Axtarış
The search found 105849 results in 0.094 seconds.
Search results
Çin ABŞ mallarına rüsum tətbiqini təxirə saldı
Çin hökuməti ABŞ mallarına, o cümlədən avtomobil və avtomobil ehtiyat hissələrinə əlavə rüsumun tətbiq olunmasını müvəqqəti olaraq təxirə salıb. Muxalifet.az xəbər verir ki, bu barədə Çin Gömrük Komitəsi bəyanat verib. “ABŞ-dan idxal olunan bəzi mallara dekabrın 15-nə planlaşdırılan 5% və 10% rüsum tətbiq edilməsi müvəqqəti olaraq təxirə salınır”, - deyə sənəddə bildirilib. Digər ABŞ mallarının da rüsumdan azad edilməsi planlaşdırılır. Qeyd edək ki, cümə günü ABŞ dekabrın 15-nə planlaşdırılan bəzi Çin mallarına 15% rüsum tətbiqini rəsmi olaraq təxirə salıb.
Muxalifet3 - 15-12-2019
ABŞ 4 min hərbçisini bu ölkədən çıxarır
ABŞ gələn həftədən başlayaraq Əfqanıstandakı hərbi kontingentinin üçdə birini – 4 min hərbçisini ölkədən çıxarmaq niyyətindədir. Muxalifet.az xəbər verir ki, bu məlumatı “NBC Nyus” televiziyası yayıb. Məlumata əsasən, hərbçilərin çıxarılmasından sonra Əfqanıstanda 8-9 min ABŞ əsgəri qalacaq. Çıxarılma tədricən baş verəcək və bir neçə ay davam edəcək. Muxalifet.az
Muxalifet3 - 15-12-2019
Mövlud Çavuşoğlu: “Tarixi siyasi məqsədlər üçün istifadə edənlər həqiqətlərlə üzləşmək istəməyən qorxaqlardır”
Tarix haqqında məhdud bilgiyə sahib olan siyasətçilər bu məsələdə hakimlik etməməlidir. Muxalifet.az xəbər verir ki, bu sözləri Dohada səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Senatının qondarma erməni soyqırımının tanınması ilə bağlı qərarına münasibət bildirərkən deyib.
Muxalifet3 - 15-12-2019
Onlar polisi cırmaqlayır, tüpürür, təpik atır... - Almaniyadan qovulan miqrantları 11 min 480 polis müşaiyət edib
Almaniyada miqrantların deportasiyasında iştirak edən polislərin sayı kəskin artıb.
Virtualaz.org xəbər verir ki, bu haqda “Neue Osnabrücker Zeitung” qəzeti Bundestaqdakı Sol partiyanın fraksiyasının hökumətə ünvanladığı soruğunun cavabına əsasən yazır.
Hökumətin hesabatına görə, 2019-cu ilin yanvarından oktyabr ayına qədər Almaniyadan deportasiya olunan miqrantları 11 min 480 polis müşaiyət edib. Ötən il isə bu rəqəm 11 mini keçmirdi. Müqayisə üçün qeyd olunur ki, 2005-ci ildə miqrantların deportasiyasını cəmi 5800 polis müşaiyət etmişdi.
Muxalifet4 - 15-12-2019
Zəvvarların olduğu avtobus qəzaya düşdü - 14 ölü var
Nepalda zəvvarların olduğu avtobusun 500 metr hündürlükdən uçuruma düşməsi 14 nəfərin həyatına son qoyub. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, qəzada 16 nəfər yaralanıb. Onlar yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb. Avtobus sürücüsü və onun köməkçisi də ciddi zərbə alıb. Polis və yerli sakinlər xilasetmədə iştirak edir. Hadisə zamanı avtobusda 32 nəfər olub. Ölü sayının artacağı bildirilir. Nəqliyyat vasitəsi Kalinçokdan paytaxt Katmanduya gedirmiş.
Muxalifet4 - 15-12-2019
Nazirlər maaşlarının azlığına etiraz edir - İSTEFAYA HAZIRLAŞIRLAR
Ukraynalı nazirlər maaşlarının artırılmasını istəyir. Muxalifet.az xəbər verir ki, bu barədə nazir Dmitri Dubilet məlumat verib: "Nazirlərin əksəriyyəti özəl sektorda işləyib. Başa düşürlər ki, özəl sektorda qazanc hazırkı ilə müqayisədə 10-20 dəfə çoxdur. Onlar üçün ailələrini saxlamaq çətindir". Qeyd edək ki, Dubilet "Monobank" mobil bankın təsisçisidir. Daha əvvəl Ədliyyə naziri Denis Malyuska məmur maaşının az olmasından şikayətlənərək bildirmişdi ki, əvvəlki iş yerindən aldığı əmək haqqını istifadə edir və vəziyyət dəyişməzsə, istefa verəcək.
