Axtarış

The search found 105849 results in 0.031 seconds.

Search results

  1. "Heç kim mənim işimə qarışmasın, adımdan danışmasın" - Həbsdə olan bloger məktub yazdı

    Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycana deportasiya olunmuş Elvin İsayevin guya hüquqlarının pozulması, o cümlədən, istintaq zamanı təzyiqlərlə üzləşəcəyi barədə paylaşımlar edilərək, onun hüquqlarının müdafiəsi məqsədi ilə sosial şəbəkələrdə qruplar yaradılması barədə çağırışlar yayılıb. Tutulmasının siyasiləşdirilməsinin əleyhinə olan Elvin İsayev baş verənlərlə əlaqədar vəkili Gülarə İlyasova vasitəsilə ictimaiyyət nümayəndələrinə müraciət ünvanlayıb.

    Muxalifet4 - 18-12-2019

  2. Əmlak xidmətləri, yoxsa əmlak hoqqabazlığı məkanı – ƏMLAK KOMİTƏSİ AİLƏLƏRİN HÜQUQLARINI POZUR

    Artıq İqtisadiyyat Nazirliyinin tərkibinə verilən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK ) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bir çox xidmətləri bu ilin ilk günlərindən yeni ünvanda - Xəlil Rza Ulutürk - 20 ünvanında fəaliyyət göstərən “Əmlak Xidmətləri Məkanı”na verilib. Xidmətin yeri dəyişilsə də, vətəndaşlardan qanunsuz ödənişlərin zorla alınması praktikası dəyişməz qalıb. Görəsən, bu xidmətlər “ASAN XİDMƏT”ə niyə verilmir? Hətta olmayan əmlaka görə ailə üzvlərinin adına arayış alınması xeyli çətinləşdirilib.

    Muxalifet4 - 18-12-2019

  3. 24 saat ərzində 12 min nəfər Türkiyəyə sığınıb - ƏSƏD DİNC SURİYALILARIN QAYITMASINA İMKAN VERMİR...

    Suriyada Bəşər Əsəd hökuməti ilə Rusiya hərbi qüvvələrinin İdlib Gərginliyi Azaltma Bölgəsinin sərhədləri daxilindəki məntəqələrə hücumları nəticəsində son 24 saat ərzində 12 min nəfər dinc vətəndaş Suriya-Türkiyə sərhəd xəttinə yaxın bölgələrə köç edib. Ümumilikdə noyabr ayından bəri həmin bölgədə 20 min ailənin, yəni 110 min nəfər dinc sakinin didərgin düşdüyü bildirilir. Yerli mənbələr əksəriyyəti qadınlar və uşaqlar olan yüzlərlə ailənin bayırda qaldığını, zeytun ağaclarının altında daldanacaq axtardıqlarını bildiriblər.

    Muxalifet4 - 18-12-2019

  4. "Azərbaycan və Ermənistan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır" - Rusiya XİN

    “Əsir və girovların dəyişdirilməsi həmişə olduğu kimi, indi də gündəmdədir”.

    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova dekabrın 18-də keçirdiyi brifinqdə deyib.

    Muxalifet4 - 18-12-2019

  5. KQB agentini Rusiya prezidenti edən GİZLİ GÜC - Putinin şok etirafları

    Valdimir Putinin KQB-dən Rusiya prezidentliyinə gəlməsində əsas rol oynayan şəxslərdən Valentin Yumaşev BBC kanalına müsahibə verib. “Otaqdakıların hamısı şokda idi... İnsanlar ağlamağa başlamışdılar... Lakin xəbərin kənara çıxmaması çox mühüm idi. Rəsmi açıqlamaya hələ 4 saat var idi. Heç kimin otaqdan çıxmasına imkan vermədilər. Qapını bayırdan kilidlədilər”. Rus liderlərin iqtidara gedən yolu əsrlər boyunca fərqli olub.

    Muxalifet4 - 18-12-2019

  6. Deputat Araz Əlizadə xəstəxanaya yerləşdirildi

    Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə xəstəxanaya yerləşdirilib.

    “Report” xəbər verir ki, deputatın böyrəklərində problem yaranıb.

    O, özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

    Muxalifet4 - 18-12-2019

  7. Donbasda seçki keçirilə bilər - Prezident imzaladı

    Ukrayna prezidenti Vladimir Zelenski "Donbasın xüsusi statusunun uzadılması haqqında" qanuna imza atıb.

    Publika.az xəbər verir ki, bundan əvvəl Ukrayna parlamenti qanunu növbəti ilin 31 dekabrına qədər uzatmışdı.

    "Donbasın xüsusi statusu haqqında" qanun 2014-cü ildə qəbul olunub. Lakin hələ ki, qüvvəyə minməyib.

