Axtarış
The search found 105849 results in 0.146 seconds.
Search results
NATO və Rusiya ali hərbi komandanlarının Bakıda nə barədə anlaşdıqları üzə çıxdı - "O DA NARAHAT İDİ, MƏN DƏ..."
Son üç ay ərzində Rusiya Avropada və Aralıq dənizində Amerika hərbi gəmilərini, təyyarələrini “narahat etməyib”. Bu da Rusiyanın münaqişəyə çevrilə biləcək insidentlərdən qaçmaq cəhdlərini göstərir. Virtualaz.org military.com-a istinadla xəbər verir ki, belə bəyanatla NATO qüvvələrinin ali baş komandanı, general Ted Uolters bildirib. General deyib ki, Rusiya təyyarələri əvvəlki kimi ABŞ və müttəfiqlərinin hərbi gəmilərini, təyyarələrini müşaiyət edir.
Muxalifet - 12-12-2019
Pensiyalarla bağlı MÜHÜM YENİLİK - Qaydalar dəyişir, bu aydan etibarən...
Vətəndaşlara göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun ləğv edilmiş Səbail və Yasamal şöbələri üzrə aşağıdakı kateqoriyadan olan pensiya alan şəxslərin pensiya işləri Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya İdarəsinə köçürülmüş və həmin şəxslərin əmək pensiyalarının ödənişi 2019-cu ilin dekabr ayından etibarən hər ayın 13-16 aralığında həyata keçiriləcək.
Muxalifet - 12-12-2019
Türk F-16-ları yunan pilotları Egey dənizidən QOVDU - ANBAAN VİDEO
Türkiyə F-16-ları ilə Yunanıstan Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin Egey dənizi üzərində üz-üzə gəlməsi ilə bağlı maraq doğuran video üzə çıxıb. Muxalifet.az xəbər verir ki, sözügedən videonu Yutub şəbəkəsindəki “Təşkilat TV” kanalı paylaşıb. Videoda türk pilotların Yunanıstan hərbi təyyarələrinə Egey dənizi üzərində uçmağa imkan verməməsi, davamlı olaraq qovması və sonda yunan pilotların həmin hava məkanını tərk etməsi görünür. Qeydə alınmış görüntülərdə türk pilotların yunan qırıcılarını daim hədəfdə saxladığı və bir atəşlə məhv edə biləcəyi aydın sezilir.
Muxalifet - 12-12-2019
"“EuroHome" ümumi sığortası 1 milyon manatdan çoxdur"
“EuroHome” ticarət mərkəzində baş vermiş yanğında 150 sahibkara ziyan dəyib.
Unikal.org-un əldə etdiyi məlumata görə, obyektin ümumi sığortası 1 milyon manatdan çoxdur. Ümumilikdə ticarət mərkəzində 157 mağaza yanıb.
“EuroHome” ticarət mərkəzində sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparılır. Dəymiş ziyan müəyyən edilir.
Qeyd edək ki, baş vermiş yanğın ümumilikdə 21.000 kv.m sahəni əhatə edib.Muxalifet - 12-12-2019
Dəhşətli HADİSƏ: çox sayda ölü və yaralı var - FOTO
Banqladeşin paytaxtı Dəkkədə yerləşən fabriklərin birində güclü yanğın baş verib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində 10-dan çox adam ölüb. 32 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Yanğının səbəbi araşdırılır. Mətbuatda yayılan məlumatlara görə, fabrik qeyri-qanuni fəaliyyət göstərirmiş. Xatırladaq ki, bu ilin fevralında Dəkkədə baş verən güclü yanğın 70 nəfərin həyatına son qoymuşdu.
Muxalifet - 12-12-2019
Xələf Xələfovdan sərhəddəki insidentə bağlı AÇIQLAMA
"Bilirsiniz, belə insidentlər olur. Onlar təxribat xarakterli deyil".
Muxalifet.az xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında dekabrın 6-da Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirərkən deyib.
"Ola bilsin müəyyən səhvlərdən belə hadisələr baş verir. Belə insidentlər adətən sərhəd xidmətləri arasında keçirilən görüşlər və təmaslar vasitəsilə həll olunur. Ona görə də bu dövlətlər arası səviyyədə müzakirə olunan məsələ deyil",- X.Xələfov bildirib.Muxalifet - 12-12-2019
Metronun bu stansiyası bağlana bilər - Rəsmi
Hazırda metronun 2002-ci ildə istifadə verilmiş “Həzi Aslanov” stansiyasının əsaslı təmirilə bağlı planlaşdırma işləri həyata keçirilir.
