Axtarış

The search found 105849 results in 0.029 seconds.

Search results

  1. Köhnə Mercedes-Benz iclas otağına çevrilib - FOTO

    Mercedes-Benz şirkəti ilə işləyən Antoni reklam agentliyində qeyri-adi iclas otağı peyda olub. Bu otaq keçən əsrin 80-ci illərində alman markası üçün vacib avtomobillərdən biri sayılan Mercedes-Benz 190 modelinin əsasında yaradılıb. Muxalifet.az autograph.az-a istinadən bildirir ki, qeyri-adi iclas otağı agentliyin ofisində yerləşir və ondan alman markasının nümayəndələrini qəbul etmək üçün istifadə edirlər. Yaşına baxmayaraq, avtomobil çox yaxşı vəziyyətdədir. Layihənin müəllifləri salondakı rahatlığı təmin etmək məqsədi ilə avtomobilin döşəməsini və sağ tərəfdəki qapılarını çıxarıblar.

    Muxalifet4 - 17-12-2019

  2. Məşhur telefon proqramı Siri çaya düşən oğlanı xilas etdi

    ABŞ-ın Ayova ştatının Charles City şəhərində avtomobil sürən 18 yaşlı Gael Salcedo qəfildən idarəetməni itirib. Ted.az bildirir ki, buzlu yolda sürüşən avtomobil çaya düşüb. Özünə gələndə ətrafa baxan gənc Winnebago çayına düşdüyünü anlayıb. "Harada olduğumu, hara getdiyimi bilmirdim. Nə etməli olduğumu da. Düşünə biləcəyim tək şey ölmək üzrə olduğumu bilməyim idi", - deyə gənc bildirib. Gənc əvvəlcə nəqliyyat vasitəsinin şüşələrini endirib. Ancaq heç kim onu eşitməyib. Telefonunu tapa bilməyən gəncin ağlına bir fikir gəlib. Bu da "Siri"dən istifadə etmək idi.

    Muxalifet4 - 17-12-2019

  3. Deputatlığa namizəd olmaq istəyənlər bayram günlərində də MSK-ya müraciət edə bilərlər

    Parlament seçkiləri ilə bağlı siyasi partiyalardan 11-nin səlahiyyətli nümayəndələrlə bağlı iddiası təmin olunub. Muxalifet.az bildirir ki, bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib. O əlavə edib ki, artıq deputat olmaq istəyən şəxslər dairələrə müraciət etməyə başlayıblar: "Siyasi partiyaların fəallığı başlayıb. İndiyədək 469 nəfər deputat olmaq üçün namizədliyini irəli sürüb. Nəzərə alsaq ki, parlamentdə 125 deputat yeri var, bu olduqca böyük göstəricidir.

    Muxalifet4 - 17-12-2019

  4. Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi üçün təşəbbüs qrupu yaradıldı

    Bir sıra elm və mədəniyyət xadimlərindən ibarət təşəbbüs qrupu Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məmməd Əmin Rəsulzadənin xatirəsini əbədiləşdirmək təklifi ilə çıxış edib. “Azərbaycanın əhəmiyyətcə ikinci şəhəri olan Gəncədə AXC-nin 100 illiyi qeyd olunan il Cümhuriyyət Muzeyi açılıb, tarixi binaların divarlarında bu binaların ölkə tarixində əhəmiyyətini xatırladan xatirə lövhələri quraşdırılıb. Amma, ölkənin paytaxtı Bakıda AXC-nin 100 illik yubileyini "unudublar", təşəbbüskarlar qeyd edir.

