Axtarış

The search found 105849 results in 0.102 seconds.

Search results

  1. İlham Əliyev və Vladimir Zelenski təkbətək görüşdü - FOTO

    Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukraynanın Prezidenti Vladimir Zelenskinin təkbətək görüşü olub.

    Muxalifet4 - 17-12-2019

  2. "Aprel savaşını Rusiya başlatdı, məqsədi..." - PAŞİNYANDAN ŞOK AÇIQLAMA

    Ermənistanın “Fakt” qazeti ölkə parlamentində fəaliyyət göstərən və Aprel döyüşlərində Ermənistan ordusunun məğlubiyyətini araşdıran dövlət komissiyasının işi ilə bağlı sensasion məlumat yayıb. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, məlumatda Baş nazir Nikol Paşinyanın komissiyanın növbəti iclaslarından birində Aprel savaşı ilə bağlı dinləmələrdə iştirakı gözlənilir. Nəşrin dövlət strukturlarında çalışan etibarlı mənbələrə istinadən verdiyi məlumata əsasən, Paşinyan artıq bu məsələ ilə bağlı bir dəfə fikir bildirib. “Aprel savaşı Rusiyanın əli ilə baş tutub.

    Muxalifet4 - 17-12-2019

  3. Azərbaycan və Ukrayna prezidentlərinin geniş tərkibdə görüşü keçirildi

    Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

    Muxalifet4 - 17-12-2019

  4. Rusiyanın Afrikaya qayıdışı - Çin, ABŞ və digər dünya güclərinin döyüş meydanı Afrika olacaq?

    Sürətlə hər yerə yayılmaqda olan Çinin qarşısını Afrikada kəsmək və bu qitədə Putinin keçmiş Sovet müstəmləkələri hesab edilən ölkələrdə əldən verdiyi mövqeləri qaytarmaq üçün Rusiya yaxşı tanıdığı bir sahəyə belə desək “stavka edir” – silah sahəsinə.
    1. Tarixi ittifaqlar və kommunizm irsi

    Muxalifet3 - 17-12-2019

  5. QURDLAR VADİSİ - ARALIQ DƏNİZİ: Qaz yataqları uğrunda mübarizə

    Türkiyə, digər ölkələrin mane olmağına baxmayaraq, Aralıq dənizində təbii qaz və neft axtarışlarını davam etdirir və ekspert Abdullah Ağar hesab edir ki, Aralıq dənizinin əsas resursu qaz hidratlarıdır. Türk qazma gəmiləri Aralıq dənizində enerji yataqları kəşfiyyatı işlərini davam etdirərkən, Türkiyə Liviya ilə böyük bir müqavilə bağladı. Bu müqavilənin imzalanması ilə Türkiyə bölgədəki geoloji kəşfiyyata nəzarəti ələ aldı və başda Yunanıstan olmaqla Avropa ölkələrinin qəzəbinə tuş gəldi. Aralıq dənizində nə var?

    Muxalifet3 - 17-12-2019

  6. Jurnalist adı ilə dələduzluq edən dəstə ələ keçdi - FOTO

    Qazax rayonunda dələduzluq edən şəxslər saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinə müraciə edən bir qrup rayon sakini, ərizələrində daha əvvəl tanımadıqları bir neçə nəfərin özlərini jurnalist kimi təqdim edib, övladları barədə “Çağdaş Təhsil” jurnalında məqalə və şəkil dərc etdirəcəklərini vəd edərək onlardan müxəlif məbləğlərdə pul aldıqlarını bildiriblər.

    Muxalifet4 - 17-12-2019

  7. İlham Əliyev və Vladimir Zelenski mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİR

    Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.

    Muxalifet4 - 17-12-2019

  8. Vladimir Zelenski və İlham Əliyev arasında Cənub Qaz Dəhlizi anlaşması - GENİŞLƏNDİRİLMƏK İMKANLARI ARAŞDIRILACAQ...

    Ukrayna prezidenti Vladimir Zelenski Bakıda Azərbaycan prezidenti ilə danışıqlardan sonra ölkəsinin Cənub Qaz Dəhlizini dəstəklədiyini bildirib. Cənub Qaz Dəhlizi TANAP və TAP kəmərlərindən ibarətdir, Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulub. Dəhliz tam həcmdə gələn il işə düşəcək. “Biz bu dəhlizin genişləndirilməsi imkanlarını öyrənmək barədə razılığa gəldik”,-Zelenski özünün Telegram-kanalında Bakıdan bildirib. “Bu, Avropa istehlakçılarına qaz təchizatının şaxələndirilməsi üçün vacibdir”,-o vurğulayıb./virtualaz.org

