Axtarış

The search found 105849 results in 0.033 seconds.

Search results

  1. "Gürcüstan vətəndaşları artıq Avropa demokratiyasında yaşayırlar" - İVANİŞVİLİ

    Gürcüstan vətəndaşları artıq Avropa demokratiyasında yaşayırlar. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanişvili Tbilisidə partiyasının təşkil etdiyi mitinqdə çıxışı zamanı deyib. “Bu gün bəziləri kinayə ilə mənim “Biz möhtəşəm demokratiya yaradacağıq” sözlərimi xatırladırlar. Əslində biz artıq Avropa demokratiyasında yaşayırıq”, - deyə o bildirib. İvanişvili Gürcüstanın Avropaya geri qayıtmalı olduğunu deyib: “Avropa ilk növbədə antik Yunanıstanda yaranan demokratiya, ədalət haqqı və xristian ruhudur.

    Muxalifet4 - 16-12-2019

  2. Azərbaycanda seçkiləri saxtalaşdıranları BU CƏZALAR GÖZLƏYİR - həbs, cərimə, küçə süpürmək...

    Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Bunun ardınca isə fevral ayının 9-da parlament seçkiləri gözlənilir. Hər iki seçkidə iştirakla bağlı hüquqi qanunvericilik mövcuddur. Seçkilərdə saxtalaşdırma, qayda pozuntularına görə də sanksiyalar müəyyən edilib. Muxalifet.az xəbər verir ki, bu barədə modern.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Cinayət məcəlləsində seçkilərin saxtalaşdırılması ilə bağlı ayrıca müddəalar mövcuddur.

    Muxalifet4 - 16-12-2019

  3. Bələdiyyə sədrinin oğlu qonşusunu qız üstündə bıçaqlayıb - TƏFƏRRÜAT

    Xəbər verdiyimiz kimi, Kürdəmirdə bələdiyyə sədrinin oğlu həmkəndlisini bıçaqlayıb. Muxalifet.az bildirir ki, unikal.org hadisənin təfərrüatlarını öyrənib. Belə ki, rayonun Ərəbqubalı kənd Bələdiyyəsinin sədri Adıgözəl Şirinovun oğlu nişanlısı olduğu avtomobili küçədə saxlayıb. Bu zaman həmkəndlisi 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlu ona iradını bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Sonra mübahisə davaya çevrilib. Bu zaman 1994-cü il təvəllüdlü Hacıalı Şirinov bıçaqla ona xəsarət yetirib.

    Muxalifet4 - 16-12-2019

  4. 32 yaşlı kişi narkotikdən zəhərlənərək öldü - BAKIDA

    Bakıda ölüm hadisəsi baş verib. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-ci il təvəllüdlü Cəbrayılov Mehman Teyyub oğlu yaşadığı evdə ölü tapılıb. Meyitin ilkin müayinəsi zamanı M. Cəbrayılovun narkotikdən zəhərləndiyi məlum olub. Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Muxalifet4 - 16-12-2019

  5. Lononda 67 milyon dollarlıq MÜƏMMALI OĞURLUQ - Milyarder qızının malikanəsi necə qarət olunub...

    “Formula 1”in keçmiş sahibi, milyarder Berni Ekklstounun qızı, fotomodel Tamara Ekklstounun Londonon Kensinqtonsk sarayının yaxınlığında yerləşən malikanəsi qarət olunub. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, oğrular evdən 67 milyon dollarlıq sərvət əşyaları aparıblar. “The Daily Mail” qəzetinin yazdığına görə, Tamara Ekklstoun əri və qızı ilə birlikdə şəxsi təyyarəsi ilə yeni il tətilinə yollandan cəmi iki saat sonra malikanəyə oğrular girib.

    Muxalifet4 - 16-12-2019

  6. ADP hakimiyyəti bloqer Elvin İsayevin istintaqını ədalətli və qərəzsiz aparmağa çağırdı – BƏYANAT

    Bu gün ADP İdarə Heyətinin ölkə həyatını əhatə edən ictimai-siyasi məsələlərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı qərarına münasibət bildirib.

    Muxalifet4 - 16-12-2019

  7. 66 YAŞLI DİREKTORA QARŞI RÜŞVƏT İTTİHAMI – “Yuzə yaxın tələbə bu təhsil ocağını tərk edib..."

    “Onunla baglanan bir illik müqavilənin artırılmayacağı qorxusu ilə bütün variantlardan istifadə etməklə, varlanmaq istəyir” Göyçay rayonu, Ərəbcəbirli kənd sakini Səmədov Məhəmməd Azər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecindəki qanunsuzluqlardan yazan şikayətçi bildirir: “Son dövrlər aparılan islahatlar və gəncləşmə siyasəti ilə bərabər, cənab prezidentin hər çıxışında məmurlara və vəzifəli şəxslərə rüşvət almamaqla bağlı xəbərdarlıq etməsi, görünür, varlanmaq sevdası baxımından, bəzilərinə sərf etmir.

