Axtarış

The search found 105849 results in 0.063 seconds.

Search results

  1. "Bizdə cəmiyyət öz işini bilənə işini tapşırmadığına görə yıxılır" - MAHMUDOV

    Muxalifet.az tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudovun bizimyol.info-ya müsahibəsini təqdim edir: - Rəşid müəlllim, parlament seçkiləri olacaq. Hər zaman açıq sözlü insan olmusunuz, xalqın ürəyindən keçənləri deməklə ürəklərdən tikan çıxarmısınız. Sizi deputat görmək istəyənlər var... - Siz nə danışırsınız. Mən 82 yaşıma girmişəm. Heç cavan da olsam istəməzdim. Heç vaxt vəzifədə gözüm olmayıb. Deputat ilk növbədə hüquqşünas olmalıdır. Mən deputat olmasam da öz sözümü deyirəm. Gərək orda oturub deyim? - Amma parlamentdə deputatların çoxusu susur.

    Muxalifet4 - 17-12-2019

  2. İcra başçısı keşmiş köməkçisinə yüksək vəzifə verdi

    Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov özünə yeni köməkçi təyin edib. "Report"un məlumatına görə, E.Həsənov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Süleymanzadə Habil Kamal oğlu Yasamal RİH-nin başçısının köməkçisi təyin olunub. Qeyd edək ki, H.Süleymanzadə bundan əvvəl E.Həsənovun deputat olduğu dövrdə onun köməkçisi vəzifəsində çalışıb. Xatırladaq ki, E.Həsənov Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Muxalifet4 - 17-12-2019

  3. Gömrük Komitəsindəki ölüm faktı ilə bağlı RƏSMİ AÇIQLAMA

    Dövlət Gömrük Komitəsi bu gün Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin ərazisində baş vermiş ölüm faktı ilə bağlı açıqlama yayıb. Komitədən verilən açıqlamada bildirilib ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində Azərbaycan Respublikası vətəndaşı, 1962-ci il təvəllüdlü Sadiqov Elşən Bala Baba oğlunun səhhəti pisləşib və dünyasını dəyişib. Belə ki, gömrük rəsmiləşdirilməsindən öncə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ərazidəki laboratoriyasının qarşısında nəqliyyat vasitəsinin içərisində Elşən Sadiqovun halı qəflətən pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

    Muxalifet4 - 17-12-2019

  4. İcra hakimiyyətindən 75 yaşlı şəhid anasına — "O qadın gəlsin görək, nə istəyir"

    Blogger Tural Yusifli Qazax rayon Quşçu Ayrım kəndində lentə aldığı və evinin təmirə ehtiyacı olduğunu deyən şəhid anası, 75 yaşlı Əsmər Cəfərovanın videosunu sosial şəbəkədə paylaşıb. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova sözügedən video ilə bağlı Unikal.org-a açıqlama verib. Başçının müavini qeyd edib ki, şəhid anasına kömək etməyimiz üçün o, mütləq icra hakimiyyətinə gəlməlidir: "Belə konkret məsələ ilə bağlı heç nə deyə bilmərəm. İcra hakimiyyətinin şəhid ailələri ilə bağlı problemi yoxdur.

    Muxalifet4 - 17-12-2019

  5. Fuad Abbasov deputatlığa namizədliyini irəli sürdü

    Tanınmış jurnalist Fuad Abbasovun Xəzər TV-nin Xəbərlər departamentində işə başladığı haqda informasiya yayılıb.

    İddia olunur ki, jurnalist yaxın günlərdə siyasi mövzulu proqramda aparıcılıq edəcək. Eyni zamanda, onun “Xəzər” TV-nin Xəbərlər Depertamentinə baş redaktor vəzifəsinə təyin olunacağının gözlənildiyi də bildirilir.

    Muxalifet4 - 17-12-2019

  6. Röya sərhəddə yaşayan qazaxlı nənənin evini təmir etdirəcək

    Bloqer Tural Yusiflinin Qazax rayonun Quşçu Ayrım kəndində lentə aldığı və evinin təmirə ehtiyacı olduğunu deyən 75 yaşlı Əsmər Cəfərovanın evinin təmir xərclərini Xalq artisti Röya öz üzərinə götürüb. Muxalifet.az xəbər verir ki, bu barədə yeniavaz.com-a elə Tural Yusiflinin özü məlumat verib: “Az öncə məlumat aldım ki, Xalq artisti Röya Qazaxda Əsmər nənənin yanındadır və evin təmiri üçün bütün xərcləri öz üzərinə götürüb”.