Muxalifet.az bildirir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
B.Məmmədov qeyd edib ki, “Həzi Aslanov” stansiyasındakı hidregeoloji şərait zamanla dəyişdiyindən, əsaslı təmirə ehtiyac yaranıb:
Muxalifet - 12-12-2019
İranlı ekspert - "Qarabağ azərbaycanlıların əlində olsaydı, bu gün orada İsrail və NATO ağalıq edərdi"
Bu yaxınlarda İrəvanda Ermənistan, Rusiya, İran və Gürcüstandan olan 45 mütəxəssisin iştirakı ilə “Qafqaz-Xəzər bölgəsinin yerli xalqları elmi həqiqətlər və saxtalaşdırmalar işığında” mövzusunda geniş beynəlxalq konfrans keçirildi. Muxalifet.az bu barədə “yerkramas.org” erməni saytına istiinadla xəbər verir. "Qafqaz-Xəzər regionunda tarixi saxtalaşdıran və bunu öz daxili və xarici siyasətinin təməlində qoyan dövlətlər var.
Muxalifet - 12-12-2019
Siqaret KƏSKİN BAHALAŞACAQ - 10 manat
Türkiyədə sosial şəbəkələrdə siqaret çəkənləri narahat edən bir xəbər yayılıb.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, şayiələrə görə, 5 yanvar 2020-ci il tarixindən etibarən siqaretin qiymətlərində böyük artım olacaq. Hətta bir çox yerdə qiymət artımı başlayıb. Hələlik iddiaların doğruluğu dəqiqləşməyib.Muxalifet - 12-12-2019
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə yeni test tapşırıqlarının istifadə olunacağı elektron sınaq imtahanı keçiriləcək. Mərkəzdən verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 2020-ci il 11 yanvar tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.
Muxalifet - 12-12-2019
3344 ölü, 7 min yaralı - BMT AYAĞA QALXDI
BMT Donbas münaqişəsinin gedişatında 3344 dinc sakinin ölümü barədə məlumat yayıb. Publika.az-ın məlumatına görə, BMT-nin Ukraynadakı insan hüquqları üzrə missiyasının rəhbəri Matilda Boqner brifinqdəki çıxışı zamanı Donbasda müharibənin başlamasından indiyədək 7 min insanın yaralandığını bildirib: "Qurbanların sayı getdikcə artır. 2014-cü ilin apreli ilə müqayisədə böyük fərq var. Bu ilin əvvəlindən 15 noyabra kimi 26 dinc sakin həyatını itirib. 136 nəfər isə yaralanıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalma var.
Muxalifet - 12-12-2019
“Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!
Səyahətsevərlər üçün sərfəli rominq təklifləri ilə seçilən “Nar”, Yeni il ərəfəsində abunəçilərinin bayram ab-havasına xüsusi rəng qatmaq üçün maraqlı müsabiqə elan edib. Belə ki, mobil operatorun rəsmi “Instagram” səhifəsində 19 dekabr tarixinədək davam edəcək müsabiqədə qalib gələn istifadəçi Yeni ili Moskvada qarşılamaq imkanı əldə edəcək.
Muxalifet4 - 12-12-2019
Azərbaycanda “ayfon” qaçaqmalçılığının dəhşətli miqyası: büdcə hər il azı 100 milyon dollar itirir - SENSASİON FAKTLAR, RƏQƏMLƏR...
Azərbaycana hər il qeyri-leqal yollarla yüz minlərlə mobil telefon gətirilir və dövlət büdcəsi bundan yüz milyonlarla dollar itirir. Belə qənaət virtualaz.orun apardığı araşdırmanın nəticəsi olaraq ortaya çıxıb. Mobil telefonların qeyri-leqal yollarla idxalı Azərbaycanda nəhəng gəlirlər gətirən biznesdir və gömrük sistemində son illər aparılan islahatlara, ciddi dəyişikliklərə baxmayaraq bu biznesin miqyası hələ də böyük olaraq qalır. Araşdırmalar göstərir ki, təkcə Azərbaycana qeyri-leqal “iPhone” idxalından büdcənin itirdiyi vəsaitlərin həcmi 100 milyon dollardan çoxdur.
