Axtarış
The search found 105849 results in 0.168 seconds.
Search results
Ərdoğan “AVRO-2020”nin final mərhələsini Bakıda izləyəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avro-2020”də Türkiyənin keçirəcəyi iki görüşü Bakıda izləyəcək. Muxalifet.az xəbər verir ki, bunu R.T.Ərdoğan Türkiyənin bir neçə televiziya və radiosuna verdiyi müsahibəsində deyib. R.T.Ərdoğan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev onu Bakıya dəvət edib. “İlham Əliyev qardaşımla görüşdük, o da məni gözləyir. İnşallah, oraya gedər və qrupdan uğurla çıxarıq”, - deyə Türkiyə Prezidenti əlavə edib. Muxalifet.az
Muxalifet3 - 16-12-2019
LƏLƏTƏPƏYƏ BAYRAQ SANCAN POLKOVNİK AZAD EDİLDİ - Beyləqanda həbs olunmuşdu
“Beyləqan rayonunda həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov prokurorluğun vəsatəti əsasında azadlığa buraxılıb!”
Muxalifet.az xəbər verir ki, bu barədə Qarabaz Qaziləri İctimai Birliyinin nümayəndəsi Rey Kərimoğlu bildirib.
O, Qadir Vəlişov haqqında açılan cinayət işinin şər-böhtan olduğunun aşkara çıxacağına ümid etdiyini bildirib.
Muxalifet4 - 16-12-2019
Bakıda icra hakimiyyətinin şöbə müdiri intihar edib
Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri intihar edib. Bu barədə "Report"a Nərimanov RİH-dən məlumat verilib. Bildirilib ki, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq öldürüb. Hazırda faktla bağlı araşdırma aparılır. E.Əlizadə 2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Qeyd edək ki, məlumatı ilk olaraq "unikal.org" saytı yayıb.
Muxalifet4 - 16-12-2019
Türkiyə yeni kamikadze dronlarla silahlanacaq – VİDEO
Türkiyə Silahlı Qüvvələri yüzlərlə yeni nəsil kamikadze dronlarla silahlanacaq.
“Anadolu” xəbər verir ki, Türkiyə hərbi sənaye idarəsi və STM müdafiə şirkəti PUA-ların tədarükü haqqında razılaşma əldə ediblər.
Razılaşmaya əsasən, Silahlı Qüvvələr üçün 356 “Kargu-2” dronu hazırlanacaq.
Dronlar mükəmməlləşdirilmiş infrasəsli nəzarət sistemi ilə təhçiz olunub və daha uzaq məsafəyə uça bilir. /oxu.az/
Muxalifet4 - 16-12-2019
Pensiyaçıların DİQQƏTİNƏ - Fırıldaqçılar yeni üsula əl atıblar / VİDEO
Fırıldaqçılar yeni üsula əl atıblar. Vətəndaşlara zəng edərək "Pensiyanız artıb. Artan məbləği balansınıza yükləmək üçün şəxsiyyət vəsiqəsi və kart məlumatlarınızı bizə göndərin" deyiblər.
Muxalifet.az Xəzər TV-yə istinadla xəbər verir ki, belə bir hadisə paytaxt sakini Validə Əşrəfovanın başına gəlib.
Fırıldaqçılar yaşlı qadının pensiya kartından pul çəkmək isyətiyiblər. Yaşlı qadının qızının ayıqlığı bu cəhdin qarşısını alıb.
Muxalifet4 - 16-12-2019
Ankara Suriyanın şimalından sonra yeni xarici hərbi əməliyyatın təməlini atır - İSTANBULDA QAPALI GÖRÜŞ
Bazar günü prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Liviyanın baş naziri Fəyyaz əl-Sərracla danışıqlar aparıb. Bu, Türkiyə liderinin Tripolinin tələbi ilə Liviyaya qoşun göndərməyə hazır olduğunu söylədikdən bir neçə gün sonra baş verib. “Reuters” agentliyinin verdiyi məlumata görə, Ankaranın son hərəkətləri Aralıq dənizi bölgəsində gərginliyi daha da artırır və 2014-cü ildən bəri rəqib siyasi fraksiyaların münaqişədə olduğu Liviyanın şərqində qərarlaşmış Xəlifə Həftərın rəhbərlik etdiyi qüvvələrlə qarşıdurma riskini artırır.
Muxalifet4 - 16-12-2019
Aralıq dənizində toqquşma riski: İsrail qırıcısı Türkiyə gəmisinə “Delilah” raketi ilə "hücum edir" - FOTO
İsraillə Türkiyə arasında Aralıq dənizinin şərqində, Kipr sahillərində neft-qaz kəşfiyyatına görə ciddi hərbi gərginlik yaranıb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, ötən gün Türkiyə hərbi donanmasının regionda manevrlər edən gəmiləri İsrailin neft-qaz kəşfiyyatı gəmisini sıxışdıraraq bölgədən uzaqlaşdırıb. Bunun ardınca İsrail Hərbi Hava Qüvvələrinin F-16I qırıcıları Türkiyənin “Yavuz” neft-qaz kəşfiyyatı gəmisi üzərində alçaqdan uçuşlar həyata keçirib. Qırıcının radiolokasiya sistemlərinə qarşı nəzərdə tutulmuş “Delilah” raketləri ilə silahlandığı xəbər verilir.
