Bakıda qəribə qəza- Qadın sürücü əyləc əvəzinə qazı basdı və....

Baxış sayı:
4912

Bakının Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 
Muxaliet.az Oxu.Az-a istinadən xəbər verir ki, qadın sürücü “Hyundai” markalı avtomobili park etmək istəyərkən əyləc əvəzinə qazı basıb və nəticədə maşın yaxınlıqdakı hündürlükdən aşıb. 
Hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 63-ün qarşısında qeydə alınıb. 
Sürücü xəsarət almayıb.