Axtarış

The search found 105849 results in 0.028 seconds.

Search results

  1. Ağstafanın başçısının həbsi digər məmurlara xəbərdarlıqdır

    Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlunun həbs edilmələri hakimiyyətin hansısa müsbət dəyişiklik etməsinə ciddi bir işarədir. Muxalifet.az bildirir ki, bunu Facebook sosial şəbəkəsindəki səhifəsində tanınmış hüquqşünas Aslan İsmayılov yazıb. “Son vaxtlar Prezident İlham Əliyev yeni icra başçıları təyin edərkən kim qanun pozuntusuna yol verəcəksə ciddi cəzalanacaqlarını deyirdi. Baş verən hadisə deyilənlərin tək söz olmadığını göstərdi.

    Muxalifet3 - 19-12-2019

  2. Putin Trampın impiçmentinə münasibət bildirdi

    Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında amerikalı həmkarı Donald Trampın impiçmenti məsələsinə münasibət bildirib.
    Muxalifet.az yerli KİV-ə istinadən məlumat verir ki, Putin Trampın prezidentliyinin başa çatacağına inanmadığını deyib.
    Onun sözlərinə görə, bu, daxili siyasi mübarizənin davamıdır.
    ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına da toxunan Putin Moskvanın buna əks cavab verəcəyini vurğulayıb.

    Muxalifet3 - 19-12-2019

  3. Rusiyanın Ermənistana verdiyi yeni hərbi təyyarə – FOTO

    Ermənistanın Rusiyadan aldığı, daha doğrusu Rusiyanın yəqin ki, fortpostuna ucuz qiymətlə verdiyi SU-30SM qırıcılarının ilk fotoları yayımlanıb. Muxalifet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, fotolar təyyarələrin təhvil-təslimdən öncə son sılnaq uçuşları zamanı çəkilib. Ermənistanın Su-30SM təyyarələrini alacağı barədə məlumat 2019-cu ilin fevralında yayılıb. İlk mərhələdə 4 qırıcının alınması nəzərdə tutulur. Muxalifet.az

    Muxalifet3 - 19-12-2019

  4. İcra başçısı və müavinlərini qara maskalılar gecə evlərindən götürüblər - QARA CİPLƏRLƏ GƏLİBLƏR...

    Ağstafa rayonunun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin və müavinləri Ramiz Tatarovla Lalə Eyyubovanın həbsinin bəzi təfərrüatları məlum olub. “Turan” agentliyi bildirir ki, icra başçısını və müavinlərini gecə evlərindən götürüblər. Gələnlər qara maskalarda və qara avtomobillərdə olub, ehtimal edilir ki, onlar DTX-nin əməliyyatçılarıdır. Həbs edilənlərin ailə üzvlərinə heç bir izahat verilməyib. Yerli əhali də həbslərin səbəblərini bilmir. Lakin əsas təxminlər korrupsiya ilə bağlıdır. Hüquq-mühafizə orqanları hələlik Ağstafadakı həbslər barədə rəsmi məlumat yaymayıblar.

    Muxalifet4 - 19-12-2019

  5. Türkiyə bu ölkəyə ORDU YERİDİR - Qərar verildi...

    Fərat çayının şimalındakı terror ünsürlərini təmizləmək üçün hərəkətə keçəcək Türkiyə Silahlı Qüvvələrinə Azad Suriya Ordusu (ASO) yardım edəcək. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ASO artıq ağır silahlar və raketlərin iştirak etdiyi təlimlərlə müharibə sınağı keçirib. ASO-nun Həmzə Tüməni və Xüsusi Təyinatlı Dəstələri komandiri Seyf Əbubəkir Ankaradan əmr gözlədiklərini, təlimata uyğun olaraq Fəratın şərqinə keçib PKK-nın kökünü qazıyacaqlarını bildirib: Milli Ordunun bir parçasıyıq. Əsgərlərimiz, planlarımız hazırdır.

    Muxalifet4 - 19-12-2019

  6. “Həkim atamın komadan ayılma ehtimalının çox olduğunu deyib” - HÜQUQ MÜDAFİƏÇİSİNİN OĞLU

    “Bu gün atam Oqtay Gülalıyevin EEG müayinəsi üçün həkim Bülent Kahyaoğlu gəlib. O, atamın komadan ayılma ehtimalının çox olduğunu deyib”. “Report” xəbər verir ki, bunu O.Gülalıyevin oğlu Təbriz Gülalıyev özünün "Facebook" səhifəsində yazıb. “Amma təəssüflə bildirib ki, baş nahiyəsində zərbə ağır olduğuna görə və az da olsa, "ödəm" qaldığı üçün zamana ehtiyacımız var. Çəkilən şəkildə göründüyü kimi atam sağ gözünü az da olsa, açmaq istəyib” - deyə o qeyd edib.