Muxalifet4 - 15-12-2019
DAHA BİR PARTİYA SEÇKİNİ BOYKOT ETDİ - "Mövcud ictimai-siyasi şərait ölkədə demokraik seçkilərə imkan vermir"
Azərbaycanda daha bir siyasi partiya 2020-ci ilin 9 fevralında keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməmək haqda qərar verib.
Muxalifet.az xəbər verir ki, Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, tanınmış analitik Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyasının Ali Məclisinin şənbə günü keçirilən toplantısında seçkidə iştirak etməmək haqda qərar qəbul edilib.
Muxalifet4 - 15-12-2019
Ürək xəstəliklərindən qorunmağın SİRRİ - Məşhur həkimdən açıqlama
Kardioloqlar ürək sağlamlığı ilə bağlı əsas nüansları açıqlayıb.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikalardan birinin həkimi Torsten Dil, ürək xəstəliklərindən qorunmağın yollarını qeyd edib.
Onun sözlərinə görə, qidalanma və idmanla bağlı sadə qaydalara riayət etmək mütləqdir:
Muxalifet4 - 15-12-2019
Bakıda külə dönən bazardan görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Nəsimi rayonunda 3-cü mikrorayon bazarında güclü yanğın baş verib.
FHN-nin məlumatına görə, ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Muxalifet4 - 15-12-2019
"Bu gün nə yazıram, nə danışıram, ancaq..." - RAMİZ RÖVŞƏN
Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür. Muxalifet.az xəbər verir ki, ad günü təəssüratlarını modern.az-la bölüşən 73 yaşlı qələm adamı o günü xatırlamasa da, əzablı gün olduğunu səmimi gülüşü ilə ifadə edib: “Dünyaya gəldiyim günün vəziyyətini xatırlamasam da, çox əziyyətli olduğunu dəqiq bilirəm. Bu gün mənim istirahət günümdür. Bu gün nə yazıram, nə danışıram, ancaq deyilənlərə qulaq asıram”. Səhərdən çoxsaylı dost təbrikləri qəbul edən R.Rövşən bundan məmnun olduğunu və onu xatırlayan hər kəsə təşəkkürünü bildirib: “Bu günü dostlarımla tamamilə qeyri-rəsmi şəkildə qeyd edəcəyik.
Muxalifet4 - 15-12-2019
Türkiyədə faciəli şəkildə ölən tələbə məşhur şəxsin nəvəsi imiş - YENİLƏNİB
Məşhur balabançı mərhum Əliməmməd Əmrahovun nəvəsi Türkiyədə faciəli şəkildə dünyasını dəyişib. Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, Çanaqqala şəhərində yerləşən ali məktəbdə təhsil alan 1998-ci ildə anadan olmuş İsmayıl İlqar oğlu Əmrahov bir neçə gün əvvəl yaşadığı binanın pəncərəsindən yıxılaraq ağır xəsarət alıb. Elə o vaxtdan da koma vəziyyətində olan İsmayıl dünən dünyasını dəyişib. İ. Əmrahov Çanaqqalada yerləşən Tibb Universitetinin 4-cü kurs tələbəsi idi, anestezioloq ixtisası üzrə təhsil alırdı.
Muxalifet4 - 15-12-2019
Kürdəmirdə bələdiyyə sədrinin oğulları kənd sakinini bıçaqladılar - FOTO
Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb. Belə ki, həmkəndlilər arasında yaranan mübahisə nəticəsində kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlu bir neçə bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkənin anasının sözlərinə görə, mübahisə zərərçəkənlə onun həmkəndliləri Elim, Şirvan Adıgözəl oğulları (kəndin bələdiyyə sədrinin oğulları-red) və Hüseynov Sahib Sərdar oğlu arasında yaranıb.
Muxalifet4 - 15-12-2019
9-cu sinif şagirdi bədbəxt hadisə nəticəsində öldü - GÖYÇAYDA
Göyçay rayonunda yeniyetmə qız bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Göyçay şəhərində qeydə alınıb. Rayon sakini, 2005-ci il təvəllüdlü Məsumə Qasımova yaşadığı evin həyətində oynayarkən yıxılıb və başından travma alıb. M.Qasımova koma vəziyyətində Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, M.Qasımova Göyçay şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi olub. Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 15-12-2019
Bu qara qız dünya gözəli seçildi - FOTOLAR
Londonda "Dünya gözəli-2019" Gözəllik Müsabiqəsinin qalibi seçilib. Muxalifet.az APA-ya istinadən bildirir ki, tacın sahibi Yamaykadan 23 yaşlı Toni-Enn Sinqx olub. Toni-Enn Sinqxə tacı "Dünya gözəli-2018"-in qalibi Vanessa Ponse de Leon təqdim edib. Toni-Enn Sinqx gözəllik müsabiqəsində qalib gələn ikinci yamaykalıdır. İlk dəfə 1993-cü ildə Yamayka təmsilçisi dünya gözəli seçilib. "Dünya gözəli-2019" Gözəllik Müsabiqəsində ikinci yerə fransalı Ofeli Mezino, üçüncü yerə hindistanlı Suman Rao layiq görülüb.