Muxalifet - 12-12-2019
Bakıda 90 yaşlı qadına hücum edən şəxs saxlanıldı
Xətai rayonunda ahıl yaşlı qadına qarşı quldurluq edilib. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən muxalifet.az-a verilən məlumata göörə, hadisə dekabrın 10-u saat 13 radələrində baş verib. Naməlum şəxs Neapol küçəsində 90 yaşlı qadının yaşadığı mənzilə aldatma yolu ilə daxil olaraq onun boğaz nahiyyəsindən tutaraq pul verməsini tələb edib. Zərərçəkən qadın hadisədən sonra huşunu itirib yıxıldığından həmin şəxs hadisə yerini tərk edib. Qeyd edilən quldurluq hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.
Muxalifet - 12-12-2019
DƏHŞƏTLİ HADİSƏ: 100-dən çox məktəbli qız zəhərləndi, 5-nin vəziyyəti ağırdır
Türkiyədə yüzdən çox məktəbli qız yataqxanada qazdan zəhərlənib. Muxalifet.az xəbər verir ki, hadisə səhər saatlarında Çorum əyalətinin Osmancık rayonunda baş verib. Qızlardan 5-nin vəziyyəti ağırdır. Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyinin əməkdaşları hadisənin baş verdiyi binada araşdırma aparır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çorum qubernatoru Mustafa Çiftçi ilə telefon danışığı apararaq hadisə barədə ətraflı məlumat öyrənib.
Muxalifet - 12-12-2019
Rusiyadan Qarabağla bağlı VACİB AÇIQLAMA: Hər şeyi edəcəyik
Rusiya vasitəçi xarakterli müvafiq beynəlxalq funksiyaları yerinə yetirən ölkə olaraq Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin və münaqişəli vəziyyətin həlli xeyrinə dialoqun davam etdirilməsi üçün əlindən gələn yardımı edəcək. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bratislavadakı danışıqlardan sonra Azərbaycan və Ermənistanın yaydığı bəyanatlardakı fərqli mövqeləri şərh edərkən deyib.
Muxalifet - 12-12-2019
Azərbaycanlı deputatların polis və prokuror övladları - SİYAHI
Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclisin buraxılması haqqında qərar qəbul olundu və fevral ayının 9-da ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, səlahiyyətləri sona çatan, lakin hələ də millət vəkili statuslarını saxlayan Milli Məclis üzvlərinin bir çoxu 4 illik fəaliyyətləri dövründə dəfələrlə mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusuna çevrildilər.
Muxalifet - 12-12-2019
Zakir Fərəcovun oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ
Nizami rayon Prokurorluğunda yeni təyinat olub. Publika.az-ın əldə etdiyi məlumata görə, Pərvin Fərəcov rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Pərvin Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun oğludur. Bir neçə ay əvvəl Nizami rayon prokurorunun müavini təyin edilən və bu günlərdə işdən çıxarılan Qabil Səfərov isə Baş Prokurorluqda vəzifəyə irəli çəkilib.
Muxalifet - 12-12-2019
Zəngilan necə işğal edildi? - Erməni general HƏR ŞEYİ AÇDI - ŞOK DETALLAR
1992-ci ildə Qarabağ müharibəsinin qızğın çağında Ermənistanın o dövrdəki müdafiə naziri Vazgen Manukyan erməni general-polkovniki Yuri Xaçaturova nəyin bahasına olursa olsun, Zəngilan rayonunu işğal etmək barədə əmr verib. Muxalifet.az Axar.az-a istindən xəbər verir ki, bunu erməni nəşrinə Xaçaturovun özü deyib. Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri bütün cəbhə boyu ağır vəziyyətin müşahidə olunduğundan xəbərdar olub. “Biz bir neçə istiqamətdə nəzarəti əldən verirdik. Manukyan mənə qeyri-adi nə isə etməli olduğumu dedi.
Muxalifet - 12-12-2019
Bu sürücülər 800 manat cərimə olunacaq! - “Bəzi məmurların xidməti avtomobillərində də var”
Xəbər verdiyimiz kimi sürücülər hərəkət zamanı radar və kameralardan yayınmaq üçün fərqli yola əl atıblar. Bəzi sürücülər xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlədir. Bu avadanlıq əsasən "Instagram"da satılır. İstər avtomobil hərəkətdə olarkən, istərsə də park edilmiş halda sadəcə bir düymə ilə avtomobilin nömrəsi anında bağlanılır. Adı keçən sosial şəbəkənin səhifələrində paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür. Paylaşılan videolar artıq bu vasitədən istifadə edənlərin olduğu da bəllidir.
Muxalifet - 12-12-2019