DÜNYA NÜVƏ SAVAŞININ ASTANASINDA! – Böyük güclərin üz-üzə dayanacağı qanlı müharibənin işartıları görünməyə başlayıb...

Baxış sayı:
433

Böyük Britaniya artıq vaksin pasportu tələbinin 2-ci plana atılması ilə müharibə hazırlığına start verilmiş oldu...

Xəbər verdiyimiz kimi, ABŞ, İngiltərə və Avstraliya hərbi müttəfiqlik haqda razılığa gəldilər. Müttəfiqliyə hərbi sahə ilə yanaşı, təhlükəsizlik sahəsi də daxildir. Hərbi ittifaq "AUKUS" adını aldı və əsas hədəfi Hind-Sakit okean bölgəsinə yönələcək.

Qafqaz.media "Bloomberg"ə istinadən xəbər verir ki, bu hərbi birliyi Avstraliyanın baş naziri Skott Morrison, ABŞ prezidenti Co Bayden və İngiltərənin baş naziri Boris Conson virtual konfrans zamanı birgə elan etdilər.

Hərbi ittifaqla bağlı nitqi isə prezident Bayden, "Hamımız Hind-Sakit okean bölgəsində uzunmüddətli perspektivdə sülh və sabitliyin təmin edilməsinin zəruriliyini qəbul edirik. Hər birimizin ölkəsinin və dünyanın gələcəyi azad və firavan Hind-Sakit okean bölgəsindən asılıdır", - sözləri ilə ABŞ-ın yeni müharibəyə qatılmasının anonsunu verdi.

Müqavilə çərçivəsində ölkələr qabaqcıl texnologiya mübadiləsi edəcək, eyni zamanda kibertəhlükəsizlik və süni intellekt kimi sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Britaniya hökumətinin mətbuat xidmətinin bəyanına görə, "AUKUS" elmin, texnologiyanın, sənaye bazalarının və tədarük zəncirlərinin daha dərin inteqrasiyasının bazası olacaq.

"Politico" nəşri isə ABŞ rəsmiləri içindəki mənbələrə istinadla yazır ki, bu yolla Qərb müttəfiqləri Çinin hərbi və texnoloji sahədə güclənməsinə qarşı durmaq istəyirlər.

ABŞ-ın "ABC" TV kanalı da yeni müttəfiqliyin Cənubi Çin dənizində Pekinin regional təsirinə qarşı çıxmaq məqsədilə qurulduğunu bildirdi. Açıqlamanın ardınca Pentaqon rəhbəri Lloyd Ostinin sentyabrın 16-da jurnalistlərə açıqlamasında ABŞ-ın Pekinin hazırkı dünya nizamını pozmaq cəhdlərinə göz yummaq niyyətində olmadığını söylədir. Bu isə planları cızılan müharibənin Çinə qarşı olacağını dəqiqləşdirdi.

Lloyd Ostin Avstraliyanın Xarici İşlər və Müdafiə Nazirləri, Dövlət Departamentinin rəhbəri ilə birgə mətbuat konfransı keçirərkən, Amerika tərəfinin ÇXR ilə əməkdaşlıq etmək istəyini qeyd etdi. "Biz konstruktiv, nəticəyə əsaslanan əlaqələr qurmağa qərarlı olsaq da, Çinin qurulmuş dünya nizamını pozmaq cəhdlərinə ayıq-sayıq baxmaq niyyətindəyik", - Pentaqon rəhbəri bildirib. 

"AUKUS"un ilk böyük təşəbbüsü Avstraliyanı nüvə sualtı donanması ilə silahlandırmaq olacaq. Növbəti 18 ayda bu vəzifə üzərində üç ölkə çalışacaq. Morrisonun dediyi kimi, sualtı gəmilər Avstraliyada Böyük Britaniya və ABŞ ilə sıx əməkdaşlıq şəraitində inşa ediləcək. B.Conson, "bir neçə ölkənin belə gəmiləri var və hər bir ölkə üçün bu böyük potensialı əldə etmək vacib qərardır", - deyə bildirdi.

"Politiko" qeyd edir ki, Avstraliyada indi belə sualtı qayıqlar yaratmaq üçün lazım olan materiallar yoxdur. Yəni müttəfiqlər tərəfdaşı olan dövlətin onları necə alacağı ilə bağlı razılığa gəlməli olacaq. Qərar birgə veriləcək. Vaşinqton və Canberra 2010-cu ildə ABŞ-dan Avstraliyaya verilən nüvə materiallarını zənginləşdirməyəcəyinə və ya emal etməyəcəyinə dair müqavilə imzaladı. Morrison Avstraliyanın nüvə silahının yayılmaması ilə bağlı bütün öhdəliklərini yerinə yetirəcəyini söylədi. Yəni Avstraliya nüvə silahı ərsəyə gətirmək və bəzi məntəqələrdə yerləşdirmək niyyətində deyil, ancaq nüvə reaktorlarından istifadə edəcək.