    Muxalifet4 - 17-12-2019

  7. Rusiyanın "Suriya uğursuzluğu" və ABŞ-ın "Sezar" qanunu - TƏHLİL

    Rusiyanın əsas səhvi bundadır ki, özünü böyük bir hərbi potensial mirasa sahiblənmiş fövqəldövlət hesab edir, lakin beşinci avtoritar "mafiya" əlinə düşüb. Bu çaşqınlıq Vladimir Putinin hakimiyyətə gəlməsi ilə daha da gücləndi və Rusiyanı Amerika və Avropa ilə qarşıdurmaya getməyə məcbur etdi ki, bu da Rusiya əleyhinə sanksiyaların tətbiq olunmasına, ölkədəki iqtisadi vəziyyətin və Rusiya vətəndaşlarının həyat səviyyəsinin pisləşməsinə səbəb oldu. Sanksiyalara cavab olaraq Rusiya Avropadakı sağçı populist qüvvələrə dəstək verdi.

    Muxalifet3 - 17-12-2019

  8. Vəkil Şəhla Hümbətovaya CİNAYƏT İŞİ AÇILA BİLƏR - O, "Gəncə işi"nə görə cəzalandırıldığını deyir

    Daha çox ictimai fəallara vəkillik etməklə tanınan Şəhla Hümbətova deyir ki, onun barəsində cinayət işi açmaq istəyirlər. O bildirib ki, Vəkillər Kollegiyası Rəyasət Heyəti Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib ki, onun barəsində araşdırma aparılsın. Şəhla Hümbətova bunu "siyasi motivlə təqib edilən şəxsləri müdafiə edən vəkillərə qarşı aparılan təqib" adlandırır. Vəkillər Kollegiyasından BBC News Azərbaycancaya vəkillə bağlı dövlət qurumuna müraciət edilməsini təsdiqləyiblər. Lakin onlar vəkilin iddialarını qəbul etmirlər.

    Muxalifet4 - 17-12-2019

  9. "Ərdoğan Osmanlı imperiyasının yenidən qurulmasına çalışır" - SENSASİON PLAN

    Türkiyə Prezidenti Tayyib Rəcəb Ərdoğan Osmanlı imperiyasının yenidən qurulması üçün gizli siyasət yürüdür. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Fransada nəşr olunan “Le Figaro” qəzetində dərc olunan məqalədə bildirilib. Məqalədə vurğulanıb ki, 2003-cü ildən bəri Ərdoğan tərəfindən idarə olunan Türkiyə 1974-cü ildə Kiprin nəzarətə keçirdiyi ərazilərini həmişəlik əlində saxlamaq istəyir: “Adanın səthinin 38% -i heç bir dövlət tərəfindən tanınmayan Şimali Kipr Türk Respublikasına çevrilib.

    Muxalifet4 - 17-12-2019

  10. Baş nazir şüşə divara çırpıldı - VİDEO

    Tiflisdə bu gün keçirilən Gürcüstanın xarici ölkələrdəki səfirlərinin illik konfransında kuryoz hadisə yaşanıb. "Report" xəbər verir ki, tədbirdə iştirak edən Gürcüstanın Baş naziri Giorgi Qaxaria toplantı zalını tərk etmək istəyib. Bu zaman o, şüşədən olan divarı sezməyərək ona başı ilə yüngül çırpılıb. Jurnalistlərin bu hadisəni müşahidə etməsini görən hökumət başçısı gülümsəyib.

    Muxalifet4 - 17-12-2019

  11. Bakıda “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazası açıldı - FOTO

    Dekabrın 17-də Bakıda “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılışı olub. Ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski açılış mərasimində iştirak edib. Ukrayna Prezidenti yeni açılan mağazada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, “Ukrayna Məhsulları” ticarət şəbəkəsi artıq iki ildən çoxdur ölkəmizdə fəaliyyət göstərir və Bakıda doqquz mağazası var. Ticarət şəbəkəsinin mağazalarında Ukraynadan gətirilən geniş çeşiddə ərzaq və içki məhsulları satılır.

    Muxalifet4 - 17-12-2019

  12. 19 yaşlıq qız intihar etdi - SUMQAYITDA

    Sumqayıt şəhərinin Corat qəsəbəsində ölüm hadisəsi qeydə alınıb. 

    APA-nın yerli bürosunun məlumatına görə, qəsəbə sakini 2000-ci il təvəllüdlü İmambaxışova Xanım Qurban qızı sirkə turşusu içib. 

    Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 17-12-2019

  13. “Bığ qoymaqla imiclərini düzəldə bilməzlər”- HAFİZ HACIYEV

    Növbədənkənar parlament seçkilərində Müasir Müsavat Partiyasının və partiyanın sədri Hafiz Hacıyevin iştirak edib-etməyəcəyi bu həftənin şənbə günü bəlli olacaq. Bu barədə Hafiz Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirib. O qeyd etdi ki, Müasir Müsavat Partiyası yalnız seçki kampaniyası dövründə seçki hazırlıqları görən partiyalardan deyil, seçkilərə daim hazırlaşır: “Partiya hər an seçkiyə hazır olmalıdır. Ona görə də seçkilərlə bağlı bizim çətinliyimiz yoxdur. Seçkiyə hazırıq. Kifayət qədər namizədlərimiz də var.

