COVID pasportunun əvəzinə arayış hansı halda verilə bilər? - Prezidentin köməkçisindən açıqlama

Baxış sayı:
641

“Bu gün Azərbaycanda tətbiq olunan Çinin “Sinovac” vaksininin əks göstərişləri, demək olar ki, yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, əgər belə bir hal olsa və həmin vətəndaşlar öz həkimlərinə müraciət edərək bunu sübut edərlərsə, onlara vaksinasiya pasportunun əvəzinə əlavə bir arayışın verilməsi mümkün ola bilər.