Yeni müttəfiqlik fonunda Avstraliya, Fransanın hərbi gəmiqayırma şirkəti "Naval Group" ilə rekord səviyyədə maliyyəyə imza atan müqaviləni ləğv etdi. Avstraliya bu müqaviləni 2016-cı ildə imzalamışdı. Müqavilə 12 sualtı qayığın inşasını nəzərdə tuturdu və 90 milyard Avstraliya dollarına (66 milyard ABŞ dolları) başa gəlməli idi və, bu, Avstraliya Donanması tarixində ən bahalı müqavilə idi.

Müqavilə nəinki sualtı gəmilərin tədarükünü, həm də onların bazalaşdırılması üçün infrastrukturun yaradılmasını, 50 il ərzində ekipajların texniki dəstəyi və təlimini nəzərdə tuturdu.

"Naval Group" Avstraliyanın Böyük Britaniya və ABŞ-ın köməyi ilə nüvə sualtı gəmiləri qurma qərarı ilə bağlı saziş haqda məlumatların yayılmasından sonra "ciddi xəyal qırıqlığına uğradığını" elan etdi.

"Hind-Sakit okean bölgəsində hədsiz çətinliklərlə üzləşdiyimiz vaxtda ABŞ-ın Fransa kimi Avropa müttəfiqini Avstraliya ilə uzunmüddətli tərəfdaşlıqdan kənarlaşdırılmasına səbəb olan seçimi bunun tutarlı olmadığını göstərir. Bu rəftara təəssüfləndiyini Fransa qeyd etməyə bilməz", - deyə Fransa XİN başçısı Jean-Yves Le Drian və Müdafiə Naziri Florence Parleyin-in birgə bəyanatında deyilir. Obrazlı şəkildə fransızlar özlərini "arxadan bıçaq" zərbəsi almış kimi hiss etdiklərini bəyan etdilər.

Əslində, söhbət yalnızca maliyyə məsələsi deyildi, dünyanın gələcəkdə bölünməsindən "pay alanlar" sırasında olmaq idi. Paris onsuz Afrikadan mütəmadi "çıxarılma" siyasətinə məruz qalır. London-Ankara əməkdaşlığı xəttində bu, Türkiyənin əliylə edilir. 

Çindən "AUKUS"a dərhal yazılı cavab gəldi. Çinin "Global Times" qəzeti yazdı ki, Yapon silahlı qüvvələrinin son 30 ildə keçirdiyi ən nəhəng miqyaslı təlim, onun Çinin qarşısında durmaq potensialını ABŞ-a nümayiş etdirmək üçün keçirildi. “Daha əvvəl də Yaponiya ordusu son 30 ildə ABŞ ordusunun yanında on minlərlə yapon hərbçinin iştirak edəcəyi ən böyük hərbi təlimə başlamışdı. Yaponiya özünün Hind -Sakit okeanında Çini hərbi sahədə sıxışdırmaq strategiyasında ABŞ-ın yanında ola biləcəyini göstərir", - deyə Çinli ekspertlər vurğulayır.

Eyni zamanda çinli analitiklər qeyd edirlər ki, Yaponiyanın mübahisəli Senkaku (Diaoyu) adaları və ya Tayvan üzərində Çinlə hərbi qarşıdurma üçün resursları yoxdur. “Bu, ölkə üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq. Çin, Yaponiya da daxil olmaqla, ABŞ-ın müttəfiqlərinin Çinin Tayvanla birləşmə siyasətini dağıtmaq üçün genişmiqyaslı hərbi müdaxiləyə başlayacağı ən pis ssenariyə hazırdır", - deyə ekspertlər yazır.

Bəli, Pekin tamamilə haqlıdır. "AUKUS" ittifaqı Çinin şərq cinahını Tokioya etibar edəcək. "ABŞ-ın müttəfiqlərini nüvə sualtı qayıqları ilə təmin etmək arzusu bütün dünyada - atom sualtı qayıqları qızdırmasına səbəb ola bilər", - deyə "Global Times" 16 sentyabr başlıqlı yazısında yazır. Burada maraqlı nüans var: hər üç ölkənin eyni standartlara uyğun, eyni mərkəzdən idarə olunacaq atom sualtı qayıqlarını hazırlamaq. Bu, ondan xəbər verir ki, qarşıdan gələn müharibə nüvə silahlarının tətbiq olunduğu savaş olacaq. Qlobal miqyasda olmasa da, lokal miqyasda nüvə silahlı döyüş mütləq olacaq. Çünki hər müharibə öz dövrünə uyğun aparılır. Hazırkı inkişaf nüvə, nanotexnologiyalar, viruslar fazasında gedir.

Viruslardan söz düşmüşkən, koronavirusun dövriyyəyə buraxılması ilə insan orqanizminin buna cavab reaksiyası da sınımış oldu. Böyük ehtimalla bu müharibədə nüvə silahı ilə yanaşı, həqiqi pandemiya törədəcək virus da sınanacaq. Bu siqnal həm də əməliyyat iştirakçılarının "saatları düzəltməyi"nə bənzəyir. 

