Fətullah Gülən Türkiyəyə ekstradisiya edilir? – FTB-nin nümayəndə heyəti Ankarada

Baxış sayı:
904

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) nümayəndə heyəti 2 il sonra Türkiyəyə sürpriz səfər edib.

Aralarında yüksək vəzifəli şəxslərin olduğu FTB heyəti ötən həftə Ankaraya gələrək Türkiyə Təhlükəsizlik Baş İdarəsi, Terrorizmlə Mübarizə, Narkotik Cinayətlər, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin rəhbərləri ilə görüşlər keçirib.

“Hürriyət”in məlumatına görə, Türkiyə FETÖ, PKK və İŞİD terror təşkilatlarının dosyelərini FTB rəsmiləri ilə müzakirə edib. FTB və Təhlükəsizlik Baş İdarəsi beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla birgə mübarizədə və bu sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Türkiyə tərəfi FTB-yə FETÖ lideri Fəthullah Gülənlə birlikdə ABŞ-a qaçan bu terror təşkilatının yüksək rütbəli rəhbərləri və bu şəxslərlə bağlı aparılan araşdırmaların dosyeləri barədə də geniş məlumat verib. Bundan başqa, FETÖ-nün ABŞ-dakı məktəbləri başda olmaqla bu təşkilatın digər obyektləri barədə dosyelər FBI-ya təqdim olunub. Eyni zamanda, Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı müzakirə aparılıb./teleqraf.com