Axtarış
The search found 105849 results in 0.038 seconds.
Search results
TÜRKİYƏNİN ÜNVANINA AÇIQ TƏHDİD – "Bizə NATO-nun qətiyyətli cavabı lazımdır"
NATO-nun sammitindən heç bircə gün belə keçməmiş, Bundestaqın beynəlxalq məsələlər üzrə Komitəsinin üzvü bəyan edib ki, alyans nəhayət ki, Ankaranı S400 ZRK sistemindən imtinaya məcbur etməlidir. Oxucuların böyük əksəriyyəti («Xəbər 7», Türkiyə) hesab edirlər ki, Türkiyə düzgün yoldadır və öz planlarından imtina etməyəcək. Üstəlik də S-400 sistemləri daha bir çevriliş cəhdindən müdafiə olunmaq deməkdir.
Muxalifet - 12-12-2019
Danimarkada terrora hazırlaşan 20 nəfər tutuldu
Danimarka polisi irimiqyaslı antiterror əməliyyatı zamanı ölkədə terrora hazırlaşan 20 nəfəri saxlayıb.
Muxalifet.az xəbər verir ki, hüquq-mühafizə orqanları ölkə üzrə onlarla məkanda axtarış aparıb. Əməliyyatda müxtəlif şəhərlərdən bir neçə polis şöbəsi iştirak edib.
Saxlanılanlardan artıq bir neçəsinə qarşı ittiham irəli sürülüb və onlar tezliklə hakim məhkəmə çıxarılacaqlar. Saxlanılanlar terror aktı törətmək üçün odlu silah və partlayıcı vasitələr əldə etməyə cəhddə şübhəli bilinirlər.
Muxalifet - 12-12-2019
Bakıda qalmaqallı görüntülər - sürücünün "ayağı" polisin əlində qaldı - VİDEO
Bakıda yük avtomobilinin sürücüsü polis əməkdaşları tərəfindən yaxalanıb.
BAKU.WS-in əldə etdiyi görüntülərdən göründüyü kimi, YPX-dan qaçan sürücü 20 Yanvar dairəsi yaxınlığında tıxaca düşüb.
Dərhal avtomobildən düşən polis əməkdaşı yük maşının sürücüsünü saxlamaq istəyib. Qapını açan polis sürücünün ayağından tutub və onu yük avtomobilindən düşürməyə cəhd edib. Ancaq sürücünün protez ayağı polisin əlində qalıb.
Muxalifet - 12-12-2019
KamAZ-ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan faktlar - VİDEO
Dekabrın 10-da saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində faciəvi şəkildə vəfat edən iki gənclə bağlı bəzi təfərrüatları əldə etmişik. “KamAZ 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşınının vurduğu Tural Mustafa oğlu Cabbarlı və Dilarə Bəxtiyar qızı Sultanlı orta məktəbin 11-ci sinif şagirdləri olublar. Onlar barədə bəzi məlumatları əldə etmişik. Tural Mustafa oğlu Cabbarlı Biləcəri qəsəbəsində yerləşən Seymur Məmmədov adına 301 saylı tam orta məktəbin 11-ci sinifində təhsil alırdı.
Muxalifet - 12-12-2019
"Yanğından əvvəl "EuroHome"a iki dəfə məktub göndərmişdik" - FHN-dən ŞOK AÇIQLAMA
Bir neçə gün əvvəl ölkədə ən böyük inşaat materialları satış bazalarından biri olan "EuroHome"da yanğın baş verdi. Nəticədə milyonlarla manat vəsait məhv oldu. Bu hadisə özü ilə bir çox şübhəli məqamları da gündəmə gətirdi. Bəhs edilən bazar il ərzində yanaraq kül olan iri ticarət mərkəzlərindən sadəcə biri idi. Bəzi insanlar yanğının məqsədli şəkildə baş verdiyini, bəziləri də sadəcə təhlükəsizlik tədbirlərinə əməl edilmədiyi üçün bu cür hadisələrin yaşandığını söylədi. İşin əslini bilmək çətindir.
Muxalifet - 12-12-2019
Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib. Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Muxalifet - 12-12-2019
NATO-da TÜRKİYƏYƏ ETİMAD PROBLEMİ YARANIB – Nə baş verəcək?
Dekabr ayı London qızğın debatların keçirildiyi yerə çevrilib. Ötən il Brüsseldə olduğu kimi Atlantik tərəfdaşlığın, eyni zamanda NATO-nun şərq cinahı liderlərinin görüşü baş tutub. NATO-nun 70 illik yubileyi münasibətilə təşkilata üzv ölkələrin dövlət başçılarının görüşü zirvə toplantısını liderlərin görüşü səviyyəsinə salsa da, tədbirlərin mahiyyəti dəyişməyib. Bu barədə “Ukrayna prizması”nın xarici işlər şurasının idarə heyətinin üzvü, “UA: Ukraine Analytica”-nın baş redaktoru Hanna Şelest “IPG” portalında yazır.
Muxalifet - 12-12-2019
Rəşad Dağlı oğlu Yusif ilə - FOTO
Tanınmış meyxanaçı Rəşad Dağlının oğlu Yusif ilə fotosu yayılıb.
BiG.AZ xəbər verir ki, ifaçı oğlunu doğum günü münasibəti ilə təbrik edib. O fotoya, "8 yaşın mübarək, Allah səni mənə çox görməsin" şərhini yazıb.
Fotonu təqdim edirik:Muxalifet - 12-12-2019
Putindən Jirinovskinin təklifinə reaksiya: "Baxılacaq!"
