​Bu kənddə elektrik dirəkləri ölüm saçır - Video

Baxış sayı:
6325

Tərtərin Poladlı kənd sakinləri təhlükə ilə üz-üzə qalıblar. 
Bu haqda “Yeni Sabah”a şikayət edən sakinlər bildirib ki, uzun illərdir istifadə olunan elektrik xətləri və dirəkləri son dərəcə təhlükəli vəziyyətə çatıb. 
Sınıq dirəklər və naqillər adi bir küləyə tab gətirə bilmir. Sakinlər yaranmış vəziyyətlə bağlı dəfələrlə aidiyyəti dövlət orqanlarına məlumat versələr də heç bir nəticə yoxdur.
Videonu təqdim edirik: