Axtarış

The search found 105849 results in 0.107 seconds.

Search results

  1. “Təsadüf adamların rəhbərlik sahəsinə gəlməsi ciddi problemlər yarada bilər” - RAMİZ MEHDİYEV

    "Futuroloqların proqnozlarına görə, 2025-ci ilə qədər sabit inkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda “common brain” (hərfi tərcüməsi “ümumi beyin”, “ümumi zəka” deməkdir) deyilən tamamilə yeni siyasi elita formalaşacaq. Bu, hər hansı radikallıqdan, dağıdıcı inqilabilikdən uzaq olan yüksək intellektli və praqmatik funksionerlərin ciddi strukturlaşdırılmış, iyerarxiya baxımdan nizamlanmış vahid komandası olacaq. Həmin komandaya yenə də birləşdirici siyasi lider İlham Əliyev başçılıq edəcək, o, idarəetmə sisteminin əsas rəhbəri funksiyasını yerinə yetirməkdə davam edəcək".

    Muxalifet4 - 20-12-2019

  2. Zelenski ölkəsinin ən nüfuzlu şəxsi seçildi

    Ukrayna prezidenti Vladimir Zelenski ölkənin ən nüfuzlu 100 sakini arasında liderlik qazanıb.

    Publika.az xəbər verir ki, yerli "Fokus" nəşrinin tərtib etdiyi reytinqin ilk sırasında Zelenski dayanır.

    Reytinqdə yüksək vəzifəli şəxslər, fraksiya rəhbərləri, ən varlı iş adamları və dövlət şirkətlərinin rəhbərləri də var. İştirakçıların 61%-i siyasətçi və məmurlardır.

    "Top-5"ə prezident ofisinin rəhbəri Andrey Boqdan, baş nazir Aleksey Qonçaruk və ölkənin ən varlı iş adamlarından olan İqor Kolomoyski də daxildir.

    Muxalifet4 - 20-12-2019

  3. Bir deputat yerinə 8 iddialı var - BU SAYIN DƏFƏLƏRLƏ ARTACAĞI GÖZLƏNİLİR

    "Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 802 namizəd müraciət edib". Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. M.Pənahov bildirib ki, namizədlərin 123 nəfəri 8 siyasi partiya tərəfindən irəli sürülüb. Dörd nəfər təşəbbüs qrupları tərəfindən, 675 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb. Fərdi qaydada namizədliklərini irəli sürənlərdən 291 nəfərinin 16 siyasi partiyaya mənsubiyyəti var.

    Muxalifet4 - 20-12-2019

  4. İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə - FOTO

    Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

    Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyev görüşdə iştirak edib.

    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

    Prezident Vladimir Putin görüşdə çıxış etdi.

    Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə birgə “1939-cu il II Dünya müharibəsinin başlanması” mövzusunda tarixi-sənədli sərgi ilə tanış oldu.

    Muxalifet4 - 20-12-2019

  5. Ermənilər Batumi limanını "Böyük Ermənistan" üçün alırlar- addım-addım reallaşdırırlar

    Dekabrın 18-də Ermənistanın "Jamanak" qəzeti yazmışdı ki, Ermənistan Batumi limanını almaqda maraqlıdır. Məlumata görə, liman Gürcüstan hakimiyyəti tərəfindən 600 milyon dollara satışa qoyulub. "Ermənistandakı bəzi dairələr, Ermənistandan malların fasiləsiz daşınmasını təmin edən Batumidə bir liman almaq üçün vəsait toplamağa çalışırlar" deyə nəşr yazır. Qəzet mənbələrinə görə, diaspor nümayəndələrinin iştirakı ilə səhmdar cəmiyyət yaratmaq ideyası müzakirə olunur.

    Muxalifet3 - 20-12-2019

  6. İcra başçısının fotosu ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

    Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü fotoya görə sosial şəbəkələrdə yaranmış müzakirə ilə bağlı rəsmi açıqlama verilib. Şəmkir rayon İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, həmin foto 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun ailəsinə baş çəkilən zaman çəkilib. “Həmin gün şəhidin məzarı ziyarət edilib, ailəsinə baş çəkilib, onların problemləri ilə maraqlanılıb. Görüşdə Şəmkir rayon icra hakimiyyətinin başçısı şəhid anası, Cəfərova Lyuda Feafovnanın əlindən öpüb.