Muxalifet4 - 16-12-2019
Türkiyə İsrailə onun ərazisindən keçən qaz kəməri çəkməyi təklif etdi
Türkiyə tədricən ərazisi ilə "mavi yanacaq" ın Avropaya göndərildiyi ən böyük "boru kəmərləri" nə çevrilir. Buna görə də, Ankaranın köhnə şikayətlərə baxmayaraq, Təl-Əvivə İsrailin Avropaya təbii qaz verə biləcəyi bir qaz kəmərinin çəkilişi ilə bağlı danışıqlara başlamasını təklif etməsi təəccüblü deyil.
Muxalifet.az bu barədə "inosmi.ru"-ya istinadla xəbər verir.Muxalifet3 - 16-12-2019
NATO “BEYİN ÖLÜMÜ” İLƏ “QOCALIQ KƏMAĞILLIĞI” ARASINDA – “Tramp - blef üzrə kraldır, amma...”
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp NATO-nun qocaldığını düşündüyü bir vaxtda, fransalı lider Emmanuel Makron alyansın «beyninin öldüyü»ndən danışır. «Ehtimal ki, gerçək haradasa bunların arasındadır» - deyə, «Hürriyyet Daili Nyüs» üçün yazdığı məqalədə Sloveniya XİN-nin kes-əməkdaşı Borut Qrjiç qeyd edir. Analitikin fikrincə, aktual təhdidləri dəf etmək üçün alyansın dəyişmək vaxtıdır. Əgər NATO daxilində bundan sonra da geopolitika ilə yox, liderlər arasında dava-dalaşla məşğul olsalar, bu, mümkün olmayacaq.
Muxalifet4 - 16-12-2019
Cocuq Mərcanlıya ilk marşrut xətti açılır
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) apardığı monitorinqlərin nəticəsi olaraq sərnişinlərin istifadəsinə yeni xətlər təqdim ediləcək. Belə ki, dekabrın 17-dən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək. DANX-dan verilən xəbərə görə, Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yola düşməsi dekabrın 17-si saat 10:30-da başlayacaq.
Muxalifet3 - 16-12-2019
“İcbari tibbi sığorta tətbiq edilənədək sənədsiz evlər məsələsi həll olunmalıdır” - VAHİD ƏHMƏDOV
2020-ci ildən respublika üzrə 4 mərhələdə tətbiqi nəzərdə tutulan icbari tibbi sığortanın həyata keçirilməsilə bağlı vacib məqamlardan biri də vətəndaşların yaşadığı yer üzrə qeydiyyatının aparılmasıdır. Azərbaycanda isə uzun illərdir sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi həll edilmədən qalır. Min bir əziyyətlə başa gələn evlərin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın əlçatmaz arzusuna çevirilib. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, konkret nəticə hasil olmayıb.
Muxalifet4 - 16-12-2019
"Eurohome”da malları yanan sahibkarlar YENİDƏN TOPLAŞDI - Səslərinin prezidentə çatmasını istəyirlər...
"Eurohome” bazarında zərər çəkən sahibkarlar kömək üçün növbəti dəfə bazarın qarşısında toplaşıblar.
Muxalifet4 - 16-12-2019
BƏŞƏR ƏSƏD AMERİKANI İFŞA ETDİ - “Suriyada yüzlərlə yox, minlərlə hərbçisi var”
Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsəd Çinin “Feniks” (Phoenix) telekanalına müsahibəsində Suriyada yüzlərlə yox, minlərlə Amerika hərbçisinin olduğunu söyləyib. Bəşər Əsəd söyləyib ki, amerikalı siyasətçilər qəsdən əsl rəqəmi gizlədib kiçildərək, pasifistləri (müharibə əleyhdarlarını) əsəbiləşdirməmək üçün Suriyada yüzlərlə ABŞ hərbçisinin olduğunu deyirlər, müharibəpərəst lobbinin "xətrini xoş eləmək” lazım gələndə isə bir neçə min nəfər hərbçidən danışırlar. Bəşər Əsəd deyib: “Amerika rejimi əhəmiyyətli dərəcədə “Bləkvotə” (Blackwater) tipli özəl hərbi şirkətlərə arxalanır.
Muxalifet4 - 16-12-2019
"Putinin aşpazı" haqda ŞOK İDDİALAR - Seçkidə müxalifətə qarşı təxribatları o, təşkil edib...
"Novaya qazeta" bu ilin yayında Moskva şəhər dumasına seçkilər zamanı müxalifətə qarşı kampaniyanın arxasında kimin durması ilə bağlı araşdırmanı dərc edib. Məlumat kampaniya iştirakçılarının işçi sənədlərinə, eyni zamanda icraçılardan birinin şərhlərinə istinadla hazırlanıb. Jurnalistlər sonda bələ nəticəyə gəliblər ki, davamlı təxribatların arxasında KİV-in Putinin yaxın dostu və "aşpazı" adlandırdığı Yevgeni Priqojin durur.