    Muxalifet4 - 19-12-2019

  7. Deputatlığa namizədlər bu KİV-lərdə ödənişsiz təbliğat apara biləcək - MSK-dan AÇIQLAMA

    Mərkəzi Seçki Komissiyası (MSK) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayıracaq kütləvi informasiya vasitələrinin adlarını açıqlayıb.

    Muxalifet4 - 19-12-2019

  8. "Əgər prezidentin vicdanı qalıbsa..." - DAVUDOĞLU SƏRT DANIŞDI

    Prezident Rəcəb Tayyib Ərdoğan əlini vicdanına qoysun. 3 il yarım aramızdakı razılaşmaya sadiq qalmaq üçün hər cür təhqirə, “trol” qruplarının hücumlarına səbrlə dözdüm, konfranslarım bloklandı. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Cümhuriyyətinin sabiq baş naziri Əhməd Davudoğlu deyib. “Prezident vicdanı ilə təklikdə qalanda “Davudoğludan hər şey çıxar, amma dələduz çıxmaz” deyə bilər. Əgər vicdanı qalıbsa...Bir dələduzluq faktı varsa, burdayam, hüquqi prosedurları başladın, ən ağır cəzaya razıyam. Hər şeyə hazıram.

    Muxalifet4 - 19-12-2019

  9. Yaqub Eyyubovun qardaşı nəvəsi də HƏBS OLUNDU - Şok iddia

    Ağstafada hüquq-mühafizə orqanları tərəfindən saxlanılan məmurlardan biri yüksək rütbəli dövlət rəsmisinin yaxın qohumudur. Hefteaz.info-ya verilən məlumata görə, söhbət icra başçısı Nizaməddin Quliyevin humanitar məsələlər üzrə müavini Lalə Eyyubovadan gedir. O, Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir. Məlumatlara görə, L.Eyyubova bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirilib.

    Muxalifet4 - 19-12-2019

  10. ​“Nar”ın dəstəyilə keçirilən intellektual yarışda “Bilik” kuboku uğrunda mübarizə davam edir

    Ölkənin ən gənc mobil operatoru “Nar”ın dəstəyilə keçirilən “Breyn Rinq” intellektual yarışlarında “Bilik” kuboku uğrunda mübarizə davam edir. Yarışlarda respublikanın 15 bölgəsini və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Xatırladaq ki, birinci yarımilin və ilk kubokun sahibi “Nar” komandası olub.  Dekabrın 29-u İctimai Televiziyanın efirində yayımlanacaq “Breyn Rinq” yarışında “Bilik” kubokunun qalibi müəyyənləşəcək. Bundan sonra komandalar son oyunda Azərbaycan Çempionu adı uğrunda yarışacaqlar.

    Muxalifet4 - 19-12-2019

  11. İngiltərənin məşhur qəzeti Zamirə Hacıyevadan yazdı - "“Harrod”da sendviçlərə nə qədər pul xərcləyib?”

    İngiltərənin məşhur “The Guardian” qəzeti bu il də maraqlı suallardan ibarət ənənəvi “Christmas quiz” başlıqlı sorğunu aparıb. Sorğuda müxtəlif biznes sahələrində əldə olunan və itirilən gəlirlərlə bağlı məlumatlara dair 25 zarafatyana sual verilib. Burada diqqətçəkən suallardan biri isə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı, ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) adlı qanunla adını tarixə yazdıran Zamirə Hacıyeva ilə bağlı olub.

    Muxalifet4 - 19-12-2019

  12. Tutulan icra başçısının mülkləri: şadlıq sarayları, ticarət mərkəzi, karxana...

    Ötən gün saxlanılan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin mülkləri ilə bağlı məlumatlar ortaya çıxır. Goranboy rayon sakini “Abatv az” Youtube kanalında yayımlanan videoda icra başçısının mülklərindən danışıb. İcra başçısının fəaliyyətindən narazılıq edən şikayətçi qadın bildirib ki, Goranboy şəhərinin mərkəzində yerləşən ticarət mərkəzi, uşaq bağçası, “Gülüstan” şadlıq sarayı, heyvan kəsim məntəqəsi, köhnə şahmat məktəbi, Tapqaraqoyunlu kəndində yerləşən “Dost qapısı” və “Lalə” şadlıq sarayı, Yuxarı Ağcakənd kəndində gips karxanası Nizaməddin Quliyevə məxsusdur.