Rusiya Prezidenti Vladimir Putin Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin vergilərin azaldılması ilə bağlı təklifinə baxılacağını bildirib. Prezidentlə görüşən partiya sədri bəzən vergilərin həcminin azadılmasının ölkə üçün sərfəli olduğunu vurğulayıb. “İndi ƏDV qaldırıldı, amma digər ölkələrdə endirilir”, - Jirinovski bildirib. Dövlət başçısı isə bir çox ölkələrdə vergi yükünün Rusiyadakından çox olduğunu bildirib: “Nəzərə alın ki, digər ölkələrdə vergi yükü bizdənkindən çoxdur. Məsələyə baxılacaq”.
Muxalifet - 12-12-2019
Elmar Vəliyevi güllələyən şəxsin məhkəməsinin vaxtı bəlli oldu
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun icraatında keçiriləcək. Məhkəmənin hazırlıq iclası 2020-ci il yanvar ayının 7-ə təyin edilib. Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.
Muxalifet - 12-12-2019
Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir
Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.
APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, səsvermə yerli vaxtla səhər saat 7:00-dən axşam 22:00-dək davam edəcək. Cavabların isə növbəti günün səhər saatlarında açıqlanması gözlənilir. Ümumilikdə isə 650 seçki dairəsi üzrə parlamentə üzv seçiləcək.
Ölkədə ümumi elektorat 46 milyon civarındadır, 40 min seçki məntəqəsi var.Muxalifet - 12-12-2019
Siyavuş Novruzov seçkidə namizəd olmayacaq? – YAP-dan AÇIQLAMA
9 fevral 2020-ci il tarixinə təyin edilmiş Milli Məclisin növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında təsdiqlənib. MSK-nın qərarı ilə Yeni Azərbaycan Partiyasının maliyyə məsələləri üzrə nümayəndəsi kimi V çağırış Milli Məclisin deputatı – YAP icra katibinin müavini Siyavuş Novruzov qeydə alınıb.
Muxalifet - 12-12-2019
Prezidentin köməkçisi erməni jurnalistlərin Azərbaycana gəlməsi haqda - "Zərurət və ehtiyac var idi"
Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinin yekunlarına münasibət bildirib.
H. Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam edir.
Muxalifet - 12-12-2019
İcra Hakimiyyətinin maşını qəza törətdi - FOTO
Mingəçevirdə İcra Hakimiyyətinə məxsus avtomobil qəzaya düşüb. Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə N.Nərimanov küçəsində baş verib. “Mersedes” markalı avtomobil “"Qaz 31 10” markalı maşınla toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Məlumata görə, “Qaz” markalı avtomobil Mingəçevir İcra Hakimiyyətinə məxsusdur. Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 12-12-2019
Dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti dayandırıldı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumata əsasən Gəncə şəhəri, 1-ci mikrorayon, Fərhad Əliyev küçəsində fəaliyyət göstərən toyuq emalı sexinə yoxlama keçiriblər. AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət etmədən və qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi müəyyən olunub.
Muxalifet - 12-12-2019
Aeroport yolunda dəhşətli qəza - ANBAAN VİDEO
Bakıda baş verən qəza anı kameraya düşüb. Hadisə Aeroport yolunda, Sabunçu körpüsünün yanında baş verib. "Chevrolet" markalı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirib və sol zolağa doğru istiqamətlənib. Nəticədə öz zolağı ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilin önünə çıxıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Sürücülər isə yüngül bədən xəsarətləri alıblar. Görüntüləri təqdim edirik. //Avtosfer.az
Muxalifet - 12-12-2019
Avropa Liqası: “Qarabağ” bu gün sonuncu oyununu keçirəcək
Dekabrın 12-də “Qarabağ” UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək. Muxalifet.az bildirir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Xatırladaq ki, E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kiprin APOEL-i komandası isə 7 xalla 2-ci yeri təmin edərək, pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmlidir.
Muxalifet - 12-12-2019
Əri həbsdə olan qadın iki azyaşlı körpəsini ataraq evdən qaçıb
Kürdəmir rayonunda iki uşaq anası evdən qaçıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Leyla Həsənova 2 azyaşlı uşağını evdə qoyaraq qaçıb. Onun nəyə görə və ya kiminlə qaçması barədə hələlik məlumat yoxdu.
Qadının evdən qaçması ilə bağlı onun yaxınları tərəfindən Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunub.
Qeyd edək ki, L.Həsənovanın əri Vasif Asif oğlu Həsənov Gürcüstan Respulikasında həbsdədir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 12-12-2019
"MTRŞ rəqəmli yayım problemini tezliklə həll etməlidir" - OSMAN GÜNDÜZ
"Qurumun tezlik resurslarından səmərəli istifadə etdiyini, efirə normal nəzarət etdiyini düşünmürəm"
Muxalifet - 12-12-2019
ŞOK: Bakıda birinci arvadı ikincinin evinə od vurdu – SƏBƏB / VİDEO
Bakıda ötən gecə hündürmərtəbəli binada baş verən yanğının səbəbi bəlli olub. Yenisabah.az-ın əldə etdiyi xəbərə görə, Cəlil Məmmədquluzadə küçəsi 998 ünvanında yerləşən binanın 10-cu mərtəbəsində yanğın baş verib. Hadisə nəticəsində 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Əldə etdiyimiz xəbərdə bildirilir ki, hadisənin baş verməsinə səbəb ailə münaqişəsi olub. Belə ki, Emin adlı şəxs həmin binada ikinci həyat yoldaşı ilə yaşayır.
Muxalifet - 12-12-2019