Muxalifet4 - 16-12-2019
ANKARA İLƏ VAŞİNQTON ARASINDA QALMAQAL - Türkiyə ABŞ-ı hindulara qarşı törətdiyi soyqırımı tanımaqla hədələdi
"A Haber" telekanalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci ildə "erməni soyqırımı"nın tanınmasına cavab olaraq, Amerikanı müstəmləkəsinə alan zamanı hindlilərin soyqırımına dair qətnaməni təsdiqləməklə hədələyib. Muxalifet.az bu barədə "inosmi.ru"-ya istinadla bildirir. Ərdoğan Amerika millət vəkillərini, Ankaranın ictimaiyyətə açdığı 1915-ci il hadisələri ilə Osmanlı dövrünün bir milyon sənədini araşdırmağa çağırıb. “Parlamentimizin eyni qərarlarına da qarşı çıxmalıyıq və bunu edəcəyik. Amerikadan danışarkən hindular haqqında susmaq mümkündürmü?", - deyə Ərdoğan bildirib.
Muxalifet3 - 16-12-2019
Xaricdə təhsil almağa gedən tələbələr necə aldadılır... - EKSPERTDƏN AÇIQLAMA
“Təəssüflər olsun ki, son illərdə ölkəmizdə xarici ölkələrdə təhsil almağa gedənlərin bir qrup şəxs tərəfindən aldadıldığını müşahidə edirik. Xarici ölkələrə qəbul adı altında fəaliyyət göstərən bu cinayətkar dəstə müxtəlif bəhanələrlə insanları aldadırlar. Bu müxtəlif formalarda həyata keçirilir”.
Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. O hər gün onların biri barədə məlumat verəcəyini deyib:
Muxalifet4 - 16-12-2019
Ermənilər niyə narahatdır - LAVROV PLANINDA QALİB TƏRƏF KİMDİR?
Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri Zohrab Mnatsakanyan ilə Elmar Məmmədyarovun dekabrın 4-də Bratislavada görüşü 2019-cu il ərzində ardıcıl beşinci oldu və nazirlərin açıqlamalarının qeyri-müəyyənliyi səbəbindən ictimaiyyətin diqqətini cəlb etdi. İki ölkənin xarici işlər nazirləri açıqlamalarında ziddiyyətli şayiələrə səbəb olan Qarabağ münaqişəsinin həlli ilə bağlı bir-birinə əks fikirlər söylədilər. Muxalifet.az bu barədə "erkramas" saytına istinadla xəbər verir.
Muxalifet3 - 16-12-2019
Erməni general çağırış etdi - Nikol Bakının qarşısında acizdir
Ermənistanın Baş naziri Nikol Paşinyan bəzən absurd, bir-birini təkzib edən fikirlərlə çıxış edir. O, gah deyir ki, “Qarabağ Ermənistandır”, gah da deyir, “Qarabağ üçüncü tərəf kimi danışıqlarda iştirak etməlidir”. Onun ümumiyyətlə nə etmək istədiyini başa düşmək olmur. Muxalifet.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağda qanunsuz yaradılmış qondarma rejimin general-mayoru Vitali Balasanyan deyib. “Hazırda bütün proseslər Bakının ssenarisinə uyğun gerçəkləşir. Paşinyanın Azərbaycan hakimiyyəti qarşısında acizliyi artıq açıq-aydın görünür.
Muxalifet3 - 16-12-2019
26 yaşlı Azərbaycan vətəndaşı Rusiyada həlak oldu - FOTO
Bu gün Rusiyanın Saratov vilayətində Azərbaycan vətəndaşının həlak olması ilə nəticələnən yol qəzası baş verib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Saraov-Sızran avtomobil yolunun 236-cı kilometrliyində “Scania” markalı avtomobildaşıyan TIR-la Azərbaycan vətəndaşının idarə etdiyi “Chery” minik avtomobili toqquşub. Zərbədən Çin avtomobili xurd-xəşil olub. Sürücü, 26 yaşlı azərbaycanlı hadisə yerində həlak olub. Onun cəsədini çıxarmaq üçün xilasedicilər xüsusi alətlərdən istifadə ediblər.
Muxalifet4 - 16-12-2019
"Şeytanı doğru yola gətirmək lazımdır" - HACIBALA ABUTALIBOV İRANLI MOLLALARA TƏKLİF VERDİ
Sosial şəbəkələrdə Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun maraqlı videosu yayılıb. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Hacıbala Abutalıbov videoda bir neçə ərəblə söhbət edir.O, bildirir ki, şeytanı doğru yola gətirmək lazımdır: "Mən deyirəm ki, gəlin şeytanı qovmayaq. Şeytanı qovanda gedib, başqasının mələyinin yerində oturar. Gəlin, şeytanı mələyə çevirək və şeytanların sayını azaldaq. İldə 5 milyon adam Kəbəyə gedib, daşı atır ki, şeytanı qovuram. Mən onlara deyirəm ki, 5 milyon adam Kəbəyə gedirsiz. 5 dənə şeytanı mələyə çevirək, bəsdir.
Muxalifet4 - 16-12-2019