Axtarış

The search found 105849 results in 0.058 seconds.

Search results

  1. Bakıda "Uşaqlığın son gecəsi" filminin aktyorunun meyiti tapıldı - TƏFƏRRÜAT

    Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlu məşhur Azərbaycan filmi olan “Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olub.

    Muxalifet - 13-12-2019

  2. Parlamentdə yeni qanun - Təcazvüzə uğrayan qadınlarla bağlı

    Rusiya qadın təcavüzü və cinayətlərinin ən yüksək səviyyədə olduğu ölkələrdən biridir. Bu səbəbdən ölkədə cinsi istismara məruz qalan qadınlarla bağlı yeni qərar qəbul edilib.

    Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, parlament tərəfindən yaradılan komissiyanın hazırladığı qanun qəbul edilərək rəsmi olaraq qüvvəyə minib.

    Belə ki, cinsi təcavüzə uğrayan qadın ona hücum edən şəxsi yaralayar və ya öldürərsə cəza almayacaq.

    Muxalifet - 13-12-2019

  3. Rusiyanın təyyarədaşıyan gəmisində yanğın baş verib

    Murmanskda təmir edilən yeganə rus təyyarədaşıyan kreyseri olan "Admiral Kuznetsov" da güclü yanğın baş verib.
    Muxalifet.az-ın TASS xəbər agentliyinə istinadla verdiyi məlumata görə, yanğın zamanı altı nəfər yaralanıb, 1 nəfərin taleyi məlum deyil. Fövqəladə hallar xidmətindəki mənbələr yanğının 600 kvadrat metrə yayıldığını bildirib. Gəmidəki dizel yanacağı yanır.
    Birləşmiş Gəmiqayırma Korporasiyasının gəminin təmiri rəhbəri Aleksey Raxmanovun "İnterfaks"-a verdiyi məlumata görə, yanğın qaynaq zamanı baş verib.

    Muxalifet3 - 13-12-2019

  4. AST Telmanın qardaşı nəvəsi Bakıda HƏBS EDİLDİ - ŞOK SƏBƏB

    Azərbaycan əsilli biznesmen Telman İsmayılovun qardaşı nəvəsi Bakıda həbs edilib. O, dələduzluqda və oğurluqda ittiham edilir.
    Muxalifet.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

    Muxalifet - 13-12-2019

  5. Oqtay Gülalıyevin son durumu

    “Atam Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur”.
    Muxalifet.az bildirir ki, bunu İstanbuldakı “Amerika xəstəxanası”nda koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.

    Oğlunun sözlərinə görə, son 2 gündə O.Gülalıyevin hərarəti olmayıb və nəfəs alması yaxşılaşıb:

    “Həmçinin böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir. Tez bir zamanda daha yaxşı xəbərlər vermək diləyi ilə atama dəstək olan hər kəsə ailəmiz adından öz dərin təşəkkürümü bildirirəm!”.

    Muxalifet - 13-12-2019

  6. Yasəmən Qaraqoyunlu: Azərbaycan Milli Hərəkatı milli iradəyə söykənməlidir

    Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu Amerikanın Səsinə müsahibəsində 21 Azər Hərəkatının məğlubiyyətinin səbəbləri və tarixi dərslərindən danışıb. Muxalifet.az bu barədə "Amerikanın səsi"nə istinadla xəbər verir. 21 Azər Hərəkatı -1945-ci ilin noyabr ayından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda (İran Azərbaycanı) fəaliyyət göstərən muxtar sosialist hökumət olub. Azərbaycan Milli Hərəkatının paytaxtı Təbriz şəhəri olub.

    Muxalifet3 - 13-12-2019

  7. AFFA daha bir yığmanın baş məşqçisini istefaya göndərib

    AFFA İcraiyyə Komitəsi (İK) aşağı yaş qruplarındakı milli komandalarla bağlı qərar verib. Bu barədə "Report"a İK-nın üzvü Vafiq Sadıqov məlumat verib. O bildirib ki, U-17 komandasının baş məşqçisi Vüqar Məmmədlə yollar ayrılıb. Əvəzində U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviç və və U-19-a rəhbərlik edən Samir Əliyevin müqaviləsi uzadılıb. Qeyd edək ki, AFFA İK Azərbaycanın əsas millisinin baş məşqçisi Nikola Yurçeviçi də istefaya göndərib.