    Muxalifet4 - 17-12-2019

  9. "Krım, Donbas məsələsində Azərbaycan sonuna qədər Ukraynaya lazım olan siyasi dəstəyi verəcək"

    Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycanda səfərdədir. Bu onun Ukrayna prezidenti olaraq Azərbaycana ilk səfəridir. Politoloq Qabil Hüseynli "Turan" agentliyinə deyib ki, Azərbaycan-Ukrayna münasibətləri həmişə dostluq, mehribanlıq və ikitərəfli əməkdaşlığın yüksək səviyyəsi ilə seçilib. "İstər Azərbaycan, istər Ukrayna ərazi bütövlüyü baxımından eyni problemlərlə baş-başadır. Bu baxımdan, bu iki ölkənin bütün sahələr üzrə əməkdaşlığı hər iki ölkəyə fayda gətirə bilər", - politoloq belə düşünür. 
    Muxalifet.az
    bu barədə "Azadlıq.org"-a istinadla bildirir.

    Muxalifet3 - 17-12-2019

  10. ABŞ mediası Azərbaycandakı kadr islahatlarından yazdı - "İLHAM ƏLİYEV ÖLKƏNİ DƏYİŞİR..."

    ABŞ-a bağlı “Vörld Politik Revyü” (World Politics Review) saytı Azərbaycanla bağlı məqalə dərc edib. Muxalifet.az musavat.com-a istinadla xəbər verir ki, saytın hazırladığı təhlil yazısında Azərbaycandakı proseslərin ölkəni müsbətə doğru dəyişdiyi qeyd olunub. Beynəlxalq səviyyədə peşəkar şərhləri ilə tanınan sayt yazır ki, Azərbaycan parlamenti özünü buraxdıqdan sonra bəzi müşahidəçilər I Vitse-prezident Mehriban Əliyeva faktrorunun gücləndiyini qeyd edirlər. Mehriban Əliyevanın son bir neçə ildə siyasi müstəvidə yüksək reytinq qazandığı vurğulanıb.

    Muxalifet4 - 17-12-2019

  11. Azərbaycanlı qadın İsveçin ən nüfuzluları arasında - FOTO

    İsveçin “Fokus” dərgisi yaxın illərdə ölkəni idarə edəcək siyasətçilərin adlarını açıqlayıb. Dərgi İsveçin 27 lideri ilə bağlı təhlil dərc edib. Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. “Məqalədə qeyd edilən siyasətçilər arasında İsveç parlamentinin azərbaycanlı deputatı, İsveç Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü Aylin Fazelianın da adı çəkilib. O, gələcəkdə İsveç Krallığını idarə edən siyasətçilərdən biri ola bilər. Bu barədə “Fokus” dərgisi geniş məqalə yayıb. “Fokus” dərgisi azərbaycanlı deputat haqqında geniş məlumat verib”.

    Muxalifet4 - 17-12-2019

  12. Elariz Amerikada DÖNƏRXANA AÇDI: “Dəvə əti lazımdır” - VİDEO - FOTO

    ARB TV-nin "Üçəlli" verilişinin növbəti qonağı müğənni İlqar Sahil olub. Muxalifet.az xəbər verir ki, müğənni canlı efirdə veriliş formatı olaraq yumor məqsədi ilə hazırda Amerikada yaşayan Elariz Məmmədoğluna zəng edib və nəticədə maraqlı dialoq alınıb. Elariz Məmmədoğlu Amerikadakı fəaliyyətindən söhbət açıb: "2-3 aya Bakıya gələcəm. Dönərxana açmışam. Burada corat qutabı vermək üçün dəvə əti lazımdır. Ona görə də camaatı aldada bilmərəm. Amma türklərdən halal ət alırıq, dönər və şiş kabab satırıq. Yaxşıdır hər şey ".

    Muxalifet4 - 17-12-2019

  13. “İncirlik və Kürəcik bazalarının bağlana biləcəyi xəbərini qəzetdən oxudum” - ABŞ-dan REAKSİYA

    ABŞ-ın müdafiə naziri Mark Esper Türkiyə prezidenti R.T.Ərdoğanın lazım gələrsə, ABŞ-ın İncirlik və Kürəcik hərbi bazalarının bağlana biləcəyi açıqlaması haqqında belə deyib: “Bu məsələ barəsində bundan əvvəl mənə məlumat gəlməyib. Mən də ilk dəfə qəzetlərdə gördüm və bu məsələdə tam olaraq nəyi nəzərdə tutduqlarını və nə dərəcədə ciddi olduqlarını dəqiqləşdirmək üçün həmkarımla danışmağım lazımdır”.

