Eks-nazirə cinayət işi açıldı: 4 milyard...
26-03-2019 21:54
Baxış sayı:
6805

Rusiya İstintaq Komitəsi Açıq Hökumət Fəaliyyətinin Koordinasiyası naziri Mixail Abızova qarşı cinayət işi açıb.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı komitənin mətbuat xidməti yayıb. Komitə Abızovu 2011-2014-cü illərdə cinayətkar dəstə yaratmaqda ittiham edib. Məlumata görə, Abızov fəaliyyəti dönəmində 4 milyard rubl ələ keçirərək, onu Rusiya xaricinə çıxarıb.