Böyük Britaniya hazırlığı tam hərbi təchizatla aparır. "Babcock" şirkəti İndoneziyanın Surabaya şəhərindəki PT PAL dövlət şirkəti ilə Arrowhead 140 freqatının ilk ixracat müqaviləsini imzaladı.   İndoneziya Donanması üçün xüsusi dizayn dəyişiklikləri ilə Britaniya iki "Arrowhead 140" freqatı qurmasına imkan verəcək. Müqavilə "HMS Argyll" gəmisində Londonda keçirilən "Müdafiə və Təhlükəsizlik Təchizatı Beynəlxalq (DSEI) 2021" tədbirində "Babcock" GEO-su David Lockwood və PT PAL CEO-su Kaharuddin Djenod tərəfindən imzalanmışdır. Qısası, İngiltərə İndoneziyanın hərbi donanmasını öz standartlarına uyğun olaraq qurur. Sözsüz ki, bu zonada Çinə qarşı ittifaq içində olmaq səbəbindən.

Bundan başqa, Böyük Britaniya 23 hərbi gəmisinə "Thales" sistemi çərçivəsində lazer silahı montaj edəcəyini açıqladı. Gəmilərə quraşdırılmış lazer sistemi ilə PUA-ları aşkarlamaq, izləmək, onları vurmaq olur. İnigilis ordusu "Wolfhound" zirehli maşını İHA və digər hava təhdidlərinə qarşı döyüş nümayiş etdirəcək. Eləcə də Direktiv Enerji Silahları (DEW) kimi tanınan bu yeni nəsil texnologiyalar, savaşda inqilab edə və ziyan riskini azalda bilər. Xatırlayırsınızsa, Türkiyədə son baş verən meşə yanğınlarında da eyni DEW silahından istifadə edildiyi iddiası səsləndirilmişdi. Bu, həm də əməliyyar xərclərini azaldır. Maraqlıdır ki, Britaniyanın Müdafiə Nazirliyi, bu texnologiyaların Kral Dəniz Qüvvələri və İngilis Ordusu üçün mövcud platformalara inteqrasiya ediləcəyini və 2023-2025 -ci illərdə təcrübədən keçəcəyini söyləyir.

Bundan başqa, hərbi maşının tərkibində olan silah kimi görünən İngilis istehsalı yeni "SkyWall" sistemi, səmadakı dronları izləyə və avtomatik olaraq endirə bilir. "SkyWall" quş və PUA arasındakı fərqi bilir və onun endirilməsi üçün yalnız iki düymə və 15 saniyə bəs edir. Dron tora düşdükdən sonra, paraşütlə yerə endirilir. Bu, operatorun pilotsuz uçuş aparatının bütün məlumatlarını əldə etməyə imkan verir. Britaniya Ordusu gələcəyə dair vizyonunun bir hissəsi olaraq Robotika və Avtonom Sistemləri (RAS) inteqrasiya etməyə hazırlaşır. MN-nə görə, RAS-ın inteqrasiyası avtonom, robot və süni intellekt texnologiyalarını birləşdirərək "insan-maşın qrupları"ndan maksimum faydalanacaq. Bu cihazlar quru döyüş sahəsini görə, hərəkət edə və ya hədəfləri vura bilən sensorlarla çalışacaq. Britaniya Baş Qərargah rəisi Mark Carleton-Smith, ordunun "yeniliyə, ən son texnologiyaya əsaslanacağını" və hərbi xidmətin "daha dayanıqlı və ekoloji təmiz olmasına" töhfə verəcəyini söyləyir.

Bu arada, ABŞ-ın Avropa və Afrika donanması 6-cı flotu-"USS Hershel ""Woody Williams" (ESB 4) Ekspedisiya Dəniz Bazası, 15 sentyabr 2021 -ci ildə Namibiyanın Walvis Körfəzinə gəldi. Yəni böyük ehtimalla əməliyyatlar dənizdən, təyyarədaşıyan və digər hərbi gəmilərdən idarə olunacaq, tərəflər öz yerini almaqdadır.

Sonda isə onu da deyək ki, Britaniya 2021-ci ilin 29 mayında artıq Çinin "qələmini qırmışdı". Britaniyalı professor Anqus Dalqliş və Norveç virusoloqu Birqer Sorensen bəyan etmişdi ki, onların koronavirusun "süni" mənşəli olmasıyla bağlı sübutları var.

Britaniyanın müttəfiqləri ilə birgə son standart hərbi texnologiya ilə başlayacağı müharibədən Çin sağ çıxa bilməyəcək...

P.S. 2021-ci ilin 17 sentyabrında ABŞ Dövlət Departamentinin müşaviri Viktoriya Nulandın bu payızın sonunda Rusiya səfəri, prezident Putinlə görüşü də başlanacaq savaşın son detallarını "razılaşdırmaq" məsqədi daşıyır. Məhz razılaşadırmaq... Baydenin Putinə verdiyi "müddət" noyabrda bitir... Və bu görüşdə Rusiyanın postsovet məkanının, o cümlədən Ukraynanın kuratoru olan Andrey Rudenkonun da iştirakı əlamətdardır...

Qafqaz.media