Ermənistan hərbçilərin maaşını artırmaqdan imtina etdi
23-03-2019 12:05
Baxış sayı:
2128

2019-cu ilin dövlət büdcəsində erməni hərbçilərin maaşlarının qaldırılması nəzərdə tutulmayıb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının iclasında çıxışı zamanı Ermənistan müdafiə nazirinin müavini Qabriyel Balayan deyib. O bildirib ki, hazırkı dövrdə hərbçilərin maaşının 5000, hətta 1000 dram artırılması belə dövlət büdcəsi üçün ağırdır
Amma o, ümidini də itirmir: "Bir il ərzində müstəqil maliyyə vəsaitlərinin yaranacağı halda hökumət yenidən büdcə dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcək və hərbçilərin maaşlarını artıracaq".