Fransa prezidenti ABŞ-a qarşı çıxdı!

Baxış sayı:
12370

Fransa prezidenti Emmanuel Makron Avropa Birliyi liderlərinin Rumıniyanın Sibiu şəhərindəki zirvə toplantısından sonra mətbuat konfransı keçirib. Makron Avropadakı ABŞ hegemonluğuna diqqət çəkib.
 
23-26 may tarixlərində keçiriləcək Avropa Parlamenti seçkilərinin Avropanın gələcəyi üçün vacib olduğunu bildirən Makron, bölgədəki ABŞ hegemoniyasına qarşı mövqe tutmaq üçün mübarizə mesajı verib.
Makron "Daha suveren, güclü, demokratik və daha təsirli bir Avropaya ehtiyacımız var. Bir çox məsələdə ABŞ-ın təktərəfliliyinə, çoxtərəflilik böhranına və Çinin müxtəlif sahələrdə yüksəlişinə qarşı müdafiə edən və suveren Avropa istəyirik" deyib.
 
İFRAT SAĞÇI TƏHLÜKƏSİ
 
Şengen bölgəsinin yenidən təşkil olunmasının lazım olduğunu dilə gətirən Makron, AP seçkilərindən sonra Aİ Komissiyasının prezidenti Yan Klod Junckerin xələfinin sürətli şəkildə müəyyənləşdirilməsi lazım olduğunu bildirib.
Makron AP seçkilərinə münasibətdə, "İfrat sağçı Milli Birlik Partiyasının (RN) siyahısı Avropanı yıxmaq istəyən bir siyahıdır. Mən Fransız və Avropalı vətənpərvərəm, onlar millətçidirlər. Fransua Mitteranın (Fransanın sabiq prezidenti) dediyi kimi, millətçilik müharibədir" deyə söyləyib.
Müxalifət.az