    Muxalifet4 - 17-12-2019

  14. YAP-ın yeni deputat siyahısı açıqlandı - BİR ÇOX TANINMIŞLAR KƏNARDA QALDI

    Gələn il fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) qatılacaq namizədlərin tam siyahısı bu gün açıqlanacaq. Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, siyahıda onlarla gənc və yeni namizədlər yer alıb.

    Muxalifet4 - 17-12-2019

  15. Pərviz Müşərrəf ölüm cəzasına məhkum edildi

    Pakistan məhkəməsi keçmiş diktator Pərviz Müşərrəfi 2007-ci ildə ölkə konstitusiyasının icrasını dayandırmaqda- vətənə xəyanətdə təqsirli bilinərək ölüm cəzasına məhkum edib. İslamabadda üç üzvdən ibarət xüsusi məhkəmə qərarını dekabrın 17-də açıqlayıb. Məhkəmə bir neçə ildir ki, davam edirdi. 1999-2008-ci illərdə Pakistanı idarə etmiş Müşərrəf hazırda BƏƏ-də - Dubayda mühacirətdə yaşayır. O, 1999-cu ildə baş nazir Navaz Şərifi qan tökmədən, hərbi çevrilişlə devirib və sonradan ölkəni prezident kimi idarə edib.

    Muxalifet3 - 17-12-2019

  16. İlham Əliyev və Vladimir Zelenski Azərbaycan-Ukrayna biznes forumunda

    Dekabrın 17-də Bakıda Azərbaycan-Ukrayna biznes forumu keçirilib. Muxalifet.az AzərTAC-a isinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski biznes forumda iştirak ediblər. Dövlət başçıları biznes forumda çıxış ediblər.

    Muxalifet3 - 17-12-2019

  17. Zelenski Bakıda “Ukrayna məhsulları” mağazasına baş çəkdi - FOTOLAR

    Bakıda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski paytaxtın mərkəzi küçələrindən birində Ukrayna məhsullarının satıldığı ərzaq mağazasına baş çəkib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Zelenski bu haqda sosial şəbəkələrdə bildirib. Onun bildirdiyinə görə, Ukrayna pendirləri, yoqurtları, hətta şirələri Bakının mərkəzində satılır. “Ukraynasayağı dadlıdır! Bizim pendirlər, yoqurtlar, kolbasalar, hətta şirələr Bakının lap mərkəzində satılır. Yerli biznesmen artıq 11 “Ukrayna məhsulları” mağazası açıb.

    Muxalifet4 - 17-12-2019

  18. Putin və Ərdoğan arasında telefon danışığı - Prezidentlər Liviyanı müzakirə edəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq. Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, dövlət başçıları Liviyada yaranmış vəziyyəti, həmçinin ikitərəfli əlaqələri müzakirə edəcəklər.

    Muxalifet4 - 17-12-2019

  19. HƏBS OLUNAN POLKOVNİK DANIŞDI - “Onlar mənim ölümümü istəyirlər”

    Beyləqanda həbs edilən Qarabağ qazisi azadlığa buraxılıb. Muxalifet.az xəbər verir ki, polkovnik Qadir Vəlişov Unikal.org-a müsahibə verib. O, başına gələn hadisənin təfərrüatlarını danışıb. - Həbs olunmağınızın səbəbi nə idi? - Aprel ayında gedən döyüşlər zamanı orduda deyil, ön xəttdən 140 km aralıda olmuşam. Amma mən şəxsən Müdafiə Nazirliyinə ərizə yazaraq ön cəbhəyə göndərilməyimi xahiş etmişəm. Mən aprel döyüşlərinin canlı şahidiyəm. Niyə həbs olunduğumu da bilmirəm. İşin gedişində bildim ki, bu sifarişdir.

    Muxalifet4 - 17-12-2019

  20. Zelinski Bakıda oyuncaq aldı - MÜHAFİZƏÇİLƏRSİZ... / Foto

    Bakıda səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski uşaqlarına oyuncaq almaq üçün mühafizəçilərin müşaiyəti olmadan oyuncaq mağazasına gedib. Muxalifet.az xəbər verir ki, bu barədə foto zelenskiy.office İnstagram səhifəsində yer alır. Qeyd olunur ki, Ukrayna dövlətinin başçısı Bakıdakı “Oyuncaq evi” mağazasına daxil olub və uşaqlarına hədiyyə alıb. “Qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq Ukrayna prezidenti oyuncaq evində öz uşaqlarına hədiyyə seçir.

    Muxalifet4 - 17-12-2019

Pages