    Muxalifet4 - 17-12-2019

  5. “BƏZİ YERLƏRİ QƏSDƏN YANDIRIRLAR” – Kəmaləddin Heydərovdan sensasiyalı açıqlama / VİDEO

    Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov son günlər ticarət mərkəzlərində baş verən yanğınlardan danışıb. AzPolitika.info-nun məlumatına görə, nazir deyib ki, dünyanın heç bir yerində belə bir şey yoxdur ki, təbii fəlakətlərdən, texniki səbəblərdən baş verən hadisələrdə əhaliyə dəyən zərər kompensasiya olunsun: “Bu, prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun humanist addımları nəticəsində dəfələrlə ölkəmizdə baş verən hadisələr zamanı tətbiq olunub. Amma bu başqa dövlətlərdə yoxdur. Hər bir fərd öz həyatını sığorta edir.

    Muxalifet4 - 17-12-2019

  6. HACIYEVA HƏR GÜN 4 MİN FUNT XƏRCLƏYİB – O, ərinin bu pulları necə qazandığını açıqladı...

    Azərbaycan Beynəlxalq Bankınının hazırda həbsdə olan keçmiş prezidenti Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Britaniyanın ilk Əsassız Varlanma Qaydasına qarşı mübarizə aparır. Muxalifet.az xəbər verir ki, bu barədə “BBC” məlumat verib. Məqalədə bildirilir ki, onun əri vətəni Azərbaycanda milyonlarla dolların dövlət bankından oğurlanmasına görə həbsdədir. Zamirə Hacıyeva isə məşhur “Harrods” dükanında 16 milyon funtluq alış-veriş etməsi ilə tanınır. Britaniyanın Milli Cinayət Agentliyi onun 15 milyon funt dəyərində olan Naytsbricdəki evini və Berşirdəki qolf kursunu əlindən alıb.

    Muxalifet4 - 17-12-2019

  7. “Putinin “rus dünyası” ölüm ayağındadır” - ALMANİYA MEDİASI

    Noyabrda Vladimir Putin köhnə mövzunu – dünyada rus dilinin statusu – müzakirə etmək üçün nisbətən yeni orqanı Kremlə dəvət edib. Rusiya prezidenti qatı rusofobların, “təcavüzkar millətçilərin”, hətta bəzi dövlətlərin “rus dilinə qarşı apardığı müharibədən” danışmağa başlayıb. O, bu zaman bilavasitə ad çəkməsə də, Ukrayna, Baltikyanı ölkələr və Gürcüstanı nəzərdə tutduğu o dəqiqə hiss olunub. Bu barədə “Süddeutsche Zeitung” qəzetinin müxbirləri Silke Biqalke və Frank Neynhuysen yazır. Ali Rada Ukrayna dilinin mövqeyini möhkəmlətməyə yönəlmiş dillər haqqında qanun layihəsini qəbul edib.

    Muxalifet4 - 17-12-2019

  8. Son Dəqiqə! Ölkə qarışdı - Tbilisi, Kutaisi və Batumidə etiraz aksiyası başladı (FOTO)

    Hal-hazırda "Ayıbdır" və "Rusiya işğalçıdır" adlı hərəkatın nümayəndələri və üzvləri Kutaisinin mərkəzində etiraz aksiyasına başlayıblar. Muxalifet.az xəbər Gürcüstan mətbuatına istinadən xəbər verir ki, etirazçılar keçirdikləri aksiya ilə 15 yaşlı yeniyetmə Luka Siradzenin müvafiq ölümü ilə əlaqədar ailəsinə dəstək ifadə edirlər. 15 yaşlı yeniyetmənin ailəsinə daha bir dəstək etiraz aksiyası isə Batumidə başlayıb. Qeyd edək ki, 10 dekabr tarixində məktəbin hasarına "Bu həyatın anasını da" -sözlərini yazmış 15 yaşlı yeniyetmə polis tərəfindən sorğuya alınıb.

