Böyük Britaniya Avropa Parlamenti seçkilərinə qatılacaq

Baxış sayı:
11998

İngiltərənin baş nazirinin müavini David Lidington 22 maya qədər “Brexit” müqaviləsinin parlamentdən keçib, qanunlaşmasına kifayət qədər vaxt qalmadığı üçün ölkənin Avropa Parlamenti (AP) seçkilərinə qatılacağını söyləyib.
 
 İngilis mətbuatına açıqlama verən Lidington, "(Brexit) Prosesi AP seçkiləri üçün lazım olan qanuni müddət ərzində tamamlamaq təəssüf ki, mümkün olmayacaq" deyib.
Ölkənin AP seçkilərinə girməsinə yönəlik hazırlıqların onsuz da başlanıldığını xatırladan Lidington, bunların davam edəcəyini bildirib.
Bununla yanaşı, Lidington “Brexit” prosesini İngilis millət vəkillərinin AP-dəki vəzifələrinə rəsmən başlamalarından əvvəl bitirməyi qarşısına məqsəd qoyduqlarını vurğulayıb.
Qeyd edək ki, AP seçkiləri 23 mayda keçirildikdən sonra seçilən millət vəkillərinin iyul ayında parlamentdə vəzifələrinə rəsmən başlamaları lazımdır.
Müxalifət.az