Formula 1 Bakı Qran-Prisinin start düzülüşü müəyyənləşdi

Baxış sayı:
2191

"Formula 1" SOCAR Azərbaycan Qran-Prisinin sıralama turu başa çatıb.
Muxalifet.az xəbər verir ki, “Mersedes” komandasının pilotları Valtteri Bottas və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar.
V.Bottas 1 dəqiqə 40,495, L.Hamilton isə 1 dəqiqə 40,554 saniyəlik nəticə göstəriblər. “Ferrari”nin pilotu Sebastyan Fettel (1 dəqiqə 40,797 saniyə) üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, sıralama turunun nəticələrinə əsasən aprelin 28-də keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.