Fransa Türk məktəblərinə qarşı çıxdı

Fransanın Təhsil naziri Jean-Michel Blanquer Türkiyə prezidenti Ərdoğanın Fransada Türk litseyləri açmaq istəyinə münasibət bildirib.
Ərdoğanın Fransada Türk məktəblərini açmaq istədiyi iddiası ilə əlaqədar danışan Milli Təhsil naziri Jean-Michel Blanquer bu fikrə müsbət baxmadığını açıqlayıb. Blanquer Türkiyənin bu litseylər vasitəsilə İslamçı ideologiyanı Fransaya daşımaq istədiyini bildirib.
Blanquer "Türkiyə İslamçı ideologiyanın təsirini genişləndirmək istəyindədir, biz bu cür cəhdlərin irəli getməməsi üçün çox diqqətli olacağıq. Fransa bu cəhdlər üçün açıq bir sahə ola bilməz" deyib.
“Le Figaro” qəzetinin yazdığına görə, prezident Ərdoğan İslamı öyrətməyə və Fransada sağ cihadlara yönəlmiş Türk məktəbini açmaq istəyib.
Qəzet hökumətin bu fikrə imkan verməyəcəyini söyləyib.
Digər tərəfdən mövzuyla əlaqədar “Euronews”-a danışan bir Fransız Təhsil Nazirliyi səlahiyyətlisi, Türk səlahiyyətlərlə keçirilən görüşlərdə, Fransada Türk litseylərinin qurulmasına problem çıxarıldığı təqdirdə Ankaranın da Türkiyədəki Fransız litseylərinin işinə problem çıxardacağı ilə təhdid etdiyini söyləyib.
Qeyd edək ki, Ankarada və İstanbulda Fransız təhsil sisteminə uyğun olan iki litsey var.
Müxalifət.az