Balakənə dolu yağıb

Baxış sayı:
16150

Bu gün saat 20.00-a olan məlumata əsasən Quba, Göygöl, Gəncəyə yağış yağıb.
Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə Daşkəsən, Naxçıvan, Lənkəran, Astara,Yardımlı, Biləsuvar, Şamaxıda şimşək çaxıb: 
“Saat 22:00-a olan məlumata görə, Zaqatalada güclü leysan yağışı müşahidə olunur. Buna görə də çaylarda sululuğun artacağı proqnozlaşdırılır.
Eyni zamanda bəzi rayonlarda bu proses küləyin güclənməsi ilə müşahidə  olunur. Saat 20:02-dən 20.07-dək Balakəndə dolu qeydə alınıb. Dolunun diametri 24 mm təşkil edir”.