Muxalifet4 - 15-12-2019
"Makron 10-15 dəqiqə sonra Putinlə Zelenskinin söhbətini kəsdi" - PESKOVDAN AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra məsələlər üzrə anlaşmadan uzaqdır. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. "Putin və Zelenski bir-birləri ilə danışmağa başladılar. Yenə də onlar bir sıra məsələlərdə anlaşmadan uzaqdırlar, fərqli terminologiyadan istifadə edirlər. Onlar 10-15 dəqiqə üzbəüz söhbət etdilər. Daha sonra "Normand formatı"nda çalışmağa israr edən Fransa prezidenti onların söhbətini kəsdi", - deyə Peskov ikitərəfli görüşün təfərrüatını açıqlayıb.
Muxalifet4 - 15-12-2019
Azərbaycanlı sürücü İstanbulda qəza törətdi
Sərxoş azərbaycanlı sürücü İstanbulda qəzaya səbəb olub.
Türkiyə mətbuatı xəbər verir ki, hadisə İstanbulun Eyüpsultan bölgəsində baş verib.
Azərbaycan vətəndaşı Ramil B. adlı şəxsin idarə etdiyi 34 VS 6714 dövlət qeydiyyat nişanlı panelvan tipli yük avtomobili “15 iyul şəhidləri körpüsü”ndən Kadıköy istiqamətində hərəkət edərkən eyni yolda irəliləyən Cengiz Büyük adlı şəxsin idarə etdiyi avtomobillə toqquşub.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralanmış sürücülər xəstəxanaya çatdırılıb.
Muxalifet4 - 15-12-2019
İSTANBULDA YOXA ÇIXAN “QIRMIZI ÇANTA”… –İngilis kəşfiyyatçıdan hansı sənədlər oğurlanıb? - ARAŞDIRMA
Bu həftə, yəni bu axşam “Yaz-poz”un manşetlərindən biri Karaköydə öldürülən son “Ceyms Bond” – Ceyms Qustav Edvard Le Mezuryedir. Proqramda başqa baxış bucağından yanaşılan bir Le Mezurye görəcəksiniz. Dünyanın ağıllı mərkəzlərində təqribən bir aydır müzakirə olunan mövzu bu agentin ortadan qaldırılma hadisəsidir.
Muxalifet4 - 15-12-2019
“Eşşəyə kitab yükləyəndə alim olmur” - Fərhad Əhmədovun tezisləri niyə süngüylə qarşılanır?
Rusiyada yaşayan tanınmış iş adamı, milyarder Fərhad Əhmədovun seçkilərlə bağlı "yol xəritəsi" Azərbaycan siyasi səhnəsində birmənalı qarşlanmayıb. Halbuki, bu təklifləri siyasi partiyalar vaxtaşırı gündəmə gətiriblər. Bəs eyni fikirlərin bir iş adamı tərəfindən səsləndirilməsi niyə bu cür təpkilərə yol açır? Fərhad Əhmədovun təkliflərinin heç bir narahatçılıq doğurmadığını deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ovqat.com-a bildirdi ki, bu adam Azərbaycan cəmiyyəti üçün heç bir məna ifadə eləmir: "Belə bir məşhur söz var; eşşəyə kitab yükləyəndə alim olmur.
Muxalifet4 - 15-12-2019
"İcazəsiz aksiyada iştirak edənlər cinayət məsuliyyətinə cəlb olunacaq" - BAŞ PROKURORLUQ
Qazaxıstan Baş prokurorunun müavini Bulat Dyembayev ölkə vətəndaşlarını Müstəqillik Gününün qeyd ediləcəyi 16 dekabrda icazəsiz aksiyalarda iştirakdan çəkinməyə çağırıb.
B.Dyembayev deyib ki, xüsusən xaricdə yaşayan bəzi şəxslər sosial şəbəkələr vasitəsi ilə insanları Müstəqilik Günündə qanunsuz aksiyalarda iştirak etməyə çağırır.
Baş prokurorun müavini icazəsiz aksiyada iştirak edənlərin inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib.
Muxalifet4 - 15-12-2019
3 dərəcə şaxta, güclü külək - Həftənin ilk gününün HAVASI
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 16-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, şimal-qərb küləyi axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7°, gündüz 10-12° isti olacaq.
Muxalifet4 - 15-12-2019