    Muxalifet4 - 20-12-2019

  7. Qamsaxurdiyanın oğlunun yaralanması ilə bağlı beş nəfər saxlanıldı

    Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın yaralanması isə bağlı beş nəfər saxlanılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə bildirilib.

    Saxlanılan şəxslərin biri qəsdən adam öldürməyə cəhddə, digər dörd nəfəri isə ağır cinayət barədə məlumat verməməkdə ittiham olunur.

    Bir nəfəri 7 ildən 15 ilədək, cinayət haqqında məlumat verməyən şəxsləri isə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

    Muxalifet4 - 20-12-2019

  8. Ermənistan prezidenti Azərbaycanın işğal olunmuş ərazilərində - VİDEO

    Ermənistan prezidenti Armen Sarkisyan bu gün işğal altındakı Dağlıq Qarabağa gəlib. Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Armen Sarkisyan Xankəndidə Qarabağ separatçılarının lideri Bako Saakyanla təkbətək formatında görüş keçirib.

    Muxalifet4 - 20-12-2019

  9. Paşinyan Putini yaddan çıxardı - SANKT-PETERBURQDA KURYOZ OLAY, VİDEO

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə söz verməyi unudub və bununla da protokolu kobud şəkildə pozub. Bu gün Sank-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının keçirilən iclasında maraqlı hadisə baş verib. Bu müddət ərzində Ermənistan sədrliyini Belarusun AAİŞ-ya təhvil verilməli idi. Paşinyan AİŞ-nın bütün dövlət başçılarını salamlayıb, bundan sonra razılaşdırılmış sənədlərin imzalanması qaydasını açıqlayıb. İclasda Ermənistanın baş nazirinə sözün Vladimir Putinə verilməsi barədə xatırladıblar, lakin Rusiya prezidenti danışmaqdan imtina edib.

    Muxalifet4 - 20-12-2019

  10. İlin ən yaxşı futbolçusu məlum oldu

    Məşhur Britaniya nəşri “The Guardian” 2019-cu ilin 100 ən yaxşı futbolçusunun siyahısını tərtib edib. Yaşadığımız ilin ən yaxşısı “Barselona”nın hücumçusu Lionel Messi seçilib. İkinci yerdə “Liverpul”un müdafiəçisi Vircil van Deykdir. Üçüncü yerdə isə onun klub yoldaşı Sadio Mane qərarlaşıb. “Yuventus”un ulduzu Kriştianu Ronaldu isə bu siyahıda dördüncü yerdədir. Növbəti yerlərdə Muhammed Salah, Kilian Mbappe, Robert Levandovskiy, Rahim Sterlinq, Alison Beker və Frenki de Yonq qərarlaşıblar.

    Muxalifet4 - 20-12-2019

  11. Zurabişvili sabiq prezidentin bıçaqlanan oğluna baş çəkdi

    Gürcüstan prezidenti Salome Zurabişvili sabiq prezident Zviada Qamsaxurdiyanın ötən gün bıçaqlanan oğlu Tsotne Qamsaxurdiyanı xəstəxanada ziyarət edib.

    “Sputnik Gürcüstan” xəbər verir ki, Tsotnenin vəziyyəti ilə bağlı həkimlərdən məlumat öyrənən Zurabişvili onun anası Manana Arçvadze Qamsaxurdiya ilə də danışdığını deyib:

    Muxalifet4 - 20-12-2019

  12. Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, iclasda B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 16 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

    Muxalifet4 - 20-12-2019

  13. Azərbaycanda İsrailin döyüş təyyarələri yerləşdirilib? - Nazirlikdən AÇIQLAMA

    Azərbaycan Müdafiə Nazirliyi (MN) bəzi xarici KİV-də guya Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib. Muxalifet.az xəbər verir ki, nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür məlumatların heç bir əsası yoxdur. “Təəssüflər olsun ki, bu kimi məlumatlar vaxtaşırı məqsədyönlü surətdə informasiya məkanına sızdırılır və təxribat məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı bir xarici ölkəyə məxsus döyüş təyyarəsi və digər hərbi təyinatlı vasitələr Azərbaycan ərazisində yerləşdirilməyib.