    Muxalifet3 - 18-12-2019

  9. Bu gün Trampın impiçmenti ilə bağlı səsvermə keçiriləcək

    ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Prezident Donald Tramp barəsində impiçmentlə bağlı səsvermənin keçirilmə vaxtını açıqlayıb. RİA Novosti xəbər verir ki, Pelosi impiçmentlə bağlı səsvermənin konstutitusiya tərəfindən onlara (demokratlara) verilmiş ən vacib səlahiyyətlərdən biri olduğunu qeyd edib. Pelosi, həmçinin, ABŞ Prezidentinin impiçmenti ilə bağlı səsvermənin 18 dekabra təyin olunduğunu bildirib. “Biz ABŞ Prezidentinin impiçmenti haqqında iki maddənin təsdiqlənməsinə səs verəcəyik”, - Pelosi vurğulayıb.

    Muxalifet4 - 18-12-2019

  10. DƏHŞƏTLİ STATİSTİKA - Bu il Azərbaycanda 14 min 281 ailə dağılıb

    Bu ilin 10 ayında ölkədə 46403 ölüm halı qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Hesabata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb. Bundan başqa, bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51735 nikah və 14281 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,3-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

    Muxalifet4 - 18-12-2019

  11. NATO genişmiqyaslı müharibəyə hazırlaşır - 3 il...

    Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahı NATO-nun genişmiqyaslı qarşıdurmaya hazırlaşdığını düşünür. Hesab edilir ki, NATO-nun Baltikyanı ölkələrdə, Polşada, eləcə də Qara və Baltik dənizlərinin sularında keçirdiyi təlimlər ittifaqın genişmiqyaslı münaqişəyə hazırlığını göstərir. TASS xəbər verir ki, bu haqda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelərlə danışarkən bildirib. Baş Qərargah hesab edir ki, 2050-ci ilə qədər genişmiqyaslı müharibə üçün ilkin şərt yoxdur.

    Muxalifet4 - 18-12-2019

  12. 5,3 milyon avro mükafat alan azərbaycanlı həkim Bakıya gəldi

    Nüfuzlu Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülən Dünya Baş Ağrıları Cəmiyyətinin sədri, Danimarkada yaşayan azərbaycanlı həkim Məsud Aşina Azərbaycana gəlib. O, Bakıda keçirilən Azərbaycan Nevrologiya həftəsinin konfranslarında iştirak edir. Qeyd edək ki, azərbaycanlı həkim M.Aşina bir müddət öncə Danimarkanın Lundbek Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb. Fond tərəfindən, ümumilikdə, dünyanın altı aparıcı nevroloqu ümumi dəyəri 232 milyon Danimarka kronu (30 milyon avrodan çox) məbləğində mükafatla təltif edilib.

    Muxalifet4 - 18-12-2019

  13. YAP-ın seçki siyahısı ilə bağlı AÇIQLAMA - Sürpriz adlar olacaq...

    Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak etmək üçün namizədliyini irəli sürən hər kəsin diqqəti hakim Yeni Azərbaycan Partiyasına (YAP) yönəlib. İndi hamı YAP-ın seçki siyahısını gözləyir. Namizədliyini müstəqil şəkildə irəli sürməyə hazırlaşan bir çoxları da seçəcəyi dairəni məhz YAP-ın siyahısını götür-qoy etməklə müəyyənləşdirəcək. Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, YAP-ın növbədənkənar parlament seçkisində irəli sürəcəyi namizədlərin siyahısı artıq hazırdır.

    Muxalifet4 - 18-12-2019

  14. Qarabağın həlli, yeni qırıcılar və... - Ərdoğan və Putinin GİZLİ PLANI

    Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq İrəvanda artıq panika halını alıb. Mətbuatda və əsasən də sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə birgə Ermənistanın “arzulamadığı” bir gizli planının olmasından yazılır.

    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Ermənistanın “Aravot” qəzetinin dünənki buraxılışında bu mövzü geniş yer alıb.