    Qanun layihəsi Konstitusiya Məhkəməsinə təqdim edilib, lakin məhkəmə qərarı yoxdur.

    Muxalifet4 - 18-12-2019

  8. Fərəc Quliyev deputatlığa namizəd olmayacaq - PARTİYA SİYAHINI AÇIQLADI

    Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) 09 fevral 2020-ci il tarixində Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə partiya tərəfindən veriləcək namizədlərin ilkin siyahısının təsdiq edib. Partiyanın Mətbuat xidmətindən verilən məlumata görə, təsdiq olunan lkin siyahıda 29 dairə üzrə namizədlər dəqiqləşib. Bildirilib ki, partiyada digər dairələr üzrə namizədlərin müəyyən edilməsi ilə bağlı isə müzakirələr davam edir. Namizədliyi müəyyən olunlar isə artıq sənədlərini müvafiq Dairə Seçki Komissiyalarına təqdim edirlər.

    Muxalifet4 - 18-12-2019

  9. "MÜSTƏNTİQ DEDİ Kİ, HARA İSTƏYİRSƏN, ŞİKAYƏT ET" - Aprel döyüşlərinin qəhrəmanı həbs olunmasından danışdı

    “Niyə həbs olunduğumu bilmirəm. İşin gedişində bildim ki, bu, sifarişdir. Müstəntiqin işi birtərəfli aparması məni özümdən çıxardı. Məndən şikayətçi olan Abbasəliyev Azər adlı şəxsdir. Mən bilirdim ki, şikayət olunacaq”. Bunu Aprel müharibəsinin azadlığa buraxılmış qəhrəmanı polkovnik Qadir Vəlişov unikal.org-a verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Həmid Həmidli işi qərəzli aparıb: “İlk gündən ona bu işi doğru araşdırmasını, əks halda bu işin sonuna qədər gedəcəyimi söylədim. Müstəntiq isə “get nə istəyirsən elə də et” dedi”.

    Muxalifet4 - 18-12-2019

  10. Atası Zelenskiyə görə narahatdır - “Ona dəstək olun”

    Ukrayna Prezidenti Vladimir Zelenskinin atası Aleksandr Zelenski hər kəsi oğluna dəstək olmağa çağırıb. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, strana.ua saytına müsahibə verən ata Zelenski oğlunun ünvanına səsləndirilən tənqidləri qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, Prezident ölkəsinin şərəfini qoruyur və buna görə ona sadəcə dəstək olmaq lazımdır. A.Zelenski oğluna qarşı şiddətli tənqidlərə görə narahat olduğunu bildirib. O deyib ki, Zelenskinin seçkiqabağı verdiyi bütün vədlərin hamısını yerinə yetirməsini gözləmək hələ çox tezdir.

    Muxalifet4 - 18-12-2019

  11. ABŞ-da TARİXİ ANLAR - Yaxın saatlarda Trampla bağlı qərar veriləcək...

    ABŞ Konqresinin Nümayəndələr palatası prezident Trampın impiçmenti üçün səsvermə ilə başa çatacaq tarixi iclasını keçirir. Prezidentə qarşı iki ittiham təqdim olunub: o, Demokratlar Partiyasından siyasi rəqibi Joe Biden-in istintaqını aparmaq üçün Ukraynaya təzyiq cəhdində və impiçment təhqiqatında Konqresə maneçilik törətməkdə təqsirləndirilir. Müzakirələrdən sonra prezidentə qarşı irəli sürülən iki ittihamın hər biri üzrə ayrıca səs vermə keçirilməlidir. Donald Tramp ittihamları rədd edir.

    Muxalifet4 - 18-12-2019

  12. Gürcüstan səfirindən Keşikçidağ açıqlaması - "Status-kvo mərhələli şəkildə bərpa olunur”

    “Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı status-kvo mərhələli şəkildə bərpa olunur”.

    “Report” xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib.

    O, hazırda ruhanilərin kompleks ərazisində sərbəst şəkildə hərəkət etdiklərini deyib.

    Səfir qeyd edib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya fəaliyyətini davam etdirir: "Komissiyanın növbəti iclasının gələn ilin əvvəlində Tbilisidə keçirilməsi nəzərdə tutulur. Toplantıda vacib nəticələrin əldə olunacağına ümid edirəm".

    Muxalifet4 - 18-12-2019

  13. Naxçıvan sakinini keçmiş sinif yoldaşı döyərək qarət etdi

    Bakıda gənc oğlan qarət edilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib. Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 2000-ci il təvəllüdlü Məmmədov Yasin Hüseyn oğlu Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən Tural marketin qarşısında Yasin adlı keçmiş sinif yoldaşı ilə rastlaşıb. Yanında qız olan sinif yoldaşı Yasindən dəyəri 850 manat olan mobil telefonunu danışmaq adı ilə alsa da sonradan o Yasini döyərək mobil telefonu da götürüb hadisə yerindən qaçıb.