    Muxalifet - 13-12-2019

  8. Məşhur həkimi toyuq dönərinə görə məhkəməyə verdilər

    Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay məhkəməyə verilib. Muxalifet.az xəbər verir ki, Bütün Restoranlar və Turizmçilər Dərnəyi (TÜRES), kardioloqu “qiymətlərə təsir etmə” maddəsi ilə şikayət edib. Səbəb olaraq “əvvəldən toyuq dönərinə qarşıyam. Satılan yerlərin qarşısından keçəndə belə ürəyim bulanır” sözləri göstərilib. TÜRES-in baş meneceri Ramazan Bingöl, Karatayı ümumiləşdirmə apardığına görə tənqid edib: “Bu məhsullarda bir şey varsa, bu nazirliklər, dövlət qurumları nə işə yarayır? O zaman bunları bağlayaq. Sadəcə Canan Karatay və onun kimilərini dinləyək.

    Muxalifet - 13-12-2019

  9. Rüstəm Orucov bürünc medal qazandı

    Azərbaycan cüdoçusu Rüstəm Orucov Çinin Tsindao şəhərində keçirilən “Masters” turnirində bürünc medal qazanıb. Muxalifet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Cakova ilə qarşılaşıb. Rəqibini məğlub edən Orucov bürünc medal qazanıb. Bu çəkidəki digər cüdoçu Hidayət Heydərov isə mübarizəni erkən dayandırıb. O, ilk görüşündə Daqa Qinqi (Çin) məğlub etsə də, 1/8 finalda yaponiyalı Masaşi Ebinumaya məğlub olub. İlk yarış günündə Azərbaycan cüdoçuları medal qazana bilməyiblər.

    Muxalifet - 13-12-2019

  10. FHN-Ə QARŞI ŞOK İTTİHAMLAR - "55 manata balon satdı, boş çıxdı" / VİDEO

    Bir neçə gün öncə Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğından sonra sahibkarlara dəyən külli miqdarda ziyanın taleyi ilə bağlı görüş keçirilib. Bu gün keçirilən görüşdə «Eurohome» ticarət mərkəzinin rəhbəri Azay Möhnətov da iştirak edib. Muxalifet.az xəbər verir ki, unikal.org-a açıqlama verən bir qurup zərərçəkən bildirib ki, ticarət mərkəzinin rəhbərliyi onlara kompensasiya ödənilməsi ilə bağlı məlumat verməyib.

    Muxalifet4 - 13-12-2019

  11. Prezident Yaqub Eyyubova yeni vəzifə verdi

    Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Muxalifet - 13-12-2019

  12. “Nar” abunəçilərinin nəzərinə!

    Hörmətli abunəçilər, diqqətinizə çatdırmaq istəyirik ki, “Nar” adından istifadə edib bank kartlarından pul oğurlayan fırıldaqçı oyun saytı aşkarlanıb. İstifadəçilər müxtəlif vebsaytlardan oyun səhifəsinə yönləndilir və onlara smartfon uduşu vəd olunur. Bildiririk ki, “Nar” mobil operatorunun 3-cü tərəflərin yaratdığı bu fırıldaqçı saytla heç bir əlaqəsi yoxdur. Mobil operator şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini hər zaman spam xarakterli qoşulmalardan qoruyur.

    Muxalifet4 - 13-12-2019

  13. Minlərlə vətəndaşa ŞAD XƏBƏR - Prezident 15,4 milyon manat ayırdı

    Prezident İlham Əliyev Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet - 13-12-2019

  14. Xırdalanda ağaclar digər ərazilərə köçürüləcək

    Əhalinin ümumi rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial və infrastruktur əhəmiyyətli layihələrin ekoloji cəhətdən qiymətləndirilməsi və əhalinin məlumatlandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsində ictimai dinləmə keçirilib. “Report” xəbər verir ki, tədbirdə bir sıra layihələrin icrası zamanı ekoloji təsirlərin planlı şəkildə müəyyənləşdirilməsi və ekoloji tarazlığın bərpası istiqamətində yerinə yetiriləcək işlər barədə müzakirələr aparılıb.