    Belə ki, qəzet Ermənistan hakim dairələrində olan etibarlı mənbələrinə istinadən yazır ki, Rusiya-Türkiyə münasibətləri pik nöqtəyə yaxınlaşır:

    Muxalifet4 - 18-12-2019

  15. Ağstafada evdən qaçan qız Bakıda tapıldı

    Ağstafa rayonunda evdən qaçan qız Bakıda tapılıb. Trend-in məlumatına görə, Dağ kəsəmən kənd sakini Əsgərov Mehman Telman oğlu polisə ərizə ilə müraciə edərək bildirib ki, qızı, 1991-ci il təvəllüdlü Əsgərova Nigar Telman qızı yaşadığı evdən çıxaraq itkin düşüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, N.Əsgərova sağ-salamatdır və Bakıda xalasının evindədir. N.Əsgərova polisə müraciət edərək bildirib ki, o, Bakıda xalası Kəmalə Hümbətovanın evindədir və heç bir şikayəti yoxdur. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 18-12-2019

  16. Azərbaycanda DƏHŞƏTLİ OLAY - Ərdə olan bacısını başqa kişilərlə tutdu, sonra...

    Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin işinə Ali Məhkəmədə baxılıb. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, 2017-ci ilin yanvarın 3-də Rəfail Yolçuyevin bacısı Yasəmən Arzuxanovanın əri İntiqam Arzuxanov ona zəng edib. İntiqam Rəfailə bacısının əxlaqsız hərəkətlər etdiyi, mobil telefon vasitəsilə tanımadığı kişilərlə danışdığı, bununla bağlı əlində sübut olduğu və buna görə bacısını boşayacağını deyib.

    Muxalifet4 - 18-12-2019

  17. 2020-ci ilin yayına kimi Qarabağ məsələsi aydınlaşacaq - Paşinyanın vaxtı bitir

    ABŞ Senatında qondarma”erməni soyqırımı” qətnaməsi qəbulundan sonra illərlə bunun üçün mübarizə aparmış dünya erməniləri, göründüyü kimi, eyforiyadan uzun bir müddət çıxmayacaqlar. Aşıb-daşan emosiyalar özünü “bu şərəf” işinə həsr etmiş erməni siyasi elitasının şüurunu dumanlandırır. Muxalifet.az bu barədə "vesti.az"-a istinadla politoloq Tofiq Abbasovun mövqeyini əks etdirən yazını oxucularının diqqətinə çatdırır.

    Muxalifet3 - 18-12-2019

  18. Tramp administrasiyası Senatın qondarma "erməni soyqırımı" qətnaməsini qəbul etmədi

    ABŞ Dövlət Departamenti, Senatda keçən həftə səsvermə yolu ilə qəbul edilən qondarma «erməni soyqırımı” qətnaməsini qəbul etmədiklərini bildirib. Dövlət Departamentinin rəsmisi Morgan Ortagusun yayımladığı açıqlamada qətnamə ilə bağlı “ABŞ-ın Tramp administrasiyasının mövqeyi dəyişməz olaraq qalır. Mövzu ilə bağlı prezidentin mövqeyi keçən il aprel ayında dəqiq formada ifadə edilmişdir”, deyə bildirildi. Muxalifet.az

    Muxalifet3 - 18-12-2019

  19. Həbsdə olan şirkət rəhbərinin qardaşı da həbs edildi - NARKOTİK İTTİHAMI

    Külli miqdarda narkotik satmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1962-ci il təvəllüdlü İlqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satışa məqsədi ilə külli miqdarda narkotik əldə etmə və satma) maddəsi ilə ittiham edilir.

    Muxalifet4 - 18-12-2019

  20. Baş prokurorluq Elvin İsayevlə bağlı AÇIQLAMA YAYDI - Blogerin ittiham olunma səbəbləri...

    Baş prokurorluğun mətbuat xidməti bu günlərdə Ukraynadan Azərbaycana deportasiya edilən söyüşcül bloqer Elvin İsayevin həbsi ilə bağlı rəsmi açıqlama yayıb.

    Muxalifet4 - 18-12-2019

Pages