Axtarış

The search found 105849 results in 0.028 seconds.

Search results

  1. Rusiya ABŞ-ın ballistik raket sınağı ilə bağlı narahatlığını ifadə etdi

    Rusiya cümə günü, Birləşmiş Ştatlarla bağlanmış Orta Mənzilli Nüvə Silahları Razılaşmasına dair qadağan olunan yer üzərindən atılan balistik raketini sınaqdan keçirdiyinə görə narahat olduğunu bildirib.
    Muxalifet.az 
    bu barədə RIA xəbər agentliyinə istinadla məlumat verir.
    Birləşmiş Ştatlar sınağı cümə günü keçirib. Vaşinqton Rusiya ilə 1987-ci ildə əlvə olunan nüvə razılığından avqust ayında Moskvanın razılığı pozduğunu müəyyən edəndən sonra çıxıb. Kreml isə bu ittihamı rədd edir.

    Muxalifet3 - 13-12-2019

  2. Zamirə Hacıyeva Britaniya qanunlarından ŞİKAYƏT ETDİ - Məhkəmə qərarının ləğvinə çalışır...

    Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva onu İngiltərədəki sərvətinin mənbəyini ortaya qoymağa məcbur edən və ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) adlı qanunun ləğvi üçün məhkəməyə müraciət edib. “The Guardian” nəşri xəbər verir ki, Hacıyeva dekabrın 12-də vəkili vasitəsilə Apelyasiya Məhkəməsinə müraciət edərək UWO-nun “müdaxiləçi” olduğunu bildirib. Qeyd olunur ki, Hacıyeva Apelyasiya Məhkəməsindən UWO-nu ləğv etmək cəhdini rədd edən Ali Məhkəmənin əvvəllər verdiyi qərarı dəyişdirməyi xahiş edir.

    Muxalifet4 - 13-12-2019

  3. Bu mallar gömrük rüsumundan azad edildi

    Azərbaycana sənaye yığımı məqsədilə velosipedlər üçün ölkəyə gətirilən mallar və ehtiyat hissələr 15 faiz idxal gömrük rüsumundan azad edilib. Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 1 il müddətində qüvvədədir.

    Muxalifet4 - 14-12-2019

  4. ​Rusiyada qadınlar bu halda adam öldürə bilərlər - DUMA QƏRAR QƏBUL ETDİ

    Qadın təcavüzü və cinayətlərinin yüksək səviyyədə olduğu ölkələrdən biri olan Rusiyada bununla bağlı yeni qanun hazırlanıb. Parlament komissiyası tərəfindən hazırlanan qanun qəbul edilib və rəsmi olaraq qüvvəyə minib. Muxalifet.az xəbər verir ki, parlamentdə qəbul edilən qanun qadınlara təcavüz cəhdlərində özünümüdafiə hüququ verir. Qanuna görə, cinsi təcavüzə məruz qalan qadına qarşı tərəfə xəsarət yetirmək və ya öldürməklə bağlı icazə verilib. Statistikaya görə, Rusiyada hər il 14 min qadın kişilər tərəfindən öldürülür. Eynilə, hər il 2 min uşaq öldürülür.

    Muxalifet4 - 14-12-2019

  5. 16 yaşlı Reyhandan daha bir uğur - DÜNYA ÜZRƏ 15 NƏFƏRİN ARASINDA YER ALDI

    Azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova "Global Good Fund" Təqaüd Proqramında dünya üzrə 2600 müraciətin arasından seçilmiş 15 nəfərdən biri olub. Axar.az xəbər verir ki, bu barədə R.Camalova məlumat yayıb. “Bu təşkilat sosial sahibkarlara liderlik bacarıqlarını və bizneslərini inkişaf etdirmək üçün sərmayə qoyur. Mən dünyanın ən aktual məsələlərini həll edən istedadlı gənclərin qrupuna qoşulduğum üçün çox sevinirəm!” - deyə o bildirib.

    Muxalifet4 - 14-12-2019

  6. "EuroHome" qəsdən yandırılıb? - BAZARIN DİREKTORU SUALLARA AYDINLIQ GƏTİRDİ / Video

    "BBC Azərbaycanca"nın əməkdaşı İlkin Həsənovun "Sual vaxtı" YouTube proqramında qonağı "EuroHome" tikinti materialları bazarının direktoru Samir Məmmədov olub. O, dekabrın onunda "Eurohome" tikinti materialları bazarında baş verən yanğının ehtimal olunan səbəbi, bazarın qəsdən yandırılması iddialarına münasibəti, sahibkarların mallarının sığortalanmaması, bazarda yanğın təhlükəsizliyi qaydalarına əməl olunub-olunmaması barədə danışıb. Muxalifet.az həmin video-müsahibəni oxucularına təqdim edir:

    Muxalifet4 - 14-12-2019

  7. Rusiyada həyəcan siqnalı: əhali sürətlə azalır

    Rusiya Federasiyasında əhalinin təbii azalması ilə bağlı pik həddə vəziyyət "çox xoşagəlməz"dir, demoqrafiya sahəsinə yönəlmiş milli layihə bu durumu düzəltməyə çalışır. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
    Muxalifet.az 
    bu barədə "İnterfaks" agentliyinə istinadla xəbər verir.