    Muxalifet4 - 17-12-2019

  14. DAHA BİR ÖLKƏDƏN ŞOK QƏRAR - FETO-ya məxsus məktəblər dövlətin nəzrətinə keçdi

    Zambiyanın paytaxtı Lusakada tikilən FETO-çulara məxsus “Və Horizontal” adlandırılan  məktəblər dövlət nəzdinə keçib. 

    APA-nın Türkiyə bürosunun yerli mediaya istinadla verdiyi xəbərə görə, bu barədə Zambiyanın Torpaq və Təbii Mənbələr Nazirliyi açıqlama yayıb. 

    Açıqlamada bildirilib ki, “Və Horizontal” məktəblər şəbəkəsinə daxil olan uşaq bağçası, ibtidai və orta məktəb binaları da daxil olmaqla, 3 obyekt dövlətin nəzarətinə keçib. 

    Muxalifet4 - 17-12-2019

  15. BŞİH-nin şöbə müdiri idarə rəisi təyin edilib

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞIH) başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ayaz İmaməliyev vəzifəsindən azad edilib. APA-nın məlumatına görə, A. İmaməliyev BŞİH tabeliyində olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin rəisi təyin edilib.

    Muxalifet4 - 17-12-2019

  16. Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb- FOTO

    Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 17-də başa çatıb. "Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

    Muxalifet4 - 17-12-2019

  17. Afətin eks "həci"si jurnalistdən 50 min manat təzminat tələb edir

    Afət Fərmanqızının eks sevgilisi kimi tanıdığımız Rafət Əzizağaoğlu məhkəməyə verdiyi telejurnalist Sara Səfurədən 50 min manat təzminat tələb edir. Muxalifet.az xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Natəvan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda tərəflər qatılmayıb. iddiaçı və cavabdehi vəkilləri təmsil edib. Rafət Əzizağaoğlunun vəkili hüquqlarını müdafiə etdiyi şəxsin Şərəf və ləyaqətinin alçaldığını bildirib və cavabdehin 50 min manat təzminat ödəməsini, eləcə də ictimai şəkildə üzr istəməsini tələb edib. Növbəti məhkəmə iclası 24 dekabr tarixinə təyin edilib.

    Muxalifet4 - 17-12-2019

  18. “Ölkəmizdə vergi və gömrük sahələri problemli idi” - PREZİDENT

    "Son dövrlərdə vergi və gömrük orqanlarında aparılan islahatlar bu sahələrdə öz nəticəsini verməkdədir. Ölkəmizdə bu sahələr çox problemli sahələr idi. Amma son bir neçə il ərzində çox ciddi islahatlar aparıldı və artıq bu sahələr şəffaflaşdı və biznes dərhal müsbət reaksiya verdi".

    Bu sözləri Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan - Ukrayna biznes forumunda çıxışı zamanı bildirib. Çıxışın davamında Prezident bir sıra vacib məqamlara toxunub:

    Muxalifet4 - 17-12-2019

  19. Moskvanın mərkəzindəki "Yaqubov qalası" söküləcək - AZƏRBAYCAN ƏSİLLİ SİRLİ MİLYONERİN SARAYI QANUNSUZ İMİŞ...

    Moskva hakimiyyəti Fransız üslubunda tikilən sarayı Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) ərazisindən ləğv etmək niyyətindədir. “Laur Vadisi” sarayının bir nüsxəsi 2006-cı ildə VDNX-nin göllərindən birinin sahilində, "Balıqçılıq" və "Dovşan yetişdirmə" pavilyonları arasında tikilib. Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, Rusiya mətbuatının yazdığına görə, bu saray Azərbaycanın “Krasnaya Sloboda” kəndindən olan sirli milyonçu Yaqub Yaqubova məxsusdur. Məlumata görə, sarayın yerləşdiyi torpaq sahəsi federal mülkiyyətdədir.

    Muxalifet4 - 17-12-2019

  20. Прошло 13 лет после приведения приговора в исполнение: первый судья на процессе по делу Саддама Хусейна был против казни

    Иракский судья Ризгар Мухаммед Амин (Rizgar Muhammed Amin), первый судья на процессе по делу покойного президента Ирака Саддама Хусейна, заявил, что он не был сторонником смертного приговора, вынесенного иракскому лидеру. Объясняя свою позицию в эксклюзивном интервью телеканалу «Курдистан 24», Амин заявил: «Я и тогда не поддерживал вынесение смертного приговора Саддаму Хусейну, потому что я против смертной казни в принципе». Однако иракский судья отказался дать личную оценку казни Саддама Хусейна: было это справедливо по отношению к нему или нет.

    Muxalifet4 - 17-12-2019

Pages