ölüb.
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Muxalifet - 14-12-2019
SON DƏQİQƏ: 5,9 ballıq ZƏLZƏLƏ oldu
Sakit okeanda yerləşən Vanuatu adasında zəlzələ baş verib.
Publika.az xəbər verir ki, Sola şəhərinin 49 kilometrliyində 5,9 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyibMuxalifet - 14-12-2019
FHN-də “EuroHome”la bağlı müşavirə keçirildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə cari ilin 10 dekabr tarixində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Muxalifet - 14-12-2019
Yuxusuzluğunuza səbəb olan qidalar məlum oldu
Kolumbiya Universitetinin Həkim və Cərrahlar Kollecinin alimləri yuxusuzluğa səbəb olan qidaları təyin ediblər. Muxalifet.az xəbər verir ki, alimlər 50 mindən çox insan üzərində tədqiqat apararaq məlumatları təhlil ediblər. Təhlillər nəticəsində şəkər, ağ çörək və düyü kimi qidaların yuxusuzluğun səbəblərindən biri olan qan şəkərin artırdığı məlum olub.
Muxalifet - 14-12-2019
Rusiyada hakimiyyətin Lavrov-Kalantarova - Rusiyanı parçalayıb Qərbin ayaqlarına atacaq adama ötürməyə hazırlıq gedir
Bu yaxınlarda Rusiyada Cənub Hərbi Dairəsinin (Cənub-Şərqi Hərbi Dairəsi) rəhbərliyi işğal altındakı Gürcüstan ərazilərində hərbi potensialın artırılması barədə məlumat vermişdi. Son illərdə Rusiyanın Cənub-Şərqi Hərbi Dairəsinin Abxaziyadakı hərbi hissələrinə onların müasir tipli hərbi texnika ilə təchizatı çərçivəsində 150 ədəd xüsui tipli hərbi texnika gətirilib. Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün bazada müasir hərbi texnikaların payı 80% -dən çoxdur.
Muxalifet3 - 14-12-2019
İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.
Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.Muxalifet - 14-12-2019
Tanınmış erməni jurnalist Əhməd Davudoğlunun partiyasına qoşuldu - FOTO
Türkiyənin sabiq Baş naziri və keçmiş Xarici işlər naziri Əhməd Davudoğlunun qurduğu "Gələcək" Partiyasının 154 nəfərdən ibarət Təşkilat Komitəsinin siyahısı açıqlanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Təşkilat Komitəsinə üzv olanlardan biri də erməni əsilli tanınmış jurnalist Etyen Mahçupyan olub.
Hazırda Türkiyənin "Karar" qəzetində çalışan Etyen Mahçupyan Əhməd Davudoğlu Baş nazir olduğu zaman onun baş müşaviri olub. Etyen Mahçupyan Türkiyə tarixində Baş nazirin müşaviri olan ilk qeyri-müsəlman şəxs olub.Muxalifet - 14-12-2019
ABŞ-dan əzəli rəqibinə ŞAD XƏBƏR: 3 rus şirkəti...
ABŞ əzəli rəqibi Rusiyaya qarşı müsbət dəyərləndiriləcək addım atıb.
Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyi 3 rus şirkətini sanksiya siyahısından çıxarıb.
Nazirliyin sosial media hesabından verilən məlumata görə, “TsAO”, “Vertikal” və “Yunikom” adlı şirkətlər Xarici Mülklərə Nəzarət Ofisinin siyahısından çıxarılıb.
Qeyd edək ki, bu şirkətlər 5 dekabrda kiber-hücumda iştirak etdikləri iddiası ilə siyahıya salınmışdı.Muxalifet - 14-12-2019
Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatdı
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması ilə bağlı müraciətə baxılıb. İclasda Böyük Quruluş Partiyasının (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP), Azərbaycan Demokrat Partiyasının (ADP), Böyük Azərbaycan Partiyasının (BAP) səlahiyyətli nümayəndələri qeydə alınıb.
Muxalifet - 14-12-2019
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi, həbs olundu - RƏSMİ
Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Bu barədə "Yeni Sabah"a Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.
Muxalifet - 14-12-2019
Qardaşı arvadını boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Şəki Ağır Cinayətlər Məhkəməsində Ağsuda qardaşı arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nəriman Zahidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 28-ə təyin edilib. Qeyd edək ki, hadisə bu il Ağsunun Qiyaslı kəndində baş verib. Kənd sakini Nəriman Zahidov ailə münaqişəsi zamanı qardaşının həyat yoldaşı, 19 yaşlı Zahidova Xumar Rizvan qızını kəndirlə boğaraq öldürüb.
Muxalifet - 14-12-2019
Qarabağda 25 əsgəri öldürüb, Talibana qoşuldular
Əfqanıstanın şənbə günü bir neçə əsgər öz xidmət yoldaşlarını güllələyərək, Taliban sıralarına qoşulublar.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Əfqanıstan mətbuatı yayıb.
Məlumata görə, insident Qəznə Vilayətinin Qarabağ rayonunda baş verib. Talibana qoşulan hərbçilərin 25 xidmət yoldaşını öldürdüyü bildirilib.
Onların postlarında olan silah-sursatla qaçdığı vurğulanıb.
Əfqanıstan Müdafiə Nazirliyi isə məsələni təkzib edərək, hərbçiləri taliblərin öldürdüyünü bildirib.Muxalifet - 14-12-2019
9 PARTİYANIN SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏLƏRİ QEYDƏ ALINDI -MSK-dan açıqlama
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 9-a çatıb.
Muxalifet.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında daha altı partiyanın - Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Muxalifet4 - 14-12-2019
Bakıda daha bir iri bazar yandı - VİDEO
Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Əlavə məlumat veriləcək. *** Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın saat 18:00 dəqiqədə məhdudlaşdırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Əlavə məlumat veriləcək.
Muxalifet4 - 14-12-2019
Nəsimi rayonunda baş verən yanğında iki avtomobil yanıb
Bakının Nəsimi rayonunda, "3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda baş vermiş yanğın zamanı iki "QAZel" markalı yük avtomobili yanıb. Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib. Onun sözlərinə görə, həmin maşınlar qismən yanıb. "Yanğın ərazinin 300 kvadrat metrini əhatə edib. Hadisə yerinə 17 yanğınsöndürən maşın və əlavə qüvvələr də daxil olmaqla ümumilikdə 75 canlı heyət cəlb olunub. Yanğının səbəbləri araşdırılır", - deyə o bildirib.
Muxalifet4 - 14-12-2019
"Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib" - FHN-dən AÇIQLAMA
"Hadisə yerinə 17 yanğın texnikası, 75 yanğınsöndürən cəlb edilib. Yanğında xəsarət alan yoxdur. Hadisə yerində iki "QAZel" markalı avtomobil qismən yanıb". Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi general Füzuli Əsədov bildirib. Onun sözlərinə görə, yanğın təxminən 300 kv. metr sahəni əhatə edib: “Yanğınla bağlı məlumat Böhran Xidmətinə saat 17:29-da daxil olub. Hadisə yerinə yanğınsöndürənlər təxminən 4 dəqiqəyə çatıb. Bakının başqa rayonlarından əlavə qüvvələr gətirilib. Təxminən yarım saat ərzində yanğın məhdudlaşdırılıb".
Muxalifet4 - 14-12-2019
Blogger Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edildi - RƏSMİ
Azərbaycan Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deportasiya edilib. Musavat.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilib ki, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.
Muxalifet4 - 14-12-2019