    Muxalifet4 - 18-12-2019

  14. İcra Hakimiyyətlərinin bu səlahiyyətləri ləğv edildi

    Bakı şəhər rayonlarının İcra hakimiyyətlərinin mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binaları, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılıq, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi,

    Muxalifet4 - 18-12-2019

  15. Balakəndə ata Rusiyadan qayıdan oğlunu güllələdi - Daha üç nəfər yaralandı

    Balakəndə ata oğlunu güllələyib. Hadisə rayonun Yeni Şərif kəndində qeydə alınıb. Kənd sakini 53 yaşlı Məhəmməd Bağmanov ailə münaqişəsi nəticəsində oğlu, 32 yaşlı Əhməd Bağmanovu güllələyib. Tüfəngdən açılan atəş nəticəsində ətrafa yayılan qırmalar daha 3 nəfəri yaralayıb. Onlardan biri azyaşlıdır. Məlumata görə, 32 yaşlı Əhməd Bağmanov bir neçə gün öncə Rusiya Federasiyasından qayıdıb. Hadisənin ata ilə oğlunun aralarında yaranmış mübahisə nəticəsində baş verdiyi bildirilir. Yaralılar dərhal Balakən rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onlar həkimlər tərəfindən müayinə olunur.

    Muxalifet4 - 18-12-2019

  16. 9 dəfə yaralanan "Aprel döyüşləri" qazisinin toyudur - VİDEO

    Yevlax rayonunda Qarabağ qazisinin möhtəşəm toyu olub. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Aprel döyüşlərinin iştirakçısı olan Rəcəb İbrahimov Tamella adlı xanımla ailə həyatı qurub. Düşmən təxribatının qarşısını alarkən doqquz dəfə yaralanan R.İbrahimovun toyu vətənpərvər şəkildə qeyd edilib. R.İbrahimova Yevlax Rayon İcra Hakimiyyətinin və döyüş yoldaşlarının hədiyyələri təqdim edilib. Eləcə də, Aprel döyüşlərində göstərdiyi şücaətə görə hərbi hissənin Fəxri Fərmanı verilib.

    Muxalifet4 - 18-12-2019

  17. “Bura səfər edənlərin üzərləri tozsoranla təmizlənir” - Antarktidaya səfər edən azərbaycanlı / VİDEO

    Dünyanın ən soyuq materikinə gedərək bəzən təhlükəli, bəzən də maraqlı hadisələrlə qarşılaşıb... Muxalifet. xəbər verir ki, Rövşən Abdullaoğlu Antarktidaya səfərdən bir neçə gün əvvəl qayıdıb. O, səfər zamanı materikdə gördüyü maraqlı hadisələri ''Xəzər Xəbər''ə danışıb. Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

    Muxalifet4 - 18-12-2019

  18. Nazirlik dəhşətli qəza ilə bağlı məlumat yaydı - YENİLƏNİB

    Yevlax şəhərinin Qoyunbinəsi kəndində baş verən qəzada ölənlərdən daha birinin kimliyi bilinib.  

    Muxalifet4 - 18-12-2019

  19. ​MƏMMƏDYAROVUN AMERİKADA MİLYONLUQ MƏNZİLİ ÜZƏ ÇIXDI - Oğlu Riyad Nyu-Yorkdakı həmin göydələndə yaşayır... / SƏNƏDLƏR+ FOTOLAR

    Xarici işlər naziri Elman Məmməyarovun 31 yaşlı oğlu Emin Məmmədyarovun ABŞ-da bahalı mənzil aldığı üzə çıxıb. Muxalifet.az xəbər verir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində yazıb: "Xarici işlər naziri Elman Məmməyarovun 31 yaşlı oğlu Emin Məmmədyarov 2015-ci ilin iyulunda Nyu Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb. Bunun üçün o, mənzilə 2 050 000.00 dollar ödəyib.

    Muxalifet4 - 18-12-2019

  20. Saatlıda çoban güllələnərək qətlə yetirildi

    Saatlı rayonunda qətl hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndindəki fermaların birində qeydə alınıb. Rayonun Şirinbəy kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Sakit Əjdər oğlu qarın boşluğundan güllələnib. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Qətlin təfərrüatı hələlik məlum deyil. İlkin məlumata görə, S.Əliyev fermada çoban işləyirmiş. Faktla bağlı araşdırma aparılır.\report

    Muxalifet4 - 18-12-2019

Pages