    Muxalifet4 - 19-12-2019

  13. “Altında villalar, böyük maşınlar olan sahibkara dövlət niyə yardım verməlidir?” - İLHAM ƏLİYEV YANAN TİCARƏT MƏRKƏZLƏRİNDƏN DANIŞDI

    Prezident İlham Əliyev bu gün pambıqçılıq mövsümümün yekunlarına dair keçirdiyi müşavirə zamanı təbii fəlakətlərdən, yanğınlardan zərər çəkənlərin dövlətdən yardım istəməsinə də toxunub. İlham Əliyev deyib: -Bu il zəlzələ olmuşdur. Üstündən cəmi 10 ay keçib, bütün əsas tikinti işləri artıq başa çatıb. Minlərlə ev tikildi, təmir və bərpa edildi. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsinlər, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar.

    Muxalifet4 - 19-12-2019

  14. PREZİDENT CƏZALANAN İCRA BAŞÇILARI HAQDA: “Onlar kasıblar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər...”

    Prezident İlham Əliyev bu gün pambıqçılıq mövsümünün yekunlarına dair keçirdiyi müşavirədəki nitqində Azərbaycanın necə güclü dövlətə çevrilməsi barədə danışıb. O cümlədən rayonlarda kasıblar üçün nəzərdə tutulan vəsaitləri mənimsəyən və cəzalandırılan icra başçılarından bəhs edib. Sitat: -Bu gün biz ölkəmizin hərtərəfli inkişafına nail olmuşuq və bütün reytinqlər bunu göstərir. Bu yaxınlarda Azərbaycan dünyanın güclü ölkələri sırasına daxil edilib. Bu siyahıda cəmi 80 ölkə var və bizim bədnam qonşumuzun adı orada yoxdur.

    Muxalifet4 - 19-12-2019

  15. DTX DAHA BİR ƏMƏLİYYAT KEÇİRDİ - Sabiq icra başçısı saxlanıldı

    Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.

    Muxalifet4 - 19-12-2019

  16. İCRA BAŞÇISI VƏ MÜAVİNLƏRİNİN HƏBS OLUNMA SƏBƏBİ AÇIQLANDI - DTX məlumat yaydı...

    Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb.

    Muxalifet4 - 19-12-2019

  17. İcra başçısı və müavini belə saxlanıldı - ƏMƏLİYYATIN ŞOK GÖRÜNTÜLƏRİ / Video

    Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb. Muxalifet.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.

    Muxalifet4 - 20-12-2019

  18. İMPİÇMENT ELAN OLUNAN TRAMPI NƏ GÖZLƏYİR... - Prezidenti xilas etmək mümkün olacaqmı?

    Donald Trump Amerika Birləşmiş Ştatları tarixində barəsində impiçment (yüksək vəzifəli şəxsi məsuliyyətə cəlbetməyin yolu) elan edilən üçüncü prezident oldu.

    Nümayəndələr Palatası onun impiçmenti üçün iki ittiham üzrə səs verib: hakimiyyətdən sui-istifadə və Konqresin işinə mane olmaq.

    İmza atma, vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə 230-197, ikinci ittiham - Konqresə mane olmağa görə isə 229-198 say nisbəti ilə səs verilib.

    Muxalifet4 - 20-12-2019

  19. Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

    Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 9 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

    Muxalifet3 - 20-12-2019

  20. Almaniyada radikal sağçıların Ermənistanla iş birliyi - İşğal altında olan torpaqlara qanunsuz səfərlər artıb

    Son illərdə Almaniyadan işğal altında olan torpaqlarımıza qanunsuz səfərlərin sayının artmasına töhfə verən əsas faktorlardan biri Ermənistanın bu ölkənin radikal sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilə fəal əməkdaşlıq etməsidir. Muxalifet.az Trend-ə istinadla bildirir ki, 2017-ci ildən etibarən Almaniyanın Baden-Vürttemberq, Türinqen, Meklenburq-Forpommern və Brandenburq federal torpaqlarının landtaqları, eləcə də Bundestaqın və Avropa Parlamentinin AfD-çi deputatlarının sırasından işğal altında olan torpaqlarımıza bir neçə qanunsuz səfər qeydə alınmışdır.

    Muxalifet3 - 20-12-2019

Pages