Çavuşoğluna İraqda çox özəl hədiyyə
29-04-2019 16:40
Baxış sayı:
7804

Rəsmi səfər çərçivəsində İraqda olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna çox xüsusi bir hədiyyə edilib.
Rəsmi səfərləri çərçivəsində İraqda olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu dünən İraqın Bəsrə şəhərində, şəhərin öndə gələnləri və tayfa liderlərilə görüşüb.
Səfərinə dair bu gün sosial media hesabından ona tüfəng hədiyyə edildiyi anın fotosunu bölüşən Çavuşoğlu, mesaj olaraq da, "Kutül Amarə Qələbəsinin 103-cü ildönümündə əcdadları ilə birlikdə çiyin-çiyinə mübarizə apardığımız #Bəsrənin tayfalarından məna yüklü hədiyyə. Yaxşı gündə, pis gündə birlikdə olmağa davam edəcəyik. #kutülamarəe" deyə qeyd edib.
Müxalifət.az