    Muxalifet3 - 14-12-2019

  8. Prezident İlham Əliyev tankerin istismara verilməsində iştirak edib

    Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş ilk Laçın tankerinin istismara verilməsi mərasimində iştirak etmişdir.
    Muxalifet.az bu barədə Azərbaycan Prezidentinin rəsmi saytına istinadən məlumat verir.
    Dövlət başçısı "Azərbaycan" adlanan bərənin suya salınması, Şahdağ, Xocalı, Quba, Murovdağ və Savalan platformaları üçün yeni alınmış gəmilərin istismara verilməsi mərasimində də iştirak edib.

    Muxalifet3 - 14-12-2019

  9. Türkiyə parlamenti ABŞ Senatının qətnaməsini qınadı

    Türkiyə parlamenti ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb.
    Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, qətnaməni qınayan müvafiq sənədi hakim Ədalət və İnkişaf Partiyası, CHP, HDP, MHP və "İYİ Parti" partiyaları imzalayıblar.
    Xatırladaq ki, ötən gün ABŞ Senatı Osmanlı İmperiyasında 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi tanıyan qətnamə qəbul edib.

    Muxalifet - 14-12-2019

  10. Zatulindən misilsiz həyasızlıq: “Aprel döyüşlərinin təşəbbüskarı Azərbaycan idi...”

    Bu gün İrəvanda məlum “Lazarev klubu”nun üçüncü iclası öz işinə başlayıb. Rusiya Dövlət Dumasının deputatı, klubun təşkilat komitəsinin sədri Konstantin Zatulin yenə su bulandırmaqla məşğul olub. Zatulin çıxışında bildirib ki, “Rusiyanın obrazı Ermənistanda, Ermənistanın da obrazı Rusiyada yalnız müsbət rəy yaratmalıdır. Təəssüf ki, həmişə belə olmur” - deyib, erməni-rus dostluğu arasında yaranan bəzi soyuqluqdan qayğılandığını etiraf edib. Zatulin ola danışa, özü də İrəvanda danışa və Azərbaycanı, Qarabağı yada salmaya.

    Muxalifet - 14-12-2019

  11. Məşhur aktyor vəfat etdi

    Amerika aktyoru Denni Ayello vəfat edib. Publika.az xəbər verir ki, o, 86 yaşında dünyasını dəyişib. Nəşrin məlumatına görə, aktyor qısa sürən xəstəlikdən ölüb.

    Muxalifet - 14-12-2019

  12. "Kürd birləşmələrinin Türkiyə sərhədindən çəkilməsi başa çatıb" - Zaxarova

    Kürd «Xalq özünümüdafiə dəstələri»nin bundan əvvəl yerləşdikləri şimal-şərqi Suriya ərazilərindən çıxarılması prosesi başa çatıb. Hal-hazırda Moskva və Ankaranın Suriyada birgə fəaliyyəti davam edir. Bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bəyan edib. Rusiya XİN-də qeyd ediblər ki, işlər iki istiqamətdə davam etdirilir – hərbi fəaliyyətin dağıdıcı nəticələrinin aradan qaldırılması və «yerdə» humanitar vəziyyətin yaxşılaşdırılması. Zaxarovanın sözlərinə görə, birinci tapşırığın realladırılması üçün kürd üsyançıların Suriya-Türkiyə sərhədindən çəkilməsi həyata keçirilir.

    Muxalifet - 14-12-2019

  13. Narkoloji dispanserdə GÜCLÜ YANĞIN: ölən və yaralananlar var

    Rusiyanın Tümen şəhərində narkoloji dispanserdə yanğın baş verib.
    Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, yanğın nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.
    Bildirilir ki, yanğın zamanı 13 nəfər xilas edilib, 116 nəfər isə təxliyə edilib.

    Muxalifet - 14-12-2019

  14. Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı

    Əmircan bələdiyyəsinin hazırkı sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində namizədliyini geri götürüb.
    Muxalifet.az xəbər verir ki, bu haqda məlumatı həmin bələdiyyəyə namizədliyini irəli sürmüş jurnalist Famil Fərhadoğlu deyib.

    Muxalifet - 14-12-2019

  15. Saakaşvilinin iqamətgahı 2,7 milyon dollara satıldı

    Gürcüstan hakimiyyəti "Biznes üçün 100 sərmayə təklifi" layihəsi çərçivəsində keçirilən hərracda sabiq prezident Mixeil Saakaşviliyə aid olan iqamətgahı 7,5 milyon lariyə (2,7 milyon dollar) satıb. Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib. Qeyd edilir ki, iqamətgah Svaneti yüksək dağlıq regiondakı Mestiya qəsəbəsində yerləşir. İqamətgah 2011-ci ildə tikilib. Saakaşvilinin iqamətgahdan istifadə edib-etməməyə vaxt tapıb-tapmaması məlum deyil.

    Muxalifet - 14-12-2019

  16. Bakıda DƏHŞƏT: ana və bacısını öldürüb Rusiyaya qaçdı - TƏFƏRRÜAT / YENİLƏNDİ

    Axar.az paytaxtın Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı “Uğur-2” yaşayış kompleksindəki mənzildə baş verən qətllə bağlı yeni məlumatlar əldə edib. Belə ki, kirayə mənzildə yaşayan ana və gənc qızı öldürən şəxsin kimliyi artıq məlumdur. Məlumata görə, adı və soyadı açıqlanmayan qatil Fatma Həmzəyevanın oğlu imiş. Həmin şəxsin ölkədən qaçdığı və Rusiyaya getdiyi barədə xəbərlər dolaşır. Ölən gənc qız Bakıxanovdakı marketlərin birində satıcı işləyirmiş. Onların uzun müddətdir ki, bu kompleksdə kirayədə yaşadıqları bildirilir. Qətlin səbəbi bilinmir.

    Muxalifet - 14-12-2019

  17. SON DƏQİQƏ: Bakıda dəhşətli AVTOBUS QƏZASI - 6 nəfər...

    Bakıda marşrut avtobusu qəzaya uğrayıb. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Əfsun şadlıq sarayının yanında qeydə alınıb. Belə ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub. Səhiyyə Nazirliyindən bildirilib ki, hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2 -si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib müalicələri davam edir.

    Muxalifet - 14-12-2019

  18. Məmur, vəzifəli şəxs, aparıcı və müəllim ləhcə ilə danışarsa...

    Qulu Məhərrəmli: “Özünü mədəni sayan şəxs ləhcə ilə danışmamalıdır” Vaxtaşırı televiziya ekranlarında hansısa məmurun, ictimai fəalın, eləcə də teleaparıcıların ləhcə ilə danışdıqlarının şahidi oluruq. Ləhcə dedikdə təkcə bölgə ləhcələri nəzərdə tutulmur, həmçinin rus dilində düşünüb, Azərbaycan dilində sxematik danışanların da sayı kifayət qədər çoxdur. Bəzən buna etiraz ediləndə sərt reaksiya verənlər də olur. Məsələn, bir neçə il bundan əvvəl televiziya kanallarının birində aparıcı canlı yayında bir gəncin ləhcə ilə danışmasına etiraz etmişdi.

    Muxalifet - 14-12-2019

  19. İLYAS İSMAYILOV OĞLUNUN QATİLİ İLƏ ÜZLƏŞDİ - "Səni heç vaxt bağışlamayacam”

    İstanbulda Azərbaycanın keçmiş baş prokuroru İlyas İsmayılovun oğlu, iş adamı Etimad İsmayılovun qətli işi üzrə məhkəmə prosesi keçirilir. Türkiyə mediasının məlumatına görə, bu qətli yerinə yetirən 63 yaşlı keçmiş polis rəisi Gözəl Dəmirov və cinayətdə ona yardım etməkdə təqsirləndirilən Barış Aslan adlı şəxs müttəhimlər kürsüsündə dayanıblar. Ötən gün keçirilən məhkəmə prosesində E.İsmayılovun atası İlyas İsmayılov da iştirak edib. G.Dəmirov istintaqa verdiyi ifadəsini təkrar edərək, E.İsmayılovu “məcburən” öldürdüyünü iddia edib.

    Muxalifet - 14-12-2019

  20. AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ - 38 yaşlı kişi özünü yandırdı

    Daşkəsən rayonunda intihar faktı qeydə alınıb.
    Hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb. Göygöl rayon sakini 1981-ci il təvəllüdlü Ramin Abbasov üzərinə benzin tökərək intihar edib. Adı çəkilən şəxs ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılsa da, R.Abbasov yolda keçinib.
    Hadisə yerinə Daşkəsən rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
    Hələlik hadisənin hansı səbəbdən baş veridyi məlum deyil. //baku.ws

    Muxalifet - 14-12-2019

Pages