    Muxalifet4 - 16-12-2019

  8. İraqın daxili işlərinə müdaxilə etməmişik - İran XİN

    “İraq müstəqil ölkədir. İran İraqın daxili işlərinə müdaxilə etməyib və etməyəcək”.
    Muxalifet.az "redaktor"-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.
    "Biz İraqda baş verən prosesləri izləyirik. Ümid edirik ki, İraqda sabitlik bərpa olunacaq. İran bu sahədə İraq hökuməti ilə hər cür əməkdaşlığa hazırdır”, - deyə A. Musəvi qeyd edib.
    Muxalifet.az

    Muxalifet3 - 16-12-2019

  9. 2019-cu ilin sosial monitorinqi - İLİN SOSİAL MƏMURU, İLİN SAXTA MÜHARİBƏ VETERANI VƏ...

    Qarabağ qaziləri Muxalifet.az-ı İLİN SAYTI olmağa namizəd seçdilər Yeni 2020-ci ilin 15 günlük ayrıcındayıq. Artıq köhnə ili necə yola verdiyimizdən söz açmaq olar. Bu yolasalmanı, ya yolaverməni ilin sosial monitorinqi də adlandırmaq olar. 2019-cu ili bütövlükdə sosial qalxınma ili kimi dəyərləndirmək olar. Özəlliklə əlillərin, müharibə veteranlarının müavinətlərinin, təqaüdlərinin, pensiyalarının əhəmiyyətli dərəcədə artırılması aztəminatlı kateqoriyadan olan insanların yaşam şəraitini xeyli yaxşılaşdırıb.

    Muxalifet4 - 16-12-2019

  10. İlk Türk PUA-sı Şimali Kiprə eniş etdi

    Türkiyənin Dalaman Dəniz Hava baza idarəetməsi ilə ilk PUA, Şimali Kipr Türk Respublikasında Geçitkale Hava limanına gəldi. PUA, Şərqi Aralıq dənizindəki ilk tapşırıq uçuşuna başladı. Muxalifet.az bu barədə "Anadolu Ajansına" istinadla xəbər verir.

    Muxalifet3 - 16-12-2019

  11. Müsavatın deputatlığa namizədlərinin siyahısı açıqlandı - İSA QƏMBƏR BU DAİRƏDƏN NAMİZƏD OLDU

    Müsavat Partiyası növbədənkənar parlament seçkiləri ilə bağlı namizəd siyahısını açıqlayıb. Muxalifet.az xəbər verir ki, bu barədə Müsavat Başqanı Arif Hacılı bu gün keçirilən toplantıda məlumat verib. Müsavat başqanı bildirib ki, artıq 78 seçki dairəsi üzrə namizədlərini müəyyənləşdirib: “Artıq 81 namizədimiz müəyyənləşib. Bundan sonra da namizədlərimizin irəli sürülməsi prosesi davam edəcək. 17 saylı Yasamal seçki dairəsindən hələlik namizədimiz yoxdur. Özüm isə 15 saylı Yasamal seçki dairəsindən namizəd ola bilərəm”.

    Muxalifet4 - 16-12-2019

  12. "Qarabağ probleminin həllində yeni resept tapmaq çətindir" - ATƏT-in daimi nümayəndəsi

    "Qarabağ probleminin həllində yeni resept tapmaq çətindir". Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya Seqodnya" informasiya agentliyində keçirilən mətbuat konfransında deyib. "Dağlıq Qarabağ probleminin həlli 100% ATƏT-in fəaliyyət dairəsindədir. Əlbəttə, danışıqlarda deyilən kəskin bəyanatlar ev hazırlığıdır. Amma mən inanıram ki, addım-addım irəliləyəcəyik. Və gözlənilən nəticəyə gələcəyik" - deyə o, bildirib.

    Muxalifet4 - 16-12-2019

  13. Vahid Ələkbərov 20,7 milyard dollarla “Forbes”in siyahısında

    “Forbes” jurnalı Rusiyanın 200 zəngin biznesmeninin siyahısını tərtib edib. Muxalifet.az xəbər verir ki, siyahıda ilk yerdə “NOVATEK” və “SİBUR” iri auksionerlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. 63 yaşlı iş adamının 24 milyard dollar sərvəti var. İkinci yerdə 21,3 milyard dollarla “Universal Cargo Logistics Holding” və “NLMK” şirkətlərinin sahibi, 62 yaşlı Vladimir Lisin yer tutub. Siyahıda üçüncü yerdə isə azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərov qərarlaşıb. 69 yaşlı biznesmenin sərvəti 20,7 milyard dollar məbləğində dəyərləndirilir./yenisabah

    Muxalifet4 - 16-12-2019

  14. İsa Sadıqov sabiq nazirin partiyasına üzv oldu - AÇIQLAMA

    Sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı Haqq Ədalət Partiyasının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib. Muxalifet.az xəbər verir ki, bu barədə Ə.İnsanov sosial şəbəkədə bildirib . Deyib ki, respublikanın 23 şəhər və rayonlarında yerli təşkilatların yaradılması prosesinə başladılıb. Aparılan işlərin sürətləndirilməsi üçün Təşkilat Komitəsinin üzvlərinin sayının 19 nəfərə çatdırılması haqda qərar qəbul olunub. Daha sonra Təşkilat Komitəsinin üzvlüyünə yeni şəxslər qəbul edilib.