    Muxalifet - 13-12-2019

  15. İsa Qəmbərin oğlu deputatlığa namizəd oldu

    Müsavat Partiyasının eks başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin oğlu Turqut Qəmbər növbədənkənar parlament seçkilərində iştirak edəcək. Muxalifet.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. T.Qəmbər bildirib ki, bu gün növbədənkənar 9 fevral parlament seçkilərində iştirak etmək üçün namizədliyinin təsdiqlənməsi üçün lazımi sənədləri təqdim edib: "Namizədliyimi 22 saylı ikinci Nəsimi seçki dairəsindən irəli sürürəm. Namizədliyimi dəstəkləyən, mənim təbliğat kampaniyamda könüllü kimi iştirak etmək istəyən vətəndaşları komandama qoşulmağa dəvət edirəm.

    Muxalifet4 - 13-12-2019

  16. SON DƏQİQƏ: Azərbaycanda məktəbdə güclü yanğın - 21 şagird...

    Qubada məktəbdə yanğın olub.
    Bu barədə report-a rayon Təhsil Şöbəsindən məlumat verilib.
    Bilirilib ki, dekabrın 13-də Qubanın Tülər kənd ümumi orta məktəbinin çardağında 14:15 radələrində yanğın hadisəsi baş verib. Məktəb rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şimal regional idarəsinə məlumat verilib.

    Muxalifet - 13-12-2019

  17. “Bizim supermarket”də “kərə yağı” adı altında görün nə satırlar? - FOTO

    Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 154 A ünvanında fəaliyyət göstərən “Bizim supermarket”də yoxlama keçiriblər. Agentlikdən muxalifet.az-a daxil olan məlumata görə, yoxlama zamanı soyuducu vitrində olan “Uzun Ömür” əmtəə nişanlı “İvanovka” yağ məhsulunun etiket məlumatında bitki spred yağı yazılmasına baxmayaraq satış vitrinində “kərə yağı” adı altında satışının həyata keçirildiyi və kassa çekində də faktın öz təsdiqini tapdığı müəyyən edilib.

    Muxalifet - 13-12-2019

  18. XİN: İrəvanın Elmar Məmmədyarovun müsahibəsinə reaksiyası olduqca qəribədir

    “Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə İrəvanın reaksiyası olduqca qəribədir”. Muxalifet.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib. “Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan Xarici İşlər naziri və həmsədrlər görüşlərə çay içməyə gəlir. Bu ən azı qeyri-ciddidir.

    Muxalifet - 13-12-2019

  19. Belarus NATO təlimlərində iştirak etmək istəyir

    NATO, ölkəni 2020-ci ildə müşahidəçi olaraq hərbi təlimlərdə iştirak etməyə dəvət etsə, Belarus minnətdar olacaq.
    Muxalifet.az
    BELTA agentliyinə istinadla xəbər verir ki, bu sözləri Belarus Xarici İşlər Nazirliyinin çoxtərəfli diplomatiyanın əsas idarəsinin beynəlxalq təhlükəsizlik və silah nəzarəti şöbəsinin müdiri vəzifəsini icra edən Vasili Pavlov Minskdə keçirilən "Beynəlxalq təhlükəsizlik və NATO 2019-cu ildə" mövzusunda keçirilən seminar zamanı deyib.

    Muxalifet3 - 13-12-2019

  20. Prezident Trampa qarşı impiçment layihəsi qəbul edildi...

    ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsi prezident Donald Trampın impiçmenti üçün iki müddəanı təsdiq edərək Nümayəndələr Palatasının Baş Məclisinə göndərdi.
    Muxalifet.az 
    bu barədə "Hurriyet"-ə istinadla xəbər verir.
    Trampın impiçmentinə dair "vəzifə səlahiyyətlərindən sui-istifadə" və "Konqresin fəaliyyətinə mane olma" müddəaları səsvermədə təsdiq edildi.
    "Vəzifə səlahiyətlərindən sui-istifadə" 17 respublikaçı deputatın “əleyhinə” və 23 Demokrat deputatın “lehinə” səsverməsi ilə qəbul edildi.

    Muxalifet3 - 13-12-2019

Pages