​BMV sürücüsü 19 YAŞLI GƏNCİ GÜLLƏLƏDİ – Sevgilisinin gözü önündə

Baxış sayı:
9808

Moskva polisi Danilovsk rayonunda odlu silahdan atəş açan sürücünü saxlamaq üçün əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
İnsident ötən gün saat 18.20-də qeydə alınıb. Sevgilisi ilə gəzən 19 yaşlı İlya Quleşov piyada keçidindən keçən zaman sürücüyə irad bildirib. Nəticədə 888 nömrəli BMV avtomobilini sürücüsü 32 yaşlı Kirill Artyux ilə onun arasında mübahisə düşüb. Kirill tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İlyanın başına dəyib. Artıq həkimlər ona yardım edib.
İlkin ehtimala görə, hüquqşünas atası Kirillin gizlənməsinə kömək edib. Hazırda polis onun axtarışlarını davam etdirir.
Faktla bağlı araşdırma aparılır.