    Muxalifet4 - 16-12-2019

  15. “Dedi-qodu xarakterli məlumatları yaymayın!” - Kəmaləddin Heydərov mətbuata səsləndi

    16 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.

    Muxalifet4 - 16-12-2019

  16. Neftin ucuzlaşması Azərbaycanın cari hesabını "vurdu" - 1 MİLYARD DOLLARDAN ÇOX AZALMA

    Ötən cümə günü Mərkəzi Bank 2019-cu ilin 9 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansı göstəricilərini dərc etdi. Məlum oldu ki, 2018-ci ilin 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın tədiyyə balansının profisiti 502 milyon dollar və ya 13,7% artaraq 4 milyard 167 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə tədiyyə balansının profisiti 3 milyard 665 milyon dollar təşkil etmişdi. "Marja"nın məlumatına görə, diqqəti cəlb edən, Cari Əməliyyatlar Balansının kəsirinin artmasıdır.

    Muxalifet4 - 16-12-2019

  17. "Tramp kimdir ki, İran xalqını və ya etirazçıları dəstəkləsin?" - ƏFŞAR SÜLEYMANİ

    Bu ilin noyabr ayında İranda böyük etiraz aksiyaları baş verib. Benzinin qiymətinin 50 faiz bahalaşmasına qarşı çıxan on minlərlə insan İslam rejiminə etirazını ifadə edib. Amma İran dövləti ölkə daxilində interneti kəsdiyindən beynəlxalq ictimaiyyət uzun müddət bu ölkədə nələrin baş verdiyindən ətraflı məlumat ala bilməyib. Bu səbəbdən baş verənlərlə bağlı müxtəlif ziddiyyətli məlumatlara rast gəlinir. Məsələn, beynəlxalq media öz qaynaqlarına istinadla iddia edir ki, İrandakı məlum hadisələr zamanı 7 min nəfər həbs edilib, 300-dən çox insan isə öldürülüb.

    Muxalifet4 - 16-12-2019

  18. Türkiyə daha bir təhdidi önləməyə çalışır - TÜRK HƏRBÇİLƏRİ HƏR AN LİVİYAYA GİRƏ BİLƏR / TƏHLİL

    Liviyanın bölünməsi uğrunda çox acı savaş gedir. Qəddafini devirənlər ikinci addımı atırlar, ölkəni talan edirlər. Liviyanın neft və təbii qazını paylaşmaq üçün BMT-nin tanıdığı Milli Razılıq Hökumətinə qarşı çıxan ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Fransanın iştirakı və son olaraq da Rusiyanın qatılması ilə bir koalisiya, ortaq cəbhə qurulub. Onların hamısı MKİ-nin bizim coğrafiyamız üçün yetişdirdiyi terror baronlarından biri olan Həftərin arxasında sıraya düzülüb. O, bir “Troya atı”dır.

    Muxalifet4 - 16-12-2019

  19. Sabiq icra başçısı oğluna elə bir dəbdəbəli toy etdi ki… - VİDEO

    Ötən gün Bakının dəbdəbəli “Buta Palas” (Buta Palace) restoranında iş adamının oğluna məxsus olduğu bildirilən məşhur toyun əsl sahibi aydınlaşıb. Kult.az-a daxil olan məlumatda bildirilir ki, toy Quba rayonunun sabiq icra başçısı Rauf Həbibovun oğlu üçün keçirilib. Sabiq icra başçısının oğlu Sərxan Həbibovun toyunda Rusiyadan Leonid Aqutin, Anjelika Varum, sirk ustaları, həmçinin, xalq artistləri Röya Ayxan, Aygün Kazımova, Miri Yusif kimi sənətçilər iştirak edib. Gecənin aparıcısı Xəyyam Nisanov olub. Restoranın xüsusi bəzədilməsi isə sosial şəbəkələrdə geniş müzakirə edilib.

    Muxalifet4 - 16-12-2019

  20. Ukrayna ikili vətəndaşlıq tətbiq etməyi planlaşdırır

    Ukrayna hökuməti Ukrayna pasportu almaq üçün digər ölkənin vətəndaşlığından imtina etməyi tələb etməyən qanun layihəsi hazırlayır. Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri Maksim Sokolyuk məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi Ali Radada müzakirəyə çıxarılacaq. Nazir bildirib ki, ikili vətəndaşlıq bir növ Ukraynaya immiqrasiya proqramıdır.

    Muxalifet4 - 16-12-2019

Pages