    Muxalifet4 - 21-12-2019

  14. Türkiyədə 69 otaqlı terrorçu sığınacağı aşkarlandı - FOTO

    Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi “Kıran-8 sehi ormanları” adlı antiterror əməliyyatı nəticəsində PKK-ya sarsıdıcı zərbə vurulub.

    AzərTAc xəbər verir ki, iki gün əvvəl ölkənin Bitlis vilayətində başlanan əməliyyat nəticəsində dağlıq bölgədə 69 otaqlı 24 giriş və çıxışı olan terror sığınacağı aşkar olunub. 275 metr uzunluqda qayalıq sahəni əhatə edən sığınacaqda PKK-ya məxsus cəbhəxana aşkarlanıb.

    Muxalifet4 - 21-12-2019

  15. 2019-cu ildə xaricdə valideyn himayəsindən məhrum qalmış 29 azərbaycanlı uşaq var

    Bu il xaricdə valideyn himayəsindən məhrum qalan Azərbaycan vətəndaşı olan 29 uşaq qeydə alınıb.

    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu ilin yekunlarına dair hesabatında qeyd olunub.

    Muxalifet4 - 21-12-2019

  16. Venesuelada sahibkarların təyyarəsi düşdü, 9 nəfər öldü

    Venesuelada sərnişin təyyarəsi qəzaya uğrayıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Karakas hava limanının 8 kilometrliyində baş vermiş qəzada 9 nəfər ölüb. Onlar Bolivardan ölkənin cənubuna uçurmuşlar. Ölkə prokurorluğu ölənlərin yaxınlarına başsağlığı verib və qəzanın dəqiq səbəblərinin araşdırıldığını bildirib. Qeyd edək ki, təyyarədəkilər iş görüşünə gedən sahibkarlar olub.

    Muxalifet4 - 21-12-2019

  17. Rusiya və Ukrayna arasında mühüm anlaşma

    Rusiya və Ukrayna qaz tranzitinin davam etdirilməsi ilə bağlı protokol imzalayıblar.

    Rusiya KİV-l'ri xəbər verir ki, bu barədə jurnalistlərə “Qazprom”un nümayəndəsi bildirib.

    “Tərəflər Ukrayna ərazisi ilə qaz tranzitinin davam etdirilməsi və qarşılıqlı tələblərin nizamlanması haqda saziş protokolunu imzaladılar”, - deyə qeyd olunub.

    Şirkət rəsmisi digər detalları açıqlamayıb.

    Qeyd edək ki, Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti haqda cari müqavilənin müddəti dekabrın 31-də bitir.

    Muxalifet4 - 21-12-2019

  18. Avropa dövlətləri Azərbaycana tətbiq edilmiş silah embarqosunu qaldırırlar

    2018-2019-cu illərdə Avropanın 10-a yaxın dövləti Azərbaycana tətbiq edilən silah embarqosunu qaldırıb və ya yumuşaldıb.
    Bu barədə “AzeriDefence” hərbi sənaye kompleksindəki mənbələrdən məlumat əldə edib.
    Onların arasında əvvəlki illərdə Ermənistanla hərbi münaqişəni əsas gətirərək, Azərbaycana sərt embarqo tətbiq edən Qərbi və Şimali Avropa dövlətləri üstünlük təşkil edir.

    Muxalifet4 - 21-12-2019

  19. Gədəbəydə dövlətin puluna dünyanın ən bahalı zalını tikiblər – Kvadratı 4333 manata!!! / FOTO

    Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin, Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun törətdikləri qanunsuzluqların eynisi, hətta dəfələrlə ondan artığı Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarov tərəfindən törədilib. Muxalifet.az verir ki, buna baxmayaraq Ramiz Yediyarovla bağlı hələ ki, hər hansı bir tədbir görülməməkdədir. 2018-ci ilin yayında Baş Prokurorluq Ramiz Yediyarovun Gədəbəydəki fəaliyyətini yoxlamaq üçün kompleks yoxlama təşkil etdi.

    Muxalifet4 - 21-12-2019

  20. Dünənə qədər sakinlər günlərlə qapılarında gözləyərdi, artıq... - DAHA BİR İCRA BAŞÇISI ƏHALİ İLƏ GÖRÜŞƏ GƏLDİ

    Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Aşağı Quşçu kənd sakinləri ilə görüşüb. Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, görüşdə İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. İcra başçısı çıxışından sonra kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi yadda qalıbalr.

    Muxalifet4 - 21-12-2019

Pages